Ardını oxu...
Dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət qeydiyyatına alınması, dövlət reyestrinə daxil edilməsi və dövlət reyestrinin aparılması qaydaları təsdiqlənib.

Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərarla Azərbaycan Respublikasında dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət qeydiyyatına alınması, dərman vasitələrinin dövlət reyestrinə daxil edilməsi və dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir.

Aşağıdakılar dövlət qeydiyyatına alınır:

– dərman vasitələri (orijinal dərman vasitələri, dərman vasitələrinin analoqları (generiklər), dövlət qeydiyyatına alınmış dərman vasitələrinin yeni kombinasiyaları, dövlət qeydiyyatı müddəti bitmiş dərman vasitələri, qablaşdırılmamış dərman vasitələri və tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitələri);

– dərman maddələri;

– risk dərəcəsi daha yüksək, yüksək və (və ya) orta olan tibb vasitələri.

Dərman vasitəsinin dövlət qeydiyyatı haqqında qeydiyyat vəsiqəsinin qüvvədəolma müddəti bitmiş dərman vasitələri, dərman maddələri və tibb vasitələri bu Qaydalar nəzərə alınmaqla yenidən dövlət qeydiyyatına alınır.

Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin qeydiyyatı üçün tələb olunan bu Qaydalarda göstərilən sənədlərdə əks olunan məlumatlarda hər hansı dəyişiklik edilərsə, həmin dəyişikliklər dövlət qeydiyyatına alınmalıdır.

Dərman vasitələri, dərman maddələri və tibb vasitələri Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq dövlət reyestrinə daxil edilir və Azərbaycan ərazisinə idxalına, Azərbaycan ərazisində istehsalına, satışına və istifadəsinə icazə verilir.

Dərman vasitəsinin, dərman maddəsinin və ya tibb vasitəsinin dövlət qeydiyyatına (yenidən dövlət qeydiyyatına) alınmasından və dərman vasitəsinin, dərman maddəsinin və ya tibb vasitəsinin qeydiyyat sənədlərində edilən dəyişikliklərin dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilir:

– bu Qaydalarda göstərilən sənədlər tam təqdim edilmədikdə və bu çatışmazlıq “İnzibati icraat haqqında” qanuna uyğun olaraq aradan qaldırılmadıqda;

– təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan məlumatlar aşkar edildikdə;

-. dərman vasitələrinə və dərman maddələrinə münasibətdə “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən keçirilmiş ekspertiza rəyinin nəticəsi mənfi olduqda;

– tibb vasitəsinin keyfiyyəti, effektivliyi və təhlükəsizliyi ilə bağlı təqdim edilmiş sənədlərdə uyğunsuzluq aşkar edildikdə.

Dərman vasitəsinin və onun tərkibinə daxil olan dərman maddələrinin dövlət qeydiyyatına alınması məqsədilə müraciət olunduqda dərman vasitəsi və dərman maddəsi üçün ayrı-ayrılıqda qeydiyyat vəsiqələri verilir.

Dərman vasitəsinə, dərman maddəsinə və tibb vasitəsinə verilən qeydiyyat vəsiqəsi 5 (beş) il müddətində qüvvədə olur.

Dərman vasitəsinin və tərkibində dərman maddəsi olan tibb vasitəsinin istifadə təlimatının Azərbaycan dilində notariat qaydasında tərcüməsi ərizəçi tərəfindən təqdim olunur, “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən yoxlanılır və Nazirlik tərəfindən təsdiq edilir.

Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət reyestrinin aparılması Nazirlik tərəfindən “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi vasitəsilə həyata keçirir.

Dövlət qeydiyyatına alınmış dərman vasitələrinə münasibətdə dövlət reyestrinə Qanunda qeyd olunan məlumatlar daxil edilir. Həmçinin qeydiyyat vəsiqəsində Azərbaycan dilində yazılan əmtəə nişanı adı reyestrdə qeyd olunur.

“Lisenziyalar və icazələr haqqında” qanunda nəzərdə tutulmuş hallardan başqa, dövlət qeydiyyatına alınmış dərman vasitələri, dərman maddələri və tibb vasitələri ilə əlaqədar aşağıdakı hallardan biri müəyyən edildikdə onların dövlət qeydiyyatı Nazirlik tərəfindən dayandırılır:

– dərman vasitəsinin təyinatı üzrə, istifadə təlimatına müvafiq tətbiq edilməsinə baxmayaraq istifadə təlimatında göstərilməyən əlavə təsirləri yarandıqda;

– Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”na əsasən fayda/risk nisbətinin qiymətləndirilməsi nəticəsində dərman vasitəsinin və dərman maddəsinin terapevtik effektivliyinin olmaması və ya kifayət qədər olmaması müəyyən edildikdə;

– qablaşdırma və markalanma tələblərinə əməl olunmadıqda və bu barədə “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən vəsiqə sahibinə edilən rəsmi xəbərdarlıq nəzərə alınmadıqda;

– Qanuna əsasən Nazirlik tərəfindən dövlət qeydiyyatına alınmış dərman vasitəsinin keyfiyyətli, effektiv və təhlükəsiz olmamasına dair əsaslandırılmış faktlar aşkar edilərək bu barədə Azərbaycan Respublikasında tətbiqinin qadağan edilməsi barədə müvafiq qərar qəbul olunduqda.

Dövlət qeydiyyatı dayandırılmış dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin Azərbaycan Respublikasına idxalı, Azərbaycan Respublikası ərazisində satış üçün istehsalı, satışı və istifadəsi dayandırılır.

Dövlət qeydiyyatının dayandırılmasının əsası nəzərə alınaraq, Nazirlik tərəfindən dövriyyədə olan dərman vasitələri, dərman maddələri və tibb vasitələri haqqında geri çağırılma barədə qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 460 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin geri çağırılması Qaydası”na əsasən verilir.
 
Ardını oxu...
Azərbaycanda zərərli palma yağlarının istifadəsi artıb. BAKU.WS yerli KİV-ə istinadən xəbər verir ki, 2023-cü ilin ilk 6 ayında ölkəyə 5 min ton palma yağı gətirildiyi halda, 2024-cü ilin ilk 6 ayında Azərbaycana 11800 ton palma yağı gətirilib.

Mövzu ilə bağlı Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, qida mütəxəssisi Məshəti Hüseynova BAKU.WS-ə açıqlama verib.

Mütəxxəsis bildirib ki, hazırki dövrdə qida çeşidliliyi hər zaman sağlam sayılmır:

“Bu həm də qidanın ucuz xammaldan hazırlanmasıdan xəbər verir. Qidanın rəf ömrünün uzun olması müəyyən qatqıların olmasından xəbər verir. Belə olan halda palma yağının istifadəsi də artır, çünki o qidanın ömrünü uzadır. Eyni zamanda, qidada palma yağından istifadə daha ucuz başa gəlir.

Bəzi ölkələrdə palma yağından istifadə olunsa da, ancaq bəzilərində qadağan olunub. Ən əsası da uşaq qidalarında bu yağlardan istifadə olunmur. Hazırda bir çox paketlənmiş qidalarda, restoranlarda verilən yeməklərdə, şirniyyatlarda palma yağlarından daha çox istifadə olunur. Bəzən bunlar göstərilmir, bitki yağı adı altında insanlara təklif olunur.

Palma iki üsuldan hazırlanır. Həm sənaye üsulu, həm də bitkinin meyvəsindən alınan yağla. Əgər təbii haldadırsa, tərkibində A, E vitaminləri, doymamış qida turşuları varsa, az miqdarda, gec-gec istifadə etmək olar. Ancaq mütəmadi istifadədə immunim sisteminin fəaliyyətini zəiflədir, bir çox xəstəliklərə cığır açır. “
Ardını oxu...
Britaniyalı onkoloq Peter Harper xərçəng riskini azaldan idman növlərini açıqlayıb.

Redaktor.az xəbər verir ki, onun sözlərini "Daily Mail" sitat gətirir.

Həkim bildirib ki, gündə 60 dəqiqəyə qədər mütəmadi olaraq orta-güclü idman etmək xərçəngə tutulma riskini əhəmiyyətli dərəcədə azalda bilər. Belə məşqlərə qaçış, gəzinti, üzgüçülük, velosiped sürmək və tennis oynamaq daxildir.

Harper izah edib ki, fiziki fəaliyyət ağ qan hüceyrələri vasitəsilə xərçəng hüceyrələri ilə mübarizə aparan immun sistemini gücləndirir. Lakin o, immuniteti zəiflətdiyi üçün fasiləsiz idmanla məşğul olmamaq barədə xəbərdarlıq edib.
 
Ardını oxu...
Xaricdəki Azərbaycan vətəndaşlarının nikahla əlaqədar tibbi müayinədən keçmələrinə görə yeni qayda müəyyənləşib.
Bununla bağlı Prezident İlham Əliyev Ailə Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.

Belə ki, Azərbaycanın diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində nikaha daxil olmaq istəyən Azərbaycan vətəndaşları bu Məcəllənin 13.1-ci maddəsində nəzərdə tutulmuş xəstəliklər üzrə tibbi müayinədən öz vəsaitləri hesabına müraciət etdikləri diplomatik nümayəndəliyin (konsulluq idarəsinin) akkreditə olunduğu, yaxud yerləşdiyi xarici dövlətdə seçdikləri tibb müəssisəsində keçə bilərlər.

Habelə, Azərbaycanın diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində nikaha daxil olmaq barədə ərizəyə həmin tibb müəssisələri tərəfindən verilmiş tibbi müayinədən keçdiklərini təsdiq edən sənəd əlavə edilib.
 
Ardını oxu...
“Azərbaycanda satılan bir sıra yağlar var ki, bitki yağı olduğu bildirilir. Amma onun etiketinə mənşəyini yazmırlar. Biz güman edirik ki, bunlar palma yağıdır. Azad İstehlakçılar Birliyi olaraq istehlakçının məlumat almaq hüququnun tanınmasını istəyirik”.

Bunu Bakupost.az -a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
O qeyd edib ki, palma yağının zərəri barədə mətbuatda tez-tez yazılar dərc olunur:
“Bu yağ müsəlman ölkələrində, Malayziya və İndoneziyada istehsal olunur və ucuz başa gəlir. Bu yağın MDB-nin duru yağ bazarına buraxılmaması üçün böyük media basqısı həyata keçirilir”.
Ekspert əslində palma yağlarının bir çox ölkələrdə satıldığını bildirib:
“O cümlədən ən həssas qida olan körpə yeməklərinin tərkibində də palma yağı var. Braziliyadan palma yağı alıb gətirmişəm. Həmin yağı burada açıq şəkildə satırlar”.
E.Hüseynov palma yağının iki növü olduğunu bildirib:
“Bunun biri sənaye məqsədi ilə, digəri isə qida üçün hazırlanır. Qida üçün olanı palma yağının çəyirdəyindən hazırlanır. Bunlar normal yağlardır və qidada rahat istifadə oluna bilər. Azərbaycana da külli-miqdarda palma yağı gətirilir, lakin nədənsə bu, əhalidən gizlədilir. Görünür, bu da MDB məkanında media basqısına görədir”.
Ekspert qida üçün nəzərdə tutulan palma yağının zərərli olmadığını deyib:
“Bu yağın qida üçün olanı heç də zərərli deyil və AQTA buna ciddi nəzarət edir. Ona görə də güman etmirəm ki, sənaye üçün olan palma yağları Azərbaycanda qida üçün istifadə olunsun. Bu, mümkün deyil. Lakin biz birmənalı şəkildə AQTA və istehsalçılardan tərkibinə palma yağı qarışdırılıb istehsal olunan malların etiketində bunun yazılmasını tələb edirik”.
Xatırladaq ki, bir neçə günə əvvəl iqtisadçı ekspert Akif Nəsirli Bakupost.az -a ölkəyə gətirilən bu yağlarınn palma meyvəsinin toxumundan, yoxsa lətindən hazırlandığı göstərilmir:
“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə bəyan edirlər ki, palma yağını sabun sənayesində istifadə etmək üçün gətirirlər. Əslində isə onu ərzaq məhsullarının tərkibinə qatılır. Əldə edilən qazanc çox olduğu üçün də palma yağının idxalı ildən-ilə artır”.
Qeyd edək ki, Danimarka, Litva və İtaliyada palma yağlarının idxalına qadağa qoyulub. Azərbaycana isə bu ilin birinci rübündə xaricdən 13,6 milyon dollar dəyərində 11 min 880 ton palma yağı gətirilib”.
 
Ardını oxu...
Alimlər bildiriblər ki, orqanizmində spesifik zülal, həmçinin siqnal molekulu PGC-1α olan insanlar daha tez arıqlayırlar.
Kobe Universitetinin yapon alimləri arıqlama sürətinin siqnal molekullarından asılı olduğunu kəşf ediblər.
Tədqiqatın nəticələri "Molecular Metabolism" jurnalı tərəfindən dərc edilib.
Mütəxəssislərin fikrincə, əgər bu cür molekullar bədəndə istehsal olunmazsa, fiziki yük zamanı daha az kalori "yandırılır". Bundan əlavə, tədqiqatçıların məlumatına görə, oksigen istehlakı azalır.
Alimlər bildiriblər ki, orqanizmində spesifik zülal, həmçinin siqnal molekulu PGC-1α olan insanlar daha tez arıqlayırlar.
Yapon tədqiqatçıları "bu zülalın təsirinin özünü nə qədər aşkar göstərə biləcəyini" müəyyən etmək qərarına gəliblər. Məlum olub ki, PGC-1α zülalının bir neçə versiyası var.
b" və "c" variantları məşq zamanı əzələlərdə "a" variantından on dəfə çox istehsal olunur. Mütəxəssislər hesab edirlər ki, "b" və "c" versiyaları enerji mübadiləsinin tənzimlənməsindən məsuldur.
Kobe Universitetinin alimləri siqnal molekulunun "b" və "c" versiyaları olmayan siçanlar yetişdiriblər. Gəmiricilər əzələlərin böyümə sürəti, yağ yandırma sürəti və istirahət və idman zamanı oksigen istehlakı səviyyəsinə görə sınaqdan keçiriliblər.
Bundan əlavə, 2-ci tip diabetli insanlar və sağlam könüllüləri əhatə edən tədqiqatlar aparılıb. Məlum olub ki, şəkərli diabet və piylənmə ilə üzləşən insanlarda bu molekulun konsentrasiyası azalır.
Bundan əvvəl ABŞ-ın Franklin Pirs Universitetinin alimləri səhər saat 7-dən doqquza qədər acqarına fiziki fəaliyyətin sürətli və effektiv arıqlamağa səbəb olduğunu bildirmişdilər.
 
Ardını oxu...
Yeni bir araşdırma, zəngin insanların yoxsul insanlardan daha çox xərçəngə tutulma ehtimalının olduğunu göstərib.

Finlandiyanın Helsinki Universitetində sosial-iqtisadi vəziyyət (SES) ilə bir sıra xəstəliklər arasında əlaqə araşdırılıb.

Nəticələr göstərib ki, maddi durumu yüksək olan insanlar döş, prostat və digər xərçənglər üçün genetik risk altındadır. Digər tərəfdən, daha az imkanlı insanlar genetik olaraq diabet, artrit, depressiya, alkoqolizm və ağciyər xərçənginə daha çox meyllidirlər.

Finlandiya Universitetinin Molekulyar Tibb İnstitutunun (FIMM) tədqiqat rəhbəri və sözçüsü Fiona Hagenbeck, ilkin nəticələrin poligen risk skorlarının bəzi xəstəliklər üçün skrininq protokollarına inteqrasiyasına səbəb ola biləcəyini söyləyib:

“Poligenik göstəricilərin xəstəlik riskinə təsirinin kontekstdən asılı olduğunu başa düşmək, daha dəqiq skrininq protokollarının hazırlanmasına kömək edə bilər. Məsələn, gələcəkdə döş xərçəngi skrininq protokolları yüksək genetik riskli olan qadınlara uyğunlaşdırıla bilər. Təhsil səviyyəsi daha az genetik riskə və ya təhsil səviyyəsinə malik olanlara nisbətən daha erkən və ya daha tez-tez yoxlanılır”.

Tədqiqat yaşı 35-80 arasında olan təxminən 280.000 şəxsdən genomika, SES və sağlamlıq məlumatları toplayıb. Əvvəlki tədqiqatlar risklərdə bəzi fərqlər aşkar edib, lakin bu araşdırma yüksək gəlirli ölkələrdə yayılmış 19 ciddi xəstəlik arasında əlaqə quran ilk tədqiqatdır.

“Klinik riskin proqnozlaşdırılması modellərinin çoxu cinsiyyət və yaş kimi əsas demoqrafik məlumatları ehtiva edir. Bu halların kişilər və qadınlar arasında dəyişdiyini və yaşdan asılı olduğunu qəbul edir. Genetik məlumatın səhiyyə xidmətinə daxil edilməsində bu kontekstin də vacib olduğunu qəbul etmək vacibdir. İlk addım indi göstərə bilərik ki, xəstəlik riskinin genetik proqnozu da insanın sosial-iqtisadi vəziyyətindən asılıdır, baxmayaraq ki, genetik məlumatlarımız yaşlandıqca dəyişir”.

Tədqiqatçılar konkret peşələr və xəstəlik riski arasındakı əlaqənin daha da öyrənilməsinin və aşağı gəlirli ölkələrdə oxşar tədqiqatların aparılmasının vacibliyini vurğulayıblar.
 
Ardını oxu...
“Hakan Foods Azerbaijan Trading” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları fəaliyyət qaydaları əleyhinə olan (Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin və ya təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatının aparılmaması) inzibati xəta protokolu tərtib olunub.
Valyuta.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsinə əsasən, ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə vəzifəli şəxslər 2500-3500 manatadək, hüquqi şəxslər 8500-10000 manatadək məbləğdə cərimə edilir.
İşə Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin icraatındadır.
Qeyd edək ki, “Hakan Foods Azerbaıjan Tradıng Co Ltd” MMC müstəqil təsərrüfat subyekti olaraq Mülki Məcəllə, digər qanunvericilik aktlarına və Nizamnaməyə müvafiq olarq 2001-ci ildən “Kral” markası altında ekoloji təmiz kolbasa, sosiska, servelat, vetçina, mal delikatesi və s. ət məhsulları istehsalına başlayıb.
 
Ardını oxu...
"Koronavirusun yeni variantı FLiRT hazırda dünyada COVID-19-un ən dominant ştamıdır"

TEREF oxu.az-a istinadən xəbər verir ki, BBC bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına istinadla xəbər verib.

Bildirilir ki, FLiRT əslində bu variantın qeyri-rəsmi adıdır və variantın genetik kodundakı mutasiyaların adlarından ilhamlanır. Bu variant "Omicron"un JN.1 variantının nəslindəndir.

Nəşr Con Hopkins Universitetinin məlumatlarına istinadla xəbər verib ki, FLiRT-in sünbül zülalında bu variantın bədənin anticisimlərindən yayınmasına kömək edən üç əsas mutasiya var.

Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi isə onun nə qədər ağır olduğunu və yoluxuculuğunu anlamaq üçün FLiRT haqqında daha çox məlumata ehtiyac olduğunu bildirib.

Yoluxma halları

COVID-19-un yayılması artıq əvvəlki qədər sürətlə olmasa da, bir sıra ölkələrdə yoluxma halları artıb.

"British Medical Journal" Böyük Britaniyada may və iyun aylarında SARS-CoV-2 üçün testlərdə müsbət cavabların sayında artım olduğunu bildirib. London sakinləri xəstəliyin ötürülməsinin qarşısını almaq üçün hələ də maskalar taxmağa davam edirlər.

ABŞ-də yoluxma halları iyunun sonuna olan məlumata görə həftədə 1.4% artıb.

FLiRT variantının simptomları

FLiRT-ə yoluxma zamanı simptomlar digər Covid-19 variantları ilə eynidir.

ÜST bildirir ki, simptomlar adətən infeksiyadan sonra 5-6 gün ərzində görünür və bir gündən 14 günə qədər davam edir.

Ən çox görülən simptomlar: Hərarət, boğaz ağrısı.

Daha spesifik simptomlar: Əllərdə və ayaqlarda əzələ ağrısı, əzginlik, tənəffüs problemi, baş ağrısı, gözdə ağrılar, başgicəllənmə, öskürək, sinədə ağrılar, nəfəs darlığı, uyuşma, iştahasızlıq, ürəkbulanma, qusma, mədə ağrısı və ya ishal, qoxu itkisi, yuxusuzluq və s.

ÜST aşağıdakı simptomlarla qarşılaşan insanların dərhal tibbi yardım almasını tövsiyə edir: nəfəs darlığı, danışmaqda çətinlik, ürəkgetmə, sinə ağrısı, dərinin solğunlaşması və göyərməsi, hərəkətdə çətinlik.

Mövcud peyvəndlər FLiRT variantına qarşı effektivdirmi?

Amerika Yoluxucu Xəstəliklər Cəmiyyətinin sözçüsü Aaron Qlatt bildirib ki, hazırda mövcud olan vaksinlər hələ ki, yeni varianta qarşı təsirlidir.

2022-ci ildən bəri müxtəlif ölkələrin səhiyyə orqanları peyvənd istehsalçılarından COVID-19 peyvəndinin yeni versiyalarını hazırlamağı xahiş ediblər. Məqsəd peyvəndin dövriyyədə olan yeni variantlara qarşı daha təsirli olmasıdır. Avropanın səhiyyə orqanları vaksin istehsalçılarını əsasən JN.1 variantını hədəf almağa çağırıb.

Xatırladaq ki, bir neçə ay öncə Rusiyada FLiRT-ə 200-ə yaxın yoluxma qeydə alınıb.
 
Ardını oxu...
Yemiş dadlı və sərinləşdirici bir yay meyvəsidir və tərkibində bir çox faydalı maddələr vardır. Lakin bəzi insanlar üçün yemiş yemək məsləhət görülməyə bilər. Foodinfo.az xəbər verir ki, yemiş yüksək şəkər tərkibinə malikdir və bu səbəbdən qan şəkərini sürətlə artıra bilər. Diyabet xəstələri üçün bu, qan şəkərinin idarə edilməsini çətinləşdirər. Diyabet xəstələri yemiş yemək istədikdə miqdarını məhdudlaşdırmalı və qan şəkərini diqqətlə izləməlidirlər.Yemişin tərkibindəki turşu və lif mədə turşuluğunu artıra bilər. Qastrit və mədə xorası kimi həzm problemlərini qabardar. Bu cür narahatlıqları olan insanlar yemişi ölçülü şəkildə istehlak etməli və ya tamamilə ondan çəkinməlidir. Bəzi insanlar yemişə qarşı allergik reaksiya göstərə bilər. Bu reaksiyalar arasında qaşınma, şişlik, ürtiker və hətta anafilaksi kimi ciddi simptomlar ola bilər. Yemişə qarşı allergiyası olan insanlar bu meyvədən tamamilə uzaqlaşmalıdır.Yemişin tərkibindəki şəkər və kalori miqdarı həddindən artıq istehlak edildikdə çəki artımına səbəb ola bilər. Çəki problemləri olan insanlar da yemişi ölçülü şəkildə yeməlidir ki, kalori qəbulunu nəzarətdə saxlaya bilsinlər.Bu meyvə kaliumla zəngindir və böyrək problemləri olan insanlar üçün yüksək kalium səviyyəsi təhlükəli ola bilər. Böyrək funksiyası zəif olan insanlar yemişin kalium tərkibindən dolayı onu məhdudlaşdırmalıdır.Yemişin qabığında olan bakteriyalar bəzən zərərli ola bilər və hamilə qadınlar üçün risk təşkil edə bilər.
 

Dünyapress TV

Xəbər lenti