“Rusiya ərazilərimizin adlarını “erməniləşdirməyə” davam edir?” — TƏHLİL
“Rusiya tərəfinin öz məlumatlarında Azərbaycan ərazilərinin adlarını erməni mənbələrində göstərilən şəkildə yazması heç bir halda təsadüf sayıla bilməz. Əgər bu təsadüf və ya məlumatsızlıqdan qaynaqlanan yanlışlıq olsaydı o zaman Azərbaycan Müdafiə Nazirliyinin həmin yanlışlığı aradan qaldırılması üçün artıq yeddi dəfə etdiyi müraciət öz həllini tapar və həmin səhv aradan qaldırılardı”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib. Politoloq qeyd edib ki, Rusiya Azərbaycana təzyiq göstərməyə çalışır.

“Əgər Rusiya rəsmi Bakının müraciətlərinə baxmayaraq yenə də öz bildiyini edirsə, yenə də ərazilərimizin adlarını “erməniləşdirməyə” davam edirsə, üstəlik öz rəsmi məlumatlarında artıq inzibati ərazi vahidi kimi mövcud olmayan “Dağlıq Qarabağ” ifadəsindən istifadə edirsə demək ki, məqsəd başqadır. İndiki halda məqsəd Azərbaycan təzyiq göstərməkdən ibarətdir. Çünki, Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatlarında indiyə qədər də bir neçə dəfə oxşar şəkildə ərazilərimizin adlarının dəyişdirilərək verilməsinə cəhdlər edilmişdi, amma Azərbaycan tərəfinin müraciətlərindən sonra həmin ifadələrə düzəliş edilmişdi. İndi isə müraciətlərin cavabsız qalması birbaşa təzyiq vasitəsidir. Nəyin bahasına olursa-olsun regionda mövcudluğunu qoruyub saxlamağa cəhd edən Rusiya sülhməramlıların mandatnın uzadılması ilə bağlı müraciətlərə Azərbaycan tərəfindən müsbət cavab ala bilmədiyi üçün bu cür metodlardan istifadə edir”.
“Rusiya başa düşür ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını uzun müddət üçün tormozlamaq mümkün olmayacaq. Odur ki, indi əsas gücünü Ermənistana təzyiqdan daha çox separatçı rejimə dəstək verməyə yönəldib. Rusiya həm Qarabağdakı separatçı rejimə dəstək verməklə onu Paşinyanın apardığı sülh danışıqlarını qəbul etməməyə şirnikləndirir. Dəstək isə təkcə adlarımızı dəyişdirməklə deyil, həm də Vardanyan vasitəsilə separatçılara müxtəlif səviyyədə yardımlarla edilir”.
“Üçtərəfli bəyanatın tələblərinə uyğun olaraq erməni hərbi birləşmələrinin ərazilərimizi hələ də tərk etməməsinə göz yumur, humanitar dəhliz rolu oynamalı olan Laçın dəhlizindən silah-sursat daşınmasına şərait yaradır, kilsə, məktəb tikir və s. Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya problemin birdəfəlik həllində maraqlı deyil və “sülhməramlıların” nəzarəti altında olan ərazilərdə uzun müddətə qalmaq arzusundadır. Amma Rusiya bilməlidir ki, ərazilərimizdə müvvəqəti olaraq yerləşmiş sülhməramlı missiyanın hər hansı bir beynəlxalq mandatı yoxdur və ərazilərimizdə ancaq 10 noyabr üçtərəfli bəyanatın əsasında fəaliyyət göstərirlər. O bəyanatın ki, Ermənistanla yanaşı, həm də Rusiyanın üzərinə müəyyən öhdəliklər qoyur. Əgər Ermənistan və Rusiya həmin bəyanatla üzərlərinə düşən öhdəlikləri icra etməyəcəklərsə o zaman Azərbaycanın da öz öhdəliklərindən imtina edərək həm Laçın dəhlizini bağlamaq, həm də rus hərbi kontingentinin müddətin bitməsini gözləmədən ərazilərimizi tərk etməsini tələb etmək hüququ var”.
 

Bölmənin digər xəbərləri

17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB
06 Aprel 2025 Türkiyənin adından Qarabağ haqda pis xəbər yayıldı: səfirlik REAKSİYA VERDİ– FOTO
05 Aprel 2025 Suqovuşan kəndinə növbəti köç karvanı yola salındı
05 Aprel 2025 Zəngəzur dəhlizi ilə bağlı mühüm gəlişmə...
03 Aprel 2025 32 ildir açıq qalan sual: Kəlbəcərin işğalının qarşısını almaq mümkün idimi?
02 Aprel 2025 Qələbəyə aparan yol - Aprel döyüşlərindən doqquz il ötür
01 Aprel 2025 “300-ə yaxın müsəlman məscidi, 500-dən artıq müsəlman qəbiristanlığı barədədə hesabat versin”-DEPUTAT
29 Mart 2025 Azərbaycan öz Milli Qəhrəmanına BELƏMİ SAYĞISIZDIR? - BU NƏDİ BELƏ?..
28 Mart 2025 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Sarıcalı kəndinə səfərdən görüntülər paylaşılıb - VİDEO
27 Mart 2025 Prezident xanımı ilə Ağdama getdi
26 Mart 2025 Ağdamdan SON GÖRÜNTÜLƏR: Yaxın vaxtlarda üç kəndə qayıdış baş tutacaq - VİDEO
26 Mart 2025 "Bu dəmir yolu Zəngəzur dəhlizinin bir hissəsidir" - Layihə rəhbəri

Dünyapress TV

Xəbər lenti