Yerevandan rəy: «Moskvaya Ermənistan-Azərbaycan münaqişəsinin davam etməsi lazımdır»
“Jamnews”un materialı əsasında
«Ermənistanla Azərbaycan arasında sülh prosesinin Rusiya modelində «dəhliz», yəni yolların Ermənistan tərəfinin nəzarəti olmadan açılması, sərhədlərin sonu görünməyən delimitasiyası və Moskvanın Cənubi Qafqazdakı mövqelərinin güclənməsi nəzərdə tutulur»,- politoloq Areq Koçinyan bu fikirdədir.
Bununla belə, onun fikrincə, həmin bəndlərin heç biri Azərbaycanla davamlı sülhə aparıb çıxarmayacaq. Ekspert deyir ki, «bu, daimidir, Rusiya sülh müqaviləsini yox, sadəcə prosesi arzulayır», yəni münaqişənin tənzimlənməsində deyil, özünün iştirakı ilə müzakirələrdə maraqlıdır.
«Moskvaya yekun nizamlama lazım deyil»
Areq Koçinyan qeyd edir ki, Ermənistanla Azərbaycanın münasibətlərinin birdəfəlik nizamlanması Moskvanın planlarına daxil deyil. Ona «lap Qarabağsız olsa belə» münaqişənin davam etməsi gərəkdir:
«Əgər münasibətləri tənzimləmək alınsa, tərəflər xeyli dərəcədə Rusiyanın təsirindən və dəyənəyindən azad olacaqlar».
Politoloqun fikrincə, Qərb də bölgədəki proseslərdən kənarda qalmaq istəmir, ancaq hansı səviyyədə iştirak etmək istədikləri bəlli deyil. Koçinyan bildirir ki, Türkiyə və Rusiya özlərinin bölgədəki rolunu qoruyub saxlamaq üçün yetərincə enerji, resurslar və siyasi iradə ortaya qoyub. Ancaq Qərbin bu məqsədlə nələr etməyə hazır olduğu aydın deyil.
«Üç ssenari mümkündür»
Areq Koçinyan hadisələrin inkişafının üç ssenarisini təsvir edir:
· «Azərbaycan problemin nizamlanmasına razıdır, Ermənistana qarşı heç bir ərazi iddiası irəli sürmür və bütün bunlara Qərb siyasi qarant durur»;
· «Qərb Azərbaycanı danışıqlar masasına əyləşdirməyi bacarmır, ancaq bölgəni birdəflik itirməmək üçün bu formatı təklif edir: Azərbaycanı Türkyə və Rusiya, Ermənistanı isə Qərb ölkələri dəstəkləyir»;
· «Sülhə nail olunmur, Qərb öz üzərinə yetərincə məsuliyyət götürmür, Ermənistan isə Rusiya-Türkiyə razılaşmaları ilə mübarizədə tək qalır».
Politoloqun sözlərinə görə, birinci və ikinci ssenari Qərbin maraqlarına uyğundur. Və əgər onlar reallaşmasa, Ermənistan Türkiyə və Azərbaycanla «dinc yanaşı yaşamaq formulu»nu tapmalı olacaq.
«Pis variant onda deyil ki, hətta güzəştlər bahasına Azərbaycan və Türkiyə ilə razılaşmaya getmək lazım olacaq. Pis variant ondadır ki, bu güzəştləri sənin üçün başqası edəcək və sənin əvəzinə başqası razılığa gedəcək. Sonra isə sən baş verənləri qəbul etməyə məcbur qalacaqsan və əvəzində heç nə almayacaqsan», – Koçinyan deyir.
«Ermənistan Türkiyəyə və Azərbaycana iqtisadi tərəfdaşlıq təklif etməlidir»
Analitik hesab edir ki, bölgədə uzunmüddətli sülhün bərqərar olması üçün aşağıdakı həqiqət nəzərə alınmalıdır: təkcə müharibə tərəfi ilə yox, həm də qarşılıqlı mənfəət münasibətlərinin olduğu tərəflərlə də savaşırsan. Odur ki, Koçinyanın fikrincə, Ankara və Bakı üçün iqtisadi tərəfdaş rolunda çıxış etməyə də cəhd olunmalıdır:
«Biz bacardıqca çox infrastruktur və enerji layihələri işləyib hazırlamalı, onları mütəmadi yeniləməliyik».
Bundan əlavə, Koçinyan bildirir ki, Ermənistan özünün müdafiə imkanlarını möhkəmlətməlidir. Söhbət təkcə silahlı qüvvələrin yenidən formalaşdırılmasından yox, həm də hərbi-siyasi əlaqələrin yaradılmasından gedir. Burada «bu siyasi mübarizədə Ermənistanın ləğvini və ya bundan sonra da zəifləməsini görməyə» hazır olmayan dövlətlərlə əməkdaşlıq nəzərdə tutulur.
Koçinyan qeyd edir ki, sülh qüvvələrin balansı halında əldə olunur, ona görə də Ermənistan ərazi bütövlüyü və suverenliyini müdafiə etməklə bağlı qarşısında dayanan problemləri həll etməlidir.
Meydan TV
 

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Mövqelərimiz yenidən atəşə tutuldu
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB
06 Aprel 2025 Türkiyənin adından Qarabağ haqda pis xəbər yayıldı: səfirlik REAKSİYA VERDİ– FOTO
05 Aprel 2025 Suqovuşan kəndinə növbəti köç karvanı yola salındı
05 Aprel 2025 Zəngəzur dəhlizi ilə bağlı mühüm gəlişmə...
03 Aprel 2025 32 ildir açıq qalan sual: Kəlbəcərin işğalının qarşısını almaq mümkün idimi?
02 Aprel 2025 Qələbəyə aparan yol - Aprel döyüşlərindən doqquz il ötür
01 Aprel 2025 “300-ə yaxın müsəlman məscidi, 500-dən artıq müsəlman qəbiristanlığı barədədə hesabat versin”-DEPUTAT
29 Mart 2025 Azərbaycan öz Milli Qəhrəmanına BELƏMİ SAYĞISIZDIR? - BU NƏDİ BELƏ?..
28 Mart 2025 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Sarıcalı kəndinə səfərdən görüntülər paylaşılıb - VİDEO

Dünyapress TV

Xəbər lenti