“Azərbaycan ermənilərin Qarabağdakı ağır texnikasını bir saata məhv edə bilər”
“Ermənilər təbliğat xarakterli təxribatla məşğul olur və bu, İrəvanın təşəbbüsü ilə həyata keçirilir. Əslinə qalsa, Ermənistanın özündə Laçın dəhlizi ilə bağlı fərqli mövqe və yanaşmalar var. Məsələn, bir yanaşmaya görə, Nikol Paşinyan bütün bunları bilərəkdən edir, məsələni hətta BMT səviyyəsinə qaldırır. Sonra isə deyəcək ki, gördünüzmü, mən əlimdən gələn hər şeyi etdim, amma məsələ bizdən asılı deyil və s. Əslində isə onların BMT-yə müraciəti də məntiqdən uzaqdır”.

DİA.AZ bildirir ki, bunu Reyting.az-a Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Qarabağ və Ermənistan-Azərbaycan sərhəddində baş verənlərdən danışarkən deyib.

Zülfüqarov əlavə edib ki, ermənilərin məntiqsiz hərəkətləri göz önündədir:

“Bir tərəfdən deyirlər ki, humanitar problem var, digər tərəfdən də Azərbaycanın təqdim etdiyi alternativ yollardan imtina edirlər. Azərbaycan iki yol təklif edir ki, bunun da biri Ağdam yoludur. Bu, məntiqlə düzgün təklifdir, çünki gələcəkdə Ağdamdan Xankəndiyə qatar yolu çəkilməli, yüklər daha asan daşınmalıdır. Bütün bunlar da Azərbaycanın suveren hüquqlarıdır və bu çərçivədə addımlar atılır. Əslində, buna etiraz edən sülhməramlılardır. Onlar başa düşürlər ki, gec-tez təchizat Azərbaycan üzərindən olacaq və bu da Azərbaycana müəyyən üstünlüklər verəcək”.

Kemiş nazir bildirib ki, BMT Təhlükəsizlik Şurasında hətta Laçın dəhlizi və ya Qarabağdakı ermənilərin “humanitar böhran”ı müzakirə edilsə belə, hər hansı qətnamə qəbul olunmayacaq: “Ən yaxşı halda sədrin adından bəyanat verilə, bu bəyanatda da ermənilər hər iki yoldan birindən istifadəyə çağırıla bilər. Başqa heç nə ola bilməz”.

Zülfüqarovun fikrincə, ermənilərin indiki gərginliyi yaratmaqda məqsədi məsələni bir-birinə qatmaq, Azərbaycana qarşı növbəti qarayaxma kampaniyası aparmaqdır: “Amma bu da məntiqsiz gedişdir. Azərbaycan çoxdandır tələb edir ki, ərazidə olan ağır texnika çıxarılsın və Ermənistan 10 noyabr sazişinə əməl etsin. Azərbaycan bu məsələdə də haqlıdır, axı, Ermənistanın hərbçiləri və ağır texnikası Qarabağda nə gəzir?

Bəli, hiss olunur ki, onlar təxribata meyllənirlər, xüsusilə hərbi təxribatı da nəzərdən qaçırmaq olmaz. Amma onların Qarabağdakı ağır texnikası bizə məlumdur və Azərbaycan tərəfi dronları havaya qaldırmaqla onları bir saata sıradan çıxara bilər. Buna haqqımız da var. Ermənistan tankının və ya hərbçisinin bizim ərazimizdə nə işi var?”.

Sabiq nazir sonda qeyd edib ki, əgər ermənilər təxribata əl atsalar, layiqli cəzalarını alacaqlar. Amma indi elə vəziyyət yaranıb ki, sanki ermənilər nə etdiklərini anlamırlar.
 

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Mövqelərimiz yenidən atəşə tutuldu
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB
06 Aprel 2025 Türkiyənin adından Qarabağ haqda pis xəbər yayıldı: səfirlik REAKSİYA VERDİ– FOTO
05 Aprel 2025 Suqovuşan kəndinə növbəti köç karvanı yola salındı
05 Aprel 2025 Zəngəzur dəhlizi ilə bağlı mühüm gəlişmə...
03 Aprel 2025 32 ildir açıq qalan sual: Kəlbəcərin işğalının qarşısını almaq mümkün idimi?
02 Aprel 2025 Qələbəyə aparan yol - Aprel döyüşlərindən doqquz il ötür
01 Aprel 2025 “300-ə yaxın müsəlman məscidi, 500-dən artıq müsəlman qəbiristanlığı barədədə hesabat versin”-DEPUTAT
29 Mart 2025 Azərbaycan öz Milli Qəhrəmanına BELƏMİ SAYĞISIZDIR? - BU NƏDİ BELƏ?..
28 Mart 2025 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Sarıcalı kəndinə səfərdən görüntülər paylaşılıb - VİDEO

Dünyapress TV

Xəbər lenti