Ardını oxu...
Bu gün 44 günlük Vətən müharibəsində Azərbaycanın bir neçə ərazisini işğaldan azad etməsinin ikinci ildönümüdür. 2020-ci ilin oktyabr ayının 3-də Tərtərin işğal altında olan Suqovuşan kəndi işğaldan azad edilib.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı ərazinin işğaldan azad edildiyini elan edəndə bildirdi ki, oktaybrın 3-dən etibarən Madagizin tarixi adını bərpa edir və o, Suqovuşan adlandırılır.
Ardını oxu...
Azərbaycan Ordusu oktyabrın 3-də Tərtərin digər işğal altında olan kəndini – Talışı da – azad edib.

Prezident həmin gün Cəbrayıl və Füzuli istiqamətlərində düşmən tapdağından azad edilmiş ərazilərin də adlarını açıqlayıb.

Belə ki, oktyabrın 3-də Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndi işğaldan azad edilib.
Ardını oxu...
 

Ukrayna tərəfdaşları ilə razılaşmalıdır ki, NATO-ya daxil olmamışdan əvvəl ölkənin İsveç və Finlandiya kimi müvəqqəti təhlükəsizlik zəmanətləri olsun.

Axar.az xəbər verir ki, bunu Ukraynanın sabiq xarici işlər naziri və NATO-dakı missiyasının keçmiş rəhbəri Vladimir Xandoqiy deyib.

"NATO-ya qoşulmazdan əvvəl təhlükəsizlik zəmanətləri modeli Ukraynaya tətbiq oluna bilər və tətbiq edilməlidir. Biz başa düşürük ki, sabah rəsmi olaraq 5-ci maddə bizə şamil edilməyəcək. İstənilən halda biz bunu təklif etməliyik. Üzvlükdən əvvəlki dövr üçün biz İsveç və Finlandiya kimi müvəqqəti zəmanətlər almalıyıq. Üstəlik, bu gün biz zəmanətlər haqqında danışıqlar aparırıq. Onlar Ukraynanın NATO-ya tam üzv olması üçün müvəqqəti struktur olmalıdır”, - Xandoqiy bildirib.
 
Ardını oxu...
Bu gün Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 2 il ötür.

“Report” xatırladır ki, 2020-ci ilin oktyabrın 3-də Azərbaycan Ordusu hər iki kəndi erməni işğalçılarından təmizləyib.

Həmin gün Suqovuşan və Talışda Azərbaycanın üçrəngli şanlı bayrağı qaldırılıb.

1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Qədim adı Suqovuşan olan, sovet hakimiyyəti illərində Madagiz adlandırılan kənd Tərtər rayonuna birləşdirilən yaşayış məntəqələrindən biridir.

Suqovuşan ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Lakin 1994-cü ilin aprelində yenidən Ermənistan tərəfindən işğal olunub.

Kənd ərazisində Suqovuşan su anbarı və Suqovuşan-1 su elektrik stansiyası yerləşir. Ermənilər Suqovuşanı işğal etdikdən sonra burada hərbi hissələr yaratmışdı. 49 971 saylı hərbi hissə Ermənistan ordusunun Qarabağdakı ən yaxşı hərbi hissələrindən biri hesab olunurdu. Bundan başqa, erməni ordusunun "6-cı müdafiə rayonu" kimi qeyd etdiyi 33651 nömrəli hərbi hissə də Suqovuşanda mövqe tuturdu.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin oktyabr ayının 3-də Suqovuşanın erməni işğalından azad olunduğunu açıqlayıb. Daha sonra Ali Baş Komandan həmin dövründə 1-ci Ordu Korpusuna komandanlıq edən general-mayor Hikmət Həsənovu Suqovuşanın işğaldan azad olunması münasibətilə təbrik edib.

Suqovuşan döyüşü Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri hesab olunur. Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb.

Ermənistan Silahlı Qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə qoşunlarımız tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib, şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. 5-ci dağatıcı alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb.

Suqovuşanın düşməndən azad edilməsi Suqovuşan su anbarından Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi ilə ekoloji tarazlıq təmin olunub.

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə "Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan adlandırılması haqqında" qanun layihəsi Milli Məclisə göndərilib. Layihə parlamentin 2020-ci ilin oktyabrın 6-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb və qəbul edilib.

Daha sonra Prezident İlham Əliyev Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında qanunu imzalayıb. Sənədə əsasən, Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırılıb.

Prezident İlham Əliyev ötən ilin oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində və Talış kəndində Azərbaycan bayrağını ucaldıb.

Elə həmin günü Prezidentin iştirakı ilə Tərtərdə “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub.

Artıq bu ilin yanvar ayından etibarən Tərtər rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin içməli su təchizatı bərpa edilib.

Bu ilin martın 20-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində bayram tonqalını alovlandırıblar. Daha sonra dövlət başçısı Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Elə həmin gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində yeni tikiləcək məscidin təməlini qoyublar.

Daha sonra Suqovuşan qəsəbəsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışı olub. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Suqovuşan qəsəbəsində Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməli qoyulub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Məlumat üçün bildirək ki, ötən il Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Suqovuşan qəsəbəsində təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Suqovuşan qəsəbəsinə bu səfəri işğaldan azad olunan ərazilərdə ilk idman tədbirinin təşkili ilə də yadda qalıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 29-da və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, oktyabrın 3-də Suqovuşan və Talış kəndləri ilə yanaşı Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi də Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilib.
 
 
 
Ardını oxu...
Paşinyan bildirir ki, Azərbaycanla sülh müqaviləsinə Qarabağ məsələsi daxil edilməyə bilər.

Bu, rəsmi Bakının “Qarabağ Azərbaycanın daxili məsələsidir” mövqeyinə uyğundur, hərçənd, erməni baş nazir fikrinin davamında gerçək niyyətini açıqlayır:

- “Dağlıq Qarabağ üzrə danışıqlar prosesində əsas söz sahibi Qarabağ xalqının seçdiyi nümayəndələr olmalıdır”;

- “Azərbaycan “Dağlıq Qarabağ”la danışıqlar aparmalıdır”.

Nikolun “Qarabağ yükü”ndən azad olmaq və separatçı-terrorçuların gələcəyi ilə bağlı məsuliyyəti Rusiyanın üzərinə qoymaq, həmçinin, Bakı-Moskva xəttində münaqişə nöqtəsi yaratmaq niyyəti bəllidir. Hərçənd, müharibədən sonra Qarabağla bağlı dəyişən ritorika diqqət çəkir.

Erməni baş nazir müharibədən sonra “status iddiasının aşağı salınması” və “Qarabağda etnik ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi” çıxışları ilə İrəvanı prosesdən ayırır, Bakının gündəliyinə yaxın mövqedən çıxış edirdisə, indi 44 günlük müharibədən öncə Qarabağı danışıqlarda tərəf kimi daxil etmək mövqeyini başqa formada təkrarlayır.

Müharibədən sonra ilk dəfə “Azərbaycanla “Dağlıq Qarabağ” arasında danışıqlar başlasa yaxşı olar” tezisini Fransada Makronla görüş zamanı dilə gətirməsi bölgədə şərtlərin dəyişməsi, daha doğrusu, dəyişmək perspektivinin yaranmasından qaynaqlanır və bu, bölgəyə dair siyasətini “münaqişənin bitmədiyi”, “status” və “Minsk qrupu” üzərindən həyata keçirən Qərb ölkələrinin, xüsusilə Fransanın əlinə oynamaqdır.

Bütün hallarda – Qarabağ məsələsi Bakı və Moskvanın məsələsinə çevrilərsə, yaxud “tərəf” olması iddiası aktuallaşarsa - nəticənin nə olmasından asılı olmayaraq, Paşinyan “yük” olaraq gördüyü bu məsələni üzərindən atır və “Qarabağ ərazi yox, hüquqi münaqişədir” tezisini gücləndirməyə çalışır.

Buna paralel olaraq, Qarabağda müəyyən proseslərin yaşanması istisna deyil. Xüsusilə separatçıları “tərəfə” çevirmək məqsədilə “etnik ermənilərin hüquqlarının pozulması, təhlükəsizliyinin təmin edilməməsi” halları yaradıla, Bakının irəli sürdüyü “birgəyaşayış” prinsipinin mümkünsüzlüyünü ispatlamağa hesablanan addımlar atıla bilər.
 
 
 
Ardını oxu...
Füzulidə mina hadisəsi baş verib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, 2022-ci 30 sentyabr tarixində Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minanın partlayışı baş verib.

Təhlükəli əraziyə qeyri-qanuni yolla daxil olma nəticəsində 1986-cı il təvəllüdlü Əsədov Amid Fətullah oğlu və 2007-ci il təvəllüdlü Quluzadə Çərkəz Bahadur oğlu həlak olub. Xəstəxanaya çatdırılan 1973-cü il təvəllüdlü Quliyev Bahadur Məhi oğlunun vəziyyəti isə qənaətbəxşdir. Həyati təhlükəsi yoxdur.

ANAMA bir daha xəbərdarlıq edir ki, işğaldan azad edilmiş ərazilərdə müharibənin partlayıcı qalıqları təhlükəsi qalmaqdadır. İşğaldan azad edilmiş ərazilərə səfər edən, eləcə də bu ərazilərdə fəaliyyət göstərən vətəndaşlara diqqətli olmağı, bələd olmadıqları təhlükəli ərazilərə icazəsiz yollarla daxil olmamağı tövsiyə edir.
 
Ardını oxu...
Türkiyə Milli Təhlükəsizlik Şurası sentyabrın 28-də iclas keçirdi. İclasın sonunda yeddi maddəlik bəyanat qəbul edildi.
Bəyanat Türkiyə-Yunanıstan münasibətlərinin müharibə həddinə çatması ilə yedəyə alınan digər risk faktorlarının qiymətləndirilməsi, perspektiv müdafiə marşrutlarının dəqiqləşdirilməsi istiqamətini müəyyən edir.
Birinci maddə PKK, FETÖ və İŞİD kimi terror təşkilatlarının terror-təxribat fəaliyyətinin təhlilinə əsaslanır və gələcək üçün Türkiyənin həyata keçirə biləcəyi gizli və ya açıq əməliyyatların konturlarını göstərir.
Bu xüsusda Türkiyənin Suriyadakı mövcudluq şkalasını qaldırması, həmçinin PKK və FETÖ-yə qarşı isə həm daxildə, həm də başqa ölkələrdə yeni fəaliyyət dairəsi cızacağı qaçılmaz hala gələcək.
İkinci maddə Türkiyənin İraqdakı maraqlarının müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsini ehtiva edir, amma hiss edilir ki, Ankara İraqdakı proseslərin xarakterinin fərqliliyini nəzərə alaraq bu ölkəyə dair planını ayrıca xətt üzrə icra edir. Nəzərə alınmalıdır ki, İraqda hökumət qurulması prosesində problemlər müşahidə edilir.
Türkiyə İraq hakimiyyətində rıçaqlara yiyələnmək meyillərini bu ölkədəki PKK-ya qarşı mübarizə ilə paralel şəkildə diqqətdə saxlayır.
Təhlükəsizlik Şurası Yunanıstanla gərginlik mövzusunu 3-cü bəndə daxil edib. Yəqin, göstərilir ki, Türkiyənin Suriyada genişmiqyaslı hərbi əməliyyatlar keçirməsi və İraqdakı “Pəncə-Kilit” əməliyyatının miqyasını genişlətməsi digər oyunçuların maraqları ilə toqquşduğundan onlar Yunanıstan kartına kapital qoyurlar.
Bu nöqtədə Türkiyə daha çox ABŞ və Fransaya vurğu edir, çünki Yunanıstanın həlledici dəstəkçiləri bu iki ölkədir. Görünür ki, masada hərb variantı mövcuddur, yoxsa Təhlükəsizlik Şurası Yunanıstanın hərbi hərəkətliliyinə qarşı beynəlxalq hüququn icazə verdiyi bütün vasitələrdən istifadə etməklə cavab veriləcəyini bəyan etməzdi!
Dördüncü maddədə ABŞ-ın Cənubi Kiprə silah embarqosunu aradan qaldırması dəyərləndirilib, bunun Aralıq dənizində sülh və balansı mənfi istiqamətə sürükləyəcəyi qeyd olunub.
Türkiyə cavab olaraq Şimali Kipr Türk Respublikasının beynəlxalq səviyyədə tanınmasının vacibliyini önə çəkib, hiss etmək çətin deyil ki, Türkiyənin rəqibləri həm də bu çağırışın önünə keçmək üçün müxtəlif vasitələri işə salaraq onları yerbəyer edirlər.
Bəyanatın 6-cı maddəsi Ukraynadakı müharibənin yaratdığı humanitar fəlakətin qarşısının alınması üçün Türkiyənin səylərini davam etdirəcəyini, 7-ci maddə isə Liviyadakı proseslərdə Ankaranın mövqeyinin möhkəmləndirilməsi istiqamətlərini göstərir.
Türkiyə Təhlükəsizlik Şurasının yaydığı sənədin 5-ci bəndinin şərhini isə sona saxladıq.
Bu bənd Azərbaycan-Ermənistan sərhədindəki toqquşmalar fonunda kənar oyunçuların hansı mövqedə dayanmasına işarə edir. Ankara hesab edir ki, Ermənistan özünə təqdim edilən sülh fürsətlərini dəyərləndirmək əvəzinə, təxribata təhrik edilib.
Bunun açması odur ki, Ermənistan özünün havadarları ilə Azərbaycana qarşı hərəkətə keçib. Toqquşmalardan sonra ən çox ABŞ, Fransa və İrandan İrəvana dəstək ifadə olunduğunu nəzərə alsaq, Ermənistanın hansı qaynaqlardan ruhlandığını görmək mümkündür.
Təhlükəsizlik Şurasının birinci maddəsinin məğzini 5-ci maddəyə də proyeksiya etmək lazımdır, bu mənada hesablamaq çətin deyil ki, Türkiyə Cənubi Qafqaz regionunda hansısa terror fəaliyyətinin canlanacağından ehtiyat edir.
Diqqətdə saxlamağa ehtiyac var ki, Ermənistan PKK terrorçularının gizlənməsi üçün əlverişli yerlərdən biridir. Üstəgəl, Cənubi Qafqazda İŞİD düşüncəli təhlükələr, FETÖ mərkəzli hərəkətlər baş qaldırarsa, buna qarşı da Türkiyə preventiv tədbirlərini gücləndirəcək.
NƏTİCƏ olaraq qeyd edə bilərik ki, bütün proseslər bir-birilə zəncirvari bağlıdır.
Aqşin Kərimov
DİA.AZ
Ardını oxu...
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan bir neçə gün əvvəl vəd verdiyi kimi İrəvanda mətbuat konfransı keçirib. Koçaryan hazırkı vəziyyətin Ermənistan və Qarabağ erməniləri üçün ağır olduğunu etiraf edib. Keçmiş prezident onu da bildirib ki, bölgədə Ermənistanın rolu xeyli azalıb. Əsas söz sahibi Türkiyə və Azərbaycandır. Koçaryanın bir başqa etirafı Rusiyanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bölgədə rolunun və Azərbaycana təsir imkanlarının azalmasıyla bağlıdır. Koçaryan “bəs çıxış yolu nədir” sualına cavab verə bilməyərək, əvvəlcə hakimiyyətə yiyələnməyin vacib olduğunu bildirib.

Ancaq bunun çıxış yol olmadığını Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan deyib. O, Ermənistan üçün çıxış yolunun Qarabağ məsələsinin unudulmasından, o cümlədən Azərbaycan və Türkiyə ilə sülh sazişlərinin imzalanmasından keçdiyini bildirib. Koçaryan Levon Ter-Petrosyanın bu yanaşmasını qəbul etməsə də, hakimiyyətə gəldiyi halda vəziyyətdən çıxış yolunu göstərə bilməyib.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu vurğulayıb ki, Koçaryan “itirilmiş torpaqları geri qaytaracağıq” şüarını səsləndirməyə də risk etməyib. Çünki artıq o da anlayır ki, Ermənistan indi o halda deyil ki, Azərbaycana nəsə diktə edə bilsin:

"Koçaryan təklif edib ki, Ermənistan İranla birgə Qərbi Zəngəzurda birgə hərbi təlimlər keçirsin. Onun fikrincə, bu, Azərbaycanın Qərbi Zəngəzur istiqamətində irəliləməsinin qarşısını ala bilər. Qeyd edib ki, Tehran belə təlimlərlə bağlı bir il əvvəl Baş nazir Nikol Paşinyana müraciət edib. Paşinyan isə məsələni uzadıb. Görünür, Paşinyan Vaşinqtonun məsləhəti ilə İranla birgə hərbi təlimlərdən çəkinib. Bəs Koçaryan bunu hardan bilir? Böyük ehtimalla İran emisarları Paşinyandan narazılıqlarını onun əsas rəqiblərindən biri Koçaryana bildiriblər. İrandakı rejim bu saat canının hayındadır, Paşinyan ötən il İranla birgə hərbi təlimə razılaşmayıbsa, hazırda bu, İrəvanın maraqlarına heç uyğun deyil. Ermənistan rəsmiləri hər ay Tehrana deyil, Vaşinqtona səfər edirlər".
Analitik deyib ki, Koçaryan Ermənistan hakimiyyətinin Qarabağdan çəkildiyini və taleyin ümidinə buraxdığını söyləyib: "O hesab edir ki, “Qarabağ” Bakı ilə birbaşa dialoqa çalışmalıdır. Hazırkı şərtlər altında Qarabağın “müstəqllliyinin” mümkünsüzlüyünə işarə edib. Beləliklə, keçmiş "Dağlıq Qarabağ"da separatizmin əsasını qoyanlardan biri, torpaqlarımızın işğalının və azərbaycanlılara qarşı soyqırımların memarı olan şəxs də çarəsiz durumda olduqlarını etiraf edib. O, hakimiyyətin dəyişdirilməsi zərurətini vurğulasa da, bölgədə Azərbaycan və Türkiyə amili ilə hesablaşmaq məcburiyyətində qaldığını söyləyib. Levon Ter-Petrosyan da eynisini demişdi".

Ardını oxu...
Ermənistan müxalifəti sərhəddə tez-tez baş verən atışmaların Azərbaycan tərəfindən törədilməsindən əmin deyil. Xüsusən də təxribat yaratmamaq əmrinə zidd olaraq sərhəddə baş verən atışmanın ermənilər tərəfindən təşkil edildiyi bildirilir.

DİA.AZ ovqat.com-a istinadla xəbər verir ki, məlumatı Rusiyanın Avia.pro saytı yayıb.

Məlumatda konkret hansı müxalifət partiyasından söhbət getdiyi açıqlanmasa faktiki olaraq Ermənistan Müdafiə Nazirliyinin dezinformasiya siyasəti ilə öz təcavüzkar əməllərinə haqq qazandırdığına eyham vurulur.

Xatırladaq ki, ötən axşam Ermənistan Müdafiə Nazirliyi açıqlama verərək, Azərbaycan hərbçilərinin ağır silahlardan istifadə etməklə Ermənistan ərazisini atəşə tutduğu məlumatını yaymışdı. «Minaatanlardan və iriçaplı artilleriya qurğularından istifadə etməklə çoxsaylı zərbələr nəticəsində Ermənistan ordusu itki verib, möhkəmləndirilmiş ərazilər isə dağıdılıb, Azərbaycan qoşunlarının hücumlarının qarşısı alına bilib», - Ermənistan Müdafiə Nazirliyinin rəsmi açıqlamasında belə deyilirdi.

Məlumatı Ermənistanın baş naziri Nikol Paşinyan da təkrarlayaraq, dünya birliyini Azərbaycanın hücumlarını pisləməyə çağırmışdı: “Bu, Ermənistanın müstəqilliyinə, suverenliyinə və demokratiyasına hücumdur. Azərbaycanın işğalı pislənilməli və dayandırılmalıdır”.

Azərbaycan tərəfi isə Ermənistan hərbçilərinin mövqelərinə zərbələr endirilməsi faktını təsdiqləsə də, bunun təxribatlara adekvat cavab addımları olduğunu vurğulamışdı.
«Atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsgəndərov Nicat Hidayət oğlu yaralanıb.

Hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilir.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Bildiririk ki, baş vermiş insidentə görə bütün məsuliyyət vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür», - Azərbaycan Müdafiə Nazirliyinin rəsmi açıqlamasında qeyd olunub.

Avia.pro-ya inansaq, erməni müxalifləri də faktiki olaraq Azərbaycan Müdafiə Nazirliyinin bu iddialarını təsdiqləyiblər.
Ardını oxu...
Səbuhi Abbasov ATƏT-in tədbirində "Göyçə Azərbaycandır" dedi, erməniləri təşvişə saldı - VARŞAVADAN VİDEO
7NEWS.az xəbər verir ki, 26 sentyabr tarixində Polşanın paytaxtı Varşava şəhərində "ATƏT-in İnsani Dəyərlərin Qiymətləndirilməsi Konfransı" öz işinə başlayıb. Konfransda ATƏT üzvü olan ölkələrin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər.


Tədbirdə iştirak edən ASGA sədri, 7NEWS.az saytının baş redaktoru Səbuhi Abbasov ATƏT-ə üzv olan dövlətləri erməni vandalizminə qarşı mübarizəyə səsləyib: "Azərbaycan bütün azadlıqların, o cümlədən də din azadlığının yüksək səviyyədə təmin olunduğu tolerant ölkədir. Bəli, bu gün ölkəmizdə bütün azadlıqlar - mətbuat, söz, sərbəst toplaşmaq, o cümlədən, vicdan azadlığı təmin edilib. Azərbaycanda bütün xalqların, bütün konfessiyaların, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Heç vaxt ölkəmizdə dini zəmində heç bir qarşıdurma olmayıb. Azərbaycan eyni zamanda, beynəlxalq aləmdə dinlərarası dialoqun möhkəmləndirilməsinə öz mühüm tövhəsini verib. Təsadüfi deyil ki, son illərdə ölkəmiz dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrilib. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, humanitar və mədəniyyətlərarası dialoq forumları, dünya dinlərinin liderlərinin zirvə görüşləri - bütün bunlar Azərbaycan reallığıdır. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası olaraq mütəmadi şəkildə slavyan xalqlarının nümayəndələri ilə birgə tədbirlər, layihələr həyata keçirir, problemlərini öyrənir və həllinə nail oluruq. Hal-hazırda bu sahədə ən böyük problem erməni işğalından azad olan ərazisində dini abidələrin bərpası məsələsidir. 30 il ərzində Ermənistan tərəfindən işğal edilən ərazilərdə bir dini, mədəni abidə salamat qalmayıb, məscidləri donuz fermasına çevirmişdilər. Hal-hazırda Azərbaycan höküməti onların bərpasını xüsusi proqramla həyata keçirir. Eyni zamanda, anadan olduğum qədim Azərbaycan torpağı olan Göyçə mahalında da bir dənə olsun Azərbaycan xalqına aid dini abidə qalmayıb, hamısı darmadağın edilib. Bütün dünya ictimaiyyətini bu məsələdə aktiv olmağa, Erməni vandalizminə yox deməyə çağırıram. Göyçə Azərbaycandır, Qarabağ Azərbaycandır və nida. Diqqətinizə görə təşəkkür edirəm."

Məlumat üçün qeyd edək ki, Səbuhi Abbasov ATƏT-in yüksək səviyyəli konfransında rəhbərlik etdiyi qurumun daxili imkanları hesabına iştirak edir.
 
Ardını oxu...
Britaniyanın “MI-6” kəşfiyyat xidmətinin məlumatına görə, Rusiya Ukrayna ərazisini taktiki nüvə silahıyla vuracaq məkanları müəyyənləşdirib.
Plan hazırdır. Ukrayna prezidenti Volodimir Zelenskinin Kremli bu planı haqqında məlumatı var.
ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı Ben Hodces bildirib ki, əgər Rusiya taktiki nüvə silahı işlətsə, ABŞ Qara dəniz donanmasını tamamilə məhv edəcək. Bu nüvə müharibəsinə yol açacaq.
Maraqlıdır, Rusiya Ukrayna və Qərb dünyasıyla ölüm-dirim savaşına başlayarsa, taktiki nüvə silahları havada uçuşarsa Kreml Qarabağdakı hərbçilərini geri çəkərmi?
Ümumiyyətlə Rusiya səfərbərliyə həyata keçirməkdə çətinlik çəkdiyi halda Kremlin Qarabağdakı hərbçilərini Ukraynaya göndərməsinə ehtiyac var.
Doğrudur, Kreml hərbçiləri vasitəsilə Qarabağda varlığını qorumağa çalışır. Ancaq hazırda Rusiyanın taleyi Ukraynada həll olunur.
Kreml bizi Qarabağ separatçılarıyla baş-başa buraxarsa, ərazimizdə nəzarəti tam bərpa edərik. Bu variant istisna deyil.
Elxan Şahinoğlu
Teref.az
 
 

 



Ardını oxu...
 
 

 
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad olunmuş torpaqlara səfər edib.

 

Səfər çərçivəsində Prezident və xanımı Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət ediblər.

27 sentyabr - Anım Günü həyata keçirilən səfər zamanı Prezident və xanımı Yuxarı Gövhərağa məscidində torpaqlarımızın işğaldan azad olunması zamanı canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanların ruhuna dualar ediblər. 

Ardını oxu...


 

XalqXeber.Az

Dünyapress TV

Xəbər lenti