Ardını oxu...
- Böyük-kiçik deyib bir-birilərinə güzəştə getmədilər... həm də, “mübahisəni necə edərlər”in yaxşı mənada örnəyini verdilər...
İsraillə Fələstin arasında müharibə Azərbaycanda da ölkə gündəminin əsas mövzusu olaraq qalır. Kimin haqlı, kimin haqsız olması, Azərbaycanın (azərbaycanlıların) kimin yanında olması ilə bağlı müzakirələrə az-çox sosiallaşmış hər kəs qatılır. Təəssüf ki, qapalı cəmiyyətlərə xas olan fərqli fikirlərə dözümsüzlük, nifrət, kin-küdurət bu müzakirələrin içindən fontan vurur. Etik çərçivələri aşmayan, şəxslərin yox, hadisənin müzakirə olunduğu, qarşılıqlı ittihamlara yol verilməyən müzakirələr çox da deyil.
Bu, təhlükəli tendensiyadır. İdarəçilər bundan narahat olmalıdırlar. Amma görünən odur ki, ya bu təhlükəni anlamırlar, ya da elə istədikləri budur.
Yetərincə sərt tonda, amma normal polemikanın qaydalarına riayət edilməklə baş tutan belə mübahisələrdən biri diqqətimizi şəkdi. Həm də ona görə yox ki, müzakirə iştirakçıları yetərincə tanınmış simalardır (ikisi çox gənc olmasına baxmayaraq), həm də ona görə ki, onlar bir ailənin üzvləridirlər: ana və iki bacı. Ana status yazdı, müzakirələrə qızları da qatıldı. Doğmaların baş verənlərə fərqli baxışları var idi, böyük-kiçik deyib bir-birilərinə güzəştə getmədilər. Həm müzakirə maraqlı alındı, həm də “mübahisəni belə edərlər” deyə örnək verdilər.
Həmin hissəsəni izləyicilərimizə də təqdim edirik.
Zümrüd Yağmur, yazıçı:
"Sadə insani münasibət "Fələstin erməniləri dəstəkləyib, əcəb edirlər", ya da "İsrail müsəlmanlara zülm edir, əcəb olub" olmamalıdır. Nə yazıq ki, müharibələr həyatımızın reallığıdır hələ də. Demək, istənilən münaqişədə beynəlxalq hüquq normaları əsas götürülməlidir. Məsələyə "mənim, sənin" yanaşması çox ibtidaidir və dünən HƏMAS -ın etdiyi necə barbarlıq idisə, bu gün də "su, yemək, elektrik olmaycaq" deyib Qəzzanın bu şəkildə mühasirəyə alınması, ağına-qarasına baxmadan bombalanması vəhşilikdir. Orda 2 milyondan çox insan yaşayır və artıq 20 uşaq həyatını itirib.
Beynəlxaq hüquq norması deyiriksə, bu hamı üçün keçərli olmadıqca, "ağ, qara" insan bölgüsü olduqca,. demək ki, işləməyəcək. Və biz hələ çox vəhşiliklərin, müharibənin şahidi olacağıq.
Selçan Yağmur:
"İsrail bombalamadan öncə sivillərə hansı binanın hədəf alınacağını bir saat öncədən bildirir. Üstəlik, mesajlar ərəb dilində göndərilir. Hər şeyə rəğmən İsrail əxlaqi cəhətdən daha etik mübarizə aparır. Vəziyyət dəhşətlidir ancaq İsrailin hal hazırda Qəzzanı götürməkdən başqa seçimi yoxdur. Qəzza İsrailin varlığına təhlükədir."
Zümrüd Yağmur:
"Seljan Yaghmurova ona görə 20 uşaq ölüb? İkinci, o bombardımanda sağlam psixologiya qalar? HƏMAS la mübarizə Qəzzanı bu şəkildə bombalama formatında olmamalıdır. Bir anlıq orda, o bombardmandakı dəhşəti düşün. Bir də su, elekrtik, yemək olmayacaq nə deməkdir? Bəs ordadkı insanlar nə yeyib nə içəcək?"
Sənay Yağmur:
"Seljan Yaghmurova, İsrail etik mübarizə aparır? Müharibə sənin üçün yarışmadır ki, ümumiyyətlə tərəf tutursan? Hər iki tərəf sivilləri hədəf alıb, alır və bunun açıqlana bilər heç bir yanı yoxdur.
İsraildəki sivil insanların hədəf alınması necə beynəlxalq hüququn normalarına ziddirsə, Qəzzadaki sivil obyektlərin hədəf alınması da eyni şəkildə qəbul edilməzdir. Ki, özünümüdafiə və s. kimi arqumentlər çox əsassızdır. Birincisi İsraildəki həmin siyasi hökümət illərdir sivillərə zülm edir, ikincisi müharibənin tərəfi olmayan sivil insanları hədəf halına çevirir, hələ bu da bəs deyilmiş kimi milyonlarla insanın yaşadığı ərazini blokadaya alıb açlığa, susuzluğa, qaranlığa həbs edir."
Selcan Yağmur:
"Küçə-küçə gəzib sivillərə atəş açan, qadının bədənini küçədə sürüyən vəhşi terroristlər, və hələ də sivilləri qorumaq məsuliyyətini yerinə yetirən bir qurum barədə danışırıq. Kimsə "yaşasın müharibə" demir burada, calm down "post colonialism
Ardını oxu...
Şəhid Zaur İsmayılzadənin anası tükürpədici açıqlama verib.

O bildirib ki, oğlu şəhid olmamışdan öncə Elnarə adlı xanımla əlaqə saxlayıb və xahiş edib ki, şəhid olduqdan sonra həmin məkanda ona da yer ayırsın.

Daha ətraflı RTV-də:

 
 
 
Ardını oxu...
Bakıda 19 yaşlı oğlan bacısını boğub öldürdü

Oktyabrın 12-də saat 23 radələrində 2003-cü il təvəllüdlü İlahə Kərimovanın ölməsi barədə Binəqədi rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, araşdırmalarla 2004-cü il təvəllüdlü Həsən Kərimovun Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evindən birində aralarında yaranmış mübahisə zamanı bacısı İlahə Kərimovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Həsən Kərimov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.
 
Ardını oxu...
"Mənə deyəndə ki, qardaşına və yaxud övladına özün kimi qız alardın, cavab verirəm, xeyr. Mən almazdımsa, ailə və valideynləri də qınamaq olmur".

Bu sözləri aktrisa Pərvin Abıyeva Baku TV-də yayımlanan "Qapqara" verilişində danışarkən deyib:

"Nələr görmüşəm, nələr yaşamışam, nələr eşitmişəm... Haqqımda bu qədər xəbərlər çıxır, yalan-doğru, fərqi yoxdur. İstər-istəməz ata da, ana da baxır. Düşünür ki, sabah onu gəlin edəndə qohum-əqrəba mənə nə deyəcək. Özünü də düşünmür, "nə deyəcəklər" söhbəti var".
 //Teleqraf.com//
Ardını oxu...
BMT-nin 2011-ci ildə qəbul etdiyi qərarla 11 oktyabr Beynəlxalq Qızlar Günü kimi qəbul olunsa da, ilk dəfə 2012-ci ildə qeyd olunub. Azərbaycanda hər il qızların məktəbdən yayındırılması, erkən nikaha məcbur edilməsi kimi hallarla rastlaşmaq olar.

Feminist fəal Lalə Mahmudova deyir ki, Azərbaycanda da bir çox patriaxal ölkələrdə olduğu kimi qızlar müəyyən yaşa çatdıqdan sonra yox, elə doğulandan həyata oğlan uşaqlarından geridə başlayırlar.

Onun sözlərinə görə, bəzən selektiv abortların nəticəsində onlar heç doğulmurlar:

“Bu da insanların gender normalarına bağlılıqları ilə əlaqədardır. Ölkədə oğlan uşaqlarının qızlara nisbətən üstünlüyə malik olmasına səbəb bir çox gender rollarıdır.

Qızlar daha çox itaətkar böyüdülür. Deyirlər, sözəbaxan, üzüyola olsunlar. Belə olmaq sosiallaşdırılır.

Qızların ev işlərində bacarıqlı olmaları onların təhsillərindən, liderlik bacarıqlarından, iş və ya biznes qurmaq maraqlarından üstün tutulur. Bu normalar sonradan digər bütün sosial institutlarda öz əksini tapır”.

Lalə Mahmudova deyir ki, qızların təhsilə cəlb olunması ilə bağlı problemlər regionlarda daha çoxdur. Onun sözlərinə görə, dünyada 5 qızdan biri orta məktəbi qurtarmır. 10 qızdan 4-ü isə tam orta məktəbi qurtarmır ki, bu da Azərbaycana aiddir.

"Bu gün regionlarda qızların təhsilə cəlb olunması çox aşağı səviyyədədir. Şəhərdə də bu problemlər var, amma regionlarda daha pisdir. Qanunvericilik sərt şəkildə tətbiq olunsa, nəticələr olardı. Regionlarda təhsil sistemində özbaşınalıqlar olur.

Bir qaçqın düşərgəsində olmuşdum, orada çoxlu məktəblər var idi. Bu məktəblərin bəzilərində uşaq sayı az olduğu üçün dərs keçilmirdi, uşaqların digər məktəbə keçməsinə də icazə verilmirdi. Görün bürökratiya nə səviyyədədir ki, məktəb heyəti maaş almaq üçün uşaqların sənədlərini vermirdilər ki, onlar digər məktəbdə təhsil alsınlar” – deyə o, bildirib.

L.Mahmudovanın fikrincə, ən böyük problemlərdən biri də məişət zorakılığıdır.

"Bütün yaş qrupları zorakılğa məruz qalır, amma əsasən 15-19 yaşlı qızların hər dördündən biri fiziki zorakılığa məruz qalır. Eyni zamanda, ölkədə erkən nikahla bağlı açıq danışılmır. Bəlkə də Azərbaycanda müəyyən institutlar pərdə arxasında hansısa işləri görürlər, amma açıq danışmırlar. Amma nə qədər açıq danışılsa, problemin üzərinə düşərlər. Uşaqların Hüquqlarının Müdafiəsi günündə parlamentdə bu istiqamətdə bir təklif var idi, parlamentin sədri məsələni yönləndirmək istədi ki, bu təklif bu formada həyata keçsə, Azərbaycanın adı beynəlxalq hesabatlarda mənfi hallanar. Bu, açıq danışılmadıqca, qızlar zorakılığa məruz qalırlar, təhsildən yayındırılırlar. Azərbaycanda dövlət institutlarında olanlar patriaxal olduqları üçün qızlar və qadınlarla bağlı problemlər əsas problem kimi görülmür. Gedib soruşsanız, deyəcəklər, əsas problem Qarabağ problemidir, təhlükəsizlik problemidir”.

Abzas Media məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etsə də, qeyd olunan məsələlərlə bağlı suallarımız cavablandırılmayıb.

Baş Prokurorluq erkən nikaha cəlb olunan qızlarla bağlı sorğumuza, Daxili İşlər Nazirliyi isə yetkinlik yaşına çatmayan qızlarla cinsi münasibətdə olmaq halları ilə bağlı indiyə qədər açılan cinayət işləri üzrə suallarımıza cavab verməyib.
 
Ardını oxu...
Nəsimi rayonunda yaşlı qadının döyülməsi iddiası ilə bağlı hazırda müvafiq polis orqanında araşdırma aparılır.

Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib.

O, qeyd edib ki, şəxslərin sağlamlıq vəziyyəti nəzərə alınmaqla barələrində qanunamüvafiq tədbirlər görüləcək.

***14:49

Paytaxtın Nəsimi rayonunda, Səməd Vurğun küçəsində yaşlı qadın zorla diləndirilib.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

İddia edilir ki, yaşlı qadın özünü onun qızı kimi təqdim edən şəxs tərəfindən ərazidəki marketin yaxınlığında dilənməyə məcbur edilib. Hadisəyə yaxınlıqdakı vətəndaşlar müdaxilə edib. Daha sonra məlum olub ki, qadının ayaqları əlil arabasına skoçla bağlanıb. Qızı bildirib ki, anasının ayaqlarında yara olduğundan o, bu addımı atıb. Çünki yaşlı qadın ayaqlarını tərpərdikcə yara daha da pisləşirmiş.

Ətrafdakıların ciddi narazılığından sonra qadın və qızı Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə aparılıblar.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
7Times.az xəbər verir ki, bu sözləri Dubayda yaşayan 23 yaşlı influenser Linda Andrade söyləyib. Multi-milyonerin xanımı olan Linda həftəlik xərcinin 1 milyon dollar olduğunu etiraf edib.

Şokoladları çox sevdiyini söyləyən Linda bir həftə ərzində şokoladlara 7000 dollardan çox pul xərclədiyini bildirib.
Teref.Az 7Times.az-a istinadla Linda ilə həyat yoldaşının fotolarını təqdim edir:
 
Ardını oxu...
Bu gün dünya şərqşünaslığı tarixində xüsusi yeri olan görkəmli alim, professor, ədəbiyyatşünas, tənqidçi və tərcüməçi Aida İmanquliyevanın doğum günüdür.

Oxu.Az xatırladır ki, Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi, Azərbaycan mətbuatının bünövrəsini qoyanlardan biri olmuş, “Bakı” və “Baku” qəzetinin baş redaktoru Nasir İmanquliyevin qızıdır.

Aida İmanquliyeva 1957-ci ildə Bakı şəhərindəki 132 nömrəli orta məktəbi qızıl medalla bitirib və Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsinə qəbul olunub. 1962-ci ildə universiteti bitirəndən sonra bu təhsil müəssisəsinin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasının aspirantı olub, həmçinin keçmiş SSRİ EA Asiya Xalqları İnstitutunun aspiranturasında təhsil alıb. 1966-cı ildə namizədlik dissertasiyasını müdafiə edən Aida İmanquliyeva Azərbaycan EA Şərqşünaslıq İnstitutunda əmək fəaliyyətinə başlayıb. O, istedadı, zəhmətsevərliyi sayəsində kiçik elmi işçidən şöbə müdiri, elmi işlər üzrə direktor müavini və nəhayət, Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinədək yüksəlib.

1989-cu ildə Aida İmanquliyeva Tbilisi şəhərində doktorluq dissertasiyası müdafiə edib və çox keçmədən bu ixtisas üzrə professor adı alıb.

Üç fundamental monoqrafiyanın (“Mixail Nüaymə və “Qələmlər birliyi”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatı korifeyləri”) və 70-dən çox elmi məqalənin müəllifi Aida İmanquliyeva, həmçinin Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru idi. Azərbaycan EA Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən “Asiya və Afrika ölkələri xalqları ədəbiyyatları” ixtisası üzrə müdafiə şurasının sədri olub. Azərbaycan şərqşünaslıq elmini keçmiş SSRİ məkanında və onun hüdudlarından kənarda layiqincə təmsil edib.

Aida İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrlar hazırlanmasına da böyük diqqət yetirirdi. Rəhbəri olduğu Ərəb filologiyası şöbəsində qısa müddətdə 10-dan çox namizədlik dissertasiyası müdafiə edilmişdi.

Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olan Aida İmanquliyeva uzun illər səmərəli pedaqoji fəaliyyət göstərib, Azərbaycan Dövlət Universitetində ərəb filologiyası fənnindən mühazirələr oxuyub. Eləcə də, Moskva, Bakı, Düşənbə, Hamburq, Kiyev, Sankt-Peterburq, Poltava, Tbilisi və digər şəhərlərdə keçirilən Şərq problemlərinə həsr olunmuş beynəlxalq konfranslarda məruzələrlə çıxış edib.

O, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1987-ci ildə filologiya elmləri doktoru olub.

Aida İmanquliyeva Arif Paşayevlə ailə həyatı qurub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın anasıdır.

Görkəmli professor 19 sentyabr 1992-ci ildə Bakı şəhərində vəfat edib.
 
Ardını oxu...
Dünyaca məşhur şou ulduz, model Kayli Cennerin İsraili dəstəkləyən paylaşımı böyük əks-səda doğurub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 399 milyon izləyicisi olan İnstaqram hesabında İsrailə dəstək yazısı paylaşan Kayli Cenner, "Son illərin ən qorxulu vəziyyətlərindən biri ilə üzləşən İsrail xalqının yanındasınızsa siz də paylaşın" ifadəsi ilə bir fotoşəkil yayımladı və bu sözləri yazdı : "Biz indi və həmişə İsrail xalqının yanındayıq."

Kayli Cenner-in İsrailə dəstək yazısı qısa zamanda reaksiya görüb. Model tənqidlərdən sonra paylaşımını silib.
P.S. Teref.az yazır ki, əsasda İnstiqramın erməni seqmenti Kardaşyan bacılarını tənqid edərək postu silməsini tələb ediblər!
Ardını oxu...
 
Ardını oxu...
Şairə Xuraman VƏFA doşab alib, bal cıxıb. Türkiyə vətəndaşına ərə gedən Vəfa özünə elə bir həyat yoldaşı secib ki, öz ustalığı ilə Azərbaycan dələduzlarını mat qoyub. O, onlarla azərbaycanlı iş adamından yüz minlərlə pul alaraq onlari aldadıb.

Belə ki, bu qocaq həmin iş adamlarına guya, Avropadan çox yüksək keyfiyyətli plastik su qablari istehsal edən qurğular gətirəcəyini deyərək, əvəzinə Çin Xalq Respublikasindan nasaz, keyfiyyətsiz və az sayda aparatlar gətirib. İndi də iş adamlarının onda olan pullarını qaytarmaqdan imtina edir. Özü isə bu pullara arvadının xoşbəxt yaşaması ücün, bahalı villalar alıb. Bu yerde deyiblər eyyy malades, bele yeznəyə. Burda yadıma bir el məsəli düşdu:"MAZANDARANDA EŞŞƏK AZ İDİ, BİRİ DƏ. GƏMİ İLƏ GƏLDİ".
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti