Ardını oxu...
Rusiyanın paytaxtı Moskvada metroda tanışını qatarın altına itələyən şəxs saxlanılıb.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk öz “Telegram” kanalında məlumat verib.
Bildirilib ki, hadisə ötən gecə metronun “Voykovskaya” stansiyasının Zamoskvoretskaya xəttində baş verib. Cütlük platformada dayanarkən mübahisə edib və hirsli kişi sevgilisini yerə yıxıb. Sonra o, şahidlərə əhəmiyyət verməyərək onu birbaşa yaxınlaşan elektrik qatarının altına atıb.
Sürücü cəld reaksiya verib və təcili əyləci basıb, hadisə nəticəsində qız xəsarət almayıb. Hadisənin şahidi kişinin qaçmasına imkan verməyib. Bundan sonra polis şübhəli şəxsi saxlayıb.
Ardını oxu...
Rusiya Voloqda vilayətində qeyri-adi hadisə baş verib.

32gun.az" xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı rus mənzilini satışa çıxarıb. Qısa zamanda ev satın alınıb. Maraqlısı odur ki, evin yeni sahibləri mənzilə köçərkən qoca qadınla qarşılaşıblar.

Məlum olub ki, 92 yaşlı qadın bu evin sahibidir və onun nəvəsi mənzillə birlikdə qadını da satıb. Hadisə ölkədə gündəmə səbəb olub. Polis araşdırmalara başlayıb.
 
Ardını oxu...
"Maska"nın qalibi Dilarə Kazımova uzun illər sonra görünüşündə dəyişiklik edərək kamera qarşısına keçib.

Dia-az.info xəbər verir ki, həmişə tünd saçlarda olan sənətçi kardinal atdım ataraq, ilk dəfə saçının rəngini dəyişərək sarışın obrazda pozalar verib.

Estrada ulduzun imicindəki dəyişiklik təəccüblə qarşılanıb. O, bunu yeni layihəsi üçün etdiyini bildirib.

"İlk dəfə olaraq saçımın rəngini dəyişdim. Amma özümə görə yox, yeni layihə üçün bu addımı atdım. Bu imicimi çox sevdim və inanıram ki, sizdə sevəcəksiniz".

Fotolarını isə "Sensum Photo Art" çəkib.

Qeyd edək ki, Kazımova bir neçə gün sonra “Zəng - zəng” adlı klipini ictimaiyyətə təqdim edəcək. Layihənin prodüseri Məryəm Feyziyevadır.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Tovuzda zəhərlənmə hadisəsi baş verib.

TEREF APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Azaflı kəndində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini 2008-ci il təvəllüdlü F.Ə. (ad şərtidir) huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dərhal yeniyetmə qıza yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə F.Ə. toyda alkoqollu içkidən zəhərlənərək şoka düşüb.

Faktla bağlı araşdırma aparılır.
 
Ardını oxu...
Bir müddət əvvəl Bakıdakı özəl klinikalardan birində liposaksiya (artıq piy toxumasının çıxarılması) əməliyyatı etdirmiş qadının pulları və qızılları evinə çağırdığı tibb bacısı tərəfindən oğurlanıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonu Novxanı kəndindəki bağ evində baş verib.

Belə ki, Çinarə Sultanova (soyadlar şərtidir) əməliyyatdan sonra gündəlik iynə vurdurmalı olduğu üçün əvvəldən tanıdığı Səidə adlı tibb bacısını evinə çağırıb. Tibb bacısı müyyən məbləğ qarşılığında xidmət göstərməyə razılaşıb.

Sonrakı gün Səidə Məmmədova müştərinin evinə gedib və orada Çinarənin tək olmasından istifadə edərək “Lidaza” və “Lidokain” adlı pereparatları qarışdıraraq ona dozadan artıq miqdarda iynə vurub. Özünü pis hiss edən Çinarə Sultanova huşunu itirdikdən sonra Səidə evdə olan 3 500 dolları və 8 000 manata yaxın dəyəri olan qızıl-zinət əşyalarını götürərək qaçıb. O, evdən çıxarkən Çinarənin “Porsche” markalı avtomobilində olan bahalı əşyanı da götürüb.

Hadisədən bir neçə saat sonra ev sahibi özünə gəlib, dərhal oğluna və qohumlarına məlumat verib. Onlar evdən pul və qızılların oğurlandığını görərək Səidəni axtarmağa başlayıblar. Səidə törətdiyi əməli qismən etiraf edərək, bunu borclarına görə etdiyini deyib.

Bundan sonra Abşeron rayon Polis İdarəsində Səidə Məmmədova barəsində cinayət işi açılıb. Həbs olunacağını görən qadın vurduğu zərəri qarşı tərəfə ödəyib. Bir neçə gün əvvəl keçirilən məhkəmə iclasında Çinarə Səidədən artıq şikayətçi olmadığını deyib.

Abşeron rayon Məhkəməsi Səidəni Cinayət Məcəlləsinin 177-ci maddəsi üzrə təqsirli bilinib. O, 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib və bədəninə elektron qolbaq taxılaraq polisin nəzarəti altında olmaqla sərbəst buraxılıb.
 

       

Ardını oxu...
Məşhur türkiyəli aktrisa Burcu Biricik və reklamçı həyat yoldaşı Emre Yetkin 8 Mart - Beynəlxalq Qadınlar Günü çərçivəsində təşkil edilən tədbirə qatılıblar.

Son olaraq “Camdakı kız” serialındakı rolu ilə tanınan aktrisa “Gələcəyin güclü qadınları” adlı tədbirdə geyindiyi qırmızı libasdakı pozaları ilə diqqət mərkəzində olub.

Hamilə olan və ilk övladlarının dünyaya gəlməsini gözləyən 34 yaşlı Burcu Biricik daha sonra qırmızı libasındakı hamiləlik pozalarını sosial şəbəkə hesabında paylaşıb.

Onun paylaşımına qısa müddətdə təqribən 200 min bəyənmə (“like”) və izləyicilərindən çoxlu şərh gəlib.
Xatırladaq ki, 2016-cı ildə ailə quran Burcu Biricik və Emre Yetkin cütlüyü ötən yanvar ayında körpələrinin dünyaya gələcəyini açıqlayıb. Cütlüyün qız övladının doğulacağı məlum olub.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: Milliyet
Ardını oxu...
  

“Dünya gözəli 2024” (Miss World 2024) 24 yaşlı çexiyalı Kristina Pışkova seçilib.

Martın 9-da baş tutan mükafatlandırma mərasimi “YouTube”da yayımlanıb.

Hindistanın Mumbay şəhərində 71-ci “Dünya gözəli” müsabiqəsi keçirilib. 115 ölkədən olan iştirakçılar qələbə uğrunda mübarizə aparıblar.

Nəticədə Pışkova dünyanın ən gözəl qadını seçilib. İkinci yeri livanlı Yasmina Zəytun tutub.

Müsabiqənin saytında Pışkova beynəlxalq agentliyin tələbəsi, könüllüsü və model olaraq qeyd olunub. Onun hüquq və biznes idarəçiliyi üzrə iki ali təhsili olduğu bildirilir. Model öz adına fond yaradıb.

“Onun ən qürurverici anı könüllü kimi işlədiyi Tanzaniyada imkansız uşaqlar üçün ingilis dili məktəbinin açılması oldu. O, fleyta və skripkada ifa etməyi sevir, musiqi və incəsənətlə maraqlanır və doqquz il Rəssamlıq Akademiyasında təhsil alıb”, - deyə təsvirdə qeyd olunub.

 
 
Ardını oxu...
Tarixin hər bir dövründə – dünyanın hər yerində təkcə öz ölkələrinə deyil, dünyaya təsir edən ümumbəşəri qadınlar olub. Onlar müxtəlif sahələrə öz töhfələrini verərək nümunə olmağı bacarıblar.

“Qafqazinfo” CNN-ə istinadən Nobel mükafatlı bir neçə qadın barədə məlumatı təqdim edir:

1903-cü il 8 Mart Beynəlxalq Qadınlar Günündə Mari Küri Nobel mükafatı alan ilk qadın olur. O, həmçinin mükafatı alan ilk qadın olmaqla yanaşı, hələ də iki fərqli elm üzrə iki Nobel mükafatı alan yeganə şəxsdir.

Mari Küri
Ardını oxu...
Radioaktivlik sahəsində apardığı elmi araşdırmalarla dünyanı dəyişən Mari Küri 1910-cu ildə ilk dəfə radioaktiv elementlər olan polonium və radiumu kəşf edir. O, sonra radiumu – yeni elementin varlığını sübut edir.

Küri 1903-cü ildə Fizika üzrə Nobel Mükafatını və 1911-ci ildə Kimya üzrə Nobel Mükafatını alır.

Fransuaza Barre-Sinoussi
Ardını oxu...
Kəşfləri və işləri ilə dünyanı dəyişdirən və Nobel mükafatı alan qadınlar arasında HİV virusunu kəşf edən Fransuaza Barre-Sinoussi, iybilmə reseptorlarının necə işlədiyini kəşf edən Linda Bak da var.
Ardını oxu...
Linda Bak
 
 
 
Ardını oxu...
Dünyanın ən varlı qadınları əyləncə, kosmetika və qida kimi müxtəlif sənaye sahələrində hökmranlıq edirlər.

Gununsesi.info bildirir ki, məlumata görə, ən varlı beş qadının əksəriyyəti (2024-cü ilin fevral ayına kimi) ABŞ-dəndir.

Statistikanı təqdim edirik:

1. Fransuaza Bettankur Mayers

Fransız iş qadını və xeyriyyəçi Fransuaza Bettankur Mayers 99 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin qadınıdır.

2017-ci ildə anası vəfat edəndə onun sərvəti Fransuazaya miras qalıb. Fransuaza ailəsi ilə birlikdə “L’Oréal” səhmlərinin təxminən 33%-nə sahibdir.

O, 1997-ci ildən “L’Oréal” şirkətinin direktorudur. Fransuaza elm və incəsənəti dəstəkləyən, eləcə də inklüziv cəmiyyəti təbliğ edən “Bettencourt Schueller” Fondunun təsisçisi və prezidentidir.

2. Alisa Uolton

Alisa Uoltonun sərvəti 63,7 milyard dollardır və “Walmart”ın qurucusu Sem Uoltonun yeganə qızıdır.

Alisa bacıları Rob və Cim ilə birlikdə “Walmart”da böyük paya sahib olsa da, pərakəndə korporasiyada işləmir.

Bunun əvəzinə, Alisa 2011-ci ildə Kristal Körpülər Amerika İncəsənət Muzeyini və 2021-ci ildə əsası qoyulan “Alice L. Walton” Tibb Məktəbini açaraq, sənət və sağlamlıq üzərində cəmləşdi.

3. Culiya Koç

ABŞ-li xeyriyyəçi Culiya Koçun sərvəti 59,8 milyard dollardır.

2019-cu ildə əri David Koç vəfat edəndə Culiya və onun üç övladı istehsal və enerji kimi müxtəlif sahələrdə iştirak edən törəmə şirkətləri olan “Koch Industries”də 42% paya sahib olublar.

Culiya Davidlə evlənməmişdən əvvəl modelyer Adolfo Sardinanın köməkçisi olub və Nensi Reyqan da daxil olmaqla yüksəkprofilli müştəriləri geyindirib.

Culiya tibbi tədqiqat, təhsil və incəsənətlə bağlı bir çox səbəbləri dəstəkləyən “David H. Koch” Fondunun prezidentidir.

4. Jaklin Mars

39,5 milyard dollar təxmin edilən xalis sərvəti ilə Jaklin Mars dünyanın dördüncü ən varlı qadınıdır.

Jaklin “M&Ms”, “Snickers” və “Skittles” kimi məşhur brendlərin arxasında duran məşhur şirkəti quran Franklin Klarens Marsın nəvəsidir.

Jaklin 20 il “Mars”da çalışıb və 2016-cı ilə qədər idarə heyətində olub.

5. Miriam Adelson

Narkotik asılılığı ilə mübarizə aparan ABŞ və israilli həkim Miriam Adelsonun sərvəti 35,7 milyard dollardır.

2021-ci ildə əri Şeldon Adelson öldükdən sonra o, kazino və kurort şirkəti “Las Vegas Sands”ın sahibi olub.

Qeyd edək ki, o, 2000-ci ildə Miriam opiuma aludə olanları müalicə etmək üçün “Adelson” Klinikasını qurub.
 
Ardını oxu...
 

Dövlət qulluğunda qadınların xüsusi çəkisi 29,4 faiz, fərdi sahibkarlar arasında 22,7 faiz göstərilir

Dövlət Statistika Komitəsinin hesabatına görə, Azərbaycanın ümumi təhsil müəssisələrində müəllimlərin 82,7 faizi, orta ixtisas təhsili müəssisələrində 79,4 faizi, ali təhsil müəssisələrində 58,7 faizi, həkimlərin üçdə ikisi, elmi işçilərin 59,2 faizi qadınlar, ümumi təhsil müəssisələri şagirdlərinin 46,6 faizi, orta ixtisas təhsili müəssisələri tələbələrinin 62,5 faizi, ali təhsil müəssisələri tələbələrinin yarısı qızlardır.

Dövlət qulluğunda qadınların xüsusi çəkisi 29,4 faiz, fərdi sahibkarlar arasında 22,7 faiz göstərilir.

Martın 8-i tarixə qadınların hüquq bərabərliyi uğrunda mübarizədə beynəlxalq həmrəyliyi günü kimi düşüb. Sosialist qadınların 1910-cu ildə Kopenhagendə keçirilmiş beynəlxalq konfransında həmin günün bayram edilməsi haqqında qərar çıxarılıb.

1965-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasında martın 8-i iş günü hesab olunmayan bayram günü elan edilib. Azərbaycan 1991-ci ildə müstəqillik əldə edəndən sonra martın 8-i bayram statusunu saxlayıb, Qadınlar Günü kimi qeyd olunur.

Hazırda 116 üzvü olan Azərbaycan parlamentinin 21 deputatı qadındır, onların biri - Sahibə Qafarova sədr postunu tutur.

Ölkədə ən yüksək vəzifəli qadın birinci vitse-prezident Mehriban Əliyevadır. Nazirlər Kabineti üzvləri arasında bir qadın var: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova. Prezident Administrasiyasında iki yüksək post qadınlara tapşırılıb: Cəmilə Abbasova dövlət başçısının köməkçisi, Fərəh Əliyeva humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiridir. Konstitusiya Məhkəməsinin doqquz hakimindən ikisi qadındır: Sona Salmanova (sədr müavinidir) və Humay Əfəndiyeva.

Dövlət İmtahan Mərkəzinə (Məleykə Abbaszadə) və Dövlət Tərcümə Mərkəzinə (Afaq Məsud (Vəliyeva) qadınlar rəhbərlik edir. Ombudsman postunda da qadın çalışır: Səbinə Əliyeva.

Son 32 ildə Azərbaycanda bir qadın naziri olub. Natəvan Tofiq qızı Qədimova 2020-ci ildə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri təyin olunub. 

Qadınların Azərbaycanın idarəetməsində ağırlığı artırılmalıdırmı? 

Ardını oxu...

Hidayət Abdullayev

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev deyib ki, Azərbaycanda ötən il ərzində 44 min 500 qadın işlə təmin olunub. Onun sözlərinə görə, 2023-cü il ərzində 427 minə qədər şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub: “Bununla yanaşı, 5300 qadın əmək bazarına uyğun olan peşə kurslarına cəlb edilib. Dövlətin məşğulluq siyasətindən biri də qadınların əmək bazarında iştirak və məşğulluq imkanlarının artırılmasıdır. Bu sahədə aparılan işlərin müsbət nəticəsi olaraq əmək bazarında qadınların iştirak səviyyəsi ildən-ilə artır. Hətta bir sıra sahələrdə işləyənlərin daha böyük hissəsini qadınlar təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi aktiv məşğulluq proqramlarında qadınların iştirakına önəm verilir”.

Ardını oxu...

Mehriban Zeynalova

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, gender bərabərliyinə tam nail ola bilməmişik: “Burada müəyyən stereotiplər var. Kişilər danışıqlar aparır, vaxtları daha çoxdur, kişilərin əlaqələri daha çoxdur. Özlərini təqdim etmək üçün imkanları daha genişdir. Amma qadınlar bunu zəif formada təqdim edirlər, çünki müəyyən stereotiplər, ailə münasibətləri var. Əksəriyyətinə ailədən dəstək də gəlmir. Belə bir əngəllər gətirib ona çıxarır ki, kişilər daha çox aktivdir. Kişilər bu proseslərdə özlərini irəli çəkə bilirlər. Təəssüf ki, hələ də real potensialı üzə çıxarmaq üçün qadınlarla bağlı informasiya bankı yarada bilərlər. Qadınlar potensialına görə irəli çəkilə bilər. Bu proses bizdə hələ ki həyata keçirilmir. Kifayət qədər bacarığı, idarəçiliyi, beynəlxalq səviyyədə təmsilçiliyi olan qadınlar var ki, onları irəli çəkmək olar. Ümumilikdə isə aktivlik var, süni əngəllər, kimlərinsə öz tanışlarının təqdimatları real potensialı üzə çıxarmağa imkan vermir. Bu məsələdə düşünürəm ki, Ailə, Qadın, və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən qadınların təqdimatları verilməlidir. İnformasiya bankının yaradılması lazımdır. Çünki tamamilə fərqli, uyğun olmayan adamların təqdimatları verilir”.

Qadınlarla bağlı bir neçə vacib məqam da var ki, bunlar xüsusi qeyd edilməlidir. Son bir ildə qadınlara qarşı zorakılıq, şiddət halları azalacaq deyə düşünsək də, tam əksi müşahidə edildi. Bunu hər gün mediada, sosial şəbəkələrdə yayılan kriminal xəbərlərdə də açıq gördük. Əri, qardaşı, atası tərəfindən öldürülən qadınlarla bağlı xəbərlərin çoxluğu, əlbəttə, diqqətdən kənarda qala bilməz. Eyni zamanda ayrı-ayrı bölgələrdə təhsilini yarımçıq qoyaraq erkən yaşda məcburi ərə verilən qızlar da bu ilin əsas müzakirəsi oldu. Elə bu amil qadınların ictimai-siyasi həyatda rolunun yetərli olmamasının bir nümunəsi sayıla bilər. Ən narahat doğuran məsələ isə qızların getdikcə sayının azalması ilə bağlıdır. Belə ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2023-cü ilin yanvar-fevral ayları ərzində ölkədə 19158 doğulmuş körpənin qeydə alındığı bildirilib. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Selektiv abortlarla bağlı bu il də ekspertlər SOS deyə hayqırdılar. 

Mehriban Zeynalova  bizimlə söhbətdə qız uşaqlarının sayının getdikcə azalmasının gələcəkdə problem yaradacağını da deyib: “Biz bundan sonra onun fəsadlarını görəcəyik. Baxmayaraq ki, balansı tənzimləməyə çalışırlar. Sosial şəbəkələrə belə baxanda qadınlarla bağlı vəziyyət açıq görünür. Bir çox hallarda şikayətlər belə cinsə görə müəyyən edilir, cinsə görə onun hər hərəkəti təhlildən keçirilir. Bunun nəticəsində bəzi qadınlar kənara çəkilib. Baxmayaraq ki, kifayət qədər imkanları da, bacarıqları da var. Bəzən elə bir təsir vasitələri olur ki, onlar özləri könüllü imtina etməli olurlar”. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Dünyapress TV

Xəbər lenti