Ardını oxu...
Azərbaycanda bir sıra qurumların rəhbərləri və yüksəkvəzifəli əməkdaşlarının korrupsiya cinayətlərinin üstü açılıb.
Bu barədə ötən həftə ölkə məbuatı məlumat yayıb. Yayılan xəbərlərdə Səhiyyə, Elm və Təhsil Nazirlikləri və Milli Elmlər Akademiyasının tabeliyindəki mərkəzlərdə dövlət vəsaitlərinin mənimsənilməsi faktları qeyd edilir.
Belə ki, cinayət məsuliyyətinə cəlb edilən 80 şirkətə rəhbərlik edən Kərimov Rüfət Nurəddin oğlunun ifadələri isə araşdırmanın əhatə dairəsini genişləndirib. Onun şirkətlərinə dövlət qurumlarından və onların müəssisələrindən müxtəlif təyinatlı pulların köçürülməsi Maliyyə Monitorinqi Mərkəzini şübhələndirib. Bir neçə ay davam edən istintaqla ehtimal olunandan daha böyük yeyintilər üzə çıxıb.
Müəyyən edilib ki, dövlət qurumları tərəfindən şirkətlərə tikinti materiallarının alınması, su ilə təmin etmə və digər xidmətlər adı ilə 3 milyon manat pul köçürülüb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cinayətdə iştirak edən şəxsləri tək-tək istintaqa cəlb edib. Hər biri Cinayət Məcəlləsinin xeyli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli biliniblər.
Yayılan məlumata görə Rüfət Kərimovla əməkdaşlıq edən məmurlardan biri də Elm və Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi internat məktəbinin direktoru Dilarə Məşədiyeva olub.
Hazırda Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi internat məktəbinin direktoru işləyən Dilarə Məşədiyeva ilə bağlı Elm və Təhsil Nazirliyinin hansı tədbir görəcəyi maraqlıdır.azfakt.com
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva dövlət qurumlarına qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Apellyasiya Məhkəməsinin hakimi Günay Axundovanın icraatına verilib.
Kamilə Əliyevanın barəsində iddia qaldırdığı dövlət qurumları arasında – Ədliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti, Səbail rayon İcra şöbəsi, Hərracların Təşkili üzrə Auksion Mərkəzi, “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərzai İdarəsi yer alır.
Məlumat üçün bildirək ki, Kamilə Əliyevanın dövlət qurumlarından məhkəməyə şikayət etməsinin səbəbi “Bakı Oksford Məktəbi”nin müsadirə olunan və hərraca çıxarılan binası ilə bağlıdır.
Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 108 ünvanında yerləşən və ümumi sahəsi 18 min 972,2 kvadratmetr olan bu binanın 2 sahibi olub. Onlardan biri hazırda həbsdə olan “Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədova, digəri isə Ramiz Mehdiyevin qızı, eyni zamanda sabiq millət vəkili İlham Əliyevin həyat yoldaşı olan Kamilə Əliyevadır. Hər iki mülkiyyətçinin binadakı payı 50% təşkil edir.
Hərraca çıxarılan bina Rasim Məmmədova və yaxınlarına məxsus müsadirə olunan əmlaklardan biridir. Kamilə Əliyevə isə məhkəməyə müraciət edərək ona məxsus olan payın geri verilməsini tələb edir.
Onu da qeyd edək ki, “Bakı Oksford Məktəbi”nin müsadirə olunan binası artıq 2 dəfə hərraca çıxarılıb. Bina ilk dəfə 29 iyul tarixində açıq hərraca çıxarılıb və ilkin start qiyməti 24 milyon 703 min manat olub. 27 avqust tarixində keçirilən 2-ci hərracda da binanın start qiyməti dəyişməz qalıb. Lakin 2-ci hərracda heç bir hüquqi və fiziki şəxs tərəfindən sifariş verilmədiyi üçün hərrac baş tutmayıb və bu səbəbdən bina sentyabr ayının 26-da 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılacaq. 26 sentyabr tarixində baş tutacaq hərracda binanın start qiyməti 22 milyon 232 min 700 manat olacaq.
 
Ardını oxu...
  

İstanbulda Cənubi Azərbaycandan olan ailə övladına təmtəraqlı toy edib.

Türkiyə mediasının da diqqətini çəkən bu toyda Türkiyənin məşhur sənətçiləri ilə yanaşı, Azərbaycandan da bir neçə müğənni iştirak edib.

Onlardan Şəbnəm Tovuzlu, Nüşabə Musayevanın adını qeyd etmək olar.

Səhnədə toy sahibləri ilə rəqs edərkən mahnı ifa edən türkiyəli pop ulduz Gülben Ergen Nüşabədən kim olduğunu soruşub. O isə azərbaycanlı müğənni olduğunu bildirib. Nüşabənin sözündən təəccübünü gizlədə bilməyən Gülben mikrofonu uzadaraq ondan mahnı dinləmək istədiklərini bildirib.

Ardı videoda:

Titul.az

Ardını oxu...
Millətlər Liqasının C Liqasının I qrupunun II turu çərçivəsində baş tutan Slovakiya - Azərbaycan matçından öncə ev sahibləri jest edərək, Azərbaycan Respublikasının himnini canlı ifa ilə səsləndirib.

Offsideplus.az xəbər verir ki, himnimizi oxuyan qadın Karen Danqe Manafzadədir.

O, pianoçu, bəstəkar, dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadənin həyat yoldaşıdır. Cütlük 2019-cu ildə Avstriyada ailə həyatı qurub.

Qeyd edək ki, A. Manafzadə Azərbaycanın əməkdar artisti, Bakı Musiqi Akademiyasının dosenti İslam Manafovun oğludur.
Ardını oxu...
İşğal altındakı İordan çayının qərb sahilində İsrail yaşayış məntəqələrinə qarşı nümayiş zamanı güllələnən öldürülən türk əsilli amerikalı qadının ailəsi şənbə günü İsrail hərbçilərini onu “zorakılıqla” öldürməkdə ittiham edərək, onun ölümü ilə bağlı müstəqil araşdırma aparılmasını tələb ediblər.

26 yaşlı Aysenur Ezgi Eygi cümə günü İordan çayının qərb sahilindəki Beyta şəhərində nümayişdə iştirak edərkən "başından güllə ilə vurulub".

"O, həyatımızdan İsrail hərbçilərinin lüzumsuz, qanunsuz və zorakı hərəkəti ilə alındı", Eyginin ailəsinin yaydığı bəyanatda deyilir.

“ABŞ vətəndaşı olan Aysenur dinc şəkildə ədalətin tərəfdarı idi və o, videoda göründüyü kimi, İsrail hərbçisinin atəş açdığı güllə ilə öldürüldü.”

“Biz prezident (Co) Bayden, vitse-prezident (Kamala) Harris və dövlət katibi (Antoni) Blinkeni ABŞ vətəndaşının qanunsuz şəkildə qətlə yetirilməsi ilə bağlı müstəqil təhqiqatın aparılmasına göstəriş verməyə və günahkar tərəflərin tam məsuliyyətini təmin etməyə çağırırıq”.

İsrail ordusu bildirib ki, onun qüvvələri etiraz aksiyası zamanı “qüvvələrə daş atan və onlara təhlükə yaradan zorakılıq fəaliyyətinin əsas təhrikçisinə atəşlə cavab verib”.

Eygi Fələstin tərəfdarı olan Beynəlxalq Həmrəylik Hərəkatının (ISM) üzvü idi və ISM-in məlumatına görə, cümə günü İsrail yaşayış məntəqələrinə qarşı həftəlik nümayiş üçün Beytada idi.

BMT-nin hüquqlar bürosunun və ölümü elan edildiyi Rafidia xəstəxanasının məlumatına görə, Eygi cümə günü etiraz aksiyası zamanı başından vurulub.

Türkiyə onun "İsrail işğalçı əsgərləri" tərəfindən öldürüldüyünü bildirib, prezident Rəcəb Tayyib Ərdoğan isə İsrailin hərəkətini "barbarlıq" adlandırıb.

Vaşinqton bunu “faciəli” hadisə adlandırıb və yaxın müttəfiqi İsraili araşdırması üçün təzyiq edib.

Təxminən 490 min insanın yaşadığı İordan çayının qərb sahilində İsrail yaşayış məntəqələri beynəlxalq hüquqa görə qanunsuzdur.

Yerli səhiyyə rəsmilərinin məlumatına görə, HƏMAS militantlarının oktyabr ayından İsrailə qarşı hücumundan sonra İsrail əsgərləri və ya məskunlaşanların İordan çayının qərb sahilində 690-dan çox fələstinlini öldürüb.

İsrail rəsmilərinin bildirdiyinə görə, eyni müddət ərzində fələstinlilərin hücumları nəticəsində təhlükəsizlik qüvvələri də daxil olmaqla ən azı 23 israilli həlak olub.
 
Ardını oxu...
Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Malekiyə (Qarayeva) məxsus olan və Rusiyada fəaliyyət göstərən “QALS” şirkəti son bir il ərzində 7,1 milyon rubl (79 min dollar) gəlir əldə edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Rusiya Vergilər xidməti açıqlayıb.

Məlumatda bildirilir ki, Suad Malekinin yeganə təsisçisi olduğu “QALS” şirkətinin gəlirləri əvvəlki illə müqayisədə 2,9 milyon rubl və ya 29% azalıb.

Qeyd edək ki, “QALS” şirkəti 5 iyul 2013-cü ildə Moskva şəhəri, Tatarskaya küçəsi 7 ünvanında dövlət qeydiyyatına alınıb. Şirkət daşınmaz əmlakın alqı-satqısı ilə məşğuldur.

Mətbuatda yayılan məlumatda bidirilir ki, “QALS” sabiq nazirin özünün və ailə üzvlərinin adının baş hərflərindən (Qarayev, Abülfəz, Lalə (həyat yoldaşı) və Suad (qızı)) ibarətdir.

Onu da qeyd edək ki, sabiq mədəniyyət naziri Əbülfəs Qarayev də Rusiya paytaxtında biznes fəaliyyəti ilə məşğul olur. Əbülfəs Qarayev ötən ilin may ayında Rusiyada “Korporaçiya ÇE” (ООО “Корпорация ЧE” - ИНН: 7725322819) adlı şirkətin 50%-lik payını satın alaraq 2 təsisçidən biri olub. Şirkətin fəaliyyət sahəsinə balıq, xərçəngkimilər və molyusklar da daxil olmaqla digər ərzaq məhsullarının topdan satışı daxildir. “QALS” şirkətindən fərqli olaraq “Korporaçiya ÇE” şirkətinin gəlirləri son bir ildə 192 dəfə artaraq 106,5 milyon rubl (1,2 milyon dollar) olub.
 
Ardını oxu...
Sosial şəbəkələrdə sabiq ədliyyə naziri, Konstitusiya Məhkəməsinin hakimi Fikrət Məmmədovun qızının millət vəkili seçilməsi ilə bağlı məlumat yayılıb. Məlumatda Məmmədova Nigar Fikrət qızının keçmiş nazirin övladı olduğu qeyd edilib.

TEREF-in məlumatına görə, Konstitusiya Məhkəməsindən “Qafqazinfo”ya bildirilib ki, deputat seçilən Məmmədova Nigarın Fikrət Məmmədovla heç bir qohumluq əlaqəsi yoxdur.

Qeyd edək ki, Nigar Məmmədova 48 saylı Abşeron Birinci Seçki Dairəsindən deputat seçilib. O, parlamentə ilk dəfə seçilən deputatlardandır.

Xatırladaq ki, Nigar Məmmədova namizədliyi irəli sürülənədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsində çalışıb.

N. Məmmədova xarici işlər nazirinin müavini Elnur Məmmədovun xanımıdır.
 
 
 

Ardını oxu...
Lənkəran rayonu, Cil kənd sakini Kərimova Hürnisə Şarza qızı tərəfindən Hürriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Şirvan Şəhər Məhkəməsi qərəzli şəkildə onun müraciətinə baxmır:

“Mən, Kərimova Hürnisə Şarza qızı, yazıb sizə bildirirəm ki, 1995-ci ildə Sabunçu rayon Zabrat qəsəbəsinə gəlin köçmüşəm. Zabrat qəsəbəsində yaşayıram.

Oğlum İslamov Əlizaman Fərrux oğlu 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub.

Mən Lənkəran Rayon İcra Hakimiyyətinə ailəmizə torpaq verilməsi ilə bağlı müraciət etdim. Sağ olsun, icra başçısının köməkliyi ilə doğulduğum Cil kəndində mənə 80 sota yaxın torpaq ayırdılar. 2 il həmin torpaqda arpa əkini ilə məşğul olmuşam.

İndi kənd sakini Tağıyev Fərahim Vahab oğlu mənimlə dalaşır ki, torpaq mənimdir. Bu səbəbdən, torpağı sənədləşdirə bilmirəm.

Onu da qeyd edim ki, Bakı Şəhər Torpaq şöbəsinin müdiri Mikayıl Cabbarovun qəbuluna yazılmışam, lakin məni qəbul etmir. Şəhid anasına qarşı hörmətsizlik edir.

Səlahiyyətli qurumlardan xahiş edirəm ki, problemimlə bağlı mənə kömək etsinlər”.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin sabiq sədri general-polkovnik Aydın Əliyevin keçmiş gəlini ailə ilə bağlı ağır ittihamlar səsləndirib. Rada Musayevanın iddiasına əsasən, A.Əliyevin oğlu olan keçmiş həyat yoldaşı Orxan Əliyev atasının nüfuzundan istifadə edərək ondan aliment tələb edir. Qadın bildirib ki, icraçı ona hədə formasında zəng edərək 7200 manat gətirməyini tələb edib.

“Qafqazinfo” məsələ ilə bağlı Ədliyyə Nazirliyinə sorğu ünvanlayıb. Qurumdan müraciətimizə belə cavab verilib: “Bakı şəhəri Səbail Rayon Məhkəməsinin mülki iş üzrə 26.07.2024-cü il tarixli qətnaməsinə əsasən Rada Musayevadan Əliyev Orxan Aydın oğlunun xeyrinə azyaşlı uşağın saxlanılması üçün 2021-ci ilin iyun ayından 2024-cü ilin iyun ayınadək 3 illik müddət üçün cəmi 7.200 manat məbləğində alimentin tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilib.

“Qətnamənin icrası ilə bağlı icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Yasamal rayon icra şöbəsinə göndərilib. İcra vərəqəsində nəzərdə tutulan məbləğin ödənilməsi borclu Musayeva Rada Çingis qızından tələb edilib, lakin borc ödənilməyib. İcra vərəqəsində nəzərdə tutulan məbləğ borclu tərəfindən ödənilmədiyinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23.08.2024-cü il tarixli qərarı ilə Musayeva Rada Çingis qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat miqdarında inzibati qaydada cərimə edilib”.
 
Ardını oxu...
Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyevin oğlu Orxan Əliyev keçmiş həyat yoldaşı Rada Musayevadan aliment tələb edir.

Bu barədə Gununsesi.info-ya müraciət edən Rada Musayeva bildirib ki,həyat yoldaşı olmuş Orxanla ayrıldıqdan sonra ilk övladını onun əlindən alıb: “Uşağı dünyaya gətirəndən təxminən 1 ay sonra əlimdən aldılar. Şantajlar, hədələr, qorxular məni susmağa vadar etdi. Biz Litvada yaşayırdıq. Sonrakı müddət ərzində barışmışdıq. Birgə olduğumuz dövrdə Orxan mənimlə birgə yaşasa da amma, uşağı dayədə saxladırdı. Biz barışandan sonra ikinci övladımız dünyaya gəldi. Sonradan yenə də Orxanla yollarımız ayrıldı. İndi isə məlum olub ki, Yasamaı Rayon Məhkəməsi vasitəsilə məndən aliment tələb edilib və məhkəmə bunu qəbul edib. Atasının nüfuzu, əlaqələri vasitəsi ilə Yasamal Rayon İcra şöbəsi apellyasiya şikayəti verməyimə belə möhlət qoymadı. Halbuki, apellyasiyanın qərarından sonra hökm qanuni qüvvəyə minir. Necə ola bilər ki, Yasamal Məhkəməsi qərar verir , ardınca Rasim adlı icraçı mənə hədə formasında zəng edərək, 7200 manat gətirməyimi tələb edir. Üstəlik , mənə 500 manat da cərimə yazılıb. Mən hara gedirəmsə, Aydın Əliyevin adı çəkilir. Uşağımı əlimdən alıblar, evimə buraxmırlar, üstəlik də aliment tələb edirlər. Mən Ədliyyə Nazirindən xahiş edirəm ki, Yasamal İcra Şöbəsinin bu qanunsuz hərəkətlərini araşdırsın”.

Rada Musayeva əlavə edib ki, ikinci övladı 8 yaşına çatsa da Orxan Əliyev ona heç bir maddi dəstək göstərməyib: “Uşağın adına mənzil alınıb. Amma mən bugün kirayədə yaşayıram. Təsəvvür edin ki, bu vəziyyətdə ölkədəki mövqelərindən istifadə edib məndən pul tələb edirlər. Bu nə dərəcədə qanunauyğundur? Övladına sahib çıxmayan ata, onu böyüdən ananı hər cür formada əzir. Bu hökmü çıxaran hakim də vicdansız adamdır. Ona sual vermədi ki, axı, sənin digər övladını da bu qadın böyüdür, sən ondan necə pul tələb edə bilərsən. İkinci övladımı çətinliklə böyüdürəm. Qeyd edim ki, məndən ayrılandan sonra ailə həyatı da qurmuşdu. Lakin ikinci evliliyi də uzun çəkmədi. Sonra mənimlə barışmışdı”.

Rada Musayeva Gununsesi.info vasitəsilə yeni ədliyyə nazirindən üzləşdiyi bu durumun araşdırılmasını xahiş edir: “Bacım Aydın Əliyevə zəng edib oğlundan şikayət etmişdi. Təəssüf ki, bu adam oğluna haqq qazandırdı. Yəni, sözün bitdiyi yerdəyik. Hər yerdə tanışları var. Zənglər edirlər, pul verirlər. İndi qorxuram ki, ikinci övladımı da əlimdən alsınlar. Mən sizin media vasitəsilə aidiyyatı qurumlardan xahiş edirəm ki, məni bu vəziyyətdən çıxarsınlar. Orxan Əliyev hər gün məni təhdid, şantaj edir. Kişik övladım mənimlə yaşayır, amma onun adına olan mənzilə girə bilmirəm. Qapının açarlarını dəyişib. Hədə-qorxu gəlir ki, evə getsən, özündən küs. Mənə deyir ki, üzünə kislota tökəcəm. Açığı mən çox qorxuram. Sabah başıma bir hadisə gələrsə, bunu Orxan təşkil edəcək. Həyatıma görə çox narahatam”.

Məsələ ilə bağlı Orxan Əliyevin mövqeyini öyrənməyə çalışsaq da buna nail ola bilmədik.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti