Ardını oxu...
"Odlar Yurdu” Universitetində kadr dəyişikliyi olub.

TEREF "Yenisabah.az"a istinadən xəbər verir ki, universitetin Magistratura və MBA şöbəsinin müdiri Samirə Vəliyeva tutduğu vəzifədən azad olunub.

Onun yerinə, dosent Nərminə Vəliyeva təyin olunub.

Qeyd edək ki, Nərminə Vəliyeva Milli Məclisin deputatı, "Odlar Yurdu” Universitetinin Müşahidə Şurasının sədri Samir Vəliyevin həyat yoldaşıdır.

İşdən azad olunan Samirə Vəliyeva isə deputatın əmisi qızıdır.

"Odlar Yurdu” Universitetinin rektoru sabiq millət vəkili, professor Əhməd Vəliyevdir. Son vaxtlar 78 yaşlı rektorun səhhətində problem yarandığı üçün universitetə nəzarət Müşahidə Şurasının sədri olan oğlu Samir Vəliyev tərəfindən həyata keçirilir.
 
Ardını oxu...
İranda Tehran Universitetində antropologiya sahəsində magistratura üzrə dissertasiyasını hicabsız müdafiə etmiş tələbə Leyla Hüseynzadə bir il müddətinə azadlıqdan məhrum edilib.

İndex.az xəbər verir ki, məlumatı “Radio Farda” yayıb.

Bildirilib ki, o, 2023-cü ilin avqustunda elmi işinin müdafiəsi üçün universitetə hakimiyyətin tətbiq etdiyi hicab qaydasını pozaraq gedib.

Leyla Hüseynzadə “İnstaqram” səhifəsində ona qarşı ittiham aktının fotosunu yerləşdirərək yazıb: “İttihamlar və məhkəmə prosesi barədə mənə məlumat verilmədiyi üçün hökmün təfərrüatlarından tamamilə xəbərsizəm”. O, bu hökmə etiraz etməyəcəyini bildirib: “Apellyasiya şikayətinə və ya başqa hüquqi münasibətlərə ümidim yoxdur”.

Məlumata görə, Tehran Universiteti Sosial Elmlər Fakültəsinin onlarla tələbəsi Leyla Hüseynzadənin müdafiəsi ilə bağlı bəyanat verib. Bundan başqa, onun magistratura işinin müdafiəsində iştirak etdiklərinə görə səkkiz tələbənin təhsil almalarına qadağa qoyulub.

İnformasiyaya əsasən, Tehran Universiteti bəyanat yayaraq Leyla Hüseynzadənin müdafiəsini “qanunsuz” adlandırıb. Bu məsələ ilə əlaqədar iki müəllimin ixtisası “etibarsız” elan edilib.

Qeyd olunub ki, Leyla Hüseynzadəni müdafiə edən tələbələr “qanunsuz və separatçı mitinqdə iştirak etmək” ittihamı ilə intizam komissiyasına çağırılıb və ümumilikdə, 8 semestr təhsildən kənarlaşdırılıblar.

Bildirilib ki, Tehran İnqilab Məhkəməsinin 26-cı Şöbəsinin yaydığı sənəddə tələbə fəal “Tehran Universitetində dini hicabsız oxumaqda” və “sistem əleyhinə təbliğat aparmaqda” ittiham olunur.
 
Ardını oxu...
“Beniz” ləqəbli məşhur tiktoker həbs olunub.
Məlumata görə, bu gün 1987-cu il təvəllüdlü Aybəniz Səyyaf qızı Xəlilova barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
“Beniz” ləqəbli tiktoker barəsində sevgili olduğu X.Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib və hüquq-mühafizə orqanı tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürərək Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb. Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.

Qeyd edək ki, şikayətçi ilə tiktoker uzun müddət sevgili münasibətində olublar.//Unikal
 
Ardını oxu...
Türkiyənin Sakarya vilayətinin Adapazarı rayonunda azərbaycanlı qadın silahlı hücuma məruz qalıb.

Rayonun Cümhuriyyət Məhəlləsinin Baxçıvan küçəsində yolda gedən Şəlalə Mirzəliyə şəxsiyyəti məlum olmayan şəxs silahlı hücum edib.

Hadisə yerinə təcili yardım və polis cəlb olunub. Ağır yaralanan qadın ilkin tibbi yardımdan sonra Sakarya Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib.

Polis şübhəlinin tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir. Hadisə yerində aparılan araşdırmalar zamanı 6 ədəd mərmi aşkar edilib./Qaynarinfo.az
 
Ardını oxu...
1 saylı Şəhər Poliklinikasının həkimi Günay İsmayılova Bakı Baş Səhiyyə Mərkəzini və poliklinikanın baş həkimi Təranə Nurəlibəyovanı məhkəməyə verib.

Qaynarinfo xəbər verir ki, o, əmək münasibətlərinə dair Yasamal Rayon Məhkəməsində iddia qaldırıb. Lakin iddiası təmin edilməyib.

Günay İsmayılova qərardan apellyasiya şikayəti verib. Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. İş hakim İkram Şirinovun icraatındadır.

Araşdırmalarımız zamanı məlum olub ki, Günay İsmayılova işdən çıxarılmayıb. O, hələ də poliklinikanın işçisidir. Lakin Günay İsmayılova hərbi komissarlıqlardan birinə ezam edilərək orada fəaliyyət göstərir. İddia olunur ki, o, bununla razılaşmayaraq, məhkəməyə müraciət edib.

Məsələ ilə bağlı Təranə Nurəlibəyov və Günay İsmayılovla əlaqə saxlamağa cəhd etsək də, nəticəsi olmadı.
 
 
 
Ardını oxu...
Dua yazmaqla qadına ərinin başqa qadınla görüşməsinin qarşısını alacağını deyən 67 yaşlı falçı saxlanılıb.

Qaynarinfo-nun məlumatına görə, Naxçıvanda yaşayan, 20 ildir falçılıqla məşğul olan 1957-ci il təvəllüdlü Atlaz Quliyeva barəsində Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.

Məlum olub ki, Abşeron rayonunda yaşayan zərərçəkmiş A.İ. ərinin başqa qadınlarla yaxın münasibətdə olmasından xəbər tutub və onları ayırmaq üçün müxtəlif yollar axtarıb.

A.İ. Şərur rayonunun Yuxarı Aralıq kəndində falçılıqla məşğul olan Atlaz adlı falçı qadına zəng edib. Altaz ona dualar yazacağını və əri İsmətin evə bağlı kişi olacağına inandırıb. Bunun qarşılığında isə zərəçəkəndən 2000 manat pul istəyib.

A.İ. Atlazla razılaşıb bə kartına pul göndərib. Pul göndərildikdən 3 gün sonra Atlaz oğlu Ələmdar Quliyevin adından ona "sürət karqo" vasitəsi ilə kağıza yazılmış dualar, açar, qıfıl, qadın və kişi maykaları, qurd yağı, 15 ədəd qoz və bir ovuc qara kişmiş göndərib. Falçı qadın zərərçəkmişə həmin əşyalardan birini dənizə atmağı, qalanını isə özü və ərinin yeməsini tapşırıb.

Qadın falçının dediklərini etsə də, əri ondan ayrılaraq, evi tərk edib. Zərərçəkmiş ərinin evdən getməsindən qəzəblənərək hüquq-mühafizə orqanlarına şikayət verib. Amma məhkəməyə qədər Atlaz Quliyeva A.İ.-dən aldığı pulu geri qaytarıb.

Məhkəmə 67 yaşlı falçı qadının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verib və onu cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edib.
 

Ardını oxu...

Nigar Həsənzadə: ““Bank Respublika" pulu kimə veribsə gedib ondan tələb etsin”

Bakı şəhəri, Xəzər rayonunda qeydiyyatda olan Həsənzadə Nigar Zəkiş qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə və Ali Məhkəmənin sədri İnam Kərimova müraciət ünvanlayıb. Müraciəti olduğu kimi dərc edirik:

“Yazıb bildirmək istəyirəm ki, 2008-ci ildə “Bank Respublika” ASC-nin “Azadlıq” filialından 10 min dollar məbləğində kredit götürmüşəm. Bunun qarşılığında anam öz evini həmin bankda girov qoydu. Beləliklə, 2010-cu ildə krediti ödəyib bitirdim.

Qeyd edim ki, biz kredit götürən zaman oarada bir nəfər var idi. Həmin şəxs bankın içində gəzir, müdiri ilə oturur, söhbət edirdi. Biz elə başa düşdük ki, bankın işçisidir. Çünki o, özünü belə təqdim etmişdi. Sən demə, həmin şəxs dələduz imiş.

Krediti ödədikdən sonra bu şəxs bizə gəlib, anama deyib ki, qızınızın krediti bitib, banka gedək, imza çəkib sənədlərinizi götürün. Anam da razılaşıb. Birlikdə banka gediblər. Orada anama sənədlərə imza çəkdiriblər. Anam sənədləri tələb edəndə bildiriblər ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindədir, bir həftəyə sizə verəcəyik. Həmin gündən dələduz yoxa çıxdı. Sonra həmin şəxs tapılmadı.

2016-cı ildə Sabunçu Rayon Məhkəməsindən bildiriş gəldi. Məlum oldu ki, dələduz bizim evi banka girov qoyub. Ödəniş olmadığı üçün məhkəmə qərar çıxardı ki, ev bankın xeyrinə satılsın.

Bildirim ki, bu, dələduzun ilk əməli deyil. Digər zərərçəkmiş şəxslər də məhkəməyə şikayət ediblər. Bu kimi əməllərinə görə ona Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə 11 il cəza verildi. Azyaşlı uşağı olduğuna görə, cəzasını 7 ilə endirdilər.

2021-ci ildə biz də şikayət etdik, zərərçəkmiş kimi tanındıq. Dələduz anamı aldadıb. Aldatdığı barədə əlimizdə Nərimanov rayonunun ittiham aktı, Bakı Ağır Cinayətlər Məhkəməsi və Bakı Apellyasiya Məhkməsinin hökmün qanuni qüvvədə saxlanılması haqqında qərarları var. Biz yeni açılmış hal kimi Ali Məhkəmənin Plenimuna şikayət versək də, şikayətimiz təmin olunmadı.

Bu müqavilə dələduzluq yolu ilə bağlanılıb, etibarsız sayılmalıdır. Amma imkanımız olmadığı üçün səsimizi eşidən yoxdur.

Konstitusiya Məhkəməsinə də şikayət etdik. Orda da işimizə baxılmadı. İndi yenidən Ali Məhkəməyə müraciət etmişik. İş hal-hazırda ordadır. Bilirik ki, yenə də işimizə baxılmayacaq. Hər dəfə bir bəhanə edirlər. Deyirlər ki, müddət ötüb, yeni açılmış hal yoxdur.

İndi bizim evimizi hərraca çıxarmaq istəyirlər. Bu haqsızlığa necə dözmək olar?! Axı, bu, yeganə yaşayış yerimizdir.

Mən Ali Məhkəmənin sədri İnam Kərimovun qəbulunda oldum. Hər şeyi ona danışdım. Dedi ki, “bu məsələ mənə də maraqlı gəldi, insanlar zərər çəkib, müqavilə etibarsız sayılmalıdır. Yeni açılmış hal kimi icraata götürülməlidir”. İnam Kərimov Ali Məhkəmənin hakimi Sənan Hacıyeva göstəriş verdi. Buna baxmayaraq icraata götürmədilər, yenidən geri qaytardılar.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun iki dəfə qəbulunda oldum. Sənədlərimə baxdı. Bildirdi ki, sizin evinizi heç kim əlinizdən ala bilməz. Sonra məni Fuad Ələsgərovla görüşməyə qoymadılar.

“Bank Respublika” pulu kimə veribsə, gedib ondan tələb etsin. Əlimdə dələduzun izahatı var. Bütün məhkəmələrə də surətini təqdim etmişəm. Əslini də Apellyasiya Məhkəməsinə göndərmişəm”.

Aynurə İSMAYIL

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Ardını oxu...
Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir
İraqda səlahiyyətlilər qadınlar üçün nikah yaş həddini 18-dən 9 yaşa endirmək istəyirlər.
Bu barədə "The Telegraph" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, mühafizəkar şiə müsəlman partiyalarının koalisiyasının üstünlük təşkil etdiyi İraq parlamenti ölkənin "şəxsi status qanunu"nu ləğv edəcək düzəlişi səsverməyə hazırlayır. O, dini mənsubiyyətindən asılı olmayaraq, iraqlı ailələrin işlərini tənzimləyən hərtərəfli qaydalar toplusunu təşkil edir.
Qadınlar nikah yaşını aşağı salmaqla yanaşı, boşanma, uşaq qəyyumluğu və vərəsəlik hüquqlarından da məhrum ediləcəklər.
Səlahiyyətlilərə görə, qanun qızları "əxlaqsız münasibətlərdən" qoruyacaq. Onlar, həmçinin hesab edirlər ki, yenilik İslam şəriətinin şərhinə tam uyğundur.
Artıq üçüncü dəfədir ki, ölkədə norma tətbiq etməyə çalışılır. İlk cəhdlər 2014 və 2017-ci illərdə edilib, lakin qadınların mənfi reaksiyaları səbəbindən uğursuz olub.
BMT-nin məlumatına görə, ölkədə qanunsuz uşaq nikahlarının sayı çoxdur. Belə ki, qızların 28%-dən çoxu yetkinlik yaşına çatmamış ailə qurur.

İlahiyyatçı Tural İrfan “Sherg.az”a açıqlamasında deyib ki, şəriətdə qızların 9 yaşda nikah yaşına çatması deyə, mütləq və standart qayda yoxdur:

"Bu, əski zamanda, o dövrün ənənəsinə, şəriət dili ilə desək, o zamanın ürfünə uyğun belə olub. Lakin bu, indiki dövr üçün xarakterik deyil. Səddam Hüseyn zamanında da nə belə bir qayda, nə də pozğunluq yox idi. İraqı viran edəndə dedilər ki, demokratiya gətiririk. Səddam Hüseyni isə orta əsr ənənəsi ilə kəndirlə dar ağacından asdılar. İndi də qızların evlənmə yaşını 9 - a salırlar. Belə qəbul etmək olar ki, ABŞ İraqı işğal edərək İrana təhvil verdi. Çünki bu yaxında İranda da buna oxşar qanun qəbul etdilər. Onda belə çıxır ki, ABŞ İraqı irəli yox, geri aparır. Bəs işğalın, hakimiyyəti dəyişməyin mənası nə oldu? Eynən Taliban kimi rejim yaranmağa doğru gedir.
Doğrudur, ərəb ölkələrinin iqlimi isti olduğu üçün həddi- buluğa çatma yaşı digər soyuq ölkələrdən fərqlidir. Lakin bu qədər də deyil. Bu, zinakarlığın qarşısını almaq üçün yox, əksinə, istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir. Bir də İrandakı kimi teokratik rejimə aparan yoldur.
İslam müasirliyi tərənnüm edir. Onlar isə İslam adı ilə öz nəfsi maraqlarını həyata keçirirlər. Ruhani təbəqəsi İraqda din pərdəsi altında geriçi, dünyadan təcrid olunmuş bir rejim qurmaq istəyir.
İslam dinində qanunlar, şəriət qaydaları dövrə, şəraitə, tələblərə, dünyaya baxışa görə, təsbit olunur. Doğrudur, Qərb də evlənmə yaşını artırmaq istəyir ki, müsəlman qadınları istismar edə bilsin. Ona görə müsəlman ölkələrində insan haqları, qadın hüquqları pərdəsi altında işlər aparırlar. Mahiyyət etibarı ilə isə burada qaranlıq məqsədlər yatır. Ancaq ruhanilər də onlardan fərqli istismar yolu seçiblər.
Qadınların evlənmə yaşı həm ağıl, həm də həyat təcrübəsi baxımından tam yetişmiş olmalı, təhsil almalı, öz iradəsini tam təzahür etdirə bilmə həddində olmalıdır. Bunun da ən kamil yaş dövrü 17-18 yaşdır. Yəni, İslamın da əslində tövsiyyə etdiyi yaş dövrü bu cürdür".
 
Ardını oxu...
Vyetnamda yaşanan olay marağa səbəb olub.

Kanal D Haber-ə istinadən xəbər verir ki, hamilə xanımını xəstəxanaya çatdırmaq istəyən kişi əməlli-başlı ağılını itirib.

Belə ki, tələm-tələsik əşyaları götürüb, maşına əyləşən ər xanımını elə avtomobilin yanında unudub. Sürətlə evdən uzaqlaşan kişi az sonra etdiyinin fərqinə vararaq geri qayıdıb.

Sözügedən görüntülər sosial şəbəkələrdə gündəm olub.

 
Ardını oxu...
Mərhum sənətkar İlhamə Quliyevanın var-dövləti ilə bağlı söz-söhbət bitmək bilmir.

Xanım sənətçinin ölümündən illər keçsə də, onun ölümü və var-dövləti ilə bağlı mübahisəli məqamlar qalmaqdadır. Müğənninin qohumu Əli Mirəliyev İlhamə Quliyevanın son günləri ilə bağlı açıqlama verib. O bildirib ki, İlhamə Quliyeva son günlərini əlil arabasında keçirib.

"Ayaqları tutulmuşdu. Ona qızım baxırdı. Qızımla çox acı davranırdı. İlhamə öləndə "Dəmirbank"da onun 380 min manat pulu qalmışdı", - deyə Əli Mirəliyev qeyd edib.
 

Dünyapress TV

Xəbər lenti