Ardını oxu...
Dünyanın ən yaşlı adamının hər gün yediyi üç yeməkJanna Luiza Kalman yeməkdə iddiasız idi, lakin bir neçə yeməyi çox sevirdi.

Qeydiyyata alınmış uzunömürlülər arasında ən çox yaş 122 il yaşamış (1997-ci ildə vəfat edən) fransalı Janna Luize Kalmanaaiddir. O, 120 yaşına çatan yeganə insan olaraq qalır və onun uzunömürlü olması sirr olaraq qalır.

TEREF Lent.az-a istinadən xəbər verir ki, Kalman rəsmi olaraq tarixin ən yaşlı insanı kimi tanınır. Müsahibədə o, uzun ömür sürməyə töhfə verdiyini söylədiyi üç qidadan bəhs edib.

Şokolad. Kalman hər yeməkdən sonra bir az qara şokolad yemək vərdişini qoruyub saxlayıb. Bəziləri bunu ağılsızlıq hesab edə bilər, bəziləri bunun parlaq seçim olduğunu düşünə bilər.

"Antioxidants & Redox Signaling Journal"da dərc edilən bir araşdırma şokoladın təkcə ürəyə faydalı təsirlərini deyil, həm də immunomodulyator xüsusiyyətləri sayəsində xərçəng və infeksiyalara qarşı mübarizə qabiliyyətini təsdiqləyib. Tərkibində antioksidantlar olan tünd şokolad ümumi sağlamlığı yaxşılaşdırır, metabolik və psixoloji faydalara malikdir.

Zeytun yağı. Bir çox uzunömürlülər "mavi zonalarda" - yüzilliklərin yüksək konsentrasiyası olan bölgələrdə yaşayırlar. Kalman belə bir ərazidə yaşamasa da, pəhrizinə bu həyat tərzinə xas qidalar, o cümlədən zeytun yağı daxil edib. Tək doymamış yağlar, E vitamini və digər qida maddələri pis xolesterini aşağı salmaqla və bədən hüceyrələrini dəstəkləməklə orqanizmə müsbət təsir göstərir. Zeytun yağı çəki nəzarəti, aşağı qan təzyiqi və iltihabı azaltmaqla da əlaqələndirilib.

Qırmızı şərab. Aralıq dənizi pəhrizinin bir hissəsi olan qırmızı şərab ənənəvi olaraq uzunömürlülüklə əlaqələndirilir. "Antioxidants" (Basel) jurnalına görə, ölçülü şəkildə qırmızı şərabın uzunömürlülük genlərinin ifadəsini artırdığı və metabolik sağlamlığı yaxşılaşdırdığı sübut olunub. Tədqiqatlar həmçinin müntəzəm qırmızı şərab istehlakı ilə gözlənilən ömür uzunluğu arasında əlaqə olduğunu göstərir.

Kalman, işdə tam gün keçirməmək imtiyazı ilə stressi minimuma endirərək aktiv hobbilərdən həzz ala bilib. Əsas amil kimi aşağı stress səviyyələri də uzunömürlülük üçün vacib hesab edilir. Kalman həyatını aktiv istirahət, tennis, üzgüçülük, musiqi və velosiped sürməklə keçirib.

Beləliklə, Janna Luiza Kalman tərəfindən seçilən üç qida və həyat tərzi seçimi uzunömürlülük və aktiv həyat tərzinə nail olmaq üçün müxtəlif və orta pəhrizin, fiziki fəaliyyətin və stressin idarə edilməsinin vacibliyini vurğulayır.
 

Ardını oxu...
  

Bakının Nərimanov rayonunda dava zamanı qadın xəsarət alıb.

Hadisə iaşə obyektində qeydə alınıb.

1963-cü il təvəllüdlü M.Əliyeva kafedə tanışı ilə əlbəyaxa dava edib.

Qadınlar arasında düşən dava zamanı M.Əliyeva xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt üzrə Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır. (APA)

Ardını oxu...
Bakıda həbs edilən “Moon Kids” uşaq bağçasının təsisçisi və direktoru Havvaxanım Rüstəmova cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Leyla Əsgərova-Məmmədovanın icraatına verilib.

İş üzrə 100-dən çox zərərçəkən şəxs qismində tanınıb.

Qeyd edək ki, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178-ci (qulluq mövqeyindən istifadə etməklə təkrarən vəkülli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
Ardını oxu...
Bu günlərdə “Uzak şehir” serialındakı performansı ilə danışılan Sinem Ünsalın azərbaycanlı olduğu üzə çıxıb.

Publika.az xəbər verir ki, aktrisanın illər əvvəlki müsahibəsi yenidən gündəmə gəlib.

O, qonaq olduğu verilişdə atasının Azərbaycan türkü, anasının isə çərkəz olduğunu deyib.

Qeyd edək ki, Sinemin tərəf müqabili Ozan Akbaba da əslən azərbaycanlıdır.
Ardını oxu...
Naxçıvan şəhər 1 nömrəli məktəbin keçmiş müəllimi Səriyyə Qənbərova işdən çıxaırldıqdan sonra məhkəməyə müraciət edib.

"Qaynarinfo"nun məlumatına görə, o, Naxçıvan Şəhər Təhsil Şöbəsini məhkəməyə verib.

Səriyyə Qənbərovanın iddia tələbi işə bərpa və işsiz qaldığı müddət üçün əmək haqqının ödənilməsi ilə bağlıdır. İddiaya Naxçıvan Şəhər Məhkəməsində baxılacaq. Gülsüm Əliyeva iş üzrə hakim təyin edilib.

Səriyyə Qənbərova fiziki tərbiyə müəllimi olub. O, cari ilin sentyabrında sosial şəbəkələrdə işlədiyi məktəbdə hücuma məruz qaldığı barədə paylaşım etmişdi. Bir ay sonra isə buna görə işdən çıxarıldığını bildirmişdi.

Bundan sonra Naxçıvan Muxtar Respublikası (MR) Elm və Təhsil Nazirliyi isə onun işdən çıxarılmasını əmək intizamını pozması ilə əlaqələndirmişdi. Nazirliyin açıqlamasında bildirilirdi ki, Səriyyə Qənbərova 2024-cü ilin sentyabr ayı ərzində əmək intizamını pozaraq işə çıxmayıb və tədris başladıqdan sonra üzrlü səbəb olmadan cədvəl üzrə dərslərinin tədris etməyib.
 
Ardını oxu...
Polşa Prezidenti Anjey Dudanın həyat yoldaşı Aqata Kornhauzer-Duda Ermənistana səfəri çərçivəsində İrəvanda “Missiya Ermənistan” təşkilatının baş qərargahında olub.

Teleqraf.com xəbər verir ki, o, burada təşkilat və BMT QAK-ın Ermənistan ofisinin nümayəndələri ilə görüşüb.

Polşanın birinci xanımı Ermənistanla beynəlxalq həmrəylikdən məmnunluğunu ifadə edərək, Varşavanın bu ölkəyə dəstək verən dövlətlər arasında olduğunu vurğulayıb.

Məlumatda deyilir ki, Kornhauzer-Duda Qarabağ erməniləri (separatçılar – red.) ilə də görüşərək, onlarla söhbətləşib.

Görüşün dünən baş tutduğu bildirilir.

Qeyd edək ki, Polşa Prezidenti Anjey Dudanın Ermənistana səfəri çərçivəsində atdığı bəzi təxribatçı addımlar Azərbaycan tərəfindən sərt təpki ilə qarşılanıb. Dudanın şərti sərhəddə Avropa İttifaqı missiyasının patrul xidmətinə qoşulması və binoklla Azərbaycanın mövqelərini müşahidə etməsi etiraz yaradıb.
 
Ardını oxu...
Hüquq müdafiəçiləri Təbrizdə 17 yaşlı yeniyetmə Nigar Dabbağinin təqribən 2 həftə nəzarətdən sonra müvəqqəti olaraq sərbəst buraxıldığını bildiriblər.

İranlı hüquqşünasların idarə etdiyi Dadban qrupu və Azərbaycan İnsan Haqları Cəmiyyəti (Ərk) kimi mənbələrə görə, Dabbaği bazar ertəsi günü 400 milyon tümənlik mülki zəmanət qarşılığında Təbrizin mərkəzi həbsxanasından azad edilib.

Təbrizin Ümumi və İnqilab Prokurorluğu yeniyetmə gəncə qarşı “əhalini daxili və xarici təhlükəsizliyə qarşı cinayət törətməyə təşviq etmək”, “İslam Respublikası nizamına qarşı təbliğat fəaliyyət” göstərmək, “İslamın müqəddəslərini təhqir etmək”, “İslam Respublikasının qurucusu və rəhbərini aşağılamaq” ittihamlarını irəli sürüb.
Nigar Dabbağinin gələn ilin fevral ayının 19-da Təbriz İnqilab Məhkəməsində hakim qarşısına çıxarılacağı bildirilir.

Təbrizin Ümumi və İnqilab Prokurorluğunun çıxardığı və surəti sosial şəbəkələrdə yayımlanan sənəddə yazılanlara görə, Nigar Dabbağinin öz “etirafları” və mobil telefonunda mövcud olan şəkillər və məzmunlar ona qarşı dəlil hesab edilib. Sənəddə həmçinin Dabbağinin fəaliyyətlərindən peşman olmadığını bəyan etdiyi dərc edilib.
 
Ardını oxu...
ABŞ-da Merilend ştatının sakini iki ay ərzində iki dəfə lotereya udaraq 150 min dollar qazanıb.

Noyabr ayında bir qadın hər birinin qiyməti 10 dollar olan beş ani tiraj bileti alıb. Biletlərdən biri ona 100.000 dollar qazandırıb. Eyni zamanda, oktyabr ayında o, 50 min dollarlıq da cek-potu vurub.

Dövlət lotereyasının təşkilatçıları ilə danışan şanslı amerikalı uduş strategiyasını açıqlayıb. O, Merilend Lotereyasının mobil proqramını diqqətlə öyrəndiyini və mümkün qədər çox yüksək mükafatların hələ oynanılmadığı rəsmləri seçdiyini söyləyib.

Qadın aldığı pulun bir hissəsini evin təmirinə xərcləyəcəyini də bildirib./Lent.az
 

Ardını oxu...
 

Yazar Zümrüd Yağmur (Abıyeva Zümrüd İsrafil qızı) barəsində məhkəməyə axtarış qərarı çıxarıb.

Bu barədə qərar Abşeron Rayon Məhkəməsində elan olunub.

Belə ki, xüsusi ittihamçı Ağayeva Sürəyya İsrafil qızı Abıyeva Zümrüd İsrafil qızına qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148-ci (təhqir) maddələri ilə məhkəməyə müraciət edib. Abşeron Rayon Məhkəməsi şikayəti icraata qəbul edib və Zümrüd Abıyeva barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib. Lakin o, 05 noyabr 2024-cü il tarixə, saat 16:00-a tarixə təyin olunmuş məhkəmə baxış iclası barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməyib.

Sonra barəsində xüsusi ittiham qaydasında şikayət verilən təqsirləndirilən şəxs Zümrüd Abıyevanın növbəti məhkəmə baxış iclasına məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilib. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə olunub. Lakin onun ölkə xaricində olduğu üçün barəsində axtarış qərarı çıxarılıb. Buna görə işin icraatı dayandırılıb.

Qeyd: Zümrüd Abıyeva barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edən Sürəyya Ağayeva onun qohumudur. Xüsusi ittihamçının oğlu Əsgər Ağazadə Zümrüd Abıyevanın qızını zorlamaqda ittiham olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.

Sürəyya Ağayeva xüsusi ittihamda qeyd edib ki, Zümrüd Abıyeva ona şər-böhtan atıb, şərəf və ləyaqətini alçaldıb. /pravda.az/

 
 
 
Ardını oxu...
ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanın İnstaqram profili növbəti dəfə bağlanıb.

Gununsesi.info-nun məlumatına görə, son günlərdə Azərbaycanda bəzi həkimlərin saxta diplomlarla fəaliyyət göstərdiyini iddia edən paylaşmaları ilə diqqət çəkən Ataşovanın profili daha əvvəl də şikayətlər nəticəsində bloklanmış, lakin sonradan yenidən aktivləşmişdi.

Jurnalist bir neçə gün əvvəl təhdid edildiyini də bildirib.

Dünyapress TV

Xəbər lenti