Çexiya Silahlı Qüvvələrinin polkovniki Zdenek Petraş Ukraynanın Amerikadan aldığı F-16 döyüş təyyarələrinin müharibədə heç bir üstünlük qazandırmayacağını bildirib.
"Report" xəbər verir ki, bu barədə o, Çexiya mətbuatına açıqlamasında deyib.
"Təəssüf ki, F-16 döyüş təyyarələri bəyan edilən miqdarda göndərilmir. Təyyarələr bu qarşıdurmada vəziyyəti əsaslı şəkildə dəyişməyə qadir deyil", - o qeyd edib.
Çexiya zabiti onu da vurğulayıb ki, Niderlandın Ukraynaya bir neçə F-16 göndərib-göndərməməsi ilə bağlı mediada yayılan xəbərlərdən məlumatsızdır.
Rusiya Prezidenti Vladimir Putinə Belqorodun yaşayış məntəqələrinə endirdiyi zərbələr barədə məlumat verilib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə onun mətbuat katibi Dmitri Peskov məlumat verib.
Qeyd edək ki, dekabrın 30-da Belqorod şəhərinin mərkəzi atəşə tutulub. Rusiya tərəfi hücumun Ukrayna Silahlı Qüvvələri tərəfindən olduğunu açıqlayıb. Hücum nəticəsində 10 nəfərin öldüyü, 45 nəfərin xəsarət aldığı bildirilir.
Ukrayna Rusiyanın sonuncu genişmiqyaslı hava hücumları ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması ilə bağlı təşkilata müraciət edib.
APA xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba sosial şəbəkə hesabında bildirib.
"Rusiyanın Ukraynaya qarşı raket və pilotsuz uçuş aparatı hücumu ilə bağlı Ukrayna və BMT-nin 30 üzvü BMT Təhülkəsizlik Şurasına sədrlik edən Ekvadordan BMT TŞ-nin təcili iclasını çağırmağı xahiş edib", ukraynalı nazir qeyd edib.
Türkiyə hərb sənayesində daha bir möhtəşəm uğura imza atıb. Belə ki, Hərbi Dəniz Qüvvələri Şərqi Aralıq dənizi sahillərində “TCG Preveza” sualtı qayığı tərəfindən “Akya”nın sınaq atışı həyata keçirilib.
Məlumata görə, yerli istehsal olan torpeda 12 min yardlıq məsafədən hədəf gəmini tam dəqiqliklə vuraraq batırıb.
Hədəfin vurulduğu anlar ölkənin Müdafiə Sənayesi Nazirliyinin sosial media hesabından paylaşılıb.
“TCG Preveza” sualtı qayığının həyata keçirdiyi döyüş atəşində mavi vətənin iti qılıncı olan milli torpedamız “AKYA” hədəfi tam dəqiqliklə vurub məhv etdi. Bu qürurverici məqamda əməyi olan bütün şəxslərə təşəkkür edirik. Ölkəmizə və millətimizə xeyirli olsun”, – deyə paylaşımda deyilir.
Qeyd edək ki, hazırda Yaxın və Orta Şərqin əsas aktorlarından olan Türkiyə Cümhuriyyəti müasir orduya və hərbi texnikaya malikdir. Onun istehsal etdiyi “Bayraktar” pilotsuz uçuş aparatları Azərbaycanın Qarabağ bölgəsinin və ətraf rayonların işğaldan azad edilməsində əhəmiyyətli rol oynayıb.
Bundan əvvəl xəbər vermişdik ki, Türkiyə “F-16”lar üçün öz mühərriklərini istehsal etməyə başlayacaq.
İslam İnqilabı Keşikçiləri Korpusunun ən azı 11 yüksək rütbəli zabiti cümə gecəsi İsrailin Dəməşq Beynəlxalq Hava Limanına endirdiyi hava zərbəsi nəticəsində həlak olub.
Sfera.az-ın məlumatına görə, İran hərbçiləri “Dəməşq hava limanında yüksək rütbəli nümayəndə heyətini qəbul ediblər”. Bildirilir ki, hücum nəticəsində SEPAH qüvvələrinin Suriyanın şərqindəki komandiri Nurat Rəşid yaralanıb.
Xatırladaq ki, dekabrın 25-də SEPAH generalı Razi Musəvi İsrailin hava hücumu nəticəsində öldürülüb. Onun Dəməşqin cənubundakı Seyyidə Zeynəb rayonunda yerləşən evinə üç raket atılıb. İranlı general Suriya hökumət ordusunun tərəfində vuruşan şiə qüvvələrinin fəaliyyətini koordinasiya edib.
Türkiyə öz ərazisində ABŞ-nin “General Electric” korporasiyasının “F-16” qırıcılarında istifadə olunan “F110” mühərriklərinin istehsalına başlayacaq. Bu barədə “Bloomberg” öz mənbələrinə istinadən xəbər yayıb. Bildirilir ki, Ankara “Turkish Aerospace Industries” şirkətinin beşinci nəsil “Kaan” döyüş təyyarələrini aqreqatlarla təchiz etməyi planlaşdırır. Agentliyin məlumatına görə, Ankara artıq bu mühərriklərin istehsalında birgə iştirak üçün amerikalı tərəfdaşlarına müraciət edib. Türkiyə öz mühərrik modellərini hazırlayana qədər hər bir “Kaan” qırıcısını iki “F110” ilə təchiz etmək niyyətindədir.
“Ukrayna artıq Qərb tərəfdaşlarından “F-16” qırıcılarının ilk partiyasını qəbul edib”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Newsweek” nəşri məlumat yayıb.
Qeyd olunur ki, Niderland artıq beş ədəd “F-16” qırıcısını Ukraynaya təslim edib. Ukrayna isə hələlik onlardan yalnız ikisindən hərbi əməliyyatlardən istifadə edib.
Xatırladaq ki, Ukrayna aviasiyası bu həftənin əvvəlində Krımın Feodosiya limanında Rusiyanın Qara Dəniz Donanmasının "Novorossiysk" böyük desant gəmisini vurub. Bu, ötən il "Moskva" flaqman gəmisinin məhvindən sonra Rusiya donanmasının üzləşdiyi ən böyük itkidir. Ekspertlərə görə, 250 kilometr məsafədən dəqiq zərbə ilə desant gəmisinin məhv edilməsi Ukraynanın yeni silahlar əldə etməsi ilə bağlı ola bilər. Bu sırada “F-16” qırıcılarının artıq Ukraynada olduğu, gəminin məhv edilməsində istifadə edilən “Storum Shadov” raketlərinin məhz təyyarələrdən atıldığı inandırıcı görünür.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi "Novorossiysk" desnat gəmisinin Britaniya istehsalı olan sözgedən raketlə vurulduğunu təsdiq edib. Nəticədə gəmi heyətindən 33 nəfər itkin düşüb, 17 nəfər isə yaralanıb.
Artıq həqiqi hərbi xidmətə çağırılanların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparacaq.
Cəmiyyətdə isə sual yaranır: Əvvəllər hərbi komissarlıqda “xidmətə yararsız” adı ilə hərbi bilet alan gənclərin sağlamlığı yenidən yoxlanılacaqmı? Ola bilər ki, yenidən yoxlama aparılsın və şəxsin “neqodnı” olmadığı üzə çıxsın? Bu halda şəxs əsgərliyə aparıla bilərmi?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan hərbi ekspert Ədalət Verdiyev məsələnin detallarını açıqlayıb:
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hərbi çağırışa cəlb olunacaq vətəndaşlarımızın xidmətə yararlılıq səviyyəsini gələn ilin iyul ayından təyin etməyə başlayacaq. Əvvəlki illərdə bu və ya digər yollarla saxta “xidmətə yararsız” adı ilə hərbi bilet alan və çağırış yaşı 36 yaş yarıma qədər olan vətəndaşlarımızın hər biri təkrar yoxlamalardan keçiriləcək. Bu yoxlamalar nəticəsində onların hərbi xidmətə yararlı olub-olmaması barədə təkrar qərar veriləcək. Təbii ki, “xidmətə yararsız” olanlara təkrar möhlət hüquq veriləcək, amma hərbi xidmətə yararlı olanlar təbii ki, ordu sıralarına göndəriləcək”.
Ekspert qeyd edib ki, bundan sonra saxta yollarla hərbi “xidmətə yararsız” statusu almış şəxslər müəyyən edilərək ordu sıralarına göndəriləcək, onlara bu sənədi verənlər isə cinayət məsuliyyətinə cəlb olunacaq:
“Əgər şəxsin xidmətə yararlı olduğu halda, saxta “xidmətə yararsız” statusu aldığı ortaya çıxarsa, şəxsin ordu sıralarına göndərilməsi və ona “yararsız” statusu verən həkimlərin hüquq-mühafizə orqanları tərəfindən araşdırma obyektinə çevrilməsi ilə nəticələnəcək. Artıq belə hallar və araşdırmalar var. Bu həm mülkidə, həm də hərbi çağırışla bağlı əlilliyə imkan yaradan, yaxud ordudan yayınmağa imkan yaradan saxta rəylər verən həkimlərdən cinayət məsuliyyətinə cəlb olunanlar var, onların bəziləri müəyyən müddətə həbs olunub, bəziləri haqda isə araşdırmalar davam edir. Məsləhətim budur ki, kimsə saxta yollarla əlillik əldə etməyə, yaxud ordu sıralarından yayınmaq üçün çirkli yollara əl atmağa çalışmasın. Bu heç bir nəticə verməyəcək, əksinə, bəzilərinin həbsinə, vəsait ödəyənlərin isə hərbi xidmətə getməsi ilə nəticələnəcək”.
Ukrayna Silahlı Qüvvələrinin ilk pilotları Böyük Britaniyada F-16 qırıcılarının əsas uçuş hazırlığı kursunu bitirib.
Bu barədə Birləşmiş Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ukraynalı hərbçilərdən təşkil olunan altı nəfərlik pilotlar qrupu F-16 qırıcılarında uçuş bacarıqları üzrə kursu bitirərək Danimarkada təlim uçuşlarına başlayıb. On nəfərdən ibarət digər qrup isə Böyük Britaniyada təlimlərini davam etdirir.
Qeyd edək ki, Ukrayna uzun müddətdir Qərb müttəfiqlərindən F-16 qırıcı təyyarələrinin tədarükünü gözləyir. Avqustun sonunda Niderland 42 ədəd, Danimarka isə 19 ədəd F-16 qırıcısını Kiyevə verməyə hazır olduqlarını bildirib.
Rusiya qoşunları “Donetsk Xalq Respublikası”nda yerləşən Marinka şəhərinə tam nəzarəti ələ keçirib.
Bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə məruzə zamanı məlumat verib.
“Aktiv hücum əməliyyatları zamanı “Yujnaya” qrupunun hücum dəstələri bu gün Donetskin cənub-qərbindəki Marinka şəhərini tamamilə ələ keçirib”, - Şoyqu bildirib.
Müdafiə naziri qeyd edib ki, Marinkanın ələ keçirilməsi Donetski Ukrayna Silahlı Qüvvələrinin atəşindən daha effektiv qorumağa imkan verir. Şoyqu həmçinin bildirib ki, 150-ci diviziyanın əsgərləri döyüşlərdə xüsusilə fərqləniblər.
Putin cavab olaraq Marinkanın ələ keçirilməsində əməyi olan hər kəsə ən səmimi təbrikləri və minnətdarlıq sözlərini çatdırmağı xahiş edib.