Ardını oxu...
Sovet-alman müharibəsi illərində Georgi Jukovun xidməti yeri dəfələrlə dəyişsə də o, sürücüsünü heç vaxt dəyişməyib. 1418 gün davam edən müharibədə Aleksandr Buçin marşalın bir addımlığında dayanaraq ona sədaqətlə xidmət edib. Aralarında yaş, rütbə və vəzifə fərqi böyük olsa da Jukov sürücüsünə ad və atasının adı ilə müraciət edib.

Sürücülük vəsiqəsini alanda Buçin heç ağlına da gətirməyib ki, o, ən ağır cəbhə bölgələrini qarış-qarış gəzəcək, idarə etdiyi avtomobil od-alovlardan keçəcək. Əslində Buçin hərbçi olmaq fikrində də olmayıb. O, sürücülük peşəsinə yiyələnəndə gələcəkdə avtoidman sahəsində çalışacağını düşünüb. Belə ki, onun atası da öz dövrünün ən tanınmış sürücülərindən biri sayılıb, avtoidman yarışlarında dəfələrlə qalib titulu qazanıb. Artıq 12 yaşında olanda Aleksandr Buçin yaşadıqları məhəllənin dar küçələrində sərbəst maşın sürməyi bacarıb. 1934-cü ildə, 17 yaşında isə sürücülük vəsiqəsi alıb.

1938-ci ildə hərbi xidmətə çağırılan Buçin sovet-fin müharibəsinin iştirakçısı olub. Hərbi xidmətdən sonra sürücü kimi əmək fəaliyyətinə başlayıb. 1941-ci ildə müharibə başlananda səfərbərliyə cəlb edilib və o vaxt hələ general rütbəsində olan Georgi Jukovun mühafizə dəstəsində xidmətə göndərilib.
Ardını oxu...
Xidmətinin elə birinci ayında Şimal cəbhəsinə gedən Jukovu müşayiət edərkən generalın getdiyi “Qaz-61” maşını yolda xarab olanda Buçin maşına baxmaq üçün Jukovdan icazə istəyib. 10-15 dəqiqə ərzində avtomobil işlək vəziyyətə düşüb. Əslində maşında elə bir ciddi problem də olmayıb. Sadəcə, generalın sürücüsü, elə generalın özü demişkən, “baraban”ı fırlatmaqdan başqa əlindən bir iş gəlməyib. Maşının mühərrikini işə saldıqdan sonra Buçin sükanın arxasından çıxaraq yeri öz sahibinə, generalın sürücüsünə verib. Jukov yerdəyişməyə imkan verməyib:

Siz bu gündən mənim sürücüm olacaqsınız.
Jukov sürücü ilə məhz belə danışıb, “siz”lə, yaxud ad və atasının adı ilə, sonralar isə Buçin leytenant rütbəsi alanda “yoldaş leytenant” müraciəti ilə.

Müharibə illəri ərzində Aleksandr Buçin hər gün Jukovla bir yerdə olub. Onlar birlikdə 170 min kilometr məsafə qət ediblər. Bu illər ərzində bir dəfə də olsun Buçin qəza törətməyib. Bəzən elə vəziyyət yaranıb ki, gecəyarısı o, maşını işıqları yandırmadan idarə etmək məcburiyyətində qalıb, bəzən bataqlıq yollara da düşüblər, meşələrin sıxlığından da keçiblər, buz üstündə də hərəkət ediblər, amma Buçin bu çətinliklərin hamısını dəf etməyi bacarıb.
Ardını oxu...
Müharibədən sonrakı illərdə də Aleksandr Buçin Jukovla işləyib. Amma bu, çox da uzun çəkməyib. Jukovu Moskvadan Odessaya “sürgün” etdikdən sonra Buçin də onunla birlikdə gedib. 1948-ci ilin yanvarına qədər Buçin marşalın sürücüsü kimi fəaliyyətini davam etdirib. Jukova təzyiqlər artdıqdan sonra Buçinin də həyatında qara günlər başlayıb. O, sonralar yazdığı “170 min kilometr Jukovla” kitabında həmin günləri belə xatırlayıb:

“Müharibədən sonra hamı elə düşünürdü ki, Jukov müdafiə naziri təyin ediləcək. Amma nəinki müdafiə naziri təyin edildi, onu tutduğu quru qoşunları komandanı vəzifəsindən də uzaqlaşdırıb Odessa hərbi dairəsinə komandan göndərdilər. Bu böyük haqsızlıq idi və bu haqsızlığın kim tərəfindən gəldiyini də hamı yaxşı bilirdi. Bu yerdəyişmə zamanı mən də onunla Odessaya getdim. 1948-ci ilin yanvar ayında istirahət günlərinin birində o, səhər tezdən məni evə çağırdı və bildirdi ki, məni Moskvaya çağırırlar. Onu da izah etdi ki, mənim onunla işləməyim mümkün olmayacaq. Buna baxmayaraq Jukov kağıza nəsə yazıb zərfin içinə qoydu, dedi ki, Moskvaya çatan kimi bu zərfi Vlasikə çatdırım. Həmin vaxt Nikolay Vlasik Dövlət Təhlükəsizliyi Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi vəzifəsini daşıyırdı və mən də həmin idarənin zabiti olaraq birbaşa ona tabe idim. Əvvəllər Vlasiklə dəfələrlə görüşmüşdüm, Jukovu Stalinin bağ evinə aparanda mənə qarşı həmişə xoş münasibət göstərmişdi. Ancaq bu dəfəki görüşdə həmin münasibətdən əsər-əlamət qalmamışdı. Bir sutkadan sonra onun qəbuluna düşdüm. Hərbi qaydada salamlaşıb, məruzə etdim. Sonra zərfi ona uzatdım. Əsəbi halda soruşdu:

Bu nə zərfdir?
Marşal Jukov sizə göndərib.
O, zərfi açmadan belə onu saymazyana şəkildə yazı masasının siyitməsinə tulladı və üzünü mənə tutaraq səsinin tonunu qaldırdı:

Sən xuliqanlıqla məşğul olursan, bunu bütün Odessa bilir. Kim sənə bu qədər səlahiyyət verib? Sənin hərəkətlərin dövlət təhlükəsizliyi orqanlarına ləkə gətirir. Kimə arxayınsan? Bu gündən orqandan xaric olunursan. Rədd ol kabinetimdən.
Beləcə, o, məni təhqir edərək kabinetindən qovdu. 1948-ci il yanvarın 19-da dövlət təhlükəsizliyi orqanlarından xaric olunmağımla bağlı əmrim çıxdı. Amma bu hələ son deyildi. Bir neçə aydan sonra məni gəlib evdən apardılar, həbs edərək “Lubyanka” zirzəmisinə saldılar. Üstümdə axtarış aparanda cibimdən Jukovun kiçik ölçülü şəkli çıxdı. Cüssəli nəzarətçi şəkli yerə atıb üstümə qışqırdı:

Bu şərəfsiz kimdir ki, onun şəklini cibində gəzdirirsən? Bəlkə atandır, xəbərin yoxdur?
Bu cür ifadələrin hər biri mənim üçün güllədən də ağır idi. 7 ay istintaq aparıldı. Məni gah casusluqda, gah antisovet fəaliyyətdə, gah da vəzifə səlahiyyətlərini aşmaqda ittiham edirdilər. Nəhayət, sonda mənimlə açıq danışmağa başladılar. Bildirdilər ki, Jukovun əleyhinə ifadə verdiyim halda azadlığa buraxacaqlar və işimə bərpa olunacam. Sözsüz ki, mən bu sövdələşməyə getmədim. Məhkəmə məni 5 il azadlıqdan məhrum edərək Lefertovo həbsxanasına göndərdi. Həmin ərəfədə Jukovu Moskvadan daha uzaqlara, Urala göndərmişdilər…”
Ardını oxu...
Stalinin vəfatından sonra Aleksandr Buçin son həbs ilindən azad olunaraq amnistiya ilə azadlığı çıxıb. Bir neçə müddət iş tapa bilməyib. Nəhayət, avtobus parkında işə düzəlib. Müəssisənin direktoru keçmiş hərbçi olduğundan, onlar bir-birini müharibə illərindən tanıyıblar. Buçin əvvəlcə şəhərin daxilində, sonralar isə şəhərlərarası avtobusda işləyib.

Aleksandr Buçin Jukovun fəaliyyətini yalnız mətbuat vasitəsi ilə izləyib. 1955-ci ildə marşalın müdafiə naziri vəzifəsinə təyinatı onu hədsiz dərəcədə sevindirib. Amma sədaqətli sürücü onu narahat etməyib. Yalnız 1957-ci ildə Jukov vəzifəsindən kənarlaşdırıldıqdan sonra Buçin ona zəng vurub. Jukov onu bağ evinə qonaq çağırıb. Bu görüşdən sonra onlar müntəzəm olaraq əlaqə saxlayıblar. 1964-cü ildə isə Jukov Buçinə mənzil verilməsi üçün Moskva rəhbərlərinə müraciət edib. Onun xahişi nəzərə alınaraq Buçin üçotaqlı mənzillə təmin edilib.

Onlar sonuncu dəfə 16 iyun 1974-cü ildə, marşalın ölümündən iki gün əvvəl görüşüblər. Buçin mərkəzi kliniki xəstəxanada müalicə alan Jukovu sonuncu dəfə ziyarət edib.

İlham Cəmiloğlu
 
Ardını oxu...
BMT sülhməramlılarını Konqo Demokratik Respublikasından çıxarmağa başlayıb
BMT sülhməramlılarının Konqo Demokratik Respublikasından (KDR) çıxarılmasına başlanılıb.

“Report”un AFP-yə istinadən verdiyi məlumata görə, bunu Konqonun xarici işlər naziri Kristof Lutundula Apala deyib.

Onun sözlərinə görə, prosesin cari ilin sonuna kimi yekunlaşacağı gözlənilir.

BMT sülhməramlıları 16 ölkəni birləşdirən Cənubi Afrika İnkişaf Birliyinin döyüş bölmələri ilə əvəz olunacaq.

Artıq Cənubi Afrika və Tanzaniyadan olan qabaqcıl hərbi mütəxəssislər qrupları ölkənin şərqinə yerləşdirilib. Yeni bölmələr hökumət qüvvələri ilə birlikdə Konqo ərazisində üsyançılarla döyüşlərdə iştirak edəcək.
 
Ardını oxu...
Həmişə savaşlarımız olub deyə, qəhrəmanlarımız da var.

İkinci dünya müharibəsində dünyaya səs salan oğullarımızın sonrakı nəsli, müasir dövrün savaş qalibləri doğuldu və onlar da dünyaya qəhrəmanlıqları ilə səs saldılar.

Müasir dövrün qəhrəmanları artıq generallardır, fatehlərdir, müasir hərbi elitanı təşkil edən simalardan biri, haqq savaşının simalarından biri, rütbələrini və sinəsindəki medalları kabinetdə deyil, səngərdə qazanan general Hikmət Mirzəyevdir.
Yeni missiyan mübarək, cənab General!

Əliniz titrəməsin, gözünüz daim iti olsun!
gununsesi
 
Ardını oxu...
Yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı şəhid olan hərbçilərin sayı səkkiz nəfərə çatıb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

Nazirlik qeyd edib ki, həkimlərin səyinə baxmayaraq, daha iki ağır yaralı hərbçi dünyasını dəyişib.

Bölgədə əməliyyatlar davam edir.

Nazirlik həyatını itirən şəhidlərə Allahdan rəhmət diləyib, ailələrinə başsağlığı verib.
Ardını oxu...
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı ittiham olunan general-mayor Nizami Məmmədov və digərlərinin məhkəməsi davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində baxılan iş üzrə indiki mərhələdə şahidlər ifadə verir.

Bir neçə hərbi hissədə maliyyə şöbəsi rəhbəri işləmiş Sadiq Hacıyev bəhs etdiyimiz işdə şahid kimi tanınıb. Amma o, özü də 143 milyonluq yeyintidə iştirakda ittiham edilir. Onun haqda ötən ilin iyulunda həbs qətimkan tədbiri seçilib, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

Hacıyevin ifadəsindən məlum olub ki, onun cinayət əməli nəticəsində dövlətə 1 milyon 500 min manat ziyan dəyib. İstintaq orqanı ilkin olaraq ona güzəşt edərək həbsini tələb etməyib, dəymiş ziyanı ödəməsi üçün şans verib. Lakin təqsirləndirilən şəxs bu şansdan istifadə etməyib. Dəymiş ziyan ödənilmədiyinə görə, onun haqda həbs qətimkan tədbiri seçilib.

S.Hacıyev deyib ki, işlədiyi müddətdə maliyyə hesabatına köçürülən şişirdilmiş məbləğlərin 40 faizini özünə götürüb, 60 faizini isə rəhbərliyə verib. O, qanunsuz tapşırıqları da işlədiyi hərbi hissənin tabe olduğu korpusun maliyyə şöbəsinin rəisindən aldığını etiraf edib:

“Mən özbaşına qanunsuzluq etməmişəm. 1 milyondan çox vəsaiti mənimsədiyim iddia olunur. Bu rəqəmlə razı deyiləm. Çünki bu qədər pulu görməmişəm. Maliyyə sənədləri məhv edilib, təəssüf ki, bunu yoxlama aparan şəxslərə sübut edə bilməmişəm. Evini, maşınımı satışa qoymuşam. Hələ ki, satış baş tutmayıb deyə ziyanı ödəyə bilmirəm”.

General Məmmədovun vəkili Rəşad Mirmehdizadə şahiddən “Nizami Məmmədov sizə göstəriş veribmi?”- soruşub.

Şahid generalla heç vaxt ünsiyyətinin olmadığını deyib. Həmçinin ona yalnız korpusun maliyyə rəisinin tapşırıq verdiyini təkrarlayıb.

Vəkil Mirmehdizadəni maraqlandıran digər məsələ şahidin həbsindən əvvəl və həbs edildikdən sonra fərqli ifadə verməsi olub. Hacıyev həbs edildikdən sonra özündə olmadığını, nə ifadə verdiyini bilmədiyini deyib.

Şahid Cəbrayıl Orucov əvvəllər iki fərqli hərbi hissədə maliyyə şöbəsinin rəisi işləyib. Cinayət işi başlanan vaxtda isə Hərbi polisdə eyni vəzifədə çalışırmış.

Orucov da işlədiyi dövrdə qanunsuz ödənişlərə mənimsəmə faktları olduğunu etiraf edib.

Şahid deyib ki, hərbi hissələrdə maliyyə hesabı açılıb. Dövlət büdcəsindən həmin hesablara ödəniş edilib. Sonradan isə həmin pullar nağdlaşdırılaraq mənimsənilib:

“Vəsaitin 60 faizini rəisimə vermişəm, 40 faizi isə özünə qalıb. "Ölü kart"lar yaradılırdı ki, həmin kartların sahibləri olmurdu.

Pullar həmin kartlara köçürülüb. Hər ay 14-ü qadın olmaqla 25 nəfərin adına ödəniş olub. Əməkhaqqı cədvəlinin siyahısını hərbi hissə komandiri təsdiqləyirdi. Amma bu qanunsuzluqdan xəbəri yox idi. Hərbi hissələrdə işlədiyim müddətdə mənə ümumilikdə 800 min manat qalıb, yerdə qalan pulu təftişə gələnlər götürüb”.

C.Orucov ifadəsində Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsini rəisi Rəfael Xələfovun da adını çəkib. Deyib ki, cinayət baş verən dövrdə sonuncu yoxlama 2021-ci ilin yanvarında aparılıb. Həmin yoxlama qrupuna rəhbərliyi Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsini rəisi Rəfael Xələfov edib. Şahid etiraf edib ki, təftiş zamanı rəsmi hesabatdan gizlədilən məbləğlər olub ki, onu ancaq R.Xələfovla özü bilib:

“Bu haqda heç kimə məruzə etmirdik. Rəfael Xələfov bunu müəyyən etdi, məbləğin də 60 faizini özünə götürdü",-deyə şahid ifadəsini yekunlaşdırıb.

Proses yanvarın 19-u davam edəcək.

Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilib.

Hazırda araşdırılan iş üzrə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə idarəsinin rəisi olmuş Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin sabiq Maliyyə idarəsi rəisi Vüsal Əlizadə birgə mühakimə edilirlər.
 
Ardını oxu...
Böyük Britaniya Nazirlər Kabinetinin rəhbəri Rişi Sunak Ukraynaya 3,2 milyard dollara yaxın hərbi yardımın həcmini açıqlayıb.

Ukrayna KİV-i bildirir ki, Sunakın sözlərinə görə, paketə hava hücumundan müdafiə sistemləri, tank əleyhinə silahlar və uzaqmənzilli raketlər daxil olacaq.

“The Times” qəzeti isə Britaniya hökumətindəki mənbəyə istinadən krallığın 2025-ci ildə Ukraynada hərbi əməliyyatları davam etdirməyi planlaşdırdığına aydınlıq gətirib.
Bundan əvvəl Böyük Britaniyanın baş naziri Ukrayna ilə təhlükəsizlik sahəsində “tarixi razılaşma”nın imzalandığını açıqlamışdı.
 
Ardını oxu...
Türkiyə, Rumıniya və Bolqarıstanın müdafiə nazirlikləri Qara dənizdə minalara qarşı hərbi dəniz qrupunun yaradılmasına dair memorandum imzalayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin müdafiə nazirliyi məlumat yayıb.

Məlumata görə, müqavilə minalarla məşğul olacaq ümumi minaaxtaran qrupunun işinin planlaşdırılmasının başlanmasını nəzərdə tutur.
 
Ardını oxu...
Latviya Ukraynaya yeni hərbi yardım paketini elan edib.

APA xəbər verir ki, bu barədə Latviya Prezidenti Edqars Rinkeviçs ukraynalı həmkarı Vladimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransı zamanı
O deyib ki, ölkəsi Ukraynaya haubitsalar, pilotsuz uçuş aparatları, döyüş sursatları daxil olmaqla yeni hərbi yardım paketini göndərəcək.

"Bu gün mən Ukrayna prezidentinə haubitsalar, 155 millimetrlik döyüş sursatı, tank əleyhinə silahlar, raketlər, qumbaraatanlar, helikopterlər, pilotsuz uçuş aparatları, rabitə vasitələri, generatorlar, eləcə də (digər) avadanlıqların daxil olduğu növbəti yardım paketi barədə məlumat verdim”, Prezident Rinkeviçs bildirib.

Qeyd edək ki, Latviya ümumi daxili məhsulunun 1%-dən çoxunu Kiyevə hərbi yardıma ayırıb ki, bu da bütün müttəfiqlər arasında ən yüksək paylardan biridir.
 
Ardını oxu...
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun icraatında keçirilən prosesdə prokuror Vüsal Əliyev ittiham aktını elan edib.

İttihama görə, Rəşad Məlikzadə 2017-2018-ci illərdə "N" saylı hərbi hissədə maliyyə xidmətinin rəisi, 2018-2022-ci ilin fevralın 10-dək olan müddətdə isə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin rəisi vəzifəsində işləyib. Rəşad Məlikzadə vəzifə saxtakarlığına yol verib. O, 9 milyon 369 min manat mənimsəyib.
Daha sonra ittihama münasibət bildirən Rəşad Məlikzadə özünü qismən təqsirli bilib. Tapşırıqları rəhbərlikdən aldığını deyən Rəşad Məlikzadənin sözlərinə görə, özünü maliyyə vəsaitinin rəqəmi ilə özünü təqsirli bilmir: "Amma bu cinayəti mən törətmişəm. Buna görə də tapşırıq alməşam. Mən tapşırıqları icra etmişəm".
Təqsirləndirilən şəxs deyib ki, ilk dəfə hərbi hissədə 153 min 728 min manat mənimsəməyə yol verilib: "Bir qayda var idi. Mənimsənilən vəsaitin 20 faizi maliyyələşmə, 40 faizi isə təştişə çatırdı. 253 min 728 min manatlıq mənimsəmə ilə bağlı təftişi Azər Məmmədov aparıb. Həmin məbləğin 92 min manatını Azər Məmmədova verdim. Amma Azər Məmmədov ifadəsində bu faktı inkar edib. O, ifadəsində başqa məbləğ göstərib. Bu məbləğin 40 faizi mənə çatıb. Sonradan əlavə yoxlama aparıldı. İkinci yoxlamada təştişlə yanaşı maliyyələşmədəb də yoxlama gəlmişdi.

Dedilər ki, gətir görək, nə iş görmüsən, işini göstər. Mən də Rafael Xələfova (Maliyyə və büdcə idarəsinin təştiş şöbəsini rəisi - red.) zəng etdim, dedim ki, əlavə yoxlama aparılır, bu nə məsələdir. Onda dedi ki, 15 min manat ver, biz özümüz həll edərik. Mən də Azər Məmmədova 15 min manat əlavə verdim. Dövlət Təhlükəsizliyi Xidmətində birinci dəfə üzləşmə zamanı Rafael Xələfova bunu etiraf etdi. Amma sonradan bunu etiraf etmədi".

Təqsirləndirlilən şəxs deyib ki, hərbi hißəssədə ikinci yoxlama zamanı 849 min manat yeyinti aşkar olunub: "Yoxlamaya gələnlər hazırlıqlı olurdular. Hər şeyi dəqiqliklə yoxlayırdılar. Bir qəpik belə keçirmirdilər. Bu işlərdə kimsə-kimsəni aldada bilməzdi. Yalan danışmaqda mümkün deyildi. Bildiyim qədəri ilə başqa maliyyə xidməti rəisləri yalan danışanlar. Amma mən bunu vicdanıma sıöışdırmırdım. Nə olurdu, hamısını düz deyirdim".

Təqsirləndirilən şəxs deyib ki, 849 min manatlıq təştişdə Teymur Teymurova 215 min manat, Nəriman Cabbarova isə 175 min manat verib. Onun sözlərinə görə, həmin məbləğdən 209 min manat onun özünə çatıb, qalan pulları isə maliyyləşməyə çatdırıb. Qeyd edib ki, 25 min manatdan ayrıca Rafael Xələfova verib.

Rəşad Məlikzadə deyib ki, hərbi hissədə aparılan iki yoxlama zamanı aşkar olunan mənimsəmə faktı ilə bağlı ilk olaraq 46 min 628 min manat, inəkincioxlsmada sonra isə 255 min manat çatıb.

Rəşad Məlikzadə qeyd edib ki, Azərbaycan Ordusunun Təlim və Tədris mərkəzində işə başlayıb. Onun sözlərinə görə, 2019-cu ildə 1 milyon 218 min manat mənimsənilib. Bildirib ki, həmin ərəfədə xüsusi tapşırıq əsasında Rafael Xələfova iki dəfəyə 100 min manat verib.
Təqsirləndirilən şəxs daha sonra qeyd edib ki, 2020-ci ildə Azərbaycan Ordusunun Təlim və Tədris mərkəzində şişirdilmiş rəqəmlər əsasında 4 milyon 476 min manat mənimsənilib. Onun sözlərinə görə, 2021-ci ildə isə 1 milyon 820 min manat mənimsənilib. Rəşad Məlikzadə deyib ki, həmin məbləğlərin 20 faizi maliyyələşməyə, 40 faizi təftişə, 40 faizi isə özünə çatıb.

Rəşad Məlikzadə deyib ki, 9 milyon 369 min manat mənimsəmə faktına yol verilib. Qeyd edib ki, həmin məbləğin 7 milyon 692 min manatını təftiş, malaiyyləşməyə və xüsusi tapşırıqları verib, 1 milyon 396 min manat özünə çatıb: "Bununda 150 min manatını ödəmişəm. Qalan pulları da ödəməyə hazıram".

Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs deyib ki, bu sistemdə 1998-ci ildən işləyir. Onun sözlərinə görə, 2017-ci ildən maliyyənin şişirdilməsi, büdcədən mənimsəmə faktları ilə bağlı qayda qoyulub: "Bu qaydasında Rəfael Xələfov qoymuşdu. Bizə demişdi ki, belə işləmək lazımdır".
Rğşad Məlikzadə deyib ki, 78 min manat Rafael Xələfova "Land-rover almasına, 18 min manat isə pal-paltar almasına verib: "Rafael Xələfova əyninə geyindiyi şalvarın da pulunu mən vermişəm. İndi bunu deməyə utanıram. Amma məcburam, deməliyəm. Rafael Xələfova elə bir adam idi ki, bütün işlərin başında dayanırdı. Qohumu xəstəxanada ürək əməliyyatı keçirdi. Həkimə mən tapşırmışdı. Bir qədər sonra xəstəxanadan zəng etdilər ki, bu əməliyyatın pulu verilməyib. Rafaellə əlaqə saxladım. Dedi ki, sən pulu ver, həll edərik. O da mənim rəisim idi, sözündən çıxmırdı. Apardım həmin xəstəxananın 8 min manatını mən ödədim. Oğlu evinə mebel yığdırdı, ust pulunu 2 min manat mən verdim".

Növbəti proses yanvarın 17-də davam edəcək.

Qeyd edək ki, təqsirləndirilən şəxsin barəsində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmalar zamanı cinayət işi başlanıb.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Məlum olub ki, istintaqın əvvəlində 9 milyondan çox mənimsəmədə ittiham olunan Rəşad Məlikzadəyə ziyanı ödəməsi üçün ilk vaxtlar fürsət verilib, sonradan xüsusilə külli miqdar təşkil edən ziyanın ödənilməsi ləngidiyi üçün onun barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs bu günə kimi 9 milyon 369 min manat vəsaitin cəmi 150 min manatını ödəyib.

Xatırladaq ki, cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
 
 
 
Ardını oxu...
Rusiya ancaq güc dilindən anlayır, əks halda heç bir riskə getmir və sakitcə Ukrayna ərazilərinə raketlər atır

2023-cü ilin sonu, 2024-cü ilin əvvəlindən Rusiya Ukrayna şəhərlərinə və mülki şəxslərə qarşı raket və dron hücumlarını artırıb. Bununla əlaqədar Kiyev Ukrayna-NATO Şurasının fövqəladə iclasının keçirilməsini xahiş edib. Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Yens Stoltenberq yanvarın 10-da müvafiq iclas çağırıb.

Sözügedən görüşdə Rusiya raketinin Polşanın hava məkanına daxil olması məsələsi müzakirə olunarsa da şübhəsiz ki, gündəmdə birinci olmayacaq. Çünki bu görüş Ukraynanın tələbi ilə keçirilir. Bununla belə, gündəm, prinsipcə artıq aydındır. Bu, Rusiya Silahlı Qüvvələrinin Ukraynada iki kütləvi hücumu ilə əlaqələndirilir. Həmçinin ABŞ və Avropa İttifaqı tərəfindən Ukraynaya hərbi yardımın davam etdirilməsinin ləngiməsi fonunda hava hücumundan müdafiə vasitələrinin çatışmazlığı da gündəmdə olacaq.

Yəni ki, Rusiya Ukraynaya qarşı kütləvi raket hücumlarını bərpa edib və gördüyümüz kimi, Ukraynanın bütün raketləri, xüsusən də ballistik raketləri vurmaq üçün kifayət qədər vəsaiti yoxdur. Üstəlik Şimali Koreyanın Rusiyaya ballistik raketlər ötürməyə başladığı iddia edilən xəbərlər kontekstində. Rusiya Federasiyası isə artıq bu raketlərdən Ukraynaya qarşı istifadə edir.

Bu baxımdan, əsas məsələ Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi və onlar üçün əlavə sistemlərin və raketlərin verilməsidir. Mən tamamilə bütün hava hücumundan müdafiə sistemlərini nəzərdə tuturam. Hələlik Almaniyanın bizə vəd etdiyinə inanmamalıyıq. Hərbi Hava Qüvvələri komandanlığından bir neçə belə hücum üçün əks tədbirlərimizin qaldığına dair bəyanat var. Əminəm ki, NATO-nun görüşü zamanı hava hücumundan müdafiə sistemləri və raketləri müzakirə edəcəklər. Bizdə onların sayı azdır və rusların son həftələrdə tutduqları temp, təbii ki, tez cavab və əlavə yardım tələb edir.

Yanvarın 4-də Almaniya Ukraynaya göndərdiyi hərbi yardımların siyahısını yeniləyib. Orada IRIS-T üçün raketlər var. Yəqin ki, bizi hava hücumundan müdafiə sistemləri ilə təmin edən digər tərəfdaş ölkələr Rusiya raketlərini məhv etmək üçün bizə əlavə vasitələr verəcəklər. Əminəm ki, müəyyən nəticə olacaq.

Eyni zamanda, başa düşmək lazımdır ki, Ukrayna-NATO Şurasının iclası Rusiyanın ölkəmizə kütləvi hücumları davam etdirmək taktikasının dəyişməsinə təsir etməyəcək. Əksinə, bu, Rusiyanın yeni strategiyasının nəticəsidir. Biz yəqin ki, yeni raket hücumlarını gözləməliyik. Hava proqnozunu görürük, əhəmiyyətli soyuqlar yaxınlaşır. Kütləvi hücumlar zamanı enerji infrastrukturunun hədəfə alındığı artıq təsdiqlənib. Ona görə də çətin ki, Rusiya vəziyyəti gərginləşdirmək və Ukraynaya daha çox problem əlavə etmək üçün belə hava şəraitindən istifadə etməsin.

Ukraynaya həm hava hücumundan müdafiə sistemləri, həm də məhvedici silahlar verilərsə, bu, Rusiyanın taktikasının dəyişməsinə təsir edə bilər. Rusiya ancaq güc dilindən anlayır, əks halda heç bir riskə getmir və sakitcə Ukrayna ərazilərinə raketlər atır.

Müəllif: Maksim Yali - Ukrayna Siyasi Elmlər Akademiyasının akademiki.

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur.
 

Dünyapress TV

Xəbər lenti