Ardını oxu...
Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
Azərbaycan ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, avqustun 15-i saat 18:10 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.
"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", - məlumatda vurğulanıb.
 
Ardını oxu...
Britaniya nazirləri “pərdə arxasında” müttəfiqlərini Rusiya ərazisinə zərbələr endirmək üçün Ukraynaya verilmiş “Storm Shadow” qanadlı raketlərindən istifadə etməyə icazə verməyə inandırmağa çalışırlar.
Qaynarinfo xəbər verir ki, bu barədə “The Times” yazır.
Bundan əvvəl Britaniya Kiyevə uzaq mənzilli raketlər istisna olmaqla, “ona verilən istənilən silahdan” istifadə etməklə Rusiyadakı hədəfləri vurmağa icazə verib. Bu qərar uzaq mənzilli silahın Rusiya ərazisinə zərbələr endirməyə razı olmayan Fransa ilə birgə istehsalı olması ilə əlaqədar olub. Leyboristlər hakimiyyətə gəldikdən və Müdafiə Nazirliyində rəhbər dəyişikliyindən sonra hərbi qurum rəsmi mövqenin dəyişmədiyini bildirib.
Böyük Britaniyanın yeni baş naziri Keyr Starmer yalnız qeyd edib ki, Kiyevə ötürülən raketlər beynəlxalq humanitar hüquqa uyğun istifadə edilməlidir. Daha sonra “The Daily Telegraph” yazıb ki, London Kiyevə Kursk vilayətinə hücum edərkən “Storm Shadow”dan istifadə etməyə icazə verməyib.
Buna baxmayaraq, hökumət nümayəndələri müttəfiqlərini Ukraynaya Rusiyaya hücum etmək üçün qanadlı raketlərdən istifadə etmək hüququnun verilməsinin zəruriliyinə inandırmaqda davam edirlər. Bununla belə, “The Times” yazır ki, müttəfiqlər bunun münaqişənin gərginləşməsinə səbəb olacağından ehtiyat edirlər.
Nəşr qeyd edir ki, “Storm Shadow” raketinin uçuş məsafəsi 250 km-dir ki, bu da Ukraynanın indiyədək istifadə etdiyi raketlərdən üç dəfə çoxdur.
Kursk vilayətinin işğalı fonunda Ukrayna prezidenti Volodimir Zelenski hökumətə Rusiya ərazisinə zərbə endirmək üçün uzaqmənzilli silahlardan istifadə etmək üçün Qərbdən icazə almağı tapşırıb. O, həmçinin bildirib ki, “Kursk” sualtı qayığının qəzası Rusiya prezidenti Vladimir Putinin hakimiyyətinin başlanğıcı olub və indi Ukrayna Silahlı Qüvvələrinin (USQ) Kurska hücumu onun siyasi finalı olacaq.
“Bu, həmişə insanlara və istənilən qaydalara xor baxanların başına gəlir. Rusiya başqalarına müharibə gətirdi, indi isə evinə qayıdır”, – deyə Zelenski qeyd edib.
“The Washington Post” yazır ki, Kursk vilayətinə hücumdan bir qədər əvvəl Ukrayna ABŞ-dan da uzaqmənzilli ATACMS raketlərinin istifadəsinə icazə verməsini istəyib, lakin bu istək rədd edilib.
 
Ardını oxu...
Moskvada içərisində hüquq-mühafizə orqanlarının əməkdaşları olan Rusiya Milli Qvardiyasının xidməti avtomobili yandırılıb.

TNS xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Rusiya İstintaq Komitəsinin paytaxt qərargahının mətbuat xidmətinin məlumatına görə, hadisəni törədən şəxs dərhal saxlanılıb, hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı cinayət işi açılıb.
 
Ardını oxu...
Almaniya iki hərbi bazasında içməli suyun çirkləndirilməsində Rusiyanın mümkün təxribatının izlərini araşdırır.
Bakupost.az -ın Bloomberg-ə istinadən məlumatına görə, hədəflər Köln-Vandakı Bundesver bazası və Haylenkirhendəki NATO aerodromu ola bilər.
Almaniya ordusunun sözçüsü Ulrix Vonrobert bildirib ki, gecə ərzində Köln bazasının ətrafındakı hasarda dəlik açılıb. Bunu edənləri müəyyən etmək mümkün olmayıb. Xəbərdarlıq sistemi suyun keyfiyyətindı "anormal göstəricilər" aşkar edib.
NATO-nun Haylenkirhendəki sözçüsü Donni Demmers deyib ki, avqustun 13-də axşam bir nəfər obyektə daxil olmağa çalışıb, lakin mühafizəçilər onun qarşısını alıblar.
"Kölndə baş verənləri bildiyimiz üçün su təchizatı obyektlərimizi yoxladıq. Onlara heç bir müdaxilə olmayıb", - deyə o əlavə edib.
Almaniya parlamentinin aşağı palatasının müdafiə komitəsinin sədri Markus Faber deyib ki, Kölndə kansler Olaf Şolz və onun kabinet üzvlərinin istifadə etdiyi təyyarələr üçün mərkəzdə təxribat şübhəsi artır.
"Əlavə araşdırmalar bu təxribatın arxasında Rusiyanın dayanması ilə bağlı ilkin şübhələrimin təsdiqini tapıb-tapmayacağını müəyyən edəcək", - Faber bildirib.
Almaniyanın kəşfiyyat xidmətlərinə nəzarət edən parlament komitəsinin sədri Konstantin fon Notz Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi təcavüzündənsonra hibrid müharibəsinin intensivləşməsi ilə bağlı xəbərdarlıq edib.
Almaniyadada təxribatlar
Daha əvvəl Qərb mediası xəbər vermişdi ki, ilin əvvəlində Amerika kəşfiyyatı Rusiyanın Almaniyanın Rheinmetall konserninin baş direktoru Armin Pappergeri öldürmək planlarından xəbər tutub.
Rusiyalı təbliğatçılar isə bir müddət əvvəl Almaniya Hərbi Hava Qüvvələrinin nümayəndələri arasında Taurus raketlərinin Ukrayna ordusuna ötürülməsi barədə söhbətin stenoqramını dərc etmişdi.
 
Ardını oxu...
Ərdoğan Türkiyədən üzr istəməli olduğunu demişdi: Mahmud Abbasla Ankarada görüşdüƏrdoğan Türkiyədən üzr istəməli olduğunu demişdi: Mahmud Abbasla Ankarada görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada fələstinli həmkarı Mahmud Abbasla görüşüb.

Yenicag.az xəbər verir ki, prezident sarayında baş tutan görüş mətbuata qapalı keçirilib.

Qeyd edək ki, Mahmud Abbas Türkiyə Böyük Millət Məclisinin (TBMM) növbədənkənar iclasında çıxış edəcək.

Xatırladaq ki, Ərdoğan daha öncə Abbasa Türkiyəyə səfər etmə təklifi etdiyini, lakin Fələstin Prezidentinin bu təklifi cavabsız qoyduğunu bildirmiş, onun Türkiyədən üzr istəməli olduğunu vurğulamışdı.
 
 
 
Ardını oxu...
“Aztelekom” MMC və “Baktelekom” MMC-nin birgə razılaşması əsasında avqustun 15-dən etibarən Azərbaycanda internetin qiyməti 40 faiz bahalaşdırılır. İnhisarçı dövlət şirkətləri internet paketinin minimum aylıq qiymətini 40 Mbit/s üçün 18 manatdan 100 Mbit/s üçün 25 manata çatdırılacağını elan edib.

Şirkətlər iddia ediblər ki, keyfiyyət yaxşılaşır, qiymətlər əslində ucuzlaşır. Adıçəkilən qurumların izahatında qeyd olunur ki, internetin sürəti 2,5 dəfə artırılacağı üçün qiymət ucuzlaşıb və bununla da Mbit/s-nin qiyməti 45 qəpikdən 25 qəpiyə enəcək.

Ekspertlər isə Rabitə, Nəqliyyat və Yüksək Texnologiya Nazirliyinin bu qərarını kartel sövdələşməsi hesab edərək, istehlakçılara qarşı böyük haqsızlıq adlandırırlar.

Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz hesab edir ki, rəsmi statistikaya görə ölkə əhalisinin təxminən yarısı kəndlərdə yaşayır: “Biz bir daha hökumətə müraciət edirik. Əgər ölkədə vergi siyasəti regionları nəzərə almaqla tətbiq edilirsə, onda gəlin internet bağlantısı üçün də bu prinsipi tətbiq edək. İmkan verək ki, kəndlərdə yaşayanlar kütləvi olaraq internetdən imtina etməsinlər. Əgər biz istəyiriksə rəqəmsal transformasiya olsun, hökumətin min əziyyətlə rəqəmsallaşdırdığı xidmətləri kəndlərdəkilər də rahat əldə etsin, nəhayət, regionlar da inkişaf etsin, onda gəlin heç olmasa bir müddət kəndlərdə minimal internet tariflərinə toxunmayaq. Yəni kəndlərdə yaşayanlar üçün, yenicə keyfiyyətli internetə əlçatanlıq qazananlar üçün elə əvvəlki qaydada, bəlli bir dövr üçün 40 Mbit/s - 18 manat saxlanılsın. Az da olsa inanmaq istərdim ki, o nəhənglikdə Antiinhisar və İKTA bəlkə inhisarçıları yerində oturda bilər, bəlkə heç olmasa bu təkliflərə diqqət yetirə bilərlər”.
Ətraflı

Bu gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ekspertlərin və əhalinin narazılığını haqlı sayıb, eyni zamanda adı çəkilən inhisarçı qurumların bahalaşma qərarını qanunsuzluq, kartel sövdələşməsi hesab edib. Qurumdan verilən açıqlamda deyilir: “Kütləvi İnformasiya Vasitələrində yer alan məlumatların və Dövlət Xidmətinə daxil olan çoxsaylı vətəndaş müraciətlərinin ilkin təhlili nəticəsində internet xidmətlərinin yeni tariflərinin müvafiq bazarın əsas iştirakçıları olan təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən kollektiv əsaslarla müəyyən edildiyi, eyni xidmətlərə (eyni sürət və paketlərə) görə eyni qiymətlərin təyin edildiyi və bu prosesin ölkədə fəaliyyət göstərən internet provayderləri tərəfindən əlaqəli bir şəkildə, uyğunlaşdırılmış hərəkətlər və ya kartel tipli münasibətlərlə həyata keçiriləcəyinin ilkin əlamətləri müşahidə olunur”.

Qeyd olunur ki, hazırda təsərrüfat subyektlərinin fəaliyyətinin əsasları cari ilin 1 iyul tarixindən qüvvəyə minən Rəqabət Məcəlləsi ilə tənzimlənir: “Məcəllənin tələblərinə əsasən, rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olan və ya ola bilən üfüqi (kartel sövdələşmələri) və şaquli sazişlər, o cümlədən uyğunlaşdırılmış hərəkətlər qadağandır və bağlanıldığı andan əhəmiyyətsizdir. Bundan əlavə, rəqabəti məhdudlaşdırmaq məqsədilə təsərrüfat subyektlərinin təkbaşına və ya birgə hökmran mövqedən sui-istifadə hərəkətləri də Məcəllə ilə qadağan olunur”.

Məlumatda vurğulanır ki, genişzolaqlı internet xidmətləri bazarının sosial, iqtisadi və strateji əhəmiyyətini nəzərə alaraq, Dövlət Xidməti tərəfindən müvafiq bazarda uyğunlaşdırılmış hərəkətlərin, üfüqi və şaquli sazişlərin, kartel tipli bazar münasibətlərinin təsbit edilməsi, aşağı və yüksək inhisar qiymətlərinin tətbiqinin müəyyənləşdirilməsi və müştərilərin seçim imkanlarını məhdudlaşdırmaqla hökmran mövqe vəziyyətindən sui-istifadə hərəkətlərinin qarşısının alınması məqsədilə müvafiq bazarda Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb: “Məsələ ilə əlaqədar olaraq Dövlət Xidməti tərəfindən bazar iştirakçılarına sorğu məktubları ünvanlanıb, bir sıra görüşlər keçirilib və onlardan müvafiq məlumatlar istənilib. Araşdırmaların nəticələrinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcəkdir”.

Osman Gündüz isə ciddi bir dəyişiklik gözləmir, ekspert hesab edir ki, kosmetik yumşalma ola bilər.

Rasim Əliyev

“AzPolitika.info”
 

 

Ardını oxu...
ABŞ hərbçisi HIMARS haqqında məxfi məlumatları satıb.

Bu barədə “Associated Press” məlumat yayıb.

Bildirilib ki, ABŞ ordusunun çavuşu və kəşfiyyat üzrə analitik Korbeyn Şults məxfi məlumatları əcnəbiyə satmaqda ittiham olunur.

Bu ilin martında saxlanılan şübhəli avqustun 13-də Neşvilla federal məhkəməsində günahını etiraf edib.

Şults məxfi məlumatları ötürdüyünə görə ümumilikdə 42 min dollar alıb. “Alıcı” Honq Konq vətəndaşı olub.
 
Ardını oxu...
Son günlər Rusiya və Ukrayna cəbhəsindən gələn açıqlamalar müharibənin gedişatının dəyişəcəyini göstərir.

Məhz regionda, bütövlükdə baş verən mürəkkəb geosiyasi proseslər fonunda Rusiya taktiki nüvə silahına əl ata bilər.

Artıq Rusiya-Ukrayna müharibəsində yeni bir mərhələ başlayır. Belə ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində uğurlu hücum əməliyyatından sonra ölkənin içərlərinə doğru irəliləyir.

Rusiyanın rəsmi KİV-ləri Ukrayna ordusunun Kurskda əməliyyatını NATO-nun Rusiya ərazisinə hücumu kimi qiymətləndirirlər. Moskvada hesab edirlər ki, bu hərbi əməliyyat birbaşa NATO mütəxəssisləri tərəfindən hazırlanıb.

Bəzi hərbi ekspertlər hesab edirdilər ki, belə bir halda Moskva bunu bəhanə gətirərək Ukraynaya qarşı taktiki nüvə silahından istifadə edə bilər. Hətta müharibənin daha da alovlanacağı halda Rusiyanın NATO-nun Avropada strateji obyektlərinə raket zərbələri endirəcəyi də ehtimal olunur.

Rusiyanın Belarusu da müharibəyə cəlb edəcəyi, xüsusilə Polşa, Almaniya və Fransaya qarşı ciddi tədbirlər görəcəyi də idddia olunur.

Maraqlıdır, müharibənin gedişatının tam olaraq Rusiyanın əlehinə çevriləcəyi təqdirdə Moskva taktiki nüvə silahından istifadə edə bilər? Rusiya Prezidenti Vladimir Putin belə bir addıma cəhd edərsə, o zaman ABŞ və NATO hansı tədbirləri görmək məcburiyyətində qalacaq?

Məsələ ilə bağlı politoloq “Elçin Xalidbəyli "Cebheinfo.az”-a açıqlamasında qeyd edib ki, Ukrayna ordusunun Rusiya ərazisinə girməsi müharibənin gedişatını dəyişdi:

“Artıq müharibə təkcə Ukraynada deyil, Rusiyanın ərazisinə də sirayət edib. Bu müharibə Rusiyanın içərilərinə doğru irəliləyir. Bu, Rusiyanın ictimai-siyasi məkanında Kremlə qarşı narazılıqları daha da artırıb.

Məhz Ukrayna ordusunun Kurskdakı uğurlu hərbi əməliyyatı Rusiyanın sülh şərtlərini fiaskoya uğratdı. Hazırkı proses bu cür davam edərsə, Moskva öz şərtlərini danışıqlar masasında diktə edə bilməyəcək.

Əksinə rəsmi Kiyev Moskva ilə danışıqlarda Krımın qaytarılmasını, rus qoşunlarının Ukraynanın cənub-şərq əraziləri – Donbas və Luqanskdan Rusiyanın beynəlxalq sərhədlərinə doğru geri çəkilməsini tələb edəcək.

Artıq bu müharibədə vəziyyət balanslaşıb. Əgər Moskva Ukrayna ordusunun Kurskdakı əməliyyatını NATO-nun əməliyyatı kimi qiymətləndirərsə, o zaman vəziyyət də gərginləşəcək”.

Ekspert vurğulayıb ki, vəziyyətin dəyişməyəcəyi təqdirdə Rusiya taktiki nüvə silahından istifadəyə əl ata bilər:

“Moskva artıq əvvəlki kimi özünə əmin görünmür. Kremldən narazıqların artması açıq-aşkar müşahidə olunur. Hesab etmək olar ki, Rusiya üçün prinsipal, strateji və taleyüklü mərhələ sürətlə yaxınlaşır.

Əgər Rusiya ordusu Kursk istiqamətində Ukrayna ordusunun hücumunu dəf edə bilməzsə, daha böyük itkilərə məruz qalarsa, Kremlin əlində yalnız bir faktor qalacaq. Bu da taktiki nüvə silahından istifadə etməkdir.

Rusiya müharibədə məğlub olduğunu anlayacağı təqdirdə nüvə silahını ön plana keçirəcək. Hesab edirəm ki, Rusiya məhv olmamaq və öz mövcudluğunu qorumaq üçün taktiki nüvə silahından istifadə edə bilər”.

Kremlin NATO-nun Avropa ölkələrində strateji obyektlərinə raket zərbələri endirməklə bağlı qərarına gəlincə, E.Xalidbəyli bunun yalnız müharibənin gedişatından asılı olduğunu bildirib:

“Əgər Rusiya öz ərazisində müharibənin qarşısını ala bilməzsə, böyük ehtimalla, Kremldə daha radikal mexanizmlər nəzərdən keçirilə bilər. Bu sıraya Ukraynaya fəal dəstək verən Avropa ölkələrinə birbaşa ballistik raketlərlə hücumların təşkilinin daxil edilməsi istisna deyil”.

Ekspert Belarusun da müharibəyə cəlb oluacağı da ehtimal edib:

“Belarusun da Ukrayna ilə müharibəyə yaxınlaşmaq meyilləri müşahidə olunur. Rəsmi Minsk Ukraynadan özünə qarşı təhlükələr gözlədiyini bəyan edir. Onu da nəzərə almaq lazımdır ki, Ukrayna ordusunun Rusiyanın Kursk, Belqorad və digər bölgələrinə girməsindən sonra Belarus Prezidenti Aleksandr Lukaşenkonun narahatlığı artıb. Artıq Belarus qoşununun Ukrayna ilə sərhəd ərazilərdə cəmləşməsi müşahidə olunur.

Ümumiyyətlə, Moskva Belarusun da bu müharibəyə cəlb olunmasında maraqlıdır. Çünki Belarusun bu müharibəyə qatılacağı təqdirdə Moskva bunu örnək göstərərək Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının digər üzv ölkələrindən Ukraynaya qarşı savaş açmasını tələb edəcək. Hazırkı vəziyyət kifayət qədər ciddi təlatümlər doğura bilər”.

E.Xalidbəyli bildirib ki, Moskva Ukrayna ilə müharibədə vəziyyəti öz xeyrinə dəyişmək üçün bütün vasitələrdən istifadə edə bilər:

“Buraya Ukraynaya ən çox və hər cür dəstəyi verən Polşaya qarşı təzyiqlərin artırılması daxildir. Moskva istənilən zaman Polşanın ərazisini də hədəfə ala bilər. Hətta Rusiya rəsmiləri Almaniyaya da təhdidlər yağdırırlar.

Bu yaxınlarda Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Dmitri Medvedyev tezliklə rus tanklarının Reystaq ətrafında toplaşacağı ilə bağlı bəyanat səsləndirib. Təbii ki, bu, psixoloji bir bəyanatdır.

İstənilən halda Moskva həm Polşa, həm Almaniya, həm də Rusiya ilə həmsərhəd olan NATO ölkələrinə raket hücumları həyata keçirə bilər. Ən təhlükəli məqam isə Rusiya məğlub duruma düşəcəyi təqdirdə nüvə silahına əl atmasıdır.

Əgər Rusiya NATO ölkələrinə qarşı taktiki nüvə silahından istifadə edərsə, NATO da qarşılıqlı olaraq Rusiyaya nüvə silahı ilə cavab verəcək. Bu da nüvə müharibəsi deməkdir. Dünya çox böyük fəlakətlə üz-üzə qalıb”.
 
Ardını oxu...
Almaniya Rusiya ilə beş ildən sonra baş verə biləcək hərbi münaqişəyə hazırlaşmalıdır.

Bunu Almaniya Silahlı Qüvvələrinin Hamburq torpağı üzrə komandanı Mixail Hiss deyib.

“Baltikyanı ölkələrin və ya Polşa sakinlərindən fərqli olaraq Almaniyada biz hələ də xarici təhlükəni dərk etməkdən çox uzağıq. Amma bir əsgər kimi mənim daxili saatım tıqqıldayır və mənə deyir ki, beş ildən sonra xarici hərbi təhlükəyə qarşı durmaq üçün biz sosial cəhətdən sabit olmalıyıq”, – Hiss bildirib.
 
Ardını oxu...
Rusiya silahlı qüvvələri Donetsk vilayətinin Konstantinovka şəhərində yerləşən ticarət mərkəzinə raket hücumu təşkil edib.

Bu barədə ölkənin daxili işlər naziri İqor Klimenko teleqram kanalında məlumat verib.

Hadisə nəticəsində 14 nəfər həlak olub, 44 nəfər yaralanıb.

“Konstantinovkadakı ticarət mərkəzinin dağıntıları təmizlənib. Fövqəladə Hallar Xidmətinin xilasediciləri 76 ton tikinti konstruksiyasını söküblər. 14 nəfər ölüb, 44 nəfər yaralanıb”, - deyə Klimenko qeyd edib.

Onun sözlərinə görə, Rusiyanın hərbi cinayətini hərtərəfli sənədləşdirmək üçün idarələrarası istintaq qrupu yaradılıb, bu qrupa Ukrayna Milli Polisi və Təhlükəsizlik Xidmətinin əməkdaşları daxildir.

Qeyd edək ki, ticarət mərkəzinə hava hücumu avqustun 9-da edilib. Həmin vaxt ərazidə təxminən 50 nəfərin olduğu bildirilir.
 
 
 
Ardını oxu...
İran hakimiyyəti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinə orta və uzun mənzilli raket sistemləri və pilotsuz təyyarələr də daxil olmaqla 2640 hərbi texnika verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

İnqilab Keşikçiləri Korpusunun digər hərbi texnikaları arasında aşkar edilə bilməyən böyük dağıdıcı gücə malik raketlər ötürülüb.
 

Dünyapress TV

Xəbər lenti