Ardını oxu...
“Belarus istiqamətindən Ukrayna ərazisinə yenidən geniş-miqyaslı hücum gözləmirəm”.

Bu sözləri Ednews-a açıqlamasında hərbi ekspert Tərlan Eyvazov Belarusun Ukrayna sərhədlərinə yaxın ərazilərdə Rusiya və Belarus ordusunun birgə hərbi təlimlərini şərh edərkən bildirib.

Söhbət zamanı o, qeyd edib ki, səfərbərlik vasitəsi ilə aparılan rus əsgərləri Belarusda hərbi təlimlərə cəlb olunublar.

“2022-ci ilin fevralın 24-dən etibarən Belarus ordusu hazırlıq vəziyyətinə gətizdirilib. O zamanlar mətbuatda belə bir fikir dolaşırdı ki, Belarus da Rusiyanın Ukraynada apardığı müharibəyə qoşulacaq. Belarus ordusunun da şimal tərəfdən Ukrayna ərazisinə hücum edəcəyi gözlənilirdi. Lakin Ukrayna hərbi qüvvələrinin rus ordusunun şimal istiqamətində hücumlarını dəf etdikdən sonra Belarusun hərbi-siyasi rəhbərliyi belə bir niyyətindən əl çəkdi. Həmin dövrdən bəri Belarus ordusunun logistikası, xəstəxanaları, hava limanları və digər silah-sursatları Rusiyanın ixtiyarındadır. Moskva Belarus rəhbərliyini nə qədər müharibəyə cəlb olunmağa vadar etsə də, Lukaşenko bundan yayınmağı bacardı. Ancaq Rusiya Belarus ərazisindəki hərbi aerdromlardan istifadə edərək Ukraynanın hərbi obyektlərinə və şəhərlərinə sarsıdıcı hava zərbələri endirir”.

Şimal tərəfdən Rusiyanın növbəti hücum ehtimalı ilə bağlı suala cavab verən T.Eyvazov vurğulayıb ki, bunun baş verəcəyi təqdirdə Belarusun da bu müharibədə iştirak etdiyi nəzərə alınacaq.

“Belə olan halda ABŞ və Avropa ölkələri Belarus üzərində sərt embarqolar tətbiq edib onu dünyadan təcrid edəcəklər. Bu da ölkənin iqtisadi cəhətdən acınacaqlı vəziyyətə düşməsi ilə nəticələnə bilər”.

Tərlan Eyvazov, həmçinin Rusiyanın Belarus ərazisindən Ukraynanın şimal ərazilərinə geniş-miqyaslı hücumunu gözləmədiyini bildirib.

“Müharibə başlayandan bəri Ukrayna ordusu ölkənin şimal ərazilərində möhkəmlənib. Rus ordusu bu istiqamətdə hücum etdiyi təqdirdə Ukrayna Silahlı Qüvvələri bu hücumu dəf edəcək”.

Qeyd edək ki, Rusiya son bir ayda Belarusa təxminən 30 minlik qoşun göndərib. Ümumilikdə, Belarusda 150 min ətrafı rus ordusunun olduğu bildirilir.

Bununla bərabər, Belarus hərbi birliklərinin rus ordusu ilə birlikdə hərbi təlimlər keçirtməsi barədə məlumatlar dolaşır.
 
Ardını oxu...
Xan Xoyski Cümhuriyyət qurulduqdan sonra da mövqeyindən əl çəkmədi

1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətini elan etməsi azərbaycanlıların bir millət kimi formalaşma mərhələsinin məntiqi yekunudur. Bu cümhuriyyətin adı, atributlarındakı ideoloji simvolları və dəyərləri, əsrlər keçsə də, onun bayrağının kölgəsində yaşayanları bir və möhkəm saxlayacaqdır. Yalnız və yalnız cümhuriyyət dəyərləri illərdir arzusunda olduğumuz, xəyalını qurduğumuz azad, firavan və bütöv Azərbaycana gedən yolun xəritəsi sayıla bilər.

Lakin istiqlalının üzərindən 105 il keçməsinə rəğmən hələ də AXC ilə bağlı bəzi həqiqətlər ölkə ictimaiyyətinə məlum deyil. Obyektiv və subyektiv səbəblərdən doğan bu naməlumluq bir çox spekulyasiyaların yaranmasına, ittihamların, iddiaların səslənməsinə səbəb olur. “Pressklub.az” saytında tariximizin bu şərəfli çağına yenidən və fərqli mənbələrin vasitəsilə işıq salmaq üçün “Cümhuriyyət həqiqətləri” layihəsinə başlayırıq. Niyyətimiz mövcud şəraitdə mümkün qədər obyektiv mənbələrə istinad etməklə doğru-dürüst məlumatları oxucu ilə bölüşməkdir.

Layihə çərçivəsində ilk yazımız 20-ci əsrin əvvəlində Azərbaycanda ilk inqilab planları, bu məsələdə ilk təşəbbüsün, ideyanın kim tərəfindən irəli sürülməsi barədədir.

***

Ardını oxu...
Nicat İsmayılov
XX əsrin əvvəllərindən etibarən Çar Rusiyasının süqutunun sürətlənməsi ilə birlikdə Qafqazda siyasi hərc-mərcliyin, etnik münaqişələrin şiddətlənməsi azərbaycanlıların öz hüquq və təhlükəsizliklərini qorumasını zərurətə çevirmişdi. Bunun yolu isə siyasi təşkilatlanmaq və vahid dövlət yaratmaq idi. Beləliklə, bütün Qafqaz xalqları kimi, azərbaycanlılar da bu istiqamətdə çalışmağa, mübarizə aparmağa və siyasi-diplomatik addımlar atmağa başladılar.

Qafqazda bir türk dövləti yaratmaq ideyası bir çox ziyalıların düşüncələrində və yazılarında mövcud idi. Lakin bu istiqamətdə ilk real siyasi cəhdi AXC-nin ilk hökumət başçısı Fətəli Xan Xoyskinin qardaşı oğlu Əmiraslan Xan Xoyski edib.

Ardını oxu...
Əmiraslan xan Xoyski
Sözügedən hadisə Birinci Dünya Müharibəsində Osmanlı və Rusiya arasında gedən ən qanlı döyüşlər dövrünə təsadüf edir. 1915-ci ilin fevralında Əmiraslan xan gizli yolla cəbhə xəttini keçərək, Ərzuruma gəlir. Burada Almaniya konsulu və Ərzurum valisi ilə görüşür. O, özünü Difai Partiyasının İcraiyyə Komitəsinin sədri kimi təqdim edir. Ərzurum valisi İhsan bəyə Qafqaz müsəlmanlarını Rusiya əleyhinə inqilaba qaldırmaq üçün planları olduğunu bildirir. Bunları təqdim və müzakirə etmək üçün Hərbiyyə naziri (Müdafiə naziri) Ənvər Paşa ilə görüş təşkil etməsini rica edir.

Osmanlı Daxiliyyə Nəzarəti (Daxili işlər Nazirliyi) Əmiraslan xan haqqında tədqiqat aparır. “Difai” üzvü olması səbəbilə onun kimliyi barədə məlumat verməsi üçün Əhməd bəy Ağaoğluna müraciət edilir. Ağaoğlu Xoyskilərin etibarlı nəsil olduğunu və Əmiraslan xana etimad edilə biləcəyini bildirir.

Nəticədə Əmiraslan xan Xoyski Ənvər paşa tərəfindən qəbul edilir. Danışıqlarda o, Ənvər paşaya Qafqazda bir çox millətlərin daxil olduğu “İsveçrə tipli” müstəqil dövlət qurulmasını təklif edir. Xoyskinin bu səfərdə əsas məqsədi Bakı, Yelizavetpol, İrəvan quberniyaları ilə Terek və Dağıstanı əhatə edəcək bir dövlətin qurulması işinə Osmanlı dövlətinin razılığını və yardımını almaq idi. Ənvər paşaya təqdim edilən layihədə Azərbaycanın Osmanlı dövlətinə birləşdirilməsindən deyil, burada müstəqil bir dövlətin yaradılmasından söhbət gedirdi. Bunun müqabilində Xoyski Qafqazda yüz minlərlə müsəlmanın Rusiyaya qarşı döyüşməyə hazır olduğunu bildirib, Dağıstan və Cənubi Qafqaz müsəlmanlarını çara qarşı üsyana qaldırmağa söz verirdi.

Cəmi bir ay öncə Sarıqamış fəlakətini yaşamış olmasaydı, Ənvər paşa bu layihəyə etibar etməzdi. Çünki Ağaoğlu öz raportunda “Difai”nin artıq fəaliyyət göstərmədiyini bildirmişdi. Demək, Xoyskinin Qafqazda müsəlmanları birləşdirəcək bir təşkilatı mövcud deyildi. Əhməd bəy onu da demişdi ki, Xoyski ailəsi Gəncədə məşhurdur. Deməli, Əmiraslan Xan bir üsyan hazırlayacaqdısa, mütləq bunun mərkəzi Gəncə olmalı idi. Gəncə isə o dövrdə hərbi rejimlə idarə edilirdi.

Bütün bunlara rəğmən, Paşa bu planı məqbul saydı. Ənvər Paşanın hədəfi Qafqazda Rusiya və Osmanlı dövləti arasında bufer rolunu oynayacaq və İstanbuldan idarə olunacaq bir dövlətin yaradılması idi. Osmanlı hakim dairələrinin yekun mövqeyinə görə, Türkiyənin himayəsində olacaq bu “İslam dövləti” Osmanlı şahzadəsinin idarəsində olmalı idi.

Paşa planı məqbul saymışdı, amma ordu cəbhədə ardıcıl məğlubiyyətlərə uğrayırdı. Xoyski Türkiyədə olduğu dövrdə Osmanlının xeyli zəiflədiyinin fərqinə varmışdı. Ona görə də Əmiraslan Xan “ikili oyun” apardı. Osmanlı və Almaniya ilə paralel danışıqlar aparıb, hər iki tərəfə də eyni təklifləri verdi.

Tədricən Osmanlıdan ümidi kəsən Xoyski 1915-ci ilin sentyabrında İstanbula gedərək, Almaniyanın səfiri baron von Vangenheym ilə də müsəlmanların Rusiyaya qarşı ayağa qaldırılması və Qafqazın gələcək statusu ilə bağlı danışıqlar apardı. Danışıqların sonunda Xoyski von Vangenheymdən Qafqazın müstəqil olacağına dair təminat ala bildi. Amma bu təminat Qafqaz müsəlmanlarının Rusiyaya qarşı üsyanı uğurla nəticələndiyi və Almaniya-Osmanlı bloku müharibədən qalib çıxdığı təqdirdə keçərli olacaqdı. Bu isə heç vaxt baş tutmadı. Cəbhədə Almaniya və Osmanlının ardıcıl məğlubiyyətləri nəticəsində Əmiraslan xan Xoyskinin “İsveçrə modelli Qafqaz dövləti” planı iflasa uğradı.

Bəs bütün səyləri ilə Əmiraslan xan Xoyski istiqlal hərəkatına start verən ilk siyasi xadim sayıla bilərmi?

Əlbəttə, xeyr. Çünki onun “Qafqaz dövləti” təklifi İttihad və Tərəqqi hökuməti tərəfindən yalnız bir şərtlə məqbul sayılmışdı: “Dövlət Osmanlı şahzadəsinin iradəsinə tabe olacaq”dı.

Bu isə istiqlal yox, ilhaq idi. Əmiraslan xan Xoyski cümhuriyyətin qurulmasından sonra belə ilhaqçı mövqeyindən imtina etmədi…

İstifadə olunmuş mənbələr:

“Azerbaycan Cümhuriyyeti 1918-1920. Osmanlı Arşiv Belgeleri.

“Azerbaycan Cümhuriyyeti 1918-1920. Osmanlı Basınında

“Birinci Dünya Müharibəsi İllərində Osmanlı İmperiyasının Azərbaycan Siyasəti”
 
Ardını oxu...
Ukraynanın Donetsk vilayətinin Soledar, Praskoveyevka, Baxmut və Kleşçeyevka yaşayış məntəqələri ərazilərində ən şiddətli döyüşlər davam edir.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Rusiya işğalçıları gün ərzində beş raket hücumu (hamısı dinc şəhərlərə: Konstantinovka, Kramatorsk və Zaporojye), eləcə də 12 hava zərbəsi endiriblər. Onlar çoxsaylı reaktiv raket sistemlərindən dörd mərmi atıblar”, – məlumatda deyilib.

Qeyd olunur ki, Ukraynanın hər yerində düşmənin hava və raket zərbələri təhlükəsi qalmaqdadır:

“Düşmən əsas səylərini inzibati sərhəd daxilində Donetsk vilayətini ələ keçirmək cəhdlərinə yönəltməkdə davam edir, Baxmut istiqamətində hücumlarını davam etdirir”.
 
Ardını oxu...
Almaniya Moldovaya 19 “Piranha” zirehli transportyoru verib.

“Report” xəbər verir ki, bu barədə Moldovanın müdafiə naziri Anatoliy Nosatiy məlumat verib.

Onun sözlərinə görə, zirehli transportyorlar sülhməramlı missiyalara hazırlıq üçün istifadə olunacaq: “Əldə etdiyimiz 19 zirehli texnikaya pulemyotlar quraşdıracağıq”.

Nazir bildirib ki, Almaniya zirehli transportyorları ölkəsinə ianə edib.

A.Nosatiy vurğulayıb ki, zirehli transportyorların bütün partiyası 2023-cü ilin ortalarına qədər Moldovaya tədarük ediləcək.
 
Ardını oxu...
Baxmutu ələ keçirməyə cəhd edən rus ordusunun bütün elitası Soledara cəlb edilib.

Axar.az xəbər verir ki, bu sözləri ukraynalı zabit Taras Berezovets deyib.

"Vəziyyət belədir: düşmən Baxmuta təzyiqi azaldıb. Bu gün rus ordusunun bütün elitası Baxmutdan Soledara köçüb. Ona görə də Baxmuta təzyiq xeyli azalıb, Soledara isə müvafiq olaraq artıb”, – Berezovets NV radiosuna bildirib.

Onun sözlərinə görə, Soledara hücum 10 gündür ki, davam edir. İşğalçılar dekabrın 27-də hücuma başlayıblar.
 
Ardını oxu...
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Azərbaycanın Vətən müharibəsi qazilərini qəbul edərək, onlara MHP-nin rəmzi olan "Boz qurd” nişanı hədiyyə edib.

"Report”un Ankara Bürosuna bu barədə MHP-nin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, bu gün MHP-nin sədr müavini, türkiyəli millət vəkili Kamil Aydın da özünün tviterdəki səhifəsində görüşlə bağlı paylaşım edib: "Qarabağda 30 illik erməni işğalını 44 gündə başa vuran azərbaycanlı qazilərimizi rəhbərimizin himayəsi ilə qərargahımızda qonaq etdik. Boz qurd ürəkli qazilərimizə qızılı boz qurd döş nişanı verən liderimizə veteranlarımız adından minnətdarlığımı bildirirəm”.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Ermənistanda növbəti dəfə hərbi qalmaqal yaşanıb. AzVision.az xəbər verir ki, Ermənistan ordusunun keçmiş rəhbəri, general Norat Ter-Qriqoryanç yerli mediaya diqqət çəkən açıqlama verib.
O, Nikol Paşinyanın hakimiyyəti dövründə erməni ordusunda hökm sürən anormal ab-hava və ağır vəziyyətdən danışıb.

1992-1995-ci illərdə baş qərargah rəisi, 1993-cü ildə isə müdafiə naziri olmuş Noratın bir fikri isə daha çox səs-küyə səbəb olub.


Məlum olur ki, Ermənistan ordusunun sonuncu müharibə zamanı general rütbəsi almış polkovniklərindən biri hərbi təlim zamanı erməni zabitləri Norat Ter-Qriqoryantçla görüşməməyə çağırıb. Buna səbəb isə eks-ordu rəhbərinin tez-tez Nikol Paşinyan haqqında xoşagəlməz ifədələr işlətməsidir.

"Blognews" yazır ki, erməni ordusu üçün bu taleyüklü mərhələdə faktiki olaraq rədd edilmiş, öz biliyini və dəyərli təcrübəsini xarici zabitlərlə bölüşməyə məcbur olan Norat Ter-Qriqoryança qarşı bu cür münasibət ordunun siyasiləşdirilməsindən xəbər verir.

"Hakimiyyət əslində ordunu parçalayır. Onlar silahlı qüvvələri gücləndirmək, peşəkar ordu qurmaq, zabitlərin sosial problemlərinə diqqət yetirmək görüntüsü yaradır. Azərbaycan Türkiyənin dəstəyi ilə tələsik şəkildə öz ordusunu NATO standartlarına uyğunlaşdırır və onu dişinə qədər silahlandırır, Papikyan isə bu şanlı generalları ordudan uzaq tutaraq hərb sistemimizi həddindən artıq siyasiləşdirir", - nəşr yazıb.

Qeyd edək ki, Norat Ermənistanın ordu rəhbəri olmamışdan öncə keçmiş SSRİ və Rusiya Federasiyası Silahlı Qüvvələrinin də general-leytenantı olub. Erməni general İkinci Qarabağ müharibəsindən sonra verdiyi müsahibəsində "Mənim qurduğum ordunu məğlub etdilər. Mən Ermənistan ərazisində Rusiya anklavı yaratdım, 107-ci hərbi diviziyanı burada yerləşdirərək baza qurduq. Çünki Rusiyadan başqa müttəfiqimiz yoxdur. Bizim yeganə müttəfiqimiz Rusiyadır" demişdi.O, Azərbaycan əleyhinə sərt çağırış və fikirləri ilə də seçilir.

Tural Tağıyev
 
Ardını oxu...
Kanada hökuməti Amerikanın “Lockheed Martin” korporasiyasından 88 müasir F-35 təyyarəsi alacaq.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi Kanada Müdafiə Nazirliyinin rəhbəri Anita Anand jurnalistlərə bildirib.

Bu Hərbi Hava Qüvvələrinin qırıcı donanmasının yenilənməsi proqramı çərçivəsində baş tutacaq.

Müqavilənin dəyəri 14,1 ABŞ dolları məbləğindədir.
 
Ardını oxu...
Belarus ərazisində nüvə silahının yerləşdirilməsi onu NATO üçün potensial hədəfə çevirir

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Rusiya nüvə silahını təkcə Rusiya tərəfindən işğal olunmuş Ukraynanın Krım yarımadasında deyil, həm də Belarus ərazisində yerləşdirib. Yəni ki, Vladimir Putinin Belarusu nüvə təxribatları üçün ərazi hesab etməsi ehtimalı var.

Bir tərəfdən, indiyə qədər heç bir konkretlik eşitməmişik. Amma kəşfiyyat təxribatlara hazırlıq barədə məlumat verdikdə, bu o demək deyil ki, sözügedən məlumatların doğruluğu azdır. Mən istisna etməzdim ki, bu bəyanatlar Belarus Respublikası Müdafiə Nazirliyindən reaksiya almaq məqsədi daşıyır.

Digər tərəfdən, bu cür bəyanatlar verilməlidir, çünki bəlkə də düşmənin planları haqqında məlumatların açıqlanması onu həyata keçirmək imkanından məhrum edir. Məsələn, Ostrovets AES-də ehtimal olunan təxribatların hazırlanması ilə bağlı bəyanatı xatırlaya bilərik... Ola bilsin ki, bu planların açıqlanmasından sonra Rusiya Federasiyası sadəcə olaraq təxribat törətmək motivasiyasını itirir.

Yəni Belarus-Ukrayna sərhədində nəsə baş versə, şübhələr artacaq. Hər kəs açıq-aydın bir təxribatı yalnız Rusiyaya aid hesab edəcək.

Daha bir şey: Lukaşenko öz ərazisində Rusiya “supernüvə” silahlarının yerləşdirilməsi ilə həqiqətən Qərbi dəfələrlə hədələyib. Belarus diktatoru bu cür bəyanatları həm 2021-ci ilin noyabrında, həm də 2022-ci il fevralın əvvəlində, yəni Rusiyanın Ukraynaya hücumu ərəfəsində verib. Lakin o, daha çox Putinlə eyni bəyanatı təkrarlamış olub. Artıq onun öz reputasiyası haqqında düşünməsi çox gecdir. Bundan əlavə, həmin bəyanatlar Qərbə Belarus Respublikasının sanksiyalarına və təcridinə son qoymağın zəruriliyi ilə bağlı şəffaf işarə idi. Belarus lideri bununla Qərbə deyirdi: “Əks halda, mən Putinin yanına gedəcəm, onun “nüvəsi”nin yerləşdirilməsinə razı olacam. Seçkilərdəki pozuntuları unudub mənimlə dost olun”.

Bu gün Lukaşenko Ukraynaya qarşı müharibədə həmtəcavüzkar rolunu oynayır və o, həqiqətən də öz ərazisində Rusiya nüvə silahının yerləşdirilməsinin əleyhinə deyil. O, başa düşür ki, Putin çətin ki, belarusa qarşı nüvə başlığı olan hər hansı raketdən istifadə etsin. Onun fikrincə, Lukaşenko rejimi üçün daha təhlükəlisi Belarusa daxil olan rus tanklarıdır. Putin Minskdə hakimiyyəti dəyişmək üçün hərbi texnikadan istifadə edə bilər, nüvə silahlarından yox.

Əlbəttə, bu, çox şübhəli məntiqdir, lakin bu, Lukaşenkonun niyə buna qarşı olmadığının tutarlı izahından biridir.

Eyni zamanda, Rusiya nüvə silahlarının yerləşdirilməsi hələ də Belarus üçün təhlükə yaradır. Əgər analitiklərin Rusiyanın Ukraynaya taktiki nüvə silahı ilə zərbə endirməsi ehtimalı ilə bağlı müzakirələrini xatırlasaq, o zaman təqaüddə olan Amerika təhlükəsizlik rəsmiləri dəfələrlə bəyan ediblər ki, NATO ölkələri Rusiya Federasiyasından asimmetrik cavab variantını nəzərdən keçirə bilərlər. Əgər Rusiyanın özündə deyilsə, o zaman məsələn, onun sərhədlərindən kənarda olan Rusiya hərbi obyektlərində var. Bu kontekstdə Belarus ərazisində nüvə silahının yerləşdirilməsi onu NATO üçün potensial hədəfə çevirir.

NATO, şübhəsiz ki, Rusiyanın nüvə silahlarının Belarusda yerləşdirilməsinə diqqət yetirəcək. Amma bunun üçün Alyans bu cür faktların daha çox sübutunu görməlidir. Və əgər belədirsə, bəlkə də onları ictimailəşdirməyə dəyər.

Müəllif: Vadim Mojeyko - Belarus Strateji Araşdırmalar İnstitutunun analitiki

Mənbə: UNİAN

Qeyd: tərcümə AYNA-ya məxsusdur.
 
 
 
Ardını oxu...
Ukrayna soyuqlar şaxta ukraynada şaxta hərbi əməliyyatların gedişinə necə təsir göstərəcəkŞƏKLİN MƏNBƏYİ,UKRAYNA BAŞ QƏRARGAHI

Həm Ukrayna, həm də Rusiya orduları şaxta şəraitində müharibəyə hazırlaşıblar.

Kifayət qədər isti dekabrdan sonra Ukraynaya yanvar şaxtaları gəlib.

Hərbi analitiklər xəbərdarlıq ediblər ki, məhz bu cür hava qış hücumlarına şərait yaradır.

Bəs, Rusiya vəUkrayna qoşunları donmuş ərazilərdə bir-birinə qarşı hücuma keçəcəkmi? Noyabrın 11-də Xerson vilayətinin sağ sahili azad edildikdən sonra Ukraynada cəbhə xətti praktiki olaraq donub.

Cənubda qarşı tərəflərin qoşunlarını Dnepr ayırır və Zaporojye istiqamətində artilleriya duelləri davam edir. Ən şiddətli döyüşlər Donetsk və Luhansk vilayətlərində davam edir.

Rusiya qüvvələri, xüsusən də Vaqner silahlı qruplaşması Baxmut və Soledar yaxınlığında irəliləyir, lakin Ukrayna hakimiyyəti bu hücumların uğurlu olmadığını israr edir.

Eyni zamanda, Ukrayna silahlı qüvvələri Luhansk vilayətinin strateji əhəmiyyətli Svatovo və Kremennaya şəhərlərinə yaxınlaşıb. Hər iki tərəfdən zirehli texnikanın sürətli irəliləyişi bölgədə qış üçün xarakterik olan rütubətli və yumşaq torpaq səbəbilə dayanıb.

Lakin bazar günü - yanvarın 8-dən Ukraynanın şərqində şiddətli şaxtalar hökm sürür.

Artıq bazar ertəsi Ukrayna hidrometeorologiya mərkəzi gecə saatlarında Baxmut yaxınlığında temperaturun mənfi 15 dərəcəyə, Svatovo yaxınlığında isə mənfi 14 dərəcəyə qədər düşməsini proqnozlaşdırır.

Bu, müharibənin sonrakı gedişatına əhəmiyyətli dərəcədə təsir göstərə bilər.
Qış taktikası
1993-cü ildə ABŞ Ordusunun Mühəndislər Korpusu qışda quru qoşunlarının döyüş xüsusiyyətlərini ətraflı təsvir edən bir kitab nəşr edib.
Onun müəllifi George Svintsov Rusiyada anadan olub və İkinci Dünya müharibəsi zamanı ABŞ-a köçüb.

Müxbirimiz Pavel Aksyonovun bu yaxınlarda bir yazısında dediyi kimi, məşhur fikrə görə, qışda hərbi əməliyyatların aktivliyi səngiyir.

Bununla belə, George Svintsovun yazdığı kimi, qış cəbhədə hər iki tərəfi çətinləşdirdiyinə görə, kimin ordusu daha hazırlıqlıdırsa, kim özünü daha inamlı hiss edəcəksə ondan yararlanmalıdır. Kitabda deyilir: "Əraziyə nəzarət etmək sabitlik deməkdir. Qışda bu, hərəkətsizlik deməkdir. Hərəkətsizlik isə gecikdirilmiş məğlubiyyətdir ki, bu zaman ərazi öz strateji dəyərini itirir". Onun sözlərinə görə, belə bir vəziyyətdə yeganə məhsuldar yanaşma, ərazinin müəyyən hissəsini itirmək qorxusu olmadan mümkün qədər çevik hərəkət etməkdir.

"Çeviklik amili həm müdafiədə, həm də hücumda vacibdir. Hücum edə, düşmən cinahını vura, düşmənin silah, sursat və texnikasını ələ keçirə və dərhal istifadə edə bilərsiniz - bunlar hamısı vacib hiylələrdir. Bu, uğura gətirib çıxarır", - o yazır.

Eyni zamanda, Svintsovun fikrincə, qış hücumu beş-altı qat üstünlüyü olan canlı qüvvə ilə mümkündür.

Əgər güc balansında belə bir üstünlük böyük ərazidə yoxdursa, o, lokal olaraq yaradılmalıdır.

Hücum vaxtıdır?
"Biz hərbi əməliyyatların intensivləşməsini gözləyirik. Gecə şaxtalar -17-yə çatdı, ağır texnikamız nəhayət ki, daha sürətlə irəliləyə biləcək", - Luhansk hərbi administrasiyasının rəhbəri Sergey Qayday yanvarın 8-də bildirib.
Eyni zamanda o qeyd edib ki, həm Ukrayna, həm də Rusiya tərəfi şaxtalı havadan yararlana bilər.

Qaydanın sözlərinə görə görə, indi rus ordusu öz qüvvələrini Bahmutdan Kremennaya istiqamətinə köçürür.

Ukrayna silahlı qüvvələri artıq bu şəhərin beş kilometrliyində döyüşür və işğal altındakı Severodonetsk və Svatovo ilə təchizat xətlərini kəsməyə çalışır. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi də rusların mümkün hücum hazırlığı barədə məlumat yayıb.

İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində Vadim Skibitski -Ukrayna kəşfiyyatı rəhbərinin müavini bildirib ki, aşağı temperatur fonunda Rusiya Ukraynanın enerji infrastrukturuna yeni raket hücumu hazırlayır və həmçinin ölkənin şərqindəki ərazilərdə hücuma cəhd edəcək.

"Biz Donetsk bölgəsində təzyiqin artırıldığını görürük... Yəqin ki, onlar Zaporojye bölgəsinə qarşı yeni hücuma keçəcəklər", - Skibitski deyib və əlavə edib ki, - "onlar bizim Xarkova əks-hücumumuzu dayandırmağa çalışacaqlar".

Ukrayna Prezidentinin ofisinin müşaviri Aleksey Arestoviç əmindir ki, ilk hücum əməliyyatını məhz Rusiya başlayacaq.

Onun YouTube-da bir verilişə müsahibəsindəki açıqlamasına görə, Ukrayna yaxın vaxtlarda hücum üçün lazımi qüvvə və vasitə toplaya bilməyib. Arestoviç rusların Xarkov və Zaporojye istiqamətlərində hücum cəhdlərinin olacağını proqnozlaşdırır.
bbc
 
Ardını oxu...
Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Milad bayramı ilə əlaqədar elan edilən birtərəfli atəşkəsə baxmayaraq, yanvarın 7-si və 8-də Kiyev də daxil olmaqla, Ukraynanın 8-ə yaxın vilayətində həyəcan siqnalı verilib.

“Artıq 2 gündür Ukraynanın Donetsk, Nikolayev və Dnepropetrovsk vilayətləri dayanmadan Rusiya Ordusunun raket hücumlarına məruz qalır”, - deyə jurnalist qeyd edib.

O da bildirilib ki, Rusiya yaxın müddətdə Kiyevə və Xarkova yenidən hücum edə bilər.

“Son günlər mətbuatda məlumat yayılıb ki, Belarus Ordusu növbəti eşolonu ölkə ərazisinə yerləşdirib. Çox ciddi təlimlər gedir və həmin təlimlərə artıq əvvəlkilərdən fərqli olaraq Belarus Ordusu da qoşulub”, - deyə M.Aslanov əlavə edib.

 

Dünyapress TV

Xəbər lenti