İmişlidə QOÇULUQ EDƏN KİMDİR? - İTTİHAM VAR!
61 nəfər Xoşçobanlı və Murğuzalılı kənd sakinləri Xoşçobanlı Bələdiyyəsinin sədri Vüqar Bağırova müraciət edərək yazıblar: Yazıb sizə məlum edirik ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2014-2015-ci illərdə istifadəyə verilmiş Otuziki, Xoşçobanlı, Muğuzalılı, Mürsəlli, Qaraqaşlı kəndləri arasından keçən kəndarası yollar əsaslı təmir edilərək vətəndaşların istifadəsinə verilmişdir. Yolumuzun əsaslı təmir olunmasına köməklik göstərdiyinə görə cənab Prezidentimizə öz təşəkkürümüzü bildiririk.
Ancaq təəssüflər olsun ki, ağır tonnajlı yük maşınları ( şaqmanlar) əsas magistral yolda qurulan tərəzilərdən gizlənərək yüklərini kəndarası yoldan keçməklə daşıyırlar, bunun nəticəsində kəndarası yollar ağır yüklərə davam gətirməyərək sıradan çıxır və məhv olub gedir. Xahiş edirik ki, bu məsələ barədə aidiyyəti dövlət qurumlarına məlumat verəsiniz və təcili tədbir görəsiniz. Sakinlərin müraciətindən sonra bələdiyyə sədri Vüqar Bağırov icra nümayəndəsinin müavini Asif Əlişovla birgə sakinlərin şikayətini İmişli Rayon Yol Polisi İdarəsinin rəisi Eldəniz İmamyarova çatdırmaq üçün 2 dəfə qəbula getsələr də rəis onları qəbul etməyib. Axırda məcbur olub rayon prokurorunun qəbuluna gediblər. Prokurorun köməkçisi Fərzi müəllim Eldəniz İmamyarova zəng edərək vətəndaşları qəbul etməsini bildirib.
Nəticədə, Eldəniz İmamyarov Vüqar Bağırovla Asif Əlişovu qəbul edərək onlara “Niyə yalan danışırsınız, siz nə vaxt qəbula gəlmisiniz” deyərək onlarla çox kobud davranıb. Vüqar Bağırov rəisə bildirib ki, iki dəfə gəldik bizi içəri buraxmadılar. Rəis Eldəniz İmamyarov yenə bələdiyyə sədrini və kənd icra nümayəndəsinin müavini təhqir etməyə başlayıb. Axırda bələdiyyə sədri seçkili orqanın rəhbəri olduğunu deyərək, əlini uzadaraq “Bura dövlət binasıdır, danışığınıza fikir verin” deyəndə rəisin gül ağzı açılıb və... Və bələdiyyə sədrinə “Əlini burub dalına soxaram...Gedin hara istəyirsiniz şikayət edin..” deyərək bələdiyyə sədri ilə icra nümayəndəsinin müavinini qovub. Bələdiyyə sədri və icra nümayəndəsinin müavini bu rüsvayçılıqdan sonra Daxili İşlər Naziri Vilayət Eyvazova, Baş prokuror Kamran Əliyevə, DTX-nın rəisi Əli Nağıyevə müraciət edərək məsələnin nəzarətə götürülməsini xahiş ediblər.
Bələdiyyə sədri Vüqar Bağırov deyir ki, rəisin məni təhqir etməsi bütün rayona yayılıb, mən seçicilərimin üzünə baxa bilmirəm. Bələdiyyə sədri onu da deyir ki, bir neçə il əvvəl mən Şirvan şəhərində cənab nazir Vilayət Eyvazovun qəbulunda olmuşam, bizmlə elə mədəni, səmimi, mehriban danışdı ki, edəcəyimiz xahişi də unutduq. Mən nazirdən xahiş edirəm ki, belə kadrları başa salsın ki, insanlarla tərbiyəsiz davranmasınlar.
Mən seçicilərimizin, kənd sakinlərinin adından haqqımızı tələb edirəm, rəis isə nəyinsə müqabilində ağırtonnajlı maşınları yolumuza yönəldir, yollar dağılır. Bələdiyyə sədri onu da deyir ki, son günlər akt tərtib edərək bizi tutdurmaq istəyirlər.
Biz bir media olaraq ümid edirik ki, dövlət qurumları yaxın zamanda bu müraciətlərə münasibət bildirəcəklər. //gundelik-baku.com//
 

Bölmənin digər xəbərləri

03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..
02 Fevral 2025 Ağgöl Milli parkında qanunsuz balıq ovu ilə kimlər məşğul olur? - Yegerin oğlu dəstə yaradıb
02 Fevral 2025 Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
02 Fevral 2025 Baba Rzayevin "özəl" kadrı Yusifov Üzeyir 2 qız övladına niyə sahib çıxmır.. İTTİHAM/FOTO
01 Fevral 2025 “Kristal Abşeron”da “Dövlət içində dövlət qurublar…”-Şikayət
01 Fevral 2025 Deputat Kamaləddin Qafarovun şirkətinin Naxçıvanda 1.7 milyonluq tender oyunu
01 Fevral 2025 Mürsəl İbrahimov qanunu pozan Suraxanıdakı komissarlara sahib çıxır – Prezidentə müraciət
31 Yanvar 2025 Suraxanı sakinini təhdid edənlər kimlərdir? - VİDEO
31 Yanvar 2025 FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
31 Yanvar 2025 Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... - referenduma getmədən muxtar səlahiyyətləri ləğv etməkdir...
31 Yanvar 2025 Nəsimi rayon sakinlərindən Leyla Əliyevaya müraciət: "Məhəlləmizi xarabalığa döndərirlər, bizə kömək edin" (VİDEO)

Dünyapress TV

Xəbər lenti