Mingəçevir Dövlət Universitetinin tələbələri təqaüd almaqda ciddi problemlərlə üzləşirlər
İddialara görə, ali təhsil müəssisəsinin rəhbərliyi "imtahana çətin suallar salın ki, tələbələr kəsilsin" deyərək, təqaüd alan tələbələrin sayını yarıbayarı azaldıb

Bir müddət öncə ölkə başçısının imzaladığı fərman və sərəncamla tələbə, o cümlədən doktorantların təqaüdləri artırılıb. Fərmana əsasən, bu ilin yanvarın 1-dən etibarən ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 275 manata çatdırılıb.

Belə ki, prezidentin sərəncamı ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri 2023-cü il yanvarın 1-dən doktorantura pilləsi üzrə: elmlər doktoru hazırlığı üzrə doktorantlar üçün 400 manata, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlar üçün 240 manata çatdırılıb. Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında isə magistratura səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 195 manata, 71-100 bal olan tələbələr üçün 160 manata, 51-100 bal olan tələbələr üçün 110 manata çatdırılıb. Bundan başqa, bakalavriat səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 175 manata, 71-100 bal olan tələbələr üçün 145 manata, 51-100 bal olan tələbələr 100 manata, orta ixtisas təhsili müəssisələrində akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 100 manata, 71-100 bal olan tələbələr üçün 80 manata, 51-100 bal olan tələbələr üçün 66 manata, peşə təhsili müəssisələrində akademik göstəriciləri "5" (yüksək texniki peşə təhsili səviyyəsində 91-100 bal) olan tələbələr üçün 100 manata, "4" və "5" (yüksək texniki peşə təhsili səviyyəsində 71-100 bal) olan tələbələr üçün 80 manata, "3" - "5" (yüksək texniki peşə təhsili səviyyəsində 51-100 bal) olan tələbələr üçün 66 manata çatdırılıb.

Qeyd edək ki, sözügedən artımlar ümumilikdə 150 minədək doktorant və tələbəni əhatə etsə də, Hurriyyet.az-a verilən məlumata görə, Mingəçevir Dövlət Universitetinin tələbələri təqaüd almaqda ciddi problemlərlə üzləşirlər. Belə ki, əldə etdiyimiz informasiyada deyilir ki, adıçəkilən universitetdə tələbələrə təqaüd ali təhsil müəssisəsinin rəhbərliyi tərəfindən tətbiq edilən kvota əsasında verilir. İddialara görə, Mingəçevir Dövlət Universitetinin rəhbərliyi "imtahana çətin suallar salın ki, tələbələr kəsilsin" deyərək, təqaüd alan tələbələrin sayını yarıbayarı azaldıb: "Ölkə başçısının məlum sərəncamına qədər tələbələrə təqaüdlərin verilməsində bu cür hallara rast gəlinmirdi. Lakin Prezidentin sərəncamı ilə tələbə təqaüdləri artırıldıqdan sonra Mingəçevir Dövlət Universitetinin rəhbərliyinin qeyr-rəsmi qərarı ilə tələbələrə təqaüd kvota əsasında verilir. Belə ki, qərara qədər 80 nəfər tələbə təqaüd alırdısa, artıq bu sayı 35-ə qədər endiriblər. Səbəbini soruşduqda deyirlər ki, 45 nəfərin aldığı təqaüd 35 nəfər arasında bölünəcək və bu yolla onların təqaüdü artmış olacaq. Görünür, universitete rəhbərliyi bu yolla büdcədən ayrılan vəsaitə "qənaət" etmək fikrincədir. Ancaq "qənaət" olunan vəsaitin hara xərcləndiyinə dair heç bir məlumat verilmir. Bu isə çoxlarında ciddi şübhələr yaradır".

Gördüyünüz kimi, verilən məlumatlara əsasən belə demək olar ki, Mingəçevir Dövlət Universitetinin rəhbərliyi təqaüdün verilməsi zamanı kvota tətbiq edərək, süni maneələrlə təqaüd alan tələbələrin sayını azaltmağa çalışır. Bəs o zaman dövlət büdcəsindən ayrılan vəsait hara gedir? Ümid edirik ki, adıçəkilən təhsil müəssisəsinin rəhbərliyi, Elm və Təhsil Nazirliyi, həmçinin digər müvafiq qurumlar tezliklə bu suala aydınlıq gətirəcək, Mingəçevir Dövlət Universitetinin tələbələrinin təqaüd almalarına mane olan problemləri aradan qaldıracaqlar.

Hurriyyet.az
 

Bölmənin digər xəbərləri

15 İyun 2025 Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
15 İyun 2025 Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
15 İyun 2025  “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
15 İyun 2025 Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!
14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?
13 İyun 2025 FHN-in Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir
13 İyun 2025 "Olympus” MTK kütləvi narazılıq yaradır:Biz nə vaxta qədər küçələrdə qalacağıq?
13 İyun 2025 Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib: Azad Məlikov bizi təhqir etdi, dedi ki...
13 İyun 2025 “Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı
13 İyun 2025 Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
13 İyun 2025 KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...VİDEO
13 İyun 2025 Xətai rayonu Gəncə Prospektində qanunsuz tikintiyə icra başçısı icazə verib? - Video
13 İyun 2025 SDU-da şübhəli satınalma: Bir aylıq MMC ilə müqavilə bağlayır - İLGİNC FAKTLAR
13 İyun 2025  Adil Vəliyevin XARABA QOYDUĞU SABUNÇU... - ÖZBAŞINA QALIBLAR...
12 İyun 2025 “Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” – Foto
12 İyun 2025 201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT
12 İyun 2025 QAZİNİ ALDADIB, MAĞAZASINI SÖKDÜLƏR... - İcra başçısı gündəlik çörəkpulu qazanmaq üçün yer vermişdi, rəhbər şəxslər mane oldular / VİDEO
12 İyun 2025 TOĞRUL ALLAHVERDİYEVİ HANSI MƏMURLAR HİMAYƏ EDİR? –Aslan İsmayılovdan sensasion açıqlamalar
11 İyun 2025 Nəsimi rayonunda binanın zirzəmisində qanunsuz obyektin tikintisinə kim icazə verib?-Video

Dünyapress TV

Xəbər lenti