Yasamal sakinləri Prezidentdən kömək istəyir… Bizi “Bizim Ev” MTK-nın əlindən xilas edin….
Əsabil Qasımov, Ulu Öndərin ağac və yaşıllıqlarla bağlı məşhur videosuna baxın… Açıq etiraf etməliyik ki, son 20-25 ildə Bakı şəhərində tikilən göydələnlər, yüksək mərtəbəli binalar çox ciddi problemlər yaradır. Və bu problemlər gələcəkdə də davam edəcək.
Birincisi, ondan başlayaq ki, yüksək mərtəbəli binalar tikən Mənzil Tikinti Kooperativləri ( MTK ) tikintiyə icazə almaq üçün bəzi icra hakimiyyətlərinə və bəzi qurumlara külli miqdarda rüşvət verirlər.
İkincisi, məmurla sövdələşən MTK rəhbəri binanın tikiləcəyi ərazidə yaşıllıqları məhv edir və şəhərin ekologiyasına dəhşətli ziyan vurur. Bu təzə problem deyil.
Hələ illər öncə, daha doğrusu, ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyev cənabları keçirdiyi müşavirələrin birində bu məsələyə çox kəskin münasibət bildirmişdir: “Bakıda bir ağacı əkib-böyütmək, bir övladı böyütməyə bərabərdir. Vaxtilə Bakıda ağaclar yox idi. Rus yazıçısı Maksim Qorkinin sözlərini yada salın, Bakıda 2-3 ağac gördüm. Bakıxanov, Badamdart qəsəbələrində, Xalqlar dostluğu parkında nə boyda əziyyətin hesabına yaşıllıqlar saldıq, becərdik. Bunu xalq üçün, millət üçün, Bakının iqlimi üçün edirdik. O ağacları kəsib yerini baqqalxanaya çevirənlər bu ölkəyə xəyanət ediblər. O ağacları bərpa etmək indi çox çətindir. Hesab edin ki, o ağacları kəsənlər mənim balalarımın başını kəsiblər. Onlar haqq-ədalət məhkəməsi qarşısında cavab verməlidir. Orada gəlib baqqal dükanı salanlar, xüsusi mülklər tikənlər var, onların hamısını dağıtmaq, qovmaq, uçurtmaq lazımdır..”. Açıq deməliyik ki, bu məsələdə MTK rəhbərləri ilə yanaşı icra başçılarının, memarların da günahı var.
Digər problem odur ki, binalar tikib milyonlar qazanan MTK rəhbərləri təkcə yaşıllıqları məhv etmir, həm də ətrafda yaşayan sakinlər üçün dözülməz mühit yaradırlar. Bütün bunları nəzərə alan cənab Prezident İlham Əliyev dəfələrlə göstəriş verib ki, məhəllə daxili ərazilərdə tikinti aparmayın. Prezidentin tapşırığına baxmayaraq MTK sahibləri məhəllədaxili ərazilərdə tikinti aparır, az qala sakinlərin ağzının içinə girirlər. Həmin tikintilər məhəllə sakinləri və ərazidə oynayan uşaqlar üçün ciddi təhlükə yaradırlar.
Bütün bunlar azmış kimi binaların tikintisi zamanı səs-küydən sakinlər öz evlərində rahat otura bilmirlər. Məlumdur ki, qaydaya görə, bina tikən MTK rəhbərinə yeni binanın ətrafında 100-dən artıq ağacın əkilməsi tapşırılır. Ağac əkmək, onları kəsənlərin başlarına dəysin, olan yaşıllığı məhv etməsinlər.
Belə MTK-lardan biri də “Bizim Ev” MTK-dır. Yeri gəlmişkən, MTK-ların yaşıllıqlara ən çox qənim kəsildiyi rayonlar Yasamal və Nəsimi rayonlarıdır.
Bəli, “Bizim Ev” MTK da neçə vaxtdır ki, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsində tikinti aparır. Tikinti vaxtilə məşhur olan “Məhsul” stadionunun soyunub-geyinmə zalını da zəbt edib. Bizim Ev MTK təkcə stadionun ərazisini deyil ee, məhəllədaxili əraziləri zəbt edib, vətəndaşların istirahət yeri, uşaqların əyləncə məkanı tikinti meydançasına, poliqona çevrilib. Onlar voleybol meydançasını zəbt ediblər. Bircə onu deyək ki, həmin ərazinin tikintidən əvvəlki fotolarına baxan olsa, dəhşətə gələr.
Ötən yazılarımızda qeyd etdiyimiz kimi, “Bizim Ev” MTK küləkli havada sakinlərin başına beton, qum, çınqıl ələyir, sakinlər SƏS-KÜYDƏN nevroz həddinə çatıblar…
Görəsən, FHN, Yasamal icra hakimiyyəti bu boyda qanunsuzluqları görmür..?
Tikintinin getdiyi məhəllənin sakinləri haralara, hansı dövlət qurumlarına şikayət etməyiblər..? Qanunsuz tiknti nəticəsində ətrafda yaşayan sakinlərin evlərinə də ziyan dəyib, bu 100 minlərlə ziyanı kim ödəyəcək..?
Onu da qeyd edək ki, yeni tikilən binanın pəncərələrindən məhəllə sakinlərinin evlərinin içi görünür. Bu dözülməz haldır. “Bizim Ev” MTK-nın sabiq deputat Əsabil Qasımova məxsus olduğu bildirilir. Hətta qeyd etdiyimiz ərazidə tikilən binaya Əsabil Qasımovun qardaşı oğlu Elvin Qasımovun nəzarət etdiyi də bəllidir. Allah belə nəzarəti kəssin. Hələ bu harasıdır..?
Özünü İmişli Mürşüd adlandıran birisi, dünənə qədər rayonda dana otarırdı. İndi gəlib Bakıda tikinti biznesi ilə məşğul olur və şikayət edən sakinlərə deyir ki, mənim qabağımda kimsə dayana bilməz. Sakinlər son ümid yeri kimi cənab Prezidentdən kömək istəyirlər. Bütün bunlar öz yerində. Bəs...? Bəs, bu ölkənin Ekologiya Nazirliyi, FHN, Baki ŞİH, Yasamal RİH, Şəhərsalma və Arxitektura Komitəsi, Hüquq Mühafizə Orqanları hara baxır ? Bəs nəyə nəzarət edirsiniz, cənablar..?
P.S. Yasamal rayonu Zərdabi küçəsi "Bizim Ev" MTK-nın yerləşdiyi ünvana bir Ali qonaq gəlsə hər an təhlükə mənbəyi olan bu binanın tikintisinə icazə verən şəxslər görəsən vəzifələrini qoruya biləcəkmi?
gundelik baki.com
 

Bölmənin digər xəbərləri

15 İyun 2025 Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
15 İyun 2025 Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
15 İyun 2025  “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
15 İyun 2025 Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!
14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?
13 İyun 2025 FHN-in Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir
13 İyun 2025 "Olympus” MTK kütləvi narazılıq yaradır:Biz nə vaxta qədər küçələrdə qalacağıq?
13 İyun 2025 Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib: Azad Məlikov bizi təhqir etdi, dedi ki...
13 İyun 2025 “Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı
13 İyun 2025 Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
13 İyun 2025 KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...VİDEO
13 İyun 2025 Xətai rayonu Gəncə Prospektində qanunsuz tikintiyə icra başçısı icazə verib? - Video
13 İyun 2025 SDU-da şübhəli satınalma: Bir aylıq MMC ilə müqavilə bağlayır - İLGİNC FAKTLAR
13 İyun 2025  Adil Vəliyevin XARABA QOYDUĞU SABUNÇU... - ÖZBAŞINA QALIBLAR...
12 İyun 2025 “Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” – Foto
12 İyun 2025 201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT
12 İyun 2025 QAZİNİ ALDADIB, MAĞAZASINI SÖKDÜLƏR... - İcra başçısı gündəlik çörəkpulu qazanmaq üçün yer vermişdi, rəhbər şəxslər mane oldular / VİDEO
12 İyun 2025 TOĞRUL ALLAHVERDİYEVİ HANSI MƏMURLAR HİMAYƏ EDİR? –Aslan İsmayılovdan sensasion açıqlamalar
11 İyun 2025 Nəsimi rayonunda binanın zirzəmisində qanunsuz obyektin tikintisinə kim icazə verib?-Video

Dünyapress TV

Xəbər lenti