Bakıda uşaq  bağçaları “ölü canlar” məskənidir... -
Bakı şəhərindəki bütün bağça müdirələri tibbi testdən keçməlidir...
Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva hara baxır..?
Peyğəmbər əfəndimiz 1400 il əvvəl deyirdi, “ Beşikdən məzara kimi...”...
Bəli, insanın tərbiyəsi, şəxsiyyət kimi formalaşması beşikdən, yəni müasir dillə desək, körpələr evindən, uşaq bağçalarından başlayır...
Bu məsələ bütün sivil, mədəni ölkələrdə mütləq nəzərə alınır. Təəssüf ki, gələcəyin vətəndaşları olan körpələrimizin təlimi-tərbiyyəsi gah Təhsil Nazilriyinə, gah “Baksovet”ə, gah icra başçılarına, gah da yenidən Təhsil Nazirliyinə həvalə edilir. Və hər dəfə də məmurlar uşaqların payını, qidasını satır, milyonlar qazanır....uduzan isə gələcəyimiz olan uşaqlar olur... Vaxtilə baş nazirin müavini Abid Şərifov var idi... Uşaq bağçalarının, məktəblərin bütün qidalarını, ərzağını vermişdi bacısı oğluna... Nə isə...
Qısa tarix üçün qeyd edək ki, 2011-ci ildə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi Təhsil Nazirliyinin balansından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verildi. Və o gündən uşaq evlərinin fəlakəti başladı. İcra başçıları dövlətin uşaqlara ayırdığı qidanı, ərzağı sataraq milyonlar qazandılar. Bu azmış kimi bəzi icra başçıları uşaq bağçalarının müdirələrini, müəllimələrini hədə-qorxu ilə....hər yola saldılar...onu çıxardıb bunu qoymaqla nələr qazanmadılar. Ən dəhşətlisi odur ki, bağçaları nəyəsə döndərdilər... Bu haqda açıq yazmaq istəmirik... Nəhayət 2021-ci ildə məktəbə qədər təhsil müəssisələri, uşaq bağçaları yenidən Təhsil Nazirliyinin tabeçiliyinə qaytarıldı.
Rəsmi məlumata görə, artıq Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində bağça yoxdur. Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi də artıq nazirliyin tabeliyindədir. Amma yenə müsbətə doğru nəsə dəyişmədi.... Mirzə Cəlil demişkən, yenə haman göl, haman qurbağa... Yenə bağçalara qəbul rüşvətlədir. Yenə uşaq bağçalarında uşaqların ərzaqla və yataq dəstləri ilə təminatı bərbad gündədir, uşaqların yataq dəstləri çirkab içindədir.
Düzdür, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, 1-ci Vitse Prezident Mehriban Əliyeva uşaq evlərinin təmirinə, bərpasına həmişə qayğı ilə yanaşıb. Amma məmurların tamahı ucbatından uşaqlarımız körpələr evində normal qayğı görmürlər.
Təsəvvür edirsiniz, uşaq bağçalarının ərzaqla təminatına, təmirinə yüz minlərlə dövlət vəsaiti ayrılır, amma faydası yoxdur. Son illərdə nə qədər uşaq bağçaları özəlləşdirildi, təmir adıyla söküldü və yerində binalar, şadlıq evləri və restoranlar tikildi. Bu isə valideynlərin haqlı narazılıqlarına səbəb oldu, bağçalarda təlim-tərbiyə prosesinin fəaliyyətinə birbaşa mənfi təsir etdi. Ümumiyyətlə, bağçalarda uşaqların təlim-tərbiyə işi düzgün təşkil olunmur, qidalanma, gigenik-sanitar qaydalar normaya uyğun olmur. Uşaq evlərinə ayrılan dövlət vəsaitlərinin böyük əksəriyyəti təyinatından kənarlaşdırılır. Uşaq evləri üçün dəftərxana və təsərrüfat malları alınması, kommunal kommunikasiya xətlərinin təmiri, müxtəlif növ kostyumların alınması, avadanlıqların alınması, mebel alınması adı altında milyonlar mənimsənilib.
Bütün bunlar azmış kimi, hazırda, yəni körpələr evi, uşaq bağçaları Təhsil Nazilriyinin tabeçiliyinə veriləndən sonra problemlər azalmaq əvəzinə daha da artmaqda davam edir. Belə ki, bu gün məktəbə qədər təhsil müəssisələrində, uşaq bağçalarında ən ciddi problem “ölü canlar”dır. Bəli, kağız üzərində hər bir uşaq bağçasında xeyli sayda ştat olsa da, çoxu işə çıxmır, maaşı isə bağçaların müdirələri alırlar. Daha dəqiq desək, bir nəfər bir neçə nəfərin yerinə işləyir, hətta bağçanın müəlliməsi, həm də dayəlik, hətta xadiməlik edir. Axı, bağça müəlliməsi körpənin pampersini dəyişməli deyil...bu onun deyil, dayənin, xadimənin işidir. Məqsəd 1 nəfəri 3 adamın yerinə işlətmək və qalanların maaşını mənimsəməkdir.
Təsəvvür edirsiniz, bağçalarda mühafizəçi ştatı var, amma özü yoxdur, həkim ştatı var, amma özü yoxdur. Ancaq hamısının maaşı hər ay müdirələrin cibinə gedir. Bütün bunlar azmış kimi tez-tez oxuyuruq ki, bağça müdirəsi uşağı döydü-filan...
Deməli, bağça müdirələrinin bir çoxunun psixikasl yerində deyil... Ona görə də Bakı şəhərindəki bütün bağça müdirələri tibbi testdən keçməlidirlər...
Sözün qısası, Bakıdakı körpələr evində, uşaq bağçalarında ciddi yoxlamalar aparılsa, həbslər qaçılmaz olacaq. Bütün bunlar öz yerində. Bəs... Bəs Bakı Şəhər Təhsil İdarəsinin müdiri, hörmətli Mehriban xanım Vəliyeva hara baxır..? Deyirlər, Mehriban xanım bağça müdirələrinə deyib ki, indiyədək “ Baksovet”lə necə işləmisiniz eləcə də işləyəcəyik. Görəsən, Mehriban xanım nəyə işarə edir..?
gundelik baki.com
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini darc etməyə hazırıq!
Teref.az

Bölmənin digər xəbərləri

03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..
02 Fevral 2025 Ağgöl Milli parkında qanunsuz balıq ovu ilə kimlər məşğul olur? - Yegerin oğlu dəstə yaradıb
02 Fevral 2025 Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
02 Fevral 2025 Baba Rzayevin "özəl" kadrı Yusifov Üzeyir 2 qız övladına niyə sahib çıxmır.. İTTİHAM/FOTO
01 Fevral 2025 “Kristal Abşeron”da “Dövlət içində dövlət qurublar…”-Şikayət
01 Fevral 2025 Deputat Kamaləddin Qafarovun şirkətinin Naxçıvanda 1.7 milyonluq tender oyunu
01 Fevral 2025 Mürsəl İbrahimov qanunu pozan Suraxanıdakı komissarlara sahib çıxır – Prezidentə müraciət
31 Yanvar 2025 Suraxanı sakinini təhdid edənlər kimlərdir? - VİDEO
31 Yanvar 2025 FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
31 Yanvar 2025 Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... - referenduma getmədən muxtar səlahiyyətləri ləğv etməkdir...
31 Yanvar 2025 Nəsimi rayon sakinlərindən Leyla Əliyevaya müraciət: "Məhəlləmizi xarabalığa döndərirlər, bizə kömək edin" (VİDEO)
31 Yanvar 2025 Rəis oğlunu mühəndis, baldızı oğlunu müavini təyin etməsinə belə cavab verdi: "Məgər ölkəmizdə eyni ailə üzvlərinin bir təşkilatda işləməsinə dair nümunələr yoxdur?"
31 Yanvar 2025 Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika... - vətəndaş süründürməçiliyi ifşa etdi

Dünyapress TV

Xəbər lenti