“Bizim Ev” MTK Zərdabi küçəsini tikinti poliqonuna çevirib…
Biz bir media olaraq Azərbaycanda yüksək mərtəbəli binalar tikən MTK-ların qanunsuz əməlləri barədə neçə illərdir ki, yazırıq. Biz bu mövzuda yazanda nə qardaş Türkiyədə, nə də hansısa qonşu ölkədə bu miqyasda zəlzələ baş vermişdi. Sadəcə, biz problemi görürdük, cəmiyyətin və hakimiyyətin diqqətini buna yönəltməyə çalşırdıq. Bu gün Azərbaycanda hamı zəlzələdən, tikilən binaların riskli olmağından və daha nələrdən danışıb yazırlar. Bəs biz neçə illər öncə bu barədə haray salanda niyə kimsənin səsi çıxmırdı. İndi hamı xorla bu barədə danışır.
Bəli, Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra yaşayış binalarının, eləcə də digər təyinatlı obyektlərin təhlükəsizliyi məsələsi aktuallaşıb. Mütəxəssislərin fikrincə, binalar bir-birinə nə qədər yaxın inşa edilərsə, zəlzələ zamanı dağıntı və təlafat bir o qədər çox olur. Paytaxt Bakıda da az qala bir-birinə söykənərək inşa edilən yüzlərlə bina var. Biz çətinliklə əldə etdiyimiz sənədlər əsasında yazmışdıq ki, binalar arasındakı məsafə binaların hündürlüyünün 0.6 hissəsindən az olmamalıdır. Biz rəsmi sənədlər əsasında yazmışdıq ki, məhəllə daxilində yüksək mərtəbəli binalar tikilə bilməz. Əgər sabah qəza vəziyyəti olarsa, xilasetmə qüvvələri bura necə daxil olacaq..? Təsəvvür edirsiniz, yeni tikilən binaların arasından adi avtomobil güclə keçir. İraq olsun fəlakət olarsa, vəziyyət necə olacaq..? Bir daha bildiririk ki, dünya seysmoloqlarının tərtib etdiyi xəritədə Bakı 8-9 ballıq seymsik zonada yerləşir. Başa düşdünüzmü, cənablar..? Millətin faciəsi ilə alver etməyin.
Bəli, bu gün Bakıda yüksək mərtəbəli bina tikənlərin, MTK sahiblərinin çoxunun inşaat işindən başı çıxmır. Dünən bazarlarda şortik satanlar, siqaret alverçiləri, nə bilim qəssablar hamısı bina tikintisinə girişib. Belələrindən biri də “Bizim Ev” MTK-dır. Mənə “İmişlili Mürşüd deyərlər, mənim qarşımda heç kim dayana bilməz...” deyən bu köhnə tərəkəməyə necə başa salaq ki, şəhərsalma müasir elmdir, ay adam... Sən nə bilirsən inşaat, şəhərsalma nədir..? Bu adam heç tikintinin adi-elementar qaydalarını da bilmir. Beləsinə heç toyuq hini də etibar etmək olmaz. Bu adam gecə-gündüz ətrafda yaşayan sakinləri nevroz həddinə çatdırıb, səs-küydən sakinlər evlərində otura bilmir. Bu adam məhəllədə uşaqların oynadığı xırda sahəni də zəbt edib. Əgər sabah bu uşaqların başına bir iş gələrsə kim cavab verəcək, ay Mürşüd..? Bu adam Yasamal rayonunda “Məhsul” idman stadionunun ərazisini zəbt edib. Görəsən, Yasamal İcra Hakimiyyəti, FHN, Arxitektura və Memarlıq Komitəsi hara baxır..?
Yazıq vətəndaşlar ən yuxarı instansiyalara şikayət etsələr də heç bir nəticə olmur. Axı, yuxarıda qeyd etdik ki, bu işlərin arxasında məmurlar dayanır. MTK-lar təkcə səs-küy, stress mənbəyi deyil ee... Bu MTK-la həm də yaşıllıqların qənimidir. Sakinlər bildirir ki, son günlər küləkli havaların olmasına baxmayaraq MTK Zərdabi küçəsində apardığı tikintini nəinki dayandırmayıb, əksinə aktivləşdirib. Və küləkli havada tikintinin tozu, torpağı, qumu, çınqılı, hətta beton palçığı həyətləri basıb, sakinlərin yaşadığı binanın həyəti sanki tikinti poliqonudur.
Təsəvvür edirsiniz İmişli Mürşüd idman stadionunun soyunub-geyinmə otağını da zəbt edib. Sözün qısası, biz yenə də gördüklərimizi yazırıq, haray salırıq ki, bəlkə bu məmurlar ayıla. Türkiyədəki faciə bizdə təkrar olunmaya. Buyurun bu da sakinlərə işgəncə verən obyektin ünvanı: Bakı şəhəri, Yasamal rayonu, 3155-ci məhəllə, Həsənbəy Zərdabi küçəsi, 69b ünvanında 2 girişli çoxmərtəbəli yaşayış binası. Sifarişçi: “Bizim Ev” MTK Dövlət ekspertizasının rəyi: 25693, 17.07.2018 Layihəçi: KARKAS-S MMC lisenziya İNİL-523/2017.05.06.2017 Podratçı: “Bizim Ev” MTK lisenziya EL-118/21.05.2018 Başlanma tarixi: 10.03.2022 Bitmə tarixi: 10.09.2024
gündelik baki.com
 
 
 

Bölmənin digər xəbərləri

14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?
13 İyun 2025 FHN-in Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir
13 İyun 2025 "Olympus” MTK kütləvi narazılıq yaradır:Biz nə vaxta qədər küçələrdə qalacağıq?
13 İyun 2025 Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib: Azad Məlikov bizi təhqir etdi, dedi ki...
13 İyun 2025 “Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı
13 İyun 2025 Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
13 İyun 2025 KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...VİDEO
13 İyun 2025 Xətai rayonu Gəncə Prospektində qanunsuz tikintiyə icra başçısı icazə verib? - Video
13 İyun 2025 SDU-da şübhəli satınalma: Bir aylıq MMC ilə müqavilə bağlayır - İLGİNC FAKTLAR
13 İyun 2025  Adil Vəliyevin XARABA QOYDUĞU SABUNÇU... - ÖZBAŞINA QALIBLAR...
12 İyun 2025 “Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” – Foto
12 İyun 2025 201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT
12 İyun 2025 QAZİNİ ALDADIB, MAĞAZASINI SÖKDÜLƏR... - İcra başçısı gündəlik çörəkpulu qazanmaq üçün yer vermişdi, rəhbər şəxslər mane oldular / VİDEO
12 İyun 2025 TOĞRUL ALLAHVERDİYEVİ HANSI MƏMURLAR HİMAYƏ EDİR? –Aslan İsmayılovdan sensasion açıqlamalar
11 İyun 2025 Nəsimi rayonunda binanın zirzəmisində qanunsuz obyektin tikintisinə kim icazə verib?-Video
11 İyun 2025 Füzuli Təhsil Sektorunda nələr baş verir?
11 İyun 2025 Sabunçu rayonunda qanunsuz tikinti xaosu: Adil Vəliyevin səssiz razılığı ilə qanunsuzluqlar dövlətə meydan oxuyur
11 İyun 2025 Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”: Zaur Mikayılova XATIRLATMA
11 İyun 2025 Özbəkistan Rusiyaya nota verdi

Dünyapress TV

Xəbər lenti