CƏLILABADDA ŞƏHID AILƏSI,I QARABAĞ MÜHARIBƏSI QAZISINƏ NƏ EV, NƏ IŞ VERILMIR
Cəlilabad rayonu, Cəlilabad şəhəri, Təbriz kücəsi, ev 45 ünvanda yaşayan İsmayılov Qamət Əsəbəli oğlu redaksiyamıza müraciət edərək, məmurlar tərəfindən hüquqpozmalara məruz qaldığını bildirmişdir. Şəhid ailəsinin üzvü, müharibə veteranı, qazi olduğunu, hələ şagird olduğu 1990-cı ildə 20 Yanvar hadisələrindən, 1991-1994-cü illər I Qarabağ müharibəsindən çox təsirləndiyini, 2020-ci il Vətən müharibəsində ön cəbhəyə kömək etdiyini xatırlayan Qamət İsmayılov bildirir ki, onun II qrup əlil olmasına baxmayaraq, Cəlilabad rayonunun keçmiş hərbi komissarı polkovnik Novruzəli Orucov onu könüllülər sırasında I Qarabağ döyüşlərinə yollayıb, məmur övladlarına isə saxta xəstəlik tarixçəsi tərtib edərək, yararsız adı ilə hərbi xidmətdən saxlamışdır.

Q.İsmayılov şəhid ailəsi üzvü, müharibə veteranı və əlili kimi dövlətdən ev-mənzil almaq cəhdlərinin məmurlar tərəfindən törədilən maneələrə, süründürməçiliyə görə indiyədək nəticə vermədiyini yazır. Onun adlarını çəkdiyi keçmiş və indiki yüksək vəzifəli şəxslərin (keçmiş və indiki daxili işlər nazirləri və onların müavinləri, keçmiş və indiki səhiyyə nazirləri və onların müavinləri, daxili qoşunların keçmiş və indiki komandanları və onların müavinləri, keçmiş və indiki əmək və əhalinin sosial müdafiəsi nazirləri və onların müavinləri, keçmiş və indiki təhsil nazirləri və onların müavinləri, Cəlilabad rayonunun keçmiş və indiki icra başçıları və onların müavinləri, siyahısından görünür ki, hüququ üçün müraciət etmədiyi yuxarı instansiya, qəbullarına düşmədiyi aidiyyəti orqan rəhbəri qalmayıb. Bəzən yalançı vəıdlərlə, bəzən rüşvət tələbi ilə, bəzən “ötür-ötür oyunu” ilə, bəzən də hədə-qorxu ilə rastlaşıb.

Təkcə özünün problemi ilə kifayətlənmədiyini, hüquqları pozulan başqa vətəndaşların da acınacaqlı vəziyyətlərinə biganə qala bilməyən Q.İsmayılov onlardan ötrü aidiyyəti qurumlara, yerli məmurlara etdiyi müraciətlərə (şikayət, təklif və s.) həssas yanaşılmadığını, qaldırdığı məsələlərin çox az qisminin həllini tapdığını bildirir.

İşə düzəlmək üçün müraciət etdiyi Cəlilabad rayon İdman və Gənclər İdarəsinin keçmiş rəisi Ramin Rəhimov, təzə rəis Elçin Hüseynov, onun I müavini Vüqar Cavadov, II müavini Salamat Nəcəfov, III müavin Xalid Hüseynov, mühasib Tahir Rufullayev, direktor Natiq Rzayev, Gənclər və İdman Nazirliyinin əməkdaşı Firudin Paşayev ona işlə təmin edəcəkləri barədə söz versələr də, vədlərinə xilaf çıxıblar. Sabiq Gənclər və İdman naziri, mərhum Azad Rəhimova, indiki nazir Fərid Qayıbova müraciətləri də müsbət nəticə verməyib.

Cəlilabad rayon Təhsil Şöbəsinin sabiq və indiki müdirləri Ədalət Əsgərov, Vidadi Dövlətov, əməkdaşları İlham Salmanov, Elminaz Nadirova, Rəqsəndə Baxışova, Sərxoş Mirzəyev, Səxavət Şükürov, Ələkbər Nifdiyev, Ərəstun Vəliyev, Zaur Əzizov, Ərəstun Hüseynov, Gülsurə Həsənova, Rəşad Salmanov, Hafis Cavadov, Qərənfil Həsənova, Nəbi İsgəndərov, Axan Agayev, Abas Zülfüqarov da Qamət İsmayılovun “qara siyahısına” düşüblər. Q.İsmayılov Olimpiya komitəsinin vitse — prezidenti Xəzər İsayevə, Cəlilabad Olimpiya Kompleksinin rəhbəri Cavid müəllimə, “Məhsul” kənd konullu Həmkarlar Kooperativ İdman Cəmiyyətinin Respublika Şurasının sədri Rasim Əliyevə, Cəlilabad “Məhsul” könüllü İdman Cəmiyyətinin direktoru Aləddin Əliyevə müraciət edərək idmançı kimi iş istədiyini, ona söz verilsə də, əməl edilmədiyini bildirir.

Q.İsmayılov vəd edib ki, məmur özbaşınalıqlarına dair bildiyi faktları saytımızın oxucuları ilə bölüşəcək.

Deryaz.az

Bölmənin digər xəbərləri

14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?
13 İyun 2025 FHN-in Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir
13 İyun 2025 "Olympus” MTK kütləvi narazılıq yaradır:Biz nə vaxta qədər küçələrdə qalacağıq?
13 İyun 2025 Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib: Azad Məlikov bizi təhqir etdi, dedi ki...
13 İyun 2025 “Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı
13 İyun 2025 Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
13 İyun 2025 KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...VİDEO
13 İyun 2025 Xətai rayonu Gəncə Prospektində qanunsuz tikintiyə icra başçısı icazə verib? - Video
13 İyun 2025 SDU-da şübhəli satınalma: Bir aylıq MMC ilə müqavilə bağlayır - İLGİNC FAKTLAR
13 İyun 2025  Adil Vəliyevin XARABA QOYDUĞU SABUNÇU... - ÖZBAŞINA QALIBLAR...
12 İyun 2025 “Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” – Foto
12 İyun 2025 201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT
12 İyun 2025 QAZİNİ ALDADIB, MAĞAZASINI SÖKDÜLƏR... - İcra başçısı gündəlik çörəkpulu qazanmaq üçün yer vermişdi, rəhbər şəxslər mane oldular / VİDEO
12 İyun 2025 TOĞRUL ALLAHVERDİYEVİ HANSI MƏMURLAR HİMAYƏ EDİR? –Aslan İsmayılovdan sensasion açıqlamalar
11 İyun 2025 Nəsimi rayonunda binanın zirzəmisində qanunsuz obyektin tikintisinə kim icazə verib?-Video
11 İyun 2025 Füzuli Təhsil Sektorunda nələr baş verir?
11 İyun 2025 Sabunçu rayonunda qanunsuz tikinti xaosu: Adil Vəliyevin səssiz razılığı ilə qanunsuzluqlar dövlətə meydan oxuyur
11 İyun 2025 Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”: Zaur Mikayılova XATIRLATMA
11 İyun 2025 Özbəkistan Rusiyaya nota verdi

Dünyapress TV

Xəbər lenti