Göyçayda görülən işlərə KİM KÖLGƏ SALIR?
DİA.AZ: - "Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini 1-ci qrup hərbi əlil, ictimai fəal Məhəmmədəli Azər oğlu Səmədov tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb.

Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir: "Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayevin göstərişi ilə Göyçayda təmir-abadlıq işləri gedir. Küçələr və hətta əvvəllər heç vaxt asfalt vurulmamış, bərbad vəziyyətdə olan dalanlar belə asfalt örtüklə təmin olunmaqdadır. Mən də öz növbəmdə 29 noyabr 2022-ci il tarixdə yeni icra başçısı Natiq Ağayevin qəbulunda oldum, ondan küçəmizin bütövlükdə asfaltlanmasını xahiş etdim və o, müraciətimlə bağlı Arxitektura və Memarlıq Şöbəsinə tapşırıq verdi. Ondan sonra, yaşadığım 1-ci Ərəbcəbirli kəndində şəhid Zakir Nəcəfovun adını daşıyan küçəmizin böyük bir hissəsi asfalt örtüklə təmin olunsa da, burada müəyyən yerlərə və o cümlədən bizim dalana asfalt vurulmadı. Mən bu dəfə Göyçay Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinə üz tutdum. Lakin Göyçay RİH-nin Arxitektura və Memarlıq Şöbəsinin müdiri Ayaz Səfərəliyev müraciətimə qeyri-ciddi yanaşmağa başladı. Mobil nömrəsinə zəng etdim, sözümü tam bitirməmiş telefonu üzümə söndürdü. Səbəb isə bəlli idi. Çünki o, Göyçay Mənzil İstismar İdarəsinin rəisi olduğu müddətdə, daha dəqiq desək 2019-cu ildən başlayaraq təxminən 6 ay onun korrupsiya əməlləri barəsində mütəmadi şəkildə əsaslı silsilə məqalələr yazırdım. Bunu həm yuxarı instansiyalara yazılı ərizələr formasında ünvanlayırdım, həm də kütləvi informasiya vasitələri üzərindən geniş paylaşımlar edilirdi. Adı çəkilən idarədə maaş kartlarının mənimsənməsi, gündəlik işə çıxan işçi sayının az olması kimi mövzulara toxunmuşdum. Bundan əlavə, bir çox saytlarda onun şəhid anasını aldatdığını təsdiqləyən şikayətlər mövcuddur. Həmçinin dünənə qədər, yəni Ayaz Səfərəliyev Göyçay Mənzil İstismar İdarəsindəki vəzifəsindən azad edilərək Arxitektura və Memarlıq Şöbəsin müdiri təyin olunduğu günə kimi o, orada sözün həqiqi mənasında "monarxiya" qurmuşdu. Həmin müddət ərzində Göyçay Mənzil İstismar İdarəsini "Ayaz Səfərəliyev və Yaxınları" (qohumları: Səfəralı, Tural, Ələkbər və s..) idarəsi adlandırmaq daha məntiqə uyğun hesab edirəm. Ona görə ki, bu şəxs bütün yaxınlarını, qohum-əqrəbalarını ətrafına yığmışdı. Onlar isə ay ərzində cəmi 5-10 gün işə çıxmaqla, dövlətdən maaş alırdılar. Ayaz Səfərəliyev sözü gedən idarədə rəis vəzifəsində çalışdığı müddətdə idarənin müşahidə kameralarına baxmaq kifayətdir. Gündəlik işə çıxmayan, müşahidə kameralarında görüntüləri əsk olunmayan, lakin müəmmalı şəkildə tabeldə imzası olan işçilərə bu şəraiti yaradan məhz Ayaz Səfərəliyev olmuşdur. Onların maaşlarının hər ay kimlər tərəfindən alınması isə bankomatlardakı kamera ilə çəkilir və yaddaşda 5 il saxlanılır.
Sizcə adi bir jek müdirinin xeyli var-dövlətə sahiblənməsi özü müəmmalı deyilmi? Belə bir şəxsin çoxsaylı korrupsiya əməllərinə rəğmən, onun öz tutduğu vəzifəsindən daha yüksək vəzifə ilə vəzifələndirilməsi isə: "Saqqaldan götürüb bığa qoymaq" məsəlinə bənzəyir. Əminəm ki, Ayaz Səfərəliyevin qanunsuzluqlarından yeni icra başçısının xəbəri yoxdur.
Nəzərinizə çatdırım ki, mən 2009-cu ildə müddətli həqiqi hərbi xidmətdə olarkən xəstəliyə düçar olmuşam və hazırda 1-ci qrup (hərbi) əliləm. Qəribə səslənsə də, yenicə ayaq açıb yeriyən körpə uşaqlar kimi: Bir yeriyib, beş yıxılıram. Küçəmizin asfalt örtüklə təmin olunmasına zəruri ehtiyac var. Göyçay RİH-nin Arxitektura və Memarlıq Şöbəsinin müdiri Ayaz Səfərəliyev isə hazırki vəzifəsindən sui-istifadə edərək keçmişdə baş verən hadisələr səbəbilə mənimlə ədavət aparmaqdadır. Aidiyyəti qurumlardan xahiş edirəm, küçəmizin tam şəkildə asfaltlanması və Ayaz Səfərəliyevin Göyçay Mənzil İstismar İdarəsində rəis işlədiyi müddətdə bütün qanunsuzluqlarının mənim də iştirakımla obyektiv araşdırılması üçün ciddi tapşırıq verəsiniz. Ümid edirəm ki, şikayətim təmin olunacaqdır".
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Bölmənin digər xəbərləri

13 İyun 2025 “Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı
13 İyun 2025 Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
13 İyun 2025 KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...VİDEO
13 İyun 2025 Xətai rayonu Gəncə Prospektində qanunsuz tikintiyə icra başçısı icazə verib? - Video
13 İyun 2025 SDU-da şübhəli satınalma: Bir aylıq MMC ilə müqavilə bağlayır - İLGİNC FAKTLAR
13 İyun 2025  Adil Vəliyevin XARABA QOYDUĞU SABUNÇU... - ÖZBAŞINA QALIBLAR...
12 İyun 2025 “Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” – Foto
12 İyun 2025 201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT
12 İyun 2025 QAZİNİ ALDADIB, MAĞAZASINI SÖKDÜLƏR... - İcra başçısı gündəlik çörəkpulu qazanmaq üçün yer vermişdi, rəhbər şəxslər mane oldular / VİDEO
12 İyun 2025 TOĞRUL ALLAHVERDİYEVİ HANSI MƏMURLAR HİMAYƏ EDİR? –Aslan İsmayılovdan sensasion açıqlamalar
11 İyun 2025 Nəsimi rayonunda binanın zirzəmisində qanunsuz obyektin tikintisinə kim icazə verib?-Video
11 İyun 2025 Füzuli Təhsil Sektorunda nələr baş verir?
11 İyun 2025 Sabunçu rayonunda qanunsuz tikinti xaosu: Adil Vəliyevin səssiz razılığı ilə qanunsuzluqlar dövlətə meydan oxuyur
11 İyun 2025 Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”: Zaur Mikayılova XATIRLATMA
11 İyun 2025 Özbəkistan Rusiyaya nota verdi
11 İyun 2025 Yol nişanı ÜZƏRİNDƏ ƏT KƏSİMİ REKLAMI: İcra başçısı AÇILIŞDA
11 İyun 2025 “Yasamal Hospital”dan şikayət:“Nə həkim qəbul edir, nə də pulumu qaytarırlar”
11 İyun 2025 Özünə "kraliça" ləqəbi qazandıran məktəb direktoru Gülnaz Kərimova nə etdiyini bilmir - VİDEO
11 İyun 2025 Adil Əliyevin əcaib-qəraib işləri... - ƏGƏR...
11 İyun 2025 Qazax Rayon Mərkəzi Xəstəxanasının doğuş şöbəsi ilə bağlı qalmaqal səngimir

Dünyapress TV

Xəbər lenti