Elm və Təhsil Nazirliyində yeyinti faktları: -
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi “Yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması” adlı tenderə yekun vurub. Tenderin qalibi “ELEMENT YT” QSC (2005410371) şirkəti olub. Rəsmi məlumata görə, sözügedən şirkətlə 15 milyon 144 min 749 manat məbləğində müqavilə imzalanıb. Maraqlısı budur ki, Elm və Təhsil Nazirliyi eyni tenderi son 3 ildə artıq üçüncü dəfədir elan edir. İlin eyni dövründə elan edilən tenderin qalibi hər dəfə “ELEMENT YT” QSC olub. “Element YT” şirkəti son 3 ildə Təhsil Nazirliyindən “Yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması” tenderləri üzrə 40 milyon 644 min manatlıq sifariş alıb.

TEREF.AZ xəbər verir ki, nazirliyin eyni şirkəti hər dəfə qalib etməsinə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi öz fikirlərini Yenicag.az-la bölüşüb.

Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyinin hazırkı fəaliyyəti ürəkaçan səviyyədə deyil. Nazirlik üzərinə düşən vəzifələrin öhdəsindən gəlməkdənsə, dövlət büdcəsindən pul silməklə məşğuldur:

“Bu gün cəmiyyətdə sorğu aparsaq, son dövrlər Elm və Təhsil Nazirliyinin gördüyü işlərdən kiminsə razı qaldığının şahidi olmayacağıq. Çünki son zamanlar Elm və Təhsil Nazirliyinin başı qrant layihələrə və bu layihələr vasitəsilə gəlir əldə etməyə qarışıb. Nazirlik tenderlər elan edərək kiminlə işbirliyi edirsə, onun vasitəsilə qazanc əldə edir. 15 milyon 144 min 749 manatlıq bir vəsaitin tenderə ayrılması ağlasığmazdır. Təhsil sahəsi artıq unudulub. Təhsili istehsalatla məşğul olan bir fabrikə çeviriblər, qrant və layihələrlə dövlət büdcəsini talayırlar. Bu gün respublikada yanğınla bağlı hansısa məktəbdə quraşdırmaya deyil, məktəb tikintisinə ehtiyac var.

Bu gün məktəblərdə şagird sıxlığından tərpənmək olmur. Bir auditoriyaya 45-50 nəfər şagirdi doldurublar. Rus bölməsində isə faciəvi vəziyyət mövcuddur. Bu cür biabır vəziyyətin yaranmaması üçün eyni ərazidə bir neçə məktəb tikilməlidir. Nəticədə şagird sıxlığının qarşısını almaqla yanaşı, müəllimlərin işə qəbulunda vakant yerlərin sayı arta bilər. Hər il kifayət qədər işsiz müəllim ordusu yaradılır. Hər il 40-50 min müəllim boş-bekar qalır, iş tapa bilmir. Müəllimlərin işə qəbulu imtahanında 55-60 min müraciət olsa da, cəmi 9-10 min vakant yeri təşkil olunur. Bəs qalan 40 min müəllim nə etsin?! Onlar nəyə görə pedaqoji istiqamət üzrə ali təhsil alıb?! Nazirlik vəsaiti mənasız yerlərə xərcləməkdənsə, müvafiq ərazilərdə məktəb tikməli, rayonlarda uçub-tökülən məktəbləri təmir etməlidir.

“ELEMENT YT” şirkətinə ayrılan 15 milyon 144 min 749 manata ən azı 30 məktəb tikmək olar. Hansı ki, bu gün Abşeron rayonu ərazisində, Hökməli kəndində, Qobu, Güzdək, Müşfiqabad və bir sıra qəsəbələrdə şagirdlər məktəb tapa bilmirlər. Ona görə də şagirdlər hansısa məktəbə getmək üçün 4-5 km məsafəlik yolu qət etmək məcburiyyətində qalırlar. Elə məktəblər var ki, olduqca qəzalı vəziyyətdədir və az qalır şagirdlərin başına uçsun. Belə bir vəziyyətdə bizə yanğınla bağlı tender elan etmək və dövlət büdcəsindən pul silmək lazım deyil. Ona görə də bu məsələ araşdırılmalıdır. Eyni zamanda təhsil sahəsində ciddi islahatlara ehtiyac var. Nazirlik bu şəkildə davam edə bilməz.

Bu gün Elm və Təhsil Nazirliyi müəyyən ərazilər üzrə şagirdlərə dərs vəsaitini çatdırıb verə bilməyib. Yanğınla bağlı nələrsə quraşdırmaqdansa, elə dərs vəsaitlərini çap etmək və vaxtında şagirdlərə paylamaq lazımdır. Nazirlik harada yeyinti yeri varsa, oraları tapır və layihələri o istiqamət üzrə elan edərək pul qazanır. Fikrimcə, Elm və Təhsil Nazirliyinin fəaliyyəti tam araşdırılmalıdır. Hesablama Palatası burada baş verən yeyinti hallarını aşkarlamalıdır. Çünki bu nazirlikdə yeyinti faktları dəhşətli dərəcədədir”.
 

Bölmənin digər xəbərləri

07 İyun 2025 Müəllim valideynlərdən zinət əşyası tələb edib? - Rəsmi açıqlama - Video
07 İyun 2025 Direktor əvəzi Nahid Ağayev BakI Dövlət Sirkinin başına oyun açaraq, çətin duruma salıb —Narazılıq pik həddə
07 İyun 2025 `QƏPİYƏ QƏPİK` deyib... vətəndaşın 2000 manatını MƏNİMSƏDİLƏR... - BU NƏDİ BELƏ?
07 İyun 2025 “Dəmir Yolları”nda ABSURD QAYDALAR... - NARAZILIQ VAR...
07 İyun 2025  Başçı kefkom olanda RAYON BU GÜNƏ QALIR... - HƏQİQƏTƏN DƏ...
07 İyun 2025 “Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
06 İyun 2025 Ali təhsil sisteminin BSU BATAQLIĞI - İTTİHAM VAR...
06 İyun 2025 Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
06 İyun 2025 İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
06 İyun 2025 Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
06 İyun 2025 Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
06 İyun 2025 Hakimin biri "ölüb" dedi, digəri sağ olduğunu təsdiq etdi... -
06 İyun 2025  “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
05 İyun 2025 Suraxanıda özbaşınalığı KİM HİMAYƏ EDİR? - BU NƏDİ BELƏ?
05 İyun 2025 Seymur Məmmədov Zakir Fərəcovu yenə HƏDƏFƏ GƏTİRDİ…..
05 İyun 2025 Kəmaləddin Heydərovun təyin etdiyi rəis Qazaxda torpaq zəbtində ittiham olunur– İcra müavini və bacısı oğlunun inanılmaz əməlləri / SƏNƏDLƏRLƏ
05 İyun 2025 Elxan Nəcəfovun hegemonluğu və bitməyən sərgüzəştləri - İLGİNC FAKTLAR
05 İyun 2025 “Məlhəm” Hospitalının həkimi Günel Qənbərova gigiyenik qaydaları niyə riayət etmir?-Video
05 İyun 2025 ADNSU-nu bitirib, amma plastik cərrahdır - Daha bir qalmaqallı klinika - VİDEO
05 İyun 2025 Araz Musayev Adil Əliyevin tapşırığı ilə VURULDUĞUNU İDDİA EDİR

Dünyapress TV

Xəbər lenti