Baxış Nağıyev rəhbərlik etdiyi TƏHSİL ŞÖBƏSİNİ bazara çevirib - Korrupsiya və rüşvətxorluq pik nöktəyə çatıb

"Gədəbəy rayon təhsil şöbəsinin müdiri Baxış Nağıyev rəhbərlik etdiyi qurumu bazara çevirib. Korrupsiya və rüşvətxorluq pik nöktəyə çatıb”

BİA.az-a Gədəbəy rayonunun Çobankənd kənd tam orta məktəbinin keçmiş direktoru Babayev Sahib Qəhraman oğlu tərəfindən şikayət ərizəsi daxil olmuşdur. Məktubdan bəlli olur ki, Təhsil Şöbəsinin müdiri Baxış Nağıyevin yürütdüyü yarıtmaz siyasətin nəticəsində rayonda təhsilin səviyyəsi sıfıra yaxınlaşır. Belə ki, Baxış Nağıyev Gədəbəydə təhsil adı altında maddi imkanlarını artırmağı əsas hədəf seçib. Məktubda deyilir:"Baxış Nağıyev Gədəbəy rayonuna Təhsil Şöbəsinin müdiri təyin olunadan Gədəbəy təhsilin vəziyyəti daha da pisləşdi. Baxış müəllim məktəblərdə təhsilin keyfiyyətini yüksəltmək əvəzinə hansı direktor onun vəzifəsini təbrik edib, çox rüşvət verdisə, onlara dəstək oldu. Şurada hansı məktəbin direktoru çox pul verdisə, onun adı qabaqcıl məktəblər sırasına düşdü. Mən imkanım olmadığına görə Baxış müəllimi quru sözlə təbrik etdim. O, məni heç bir səbəb olmadan tez-tez rayona çağırtdırıb, iclaslarda pislədirdi. 2013-cü ilin dekabr ayında məndə başqa direktorlar kimi 300 (üç yüz) manatla onu təbrik etdim. O da daha salam verəndə salamımı qəbul etdi.

2015-2016-cı tədris ilində İcra Başçısının adından istifadə edərək Gədəbəy rayon YAP sədri öz qohumu ilə birlikdə məktəb direktorlarını öz kabinetinə dəvət edərək (Gədəbəy rayon təhsil şöbəsinin otağında) kiçik məktəblərə 1500 (min beş yüz) manat, böyük məktəblərə isə 2000 (iki min) manat “daskı” qoydular və bir ay müddətində "pulyıgma işi"ni başa çatdırdılar. Hec 3 ay keçməmişdi ki, Baxış müəllim növbədənkənar "revizya" keçirdi. Həmin qayda ilə yenidən kiçik məktəblərə 1500 (min beş yüz) manat, böyük məktəblərə 2000 (iki min) manat “daskı” qoydu. Mən rüşvət vermədiyimə görə 2016-cı ilin noyabr ayının 13-də məni öz bacanağına, məktəbimizin fizika müəllimiəlli Qəhraman Əliyevə döydürdü və işdən çıxartdı. Hüquq Mühafizə orqanlarının araşdırmasından sonra mənim heç bir günahımın olmadığı aşkar oldu. 4 aydan sonra mən öz iş yerimə bərpa olundum. Baxış müəllim isə cəzasız qaldı. Baxış müəllim yenə də məni saxta əmirlə işdən azad etdi.
Baxış Nağıyev rəhbərlik etdiyi TƏHSİL ŞÖBƏSİNİ bazara çevirib - Korrupsiya və rüşvətxorluq pik nöktəyə çatıb
Baxış Nağıyev rüşvət almaqda Gədəbəydə ad-san qazanıb. O, işlədiyim müddətdə məktəbimizə ayrılan təsərüfat xərclərini mənimsəyib. Nə miqdarda olduğunu da bilmirəm. Mən hər il öz məvacibimlə 1 ildə məktəbdə odun (yanacaq) və yanacağı siniflərdə yandırmaq üçün avadanlıqlara 1000 (min ) manata qədər xərc çəkirdim. Dövlətimiz bunlara pul ayırır, lakin bu vəsait bizə yox, nə yollarlasa Baxış müəllimə çatır. Məktəblərdə dərnək saatları 2 ildə 12 saatla hesablanmalı olduğu halda 18 saatla hesablanıb. Gədəbəy rayonunda 86 məktəbdə dövlətimizdən oğurlanan pul 1 milyondan artıqdır. Maraqlıdır belə bir təhsil şöbəsi müdirinin arxasında kim durur? Təhsil Nazirinin bundan xəbəri yoxdurmu? Varsa belə bir məmur haqqında niyə ölçü götürülmür.

Təhsil Şöbəsinin müdiri hər məktəbdən “özü olmayan” ancaq ştatda adı olan müəllimlər və texnik işçilər saxlayır və oların əmək haqqını yazdırır və olardan alır. Vermədikdə direktorları işdən azad etdirir. Bu il rayonumuza gələn yeni İcra Başçısı məktəb direktorlarının iştirakı ilə iclas keçirdi. Öz tapşırıqlarını verdi. Müəllimin cibinə girmək olmaz, dedi Təhsil Şöbəsinin müdirinə. Bu sözlərdən sonra şəxsən mən hər ay ona yüz manat verirdimsə daha vermədim. Bunu Təhsil Şöbəsinin müdiri biləndə məni gözümçıxdıya saldı. Tez-tez Təhsil Şöbəsinin əməkdaşlarını məktəbə göndərib yoxlamalar təşkil edirdi. Özü buraxdığı müəlliməyə (mənə təkidlə buraxdırdığı) görə məni işdən çıxartdı. Bunun səbəbi odur ki, buraxdığı müəllimənin əmək haqqını Baxış müəllimə verməliydim. Mən isə həmən müəllimənin dərslərini tədris edən müəllimələrə verdim. Bu səbəbdən Təhsil Nazirliyinin heç bir göstərişi olmadan məni işdən azad edərək Novo-İvanovka kəndindən İlqar adlı müəllimdən rüşvət alaraq mənim yerimə direktor təyin etdi.

Gədəbəy rayonunun Şahdağ kənd tam orta məktəbində 13 ildir müxtılif vəzifələrdə adı olub, özü olmayan Əliyeva Aygün Ramiz qızına gözün üstə qaşın var deyən yoxdur. Çünki atası Baxış müəllimin sağ əlidir (rüşvət almaqda ən yaxşı köməkçisi Şahdağ məktəbinin direktoru Əliyev Ramizdir). Bunun kimi çox nümunələr göstərə bilərəm. Sizdən xahiş edirəm ki, mənim ərizəmə haqq ədalətlə yanaşasız, əgər mən cinayətkaramsa cəzamı çəkməyə hazıram. Kimin haqsız olmasını üzə çıxardıb, onun barəsində ölçü götürün. Əqidəmdə dürüstəm, xalq arasında qazancım düz olmağımdır. Düz isə düzdə qalar deyiblər. Əgər mən də rüşvətxor olsaydım yəqin ki, mənim sözüm Baxış müəllimin yanında keçərli olardı. Mən də Baxış müəllim kimi müəllimlərin cibinin pulu ilə Gədəbəy rayonunun Qaradağ kəndində pay torpağında özümə villa tikərdim. Bahalı maşınlara və qoyun sürülərinə sahib olardım."

P.S: Ümid edirik ki, ölkənin müvafiq orqanları şıkayətcinin qeyd etdiyi faktları ətraflı araşdıracaq və rayonda təhsilin səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə uyğun qərarlar veriləcəkdir.
BİA.az

Bölmənin digər xəbərləri

31 Yanvar 2025 Suraxanı sakinini təhdid edənlər kimlərdir? - VİDEO
31 Yanvar 2025 FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
31 Yanvar 2025 Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... - referenduma getmədən muxtar səlahiyyətləri ləğv etməkdir...
31 Yanvar 2025 Nəsimi rayon sakinlərindən Leyla Əliyevaya müraciət: "Məhəlləmizi xarabalığa döndərirlər, bizə kömək edin" (VİDEO)
31 Yanvar 2025 Rəis oğlunu mühəndis, baldızı oğlunu müavini təyin etməsinə belə cavab verdi: "Məgər ölkəmizdə eyni ailə üzvlərinin bir təşkilatda işləməsinə dair nümunələr yoxdur?"
31 Yanvar 2025 Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika... - vətəndaş süründürməçiliyi ifşa etdi
30 Yanvar 2025 Namiq Hümmətov-Ramin Abdullayev cütlüyü Qarabağda milyonları necə talayıb? - İLGİNC İDDİALAR
30 Yanvar 2025 Texniki Universitetdə BAZAR QAYDALARI... - Əgər rektor özünü "bazarkom" bilirsə...
29 Yanvar 2025 Həbibullayevdən TİKİNTİ XAOSU - Bakının "ANASI BELƏ AĞLAR QALIR"...
29 Yanvar 2025 “Medilife” klinikası 37 yaşlı kişini necə öldürüb? - Xanımı danışdı
29 Yanvar 2025 Biləsuvar Suvarma Sistemləri İdarəsində “ailə“podratı - Rəis 4 ayda oğlunun vəzifəsini 3 dəfə dəyişib
29 Yanvar 2025 Xəstə yaxını UYARDI: Özünüzü bu həkimdən QORUYUN! - İTTİHAM VAR! /YENİLƏNİB
29 Yanvar 2025 Mürsəl İbrahimov yəqin ki bunları bilmir... - İLGİNC İDDİALAR
29 Yanvar 2025 Gəncənin yolları NİYƏ `BURMA-BURMADIR`? - ARAŞDIRMA
28 Yanvar 2025 48 saylı notariat ofisinin Xüsusi notariusu Bakı şəhərinin müxtəlif ünvanlarında sənədləri necə təsdiqləyir? – Səadət Hüseynovun “məsuliyyətə cəlb olunma müddəti ötmüş” cinayət əməlləri
28 Yanvar 2025 Nazirliyin əməkdaşlarına telefon çırpan xanım həkimdən ŞOK şikayətlər və “yuxarılara çatan göstəriş” - FOTOFAKT
28 Yanvar 2025 Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..
28 Yanvar 2025 Ölüm poliqonuna çevrilən “Mərcan” klinikası... KİMİNDİR?
27 Yanvar 2025 Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
27 Yanvar 2025 SOCAR qonşusunu ölümcül döyən Təhmas Rüstəmovla bağlı niyə susur? - AUDİT RƏİSİNİN GİZLİNLƏRİ

Dünyapress TV

Xəbər lenti