Lətifə kimi hadisə: icra başçısı məhkəmə vasitəsilə əlilə mətbuat qadağası qoyur
Yasamal İcra Hakimiyyəti və onun gənc başçısı 8 aydan çoxdur ki, rəhbərlik etdiyi rayonun ərazisində fiziki məhdudiyyətli şəxslə apardığı “mübarizə”sini ən son həddinə çatdırıb. Belə ki, İcra Hakimiyyəti fiziki məhdudiyyətli vətəndaş Zaur Seyidzadənin yaşayış evinin qapısını dağıtması yetməzmiş kimi, indi də məhkəmə salonlarında hüququnu axtaran zərərçəkənə ölkə mətbuatına çıxmağı, müsahibə verməyi qadağan edə bilmək üçün qollarını sıvayıb.
İcra başçısı Elşad Həsənovun sahiblik etdiyi Yasamal rayonu İcra Hakimiyyətinin nümayəndəsi Zaur Seyidzadəyə bildirib ki, O, gedən proseslər barədə tez-tez mətbuata açıqlama verməklə, həm məhkəmənin, həm də icranın işini çətinə salır. Qarşı tərəf iddia edir ki, zərərçəkən Zaur Seyidzadənin başına açılan müsibətlər barədə mətbuata çıxaraq ölkə rəhbərliyinə və ictimaiyyətə mütəmadi məlumatlar verməsi, məhkəmə prosesinə təzyiq vasitəsidir və bu səbəbdən də Zaur Seyidzadə növbəti dəfə icra hakimiyyəti tərəfindən məhkəməyə verilib. Sentyabrın 6-da keçiriləcək məhkəmə prosesində Zaur Seyidzadənin ölkə mətbuatına çıxışına qadağa qoyulması tələb edilir.

İcra Hakimiyyətinin özbaşınalığından ölkə rəhbərliyinə şikayət etdiyi üçün məhkəmə vasitəsilə mətbuata çıxışına qadağa gətirilməsi, ölkə gündəmində bir ilkdir və lətifə kimi hadisədir. Söz azadlığının belə kəskin qərarlarla məhdudlaşdırılması və bu özbaşınalığa “məhkəməyə təzyiq” adı altında don geyindirilməsi, ictimaiyyətə müraciətin məhkəmənin vasitəsilə qadağan olunmağa çalışılması, səkkiz ay fiziki məhdudiyyətli şəxslə prinsipə düşən icra başçısının hələlik heç kimə məlum olmayan hansısa planlarından, məqsədlərindən xəbər verir.

İcra hakimiyyətinin özü ilə prinsipə düşüb, söz azadlığına məhdudiyyət gətirməyə çalışdığı birinci qrup əlil Zaur Seyidzadə Bizimyol.info-ya bildirib ki, mətbuata çıxışı ilə bağlı icra hakimiyyətindən ona ilk olaraq şifahi şəkildə xəbərdarlıq olunub, bundan sonra isə Zaur Seyidzadə məhkəməyə verilib: “ İcra Hakimiyyəti evimə qapı açıdığım üçün məni 300 manat məbləğində cərimələmişdi. Daha sonra bu qurumun hüquqşünası kimi tanınan Sərxan bizə gəldi və bildirdi ki, həmin o 300 manat cərimədən imtina ediblər, bununla bağlı da sənəd göndəriləcək. Ancaq cərimənin ləğvi barədə kağız mənə verilmədi. Dedikləri elə şifahi olaraq qaldı. Bundan əlavə, nümayəndə mənə dedi ki, problemlə bağlı icra başçısı ilə də danışacaq ki, mənə dəstək olsun. Halbuki, burda heç bir dəstəkdən söhbət gedə bilməz, adamlar qapımı dağıdıblar, aylardır məni məhkəmələrdə süründürürlər, indi də mətbuata çıxışıma qadağa gətirmək istəyirlər. Guya ki, hansısa mətbuat orqanına müsahibəmdə demişəm ki, İcra Hakimiyyəti məndən 10 min manat pul istəyir. İndi bunu əllərində bayraq edib, məhkəməyə veriblər ki, guya başçıya böhtan atıram. Halbuki, mən heç bir media orqanına belə bir açıqlama verməmişəm. Görünür, elə bu da icra başçısının bir oyunudur ki, məhkəməyə verməsi üçün əlində bir əsası olsun. Ancaq bu, əsas sayıla bilməz. Çünki mən heç bir mətbuat orqanına içində belə bir cümlə keçən müsahibə verməmişəm. Əksinə, böhtanı atanlar, mənim elə bir müsahibə verdiyimi yazan “mətbuat orqanı” və bu dezinformasiyadan sui-istifadə edən Yasamal İcra Hakimiyyətinin özüdür. İndi mənə qaranlıq qalan önəmli məsələ odur ki, inzibati məhkəmənin öncəki qərarında evə baxış keçirmələri üçün ekspertlər təyin olunmuşdu, onlar gəlib, evin qapısına baxmalı idilər. Ancaq vaxtı uzatdılar, gələn-gedən də yoxdur. İndi İcra Hakimiyyəti onların gəlməməyindən də sui-istifadə edib, mətbuata çıxışıma qadağa gətirmək istəyir. Əgər məhkəmə mənə mətbuata çıxışı qadağan etsə, bu, açıq-aşkar söz azadlığının, insan hüquqlarının kobud şəkildə pozulması olacaq və bütün bunlar İcra Hakimiyyətinin açıq-aşkar məhkəmənin qərarlarına müdaxiləsi kimi qiymətləndiriləcək. Ümidvaram ki, məhkəmə ədalətli qərar qəbul edəcək. Hansı ki, evimə qapı qoyulması barədə müvəqqəti qərardaddan apellyasiya şikayəti verən İcra Hakimiyyətinin həmin şikayəti məhkəmə tərəfindən rədd edildi və ədalətli qərar qəbul olundu. Eyni ədalətli qərarın inzibati məhkəmə tərəfindən də qəbul olunmasına ümidvaram”,– deyə Zaur Seyidzadə bildirib.
Bizimyol.info

Bölmənin digər xəbərləri

07 İyun 2025  Başçı kefkom olanda RAYON BU GÜNƏ QALIR... - HƏQİQƏTƏN DƏ...
07 İyun 2025 “Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
06 İyun 2025 Ali təhsil sisteminin BSU BATAQLIĞI - İTTİHAM VAR...
06 İyun 2025 Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
06 İyun 2025 İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
06 İyun 2025 Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
06 İyun 2025 Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
06 İyun 2025 Hakimin biri "ölüb" dedi, digəri sağ olduğunu təsdiq etdi... -
06 İyun 2025  “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
05 İyun 2025 Suraxanıda özbaşınalığı KİM HİMAYƏ EDİR? - BU NƏDİ BELƏ?
05 İyun 2025 Seymur Məmmədov Zakir Fərəcovu yenə HƏDƏFƏ GƏTİRDİ…..
05 İyun 2025 Kəmaləddin Heydərovun təyin etdiyi rəis Qazaxda torpaq zəbtində ittiham olunur– İcra müavini və bacısı oğlunun inanılmaz əməlləri / SƏNƏDLƏRLƏ
05 İyun 2025 Elxan Nəcəfovun hegemonluğu və bitməyən sərgüzəştləri - İLGİNC FAKTLAR
05 İyun 2025 “Məlhəm” Hospitalının həkimi Günel Qənbərova gigiyenik qaydaları niyə riayət etmir?-Video
05 İyun 2025 ADNSU-nu bitirib, amma plastik cərrahdır - Daha bir qalmaqallı klinika - VİDEO
05 İyun 2025 Araz Musayev Adil Əliyevin tapşırığı ilə VURULDUĞUNU İDDİA EDİR
05 İyun 2025 Şəmkir sakini hərbi hissədə vəhşicəsinə döyüldü, şikayətinə baxılmır - HƏRBİ PROKURORLUQ İTTİHAM OLUNUR / FOTO
05 İyun 2025 Naxçıvan xəstəxanalarında başlı başını saxla prisipi... - Ali Məclis isə susur
05 İyun 2025 BU NƏDİ BELƏ: PKK simpatizanı Kəlbəcərin quruculuğunda... - ŞOK FAKTLAR...
05 İyun 2025 Siyəzəndə “zəhərli yem” FACİƏSİ: 100 minlik ziyan, saxta sənədlər, vergidən yayınma – AQTA məsuliyyəti niyə BOYNUNDAN ATIR?

Dünyapress TV

Xəbər lenti