“Təhsil” istirahət mərkəzidir, yoxsa islah koloniyası
Nabrandakı təhsil işçilərinin istirahət mərkəzindən qazilərə qarşı ayrı-seçkilik
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının ( AHİK ) və eyni zamanda təhsil işçiləri həmkarlar komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyevin həmkarlarının istirahətlərini yüksək səviyyədə təmin etməsini danmaq, ən azı, insafsızlıq olar. Özəlliklə, əlil və şəhid ailələrinə diqqət və qayğı, onların pulsuz yollayışlarla təchiz edilməsi belə fikirləşməyə əsasdır. Di gəl, yollayış verilməsinin hələ istirahət yerində normal dincəlməyə əsas vermədiyini də vurğulayaq. Vətəndaş yollayışla kurortlara üz tutanda istirahət mərkəzinin rəhbərliyinin elə özbaşınalıqları ilə üzləşir ki, əli üzündə qalır.
Nabrandakı “Təhsil” istirahət mərkəzi dənizdən ortalıq iki kilometr aralıqda meşə massivinin içində salınıb. Bilgiyə görə, birdəfəyə 260 nəfər turisti qəbul etmək gücündədir. Burada bir neçə kottec və üçqatlı otel dincəlməyə gələnlərin ixtiyarına verilib. Oyun meydançaları, açıq-qapalı basseyn, tibb məntəqəsi də öz yerində. Hələ yeni üçqatlı otel kompleksinin tikintisi də davam edir. Hər gün iki dəfə avtobus istirahətçiləri (iki saatlıq) çimərliyə aparıb – gətirir . Yemək evlərinin yalnız biri istirahətə gələnlərə ayrıldığından yemək vaxtı ikinövbəlidir. Amma bu da yemək zamanı darısqallıqdan xilas etmir. Fikrimizcə, digər istirahət mərkəzlərində olduğu kimi, burada da biznes marağına xidmət edən yeməkxanaların gündə üç dəfə bir saatlıq yollayışla və digər yolla gələn turistlərə ayrılması ilə problemi çözmək olar. Amma deyəsən, turistlərin istirahəti biznes marağından aşağıda tutulur. Hələ üstəlik mərkəzə girişə yeni qaydalar , daha düzü, qadağalar qoyulub.
İki gün öncə -3 avqustda saat 10 radələrində “Təhsil” istirahət mərkəzinin dəmir qəfəslikli qapısına yollayışla gələnləri gözətçi köşkünün kiçik pəncərəsindən qarşılayan şəxs içəri girməyə qadağa qoyub ki, növbə ilə buraxılmalıdırlar. Hətta Qarabağ qazisi ailəsinə də güzəşt tanımayan buyruq qulları, heç olmazsa, qapının çölündə oturmağa yer də fikirləşmir. Amma növbədənkənar xidmət hüququ olan əlil(lər) ailəsindən sonra gələnləri xüsusi tapşırıqla içəri buraxıblar. Onu da vurğulayaq ki, mərkəzin giriş qapısından qeydiyyat otağına kimi ortalıq əlli metrlik məsafə var və mərkəz böyük -on hektara yaxın ərazidə yerləşir. Belədə insanları qapının ağzında dəmir barmaqlıqlar arxasında saxlamağın nə anlamı var? Bilmək olmur, bura istirahət mərkəzidir, yoxsa islah koloniyası?
Qeydiyyat otağına uzun növbədən , halbuki növbədə görünən də yoxdu, girmək şərəfinə nail olan Qarabağ əlili ailəsinə yalnız birinci qatda iki havasız otağın olduğunu bildiriblər. Bu necə ola bilər? On günlük yollayışla səhər tezdən mərkəzdə olan vətəndaşa bütün nömrələrin tutulması yalanı necə sırına bilər? Belə çıxır, yerlər öncədən xüsusi tapşırıqla bron edilib?
Özbaşınalıq və ayrı-seçkilik ilə bağlı millət vəkili, AHİK -in sədrinə köməkçisinin araçılığı ilə müraciət edən qazi- müəllim ailəsi hələ də “Təhsil xidməti”ndən gileylidir. Elə digərləri kimi. ..
Məğrur Bədəlsoy
Teref/az

 

Bölmənin digər xəbərləri

30 Yanvar 2025 Namiq Hümmətov-Ramin Abdullayev cütlüyü Qarabağda milyonları necə talayıb? - İLGİNC İDDİALAR
30 Yanvar 2025 Texniki Universitetdə BAZAR QAYDALARI... - Əgər rektor özünü "bazarkom" bilirsə...
29 Yanvar 2025 Həbibullayevdən TİKİNTİ XAOSU - Bakının "ANASI BELƏ AĞLAR QALIR"...
29 Yanvar 2025 “Medilife” klinikası 37 yaşlı kişini necə öldürüb? - Xanımı danışdı
29 Yanvar 2025 Biləsuvar Suvarma Sistemləri İdarəsində “ailə“podratı - Rəis 4 ayda oğlunun vəzifəsini 3 dəfə dəyişib
29 Yanvar 2025 Xəstə yaxını UYARDI: Özünüzü bu həkimdən QORUYUN! - İTTİHAM VAR! /YENİLƏNİB
29 Yanvar 2025 Mürsəl İbrahimov yəqin ki bunları bilmir... - İLGİNC İDDİALAR
29 Yanvar 2025 Gəncənin yolları NİYƏ `BURMA-BURMADIR`? - ARAŞDIRMA
28 Yanvar 2025 48 saylı notariat ofisinin Xüsusi notariusu Bakı şəhərinin müxtəlif ünvanlarında sənədləri necə təsdiqləyir? – Səadət Hüseynovun “məsuliyyətə cəlb olunma müddəti ötmüş” cinayət əməlləri
28 Yanvar 2025 Nazirliyin əməkdaşlarına telefon çırpan xanım həkimdən ŞOK şikayətlər və “yuxarılara çatan göstəriş” - FOTOFAKT
28 Yanvar 2025 Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..
28 Yanvar 2025 Ölüm poliqonuna çevrilən “Mərcan” klinikası... KİMİNDİR?
27 Yanvar 2025 Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
27 Yanvar 2025 SOCAR qonşusunu ölümcül döyən Təhmas Rüstəmovla bağlı niyə susur? - AUDİT RƏİSİNİN GİZLİNLƏRİ
26 Yanvar 2025 BU NƏDİ BELƏ: Beynəlxalq Bankın blokladığı kartdan PUL OĞURLANIB... - DƏLİXANADIR, VALLAH...
25 Yanvar 2025 “Azərenerji” ASC-nin Korporativ Etika Qaydaları ilə Üzeyir Yusifovun əməlləri nə dərəcədə üst-üstə düşür
24 Yanvar 2025 “Qaradağ rayonu İcra Hakimiyyətinin əlindən cana yığılmışıq, yollarımız bərbaddır”-FOTO+VİDEO
24 Yanvar 2025 QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı
24 Yanvar 2025 BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir - İcazə verin şübhələnək...
24 Yanvar 2025 Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM VAR...

Dünyapress TV

Xəbər lenti