Siyəzəndə “zəhərli yem” FACİƏSİ: 100 minlik ziyan, saxta sənədlər, vergidən yayınma –
Siyəzən sakini, sahibkar Rəhim Süleyman oğlu Hüseynov Ağdaş Yem Fabrikindən aldığı yem səbəbindən quşçuluq təsərrüfatının məhv olmasından şikayətçidir.

Yenicag.az xəbər verir ki, şikayətçi, məsələnin daha öncə də müxtəlif media orqanlarında işıqlandırılmasına baxmayaraq hələ də öz həllini tapmadığını bildirib.

Sahibkarın sözlərinə görə o, Ağdaş Yem Fabrikinin rəhbərliyi ilə şifahi razılaşma əsasında qurumdan yem alaraq, quşçuluq təsərrüfatı ilə məşğul olub. Lakin 2023-cü ilin yayında bəslədiyi quşların adıçəkilən fabrikin yemindən zəhərlənməsi faktının aşkarlandığını vurğulayıb.

Şikayətçi bildirib ki, toyuqların kütləvi şəkildə öldüyünü görəndən sonra sözügedən fabrikin rəhbər şəxslərindən olan Maşallah Tağıyev, həkim Nuran Ağayev və digərlərinin təsərrüfatına gəlməsini tələb edib. Ancaq həkim Nuran Ağayev baxış keçirdikdən sonra əvvəlcə toyuqların cuma xəstəliyinə yoluxduğunu iddia edib.

Sahibkar diqqətə çatdırıb ki, araşdırdıqdan və düzgün diaqnoz qoyulmasını tələb etdikdən sonra 20 ölü toyuq müayinəyə göndərilib və həqiqətən də toyuqların zəhərlənmə nəticəsində öldüyü öz təsdiqini tapıb. Yalnız Maşallah Tağıyev də yemdən zəhərlənmənin təsdiqini gördükdən sonra dəymiş ziyanın qarşılanacağını bildirib. Həmçinin zərərçəkən sahibkardan məsələ ilə bağlı hər hansı yerə şikayət olunmamasını xahiş edib.

Eyni zamanda R. Hüseynov iddia edib ki, zərərçəkən yalnız o deyil, Siyəzən rayonunda Seymur, Elçin və Vahab adlı 3 sahibkar da yemin keyfiyyətsizliyi səbəbindən külli miqdarda ziyana düşüb.

Sahibkar zəhərlənmə öz təsdiqini tapdığı üçün ona dəyən ziyanın ödənildiyini bildirib. Bu hadisədən sonra isə uzun müddət Ağdaş Yem Fabrikindən yem almayıb. Əlavə olaraq 2024-cü ilin sentyabrında Ceyranbatan quşçuluq fabrikindən 36 min cücə aldığını, bu ərəfədə isə Ağdaş Yem Fabrikinin işçilərinin onu Maşallah Tağıyevin köhnə işçiləri çıxardığına və yeni komanda gətirdiyinə, nəticədə isə daha keyfiyyətli yem istehsal edildiyinə inandırdığını deyib.

Şikayətçi bildirib ki, noyabr ayında alınan yemlər 3 ayrı fermada toyuqların hamısının zəhərlənməsinə səbəb olub. Qısa müddətdə 19.190 toyuğun tələf olduğunu, 100 min manata yaxın zərərin dəydiyini diqqətə çatdırıb.
R. Hüseynovun sözlərinə görə elə əsas həllini tapmayan məsələ də buradan başlayıb. Belə ki, kütləvi ölümün yenə yemdən qaynaqlandığını müəyyənləşdirən sahibkar Maşallah Tağıyevi təsərrüfata dəvət edib. Lakin sözügedən şəxs olan Nuran həkim yemi almağa inandıran Ədalət və Elnurla birgə təsərrüfata gəlsələr də, fərqli bəhanələr səsləndiriblər.

Şikayətçi iddia edib ki, uzun təkidlərdən sonra toyuqlardan qan alınıb və analizə göndərilib. Ancaq 2024-cü il 28 noyabr tarixində Maşallah Tağıyev külli miqdarda pul ödədiyi saxta analiz cavablarını ona təqdim edib. Həmin sənəddə isə guya toyuqlarda quş qripi və cuma xəstəliyi aşkarlandığı qeyd olunub.

Zərərçəkən sahibkar bildirib ki, sözügedən analiz sənədində nə möhür, nə də imza olmayıb. Həmçinin toyuqların da cinsi və növü səhv göstərilib. Həmin sənədin etibarlılığını yoxlamaq məqsədilə Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib və agentliyin 17 mart 2025-ci ildə göndərdiyi cavabda həmin sənəddə əsas məlumatların heç biri olmadığı üçün onun etibarlılığını yoxlamağın qeyri-mümkün olduğu qeyd edilib.

Həmçinin Rəhim Hüseynov AQTA-ya toyuqların əsl ölüm səbəbinin müəyyənləşdirilməsi üçün müraciət etdiyini, cavabda isə toyuqların quş qripi və cuma xəstəliyinə tutulmadığını, qaydalara uyğun olaraq vaksin olduqlarını, lakin yemin məhz Maşallah Tağıyevdən alındığını öyrənəndən sonra toyuqların əsl ölüm səbəbini deməkdən boyun qaçırdıqlarını, dəfələrlə müraciət edilməsinə baxmayaraq agentlik tərəfindən müxtəlif bəhanələrlə yola verildiyini deyib.
Eyni zamanda o, Ağdaş Yem Fabrikinin vergidən yayınaraq kassa, mədaxil, qəbz və yaxud məhsulun alındığını göstərən heç bir sənəd olmadan fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Şikayətçi olan zərərçəkən məsələnin həlli və düzgün araşdırılması ilə bağlı Baş Prokurorluğa müraciət edib, həmçinin Prezident İlham Əliyevdən kömək istəyib.

Daha ətraflı videomaterialda:
 

Bölmənin digər xəbərləri

06 İyun 2025 Ali təhsil sisteminin BSU BATAQLIĞI - İTTİHAM VAR...
06 İyun 2025 Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
06 İyun 2025 İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
06 İyun 2025 Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
06 İyun 2025 Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
06 İyun 2025 Hakimin biri "ölüb" dedi, digəri sağ olduğunu təsdiq etdi... -
06 İyun 2025  “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
05 İyun 2025 Suraxanıda özbaşınalığı KİM HİMAYƏ EDİR? - BU NƏDİ BELƏ?
05 İyun 2025 Seymur Məmmədov Zakir Fərəcovu yenə HƏDƏFƏ GƏTİRDİ…..
05 İyun 2025 Kəmaləddin Heydərovun təyin etdiyi rəis Qazaxda torpaq zəbtində ittiham olunur– İcra müavini və bacısı oğlunun inanılmaz əməlləri / SƏNƏDLƏRLƏ
05 İyun 2025 Elxan Nəcəfovun hegemonluğu və bitməyən sərgüzəştləri - İLGİNC FAKTLAR
05 İyun 2025 “Məlhəm” Hospitalının həkimi Günel Qənbərova gigiyenik qaydaları niyə riayət etmir?-Video
05 İyun 2025 ADNSU-nu bitirib, amma plastik cərrahdır - Daha bir qalmaqallı klinika - VİDEO
05 İyun 2025 Araz Musayev Adil Əliyevin tapşırığı ilə VURULDUĞUNU İDDİA EDİR
05 İyun 2025 Şəmkir sakini hərbi hissədə vəhşicəsinə döyüldü, şikayətinə baxılmır - HƏRBİ PROKURORLUQ İTTİHAM OLUNUR / FOTO
05 İyun 2025 Naxçıvan xəstəxanalarında başlı başını saxla prisipi... - Ali Məclis isə susur
05 İyun 2025 BU NƏDİ BELƏ: PKK simpatizanı Kəlbəcərin quruculuğunda... - ŞOK FAKTLAR...
05 İyun 2025 Bakıda qeyri-steril şəraitdə prosedur: Həkim pasiyentinin çılpaq görüntüsünü paylaşdı
04 İyun 2025 Özünü iş adamı kimi qələmə verən Oqtay Əliyev sahibkarların cibinə və dövlətin büdcəsinə necə “girir”?
04 İyun 2025 Nazirlə DİM sədrinin baltaladığı Azərbaycan təhsili - nə qolu qalıb, nə budağı...

Dünyapress TV

Xəbər lenti