Rövşən Rüstəmovun işçiləri ÖZBAŞINA QALIB... -
"Mən Eldar Güləliyev Azərbaycan Dəmir Yolları QSC-nin İnfrastrktur Departamentinin 1 nömrəli işarəvermə və rabitə sahəsinin XAZ sexinin böyük mexaniki işləyirdim. Mən tərəfdən istifadə olunması üçün mühafizə olunan dəmir yolu keçidi üçün 900 metr kabel lazım idi. Mən bu barədə idarənin rəisi Elxan İsmayılova müraciət etdim. Mənə bildirdi ki kabel yoxdur. Halbuki dövlətimiz tərəfindən izolyasiya olunmuş külli miqdarda qiyməti olan kabellərlə təmin olunublar..." "DİA-AZ" xəbər verir ki, bu barədə hüquqları tapdanan ADY əməkdaşının etdiyi müraciətdə deyilir.
Müraciət müəllifi daha sonra bildirir: "İnsanların həyatı təhlükədə olduğu üçün mən məcbur qalıb bu barədə ölkə başçısına şikayət ünvanladım. Bundan sonra Elxan İsmayılov mənə kabellərlə təmin etdi. Lakin iclasda bildirdi ki, “nə olsun sən prezidentə şikayət etmisən, istəyirsən lap Səddam Hüseynə şikayət et, burda qanun mənəm”.
Bundan sonra şikayət etdiyim üçün məni işdən azad etdilər, mənə düşən əmək haqqımın 5 misli miqdarında kompensasiyanı da vermədilər. İnsan resursları departamentinin rəhbəri Sevinc Məmmədova və Nahid Bədirov mənə dedilər ki, get hara istəyirən şikayət et. Hətta 2 ay ərzində mənim əmək kitabçamı da qaytarmadılar. Mən 42 il stajlı dəmiryolçulayam, iş daimi işdir, lakin məcburiyyət qarşısında mənə müddətli müqavilə imzalatdırıblar. Və işəgötürən Elxan İsmayılovun yaxın dostu Qəzənfər Abduləzimov bundan sui-istifadə edərək mənim müqaviləmə xitam verdi..."
Mən 31.01.2025 tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyevin Qusarda keçirilən qəbuluna getdim, ona hər şeyi izah etdim. Cənab nazir mənə bildirdi ki, sizin kompensasiyanız ödəniləcək və bu işi nazirliyin insan resursları şöbəsinin rəisi Renat Rüstəmova tapşırıldı. Həmin şəxs mənimlə əlaqə saxlayıb soruşdu ki, sizə nə qədər pul ödənilməlidir? Mən də dedim ki, əmək haqqımın 5 misli, yəni 5000 manat. Dedi yaxşı, Elxanla danışaram. 2 gündən sonra isə mən ondan məktub aldım. Məktubda qeyd olunurdu ki, bunun bizə aidiyyatı yoxdur, get məhkəməyə müraciət et. (Həmin məktubu da sizə təqdim edirəm). Mən ona zəng edib soruşdum ki, ay müəllim bu nə məktubdu mənə göndərmisiz, bəyəm nazir bilmir bunun kimə aidiyyatı var, axı o mənə camaatın içində söz verdi ki, pulun ödəniləcək. Renat Rüstəmov mənə cavab verdi ki, bəs o məktubu ele-belə göndərmişəm, sənin pulun ödəniləcək.
Qeyd edim ki, mən 03.02.2025 tarixdə Həmkarlar İttifaqları Konfederasiyasının Sədri Sahib Məmmədovun qəbulunda olmuşam, ona da müraciət etmişəm. O mənə söz verdi ki, biz tərəfədan sənə 42 il stajlı dəmiryolçu olduğun üçün 1000 manat ödəniləcək. 1000 manat mənə ödənildi və bildirildi ki, bu sırf AHİK tərəfindən ödənilir və nazirin vəd etdiyi 5 misli ilə əlaqəsi yoxdur.
Sonradan Renat Rüstəmov AHİK-dən verilən pula şərik çıxmaq istədi. Zəng edib məndən soruşdu ki, nə oldu sənə pul ödənildi? Dedim o pul 1000 manatdır AHİK tərəfindən ödənilib, onun sizə aidiyyatı yoxdur. Dedi ki, yox əslində sənə heç o da düşmür, müraciət etmisən deyə sənə onu veriblər. Dedim ay müəllim, nazir özü mənə söz verib, siz adi işçisiz, siz necə qərar verə bilərsiz ? Həm də əgər düşmürsə, mənə göndərdiyiniz məktubda elə onu yazardız da, niyə yazırsız bizə aidiyyatı yoxdur?! Həm də əgər qanunla mənə o pul düşmürsə bəs 1000 manat niyə verilib? O sualıma cavab verə bilmədi. Ondan sonra daha mənim zənglərimə də cavab vermir. Görünür, pulun qalan hissəsini öz aralarında bölüşdürüblər.
Görünür nazirin verdiyi sözə əhəmiyyət verən yoxdur, onun tapşırıqları yerinə yetirilmir..."

Bölmənin digər xəbərləri

07 Aprel 2025 Gəncədə erməni raketinin zədələdiyi evlərin pulları mənimsənilib - Arxitektura Komitəsi gəncəliləri aldadır-FOTO
07 Aprel 2025 Bakıda məktəb direktoru övladına dəbdəbəli toy çaldırdı-Ulduzlar axın etdi- FOTOLAR
07 Aprel 2025 Emin Əmrullayev və Ədalət Muradov arasında nə baş verir? – “Tələbələr hansısa mübahisələrin predmetinə, alətinə çevrilməli deyillər”
07 Aprel 2025 Əvəz Qocayev gedir, sədrlik arzusu gözündə qaldı: Saleh Məmmədovun yerinə kim gəlir?
07 Aprel 2025 Sabiq gömrük şefləri Aydın Əliyev və Səfər Mehtiyevin Azərbaycandan çıxardığı milyonların izi ilə…
07 Aprel 2025 Nəsimi rayonunda "YAŞIL TERROR" davam edir
07 Aprel 2025 "Sumqayıt" MMC ağacları kəsdi, ərazini hasarladı-Qanunsuz tikinti aparılacaq?- Video
07 Aprel 2025 Göyçayda Dövlət Məşğulluq Agentliyi "Vəzifə saxtakarlığı"na yol verilmişdir
07 Aprel 2025 Nərimanovda camaatın evini başına uçurlar: BAŞÇI QEYBƏ ÇƏKİLİB - AAYDA "dövlət çətiri" altında özbaşınalıq edir
06 Aprel 2025 Nazirliyin buralardan XƏBƏRİ YOXDUR... - GÖRÜNƏNİ BUDUR...
06 Aprel 2025 AAYDA-nın 'QARA KASSASI' həbsə gedir - GÖZLƏNTİ
06 Aprel 2025 "Abidin Fərzəliyev icra başçısı təyin olunanda fikirləşdik ki, hər şey yaxşı olacaq, amma..." - "...qazanıb yediyin o pullar haramınız olsun!"
05 Aprel 2025 ŞOK: İcra hakimiyyətində RÜŞVƏT ŞƏBƏKƏSİ... - ADLAR AÇIQLANDI: Kim... nə qədər alır?
05 Aprel 2025 Xətai İcra Hakimiyyəti 5 ailəni təhdid edir: Evdən çıxmasanız, gəlib zorla aparacaqlar
05 Aprel 2025 Xırdalanda məktəbli direktor tərəfindən döyülüb?
05 Aprel 2025 Yardımlı icra hakimiyyəti vətəndaşa YARDIM EDƏ BİLMİRSƏ... - NARAZILIQ VAR...
05 Aprel 2025 Nəsimi rayonunda qanunsuzluqlar davam edir-Ağaclar kəsildi....- Video- Fotofakt
05 Aprel 2025 “Vialon" MMC "iş" başında - Vətəndaşın damını başına uçuran daha bir şirkət: evi talan etdilər - VİDEO
05 Aprel 2025 Sabunçu rayonunda icazəsi olmayan obyekti kim tikdirir? - Video
04 Aprel 2025 “İlk olaraq Məcnun Məmmədov məsuliyyətə cəlb edilməlidir...”

Dünyapress TV

Xəbər lenti