"20 günə yaxındır ki, özüm ölkə xaricində olduğum üçün ABB bank kartından MPAY-a öz hesabıma pul göndərdim ki, uşağın təhsil haqqını ödəyim..." "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu paylaşımında Balaş Mirzəbəy adlı sosial şəbəkə istifadəçisi yazır.
Hazırda ABŞ-da olan narazı vətəndaş daha sonra bunları əlavə edib: "MPAY-da xəta yarandı və müştəri xidmətləri ilə danışdıqdan sonra məbləği geri ABB kartıma göndərdilər. ABB 20 günə yaxındır ki, süründürür, hər dəfə müştəri xidmətləri bir-birinin üstünə atırlar. Azmış kimi də indi bank kartımı blok ediblər. Nədi nədi burda (Californiada) yanacaq doldurmada benzin almışam, blok edilib... bilmirsən güləsən ya ağlayasan...
Dəfələrlə deməyimə baxmayaraq hələ də kartı blokdan çıxartmırlar.
Bankın müştəri xidmətlərindən hələ biri deyir ki, yaxınlaşın ofisə... Dedim uçuram qayıdım 24 saata çataram...
Ağlamalısı da odu ki, məbləğ də həmin karta qayıdacaqdı. Vallah biabırçılıqdır, bank sistemləri bu qədər axmaq dərəcədə işləməməlidir.
Bir dəfə də olsun ən axmaq bankı kimi düşündüyüm banklarında belə bir problem yaşamadım. Anında həll edib səni narazı salmırlar..."