Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:-
Mingəçevir təhsilinin Sevinci, əslində isə qara kədəri. Bəlkə də Mingəçevir təhsili adına ən təsadüfi adam.

Bu iddialar Mingəçevir Təhsil sektorunun müdiri Sevinc Həsənova ilə bağlı redaksiyamıza daxil olan yazıda yer alır. Yazıda Sevinc Həsənova ilə bərabər, Mingəçevir şəhəri 9 №-li məktəbin kollec təhsilli müəllimi Gülçin Zeynallının da qanunazidd əməllərindən bəhs edilir….

Məlum aktuallığını nəzərə alıb, yazını müəyyən ixtisar və düzəlişlərlə dərc edirik:

..Mingəçevir təhsilinin Sevinci, əslində isə qara kədəri. Bəlkə də Mingəçevir təhsili adına ən təsadüfi adam. Bizim mərkəzə daxil olan məlumatlara görə olduqca təhlükəli oyunlar oynayan və özünü Elm və Təhsil nazirinin müavini Firidun Qurbanovun sevimli kadr kimi əlatdan təbliğ edən bu hikkəli və özündənrazı xanım Bakıdan təcili Mingəçevirə dönüb. Rəsmən məzuniyyətdə olduğu halda özünün şəxsi mənafeyi naminə düy vurub üzüyola direktorlara. Bir sözlə, hamını öz əməllərinə ortaq etmək istəyir. Məşhur atalar sözündə deyildiyi kimi özünə yoldaş və yoldaşlar axtarır. Amma vəzifə eşqi və hikkə bu xanımın gözlərini necə bağlayıbsa, heç ağlının ucundan belə keçirməyib ki, bir gün qazdığı quyuların birinə mütləq özü düşəcək. Təhsil adına uyğun olmayan bu sektor müdiri vəzifəsini qorumaq üçün artıq MARTİ-dəki məsul şəxslər barədə kompramat toplamaq məqsədi ilə hərkətə keçib. Ədalət naminə demək olar ki, MÜDA-nın rəhbəri Eşqi Bağırov Emin Əmrulladan fəqrli olaraq belələrinə qarşı daha barışmazdır. O nə Sevinc Həsənovanı, nə də sevinckimlərə aid olanları sevmir. Və belələrini təhsil idarəetməsindən uzaqlaşdırmaqda maraqlıdır.

…İNDİ İSƏ KEÇƏK SEVİNC HƏSƏNOVANIN QANUNSUZ ƏMƏLLƏRİNDƏN LAP BALACASINA…

…Deməli Mingəçevir Təhsil sektorunun imtahandan keçməyən və 26 dekabr 2024-cü il tarixdə müqaviləsi bitən müdiri Sevinc Həsənova şəhərin 9 №-li məktəbinin kollec təhsilli müəllimi Gülçin Zeynallının ciddi qanun pozuntusu ilə müşayət olunan əməllərinə göz yumub. Əslində o əməllərə ortaq olub.Belə ki, nə məktəbə, nə də sektora heç bir məlumat verməyən ərköyün Gülçin Zeynallı 17 yanvar 2025-ci ildən 29 yanvar 2025-ci il tarixə kimi dərsə gəlməyib. Onun tədris apardığl 4-cü sinifdə dərslər dəfələrə boş keçib. Valideynlərin etirazından sonra səs gedib çıxıb sektora, şəxsən Sevinc xanımın özünə. Ondan sonra yanvarın 25-də Gülçin Zeynallının anası məktəbə gəlib və direktoru əvəz edən müavinə deyib ki, bəs qızı təhsil məzuniyyətindədir. Bu da onun arayışı. Amma məlum olub ki, əslində təhsil məzuniyyəti üçün arayış 27 yanvardan 19 fevraldəkdir. Gülçin xanım isə Moskvaya oxumağa gedib. O, Moskvada sessiyada olmaq əvəzinə fevralın 13-də Bakıda KOBİA-nın tədbirində olub və sevincli fotolar paylaşıb.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-02_1740234452_1.jpg
…və yenə də Moskvadakı özəl, mənşəyi bilinməyən universitetdəki dərsdə olmaq əvəzinə 17 fevralda “işlədiyi” 9 №-li məktəbə gəlib və Mingəçevirdə yaşadığı halda Ağdaşa yerdəyişmə (müəmmalı) etdiyini deyib. Ancaq heç bir sənəd təqdim etməyib. Sonrakı günlərdə də 9 №-li məktəbdə olub. Sual yaranır: əgər Ağdaşa yerdəyişmə edilibsə,o da buradırsa, Ağdaşdakı məktəbdə onun dərslərini kim keçir? Bütün bunlara baxmayaraq onun barəsində nə sektor, nə də Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir əvəzi Cavad Cavadov heç bir tədbir görmür.

Ona görə ki, Sevinc xanım Gülçindən çəkinir. Özü də bilir niyə. O ki, qaldı hər təhsildən dəm vuran və region müdiri olmaq üçün dəridən-qabıqdan çıxan Cavada. Gülçin hər yerdə deyir ki, bəs Cavad müəllimin bizim evdə kirayədə yaşayıb və bizə olduqca yaxşı münasibət sərgiləyir. Bir sözlə, öz uşağımızıdır. Kollec təhsilli olan Gülçin Zeyanallı daha irəli gedərək özünün “təhsil eksperti” elan edərək paylaşımlar edir.

Əldə etdiyimiz məlumatlara görə Gülçinin əlində Sevinc Həsənova ilə bağlı xeyli kompramat var. Gülçin həmin məlumatları əməkdaşlıq etdiyi şantajçı qrupa da verib. Paylaşımlar edilmir ona görə ki, Sevinci hər zaman təzyiq altında saxlasınlar.

Bizə daxil olmuş bir iddiada da deyilir ki, Gülçin Zeyanallı yerdəyişmədə razılaşdığı müəllimdən 10-15 min civarında pul da alıb.

Son məlumata görə, 21 fevral 2025-ci il tarixdə qaçaraqda Gülçin Zeyanallıya bir töhmət yazılıb. Amma hələ elan olunmayıb. Tarixini isə böyük ehtimalla köhnə tarixə yazacaqlar.

…Bunlar sektor müdiri Sevinc Həsənovanın qanunsuz əməllərinin lap azca olan hissəsidir… Digər məlumatların dəqiqləşdirilməsi və araşdırılması gedir…

…Ay Elm və Təhsil Nazirliyi , ay Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi , ay Mərkəzi Aran Regional Təhsil İdarəsi, hara baxırsınız?

…Niyə bu ölkənin gləcəyi ilə şəxsi oyunların oynanılmasına imkan verirsiniz?

…Hər üç üst qurum olaraq sizin qeyrətli qərar qəbul edəcəyinizə ümid edirəm…

Biz yazıda adları hallanan tərəfləri də dinləmək istədik Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu… /yenixeber.org
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-02_1740234452_1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-02_1740234453_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-02_1740234453_3.jpg
 
 
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 "Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
20 Aprel 2025 İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO
19 Aprel 2025 Yenə həmin dalğa, həmin koordinat - Gülnaz Kərimova-İlhamə Abdullayeva cütlüyü İŞ BAŞINDA...
19 Aprel 2025 Rafiq Quliyev yenə qanunsuz tikintiyi icazə verib?-Video-Foto
19 Aprel 2025 Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto
19 Aprel 2025 AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…- FOTOLAR- SİYAHI
18 Aprel 2025 Bakıda konsert təşkilatçılarının gizlin əməlləri-Qalmaqal
18 Aprel 2025 Göygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları... - İLGİNC FAKTLAR
18 Aprel 2025 Fəxri Kazımov 11.7 milyon manatı......
18 Aprel 2025 Seyidzadənin gizli əməlləri ÜZƏ ÇIXDI - TƏFƏRRÜAT
18 Aprel 2025 Naxçıvan icra Hakimiyyətinin başçısının müavini Bakıda 3 mərtəbəli ticarət mərkəzi tikdirib
18 Aprel 2025 Nərimanov rayonunda bu tikintiyə kim icazə verdi?-Video
18 Aprel 2025 Vətəndaş başçının qəbuluna ZORLA SOXULUR: Başqa yolu yoxdur... - DƏLİXANADIR, VALLAH...
17 Aprel 2025 “Uğur 777” klinikası: Adı UĞURDUR, əməliyyatları UĞURSUZ... - Səhiyyə Nazirliyinin gözündən iraq...
17 Aprel 2025 BAKININ MƏRKƏZİNDƏ DAHA BİR QANUNSUZ SÖKÜNTÜ – Obyektini sökdülər, içindəki əşyaları oğurladılar... / Video
17 Aprel 2025 Burda təkcə TƏHSİL ZAY DEYİL... - NARAZILIQ VAR...
17 Aprel 2025 “DEDİ Kİ, İSTƏYİRSƏN PREZİDENTƏ YOX, LAP SƏDDAM HÜSEYNƏ ŞİKAYƏT ET...” – Nazir Rəşad Nəbiyev tapşırıq verdi, işçiləri əməl etmədi
17 Aprel 2025  “Azərlotereya”nın baş sponsor oyunbazlığı - Bəs nooldu “Misli” Premyer Liqanın baş sponsoru idi?
17 Aprel 2025 Sabirabadın Əhmədabad kənd məktəbini xarabalığa çevirən direktor Nəsibə Bağırova kimdir? - ŞOK SƏS YAZISI

Dünyapress TV

Xəbər lenti