“Doktor.az” klinikası adlı QƏSSABXANA...
Almaniyada işləyən azərbaycanlı həkim Oksana Balakişiyeva Sumqayıtda fəaliyyət göstərən “Doktor.az” klinikasından şikayətçidir. O, həkim Sevil Musayevanın onun anasına səhvən xərçəng diaqnozu qoyaraq əməliyyata məcbur etmək istədiyini iddia edir.

“Qafqazinfo”ya danışan O.Balakişiyeva özəl klinikada çalışan həkimin əlil anasına heç bir əsas olmadan uşaqlıq boynunun xərçəngi diaqnozunu qoyduğunu deyib.

Onun sözlərinə görə, həkim şişin 2-ci dərəcədə olduğunu bildirirək təcili əməliyyata ehtiyac görüb: “Anam onu ​​görməyə martın 7-də gedib. Müayinələrdən sonra Sevil Musayeva anama audiomesaj göndərib ki, onda uşaqlıq boynu xərçəngi var və bu, çox güman ki, ikinci mərhələdir. Həkim oradakı qohumlarıma əməliyyata ehtiyacı olduğunu və hər şeyin keçəcəyini söyləyib. Ancaq o, mənim həkim olduğumu bilmirdi. Bundan sonra mən ona mesaj yazdım. Ondan konkret nə gördüyünü mənə izah etməsini və əməliyyatın epikrizini yazılı şəkildə verməsini xahiş etdim. O isə mesajımı oxuyaraq məni qara siyahıya saldı və cavab vermədi”.

O.Balakişiyeva daha sonra anasının analizlərinin və digər məlumatların Almaniyada həkimlərə yoxlatdırdığını, eləcə də yaşlı anasını başqa həkimin müayinəsinə göndərdiyini deyib. Bundan sonra qadında hər hansı şiş xəstəliyinin, ümumiyyətlə, əməliyyata ehtiyacın olmaması müəyyənləşib.

O, “Doktor.az” klinikasında çalışan Sevil Musayevanın 32 ildir əlil arabasında oturan qadını pul qazanmaq məqsədilə səhv diaqnoz əsasında əməliyyat etmək istədiyini iddia edib.

“Bu necə mümkündür? Bu hekayə tək deyil, belə hallar çoxdur, amma niyə heç kim buna reaksiya vermir? Bütün bunlar nə üçün idi? Hamısı pul xatirinə?! İnanmaq mənim üçün çətindir və tibbdə belə insanların olmasına çox üzülürəm! Ən pisi isə odur ki, belə həkimlərin tibbdə işləməyə davam etmək hüququ var!”, - deyə Oksana Balakişiyeva əlavə edib.

İddialarla əlaqədar birbaşa həkimin özü ilə əlaqə saxladıq. Sevil Musayeva saytımıza açıqlamasında ittihamları tamamilə əsassız adlandırdı: “Mən necə xərçəng diaqnozu qoya bilərəm? Heç bir onkoloji xəstəlik adı çəkməmişəm, belə söhbət olmayıb. Xahiş edirəm, mənə böhtan atmasınlar. Müayinə zamanı Dilarə xanımın uşaqlıq yolunda proses müəyyən etdik və ona digər müayinələrdən keçməyi məsləhət gördük və Histalogiya Şöbəsinə yönləndirdik. Onlar gedib müxtəlif yerlərdə analizlər veriblər, məndən narazılıq edirlər. Halbuki mən onlara yalnız toxumalardan analiz götürülməsinin vacibliyini demişəm. Biz həmin qadını çox hörmətlə qarşılamışıq, yola salmışıq”.

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinə də müraciət etdik. Nazirliyin Analitik Ekspertiza Mərkəzinin Özəl Tibb Şöbəsinin müdir müavini Ramiq Quliyev sorğumuza cavab olaraq bildirdi ki, “Özəl tibb fəaliyyəti haqqında” Qanuna əsasən özəl tibb müəssisələrində xəstələrə tibbi yardımın göstərilməsi tərəflər arasında bağlanmış müqavilənin şərtləri ilə tənzimlənir: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yerində plandankənar (növbədənkənar) yoxlama insanların həyat və ya sağlamlığına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda keçirilir.

Beləliklə, vətəndaş tərəfindən Səhiyyə Nazirliyinə və yaxud birbaşa Anlitik Ekspertiza Mərkəzinə rəsmi müraciət olunduğu halda, yoxlama zamanı həmin klinikada göstərilən tibbi yardım, müayinə və müalicəni icra edən mütəxəssis barəsində yerində araşdırma aparıla bilər. Yoxlama nəticələrinə əsasən həkim və müəssisə barəsində “İnzibati Xətalar Məcəlləsi”nin müvafiq maddələrinə uyğun olaraq inzibati tənbeh və digər tədbirlər görülə bilər. Eyni zamanda, Analitik Ekspertiza Mərkəzinin səlahiyyətlərinə məhkəmə-tibbi ekspertizasının aparılmasının daxil olmadığı və həkiminin əməllərinə hüquqi qiymət verilməsi məsələsinin aid olmadığını nəzərə alaraq vətəndaşa təsdiqedici sənədlərlə birlikdə prokurorluq və ya məhkəməyə müraciət etmək hüququnun olduğu diqqətinə çatdırılır”.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-04_1712217392_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-04_1712217392_3.jpg
 

Bölmənin digər xəbərləri

03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..
02 Fevral 2025 Ağgöl Milli parkında qanunsuz balıq ovu ilə kimlər məşğul olur? - Yegerin oğlu dəstə yaradıb
02 Fevral 2025 Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
02 Fevral 2025 Baba Rzayevin "özəl" kadrı Yusifov Üzeyir 2 qız övladına niyə sahib çıxmır.. İTTİHAM/FOTO
01 Fevral 2025 “Kristal Abşeron”da “Dövlət içində dövlət qurublar…”-Şikayət
01 Fevral 2025 Deputat Kamaləddin Qafarovun şirkətinin Naxçıvanda 1.7 milyonluq tender oyunu
01 Fevral 2025 Mürsəl İbrahimov qanunu pozan Suraxanıdakı komissarlara sahib çıxır – Prezidentə müraciət
31 Yanvar 2025 Suraxanı sakinini təhdid edənlər kimlərdir? - VİDEO
31 Yanvar 2025 FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
31 Yanvar 2025 Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... - referenduma getmədən muxtar səlahiyyətləri ləğv etməkdir...
31 Yanvar 2025 Nəsimi rayon sakinlərindən Leyla Əliyevaya müraciət: "Məhəlləmizi xarabalığa döndərirlər, bizə kömək edin" (VİDEO)

Dünyapress TV

Xəbər lenti