Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şübhəli satınalmaları – Qalib MMC-lər kimindir?
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu 2023-cü ilin noyabr ayının 22-də “Meyvə tinglərinin satın alınması” lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, bu satınalmanın məbləği 24.125 manat təşkil edib.

İnstitutut sifarişçi olduğu satınalmada “DONNE KIDS” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib elan edib.

“DONNE KIDS” MMC 2023-cü ilin may ayında təsis edilib. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu ev 43, qanuni təmsilçisi isə Sadıqova İnci İntiqam qızıdır.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-12_1701951520_2.jpg
“DONNE KIDS” MMC-nin fəaliyyət profili, uyğunluq sertifikatları, maddi bazası, faktiki ünvanı barədə açıq internet resurslarında məlumata rast gəlinmir.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu daha bir şübhəli satınalmanı 2023-cü ilin avqust ayının 21-də keçirib.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-12_1701951520_3.jpg

“Dəftərxana və təsərrüfat mallarının satın alınması” lotu üzrə keçirilən bu satınalmanın məbləği 11.448 manat, qalibi isə “BLUE DİAMOND” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

“BLUE DİAMOND” MMC 2022-ci ilin aprel ayında dövlət qeydiyyatına alınıb.

“BLUE DİAMOND” MMC-nin hüquqi ünvanı Zərdab rayonu, Azərbaycan küçəsi ev 19, mənzil 6, qanuni təmsilçisi isə Məmmədova Almaz Xidmət qızıdır.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-12_1701951520_4.jpg

“BLUE DİAMOND” MMC-nin də maddi bazası, fəaliyyət profili, faktiki ünvanı və digər göstəriciləri barədə açıq internet resurslarında məlumat yoxdur.

Azərbaycanda fəaliyyət göstərən bəzi dövlət qurumlarının sifarişçi olduqları satınalmaları tanış təşkilatlara verdikləri barədə mediada kifayət qədər yazılıb.

Maraqlıdır ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun sifarişçi olduğu satınalmalara nəzər yetirərkən də belə fakta rast gəlinir.

İnstitut 2022-ci ilin sentyabr ayının 30-da “Qərzəkli meyvə bitkilərinin in vitro üsulu ilə çoxaldılması texnologiyasının elmi əsaslarının işlənməsinin satın alınması” lotu üzrə satınalma keçirib. Bu satınalmanın məbləği 69.561 manat, qalibi isə “Agrodev” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-12_1701951520_5.jpg

“Agrodev” MMC Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna heç də yad təşkilat deyil.

Yerli mediada yazılanlara görə bu MMC-nin qanuni təmsilçisi Nəbiyev Elvin Bahəddin oğlu eyni zamanda sifarişçi təşkilat olan Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tabeliyində olduğu Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan bir sıra təşkilatlarda rəsmi vəzifə tutur.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-12_1701951520_6.jpg
“AgroDev” MMC-nin rəhbəri Elvin Nəbiyev eyni zamanda “OXFHAM” təşkilatının kənd təsərrüfatı layihələri üzrə rəhbəri, eyni zamanda Aqrar Məşğulluğun Artırılması Layihəsinin (AMAL) rəhbəridir.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-12_1701951520_7.jpg
Elvin Nəbiyev

“AgroDev” MMC Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir çox qurumların tenderlərində qalib edilib. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu da 2022-ci ilin sentyabr ayının 30-da yekun vurduğu satınalmada bu şirkəti qalib edib.

Qlobal.az mövzu ilə bağlı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutundan mövqe öyrənib. İnstitutdan verilən cavabda deyilir: “Dövlət satınalmalar haqqında” qanununa müvafiq olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nəzarəti altında həyata keçirilir”.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutun fəaliyyəti ilə bağlı Hesablama Palatasından da mövqe öyrənilib: “Hesablama Palatası Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda 2022-2023-cü illərdə audit həyata keçirilməyib-“deyə, Hesablama Palatası bildirib.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu 1926-cı ildə yaradılıb. İnstitut Quba rayonunun Zərdabi qəsəbəsində yerləşir. İnstitutun Lənkəran, Abşeron, Qəbələ, Göyçay və Zaqatala rayonlarında filifal, stansiya və dayaq məntəqələri var. Elmi müəssisənin istifsadəsində ümumilikdə 662 hektar torpaq var.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-12_1701951521_8.jpg
İlham Qaraqurbanlı

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlıdır.

O, 2015-ci ildən Kənd Təsərrüfatı Nazirliyin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsində işləyir.
Mənbə: Qlobal.az
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı
 

Bölmənin digər xəbərləri

05 Fevral 2025 Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
04 Fevral 2025 Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
04 Fevral 2025 Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
04 Fevral 2025 Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
04 Fevral 2025 MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
04 Fevral 2025 Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..
02 Fevral 2025 Ağgöl Milli parkında qanunsuz balıq ovu ilə kimlər məşğul olur? - Yegerin oğlu dəstə yaradıb
02 Fevral 2025 Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
02 Fevral 2025 Baba Rzayevin "özəl" kadrı Yusifov Üzeyir 2 qız övladına niyə sahib çıxmır.. İTTİHAM/FOTO
01 Fevral 2025 “Kristal Abşeron”da “Dövlət içində dövlət qurublar…”-Şikayət

Dünyapress TV

Xəbər lenti