Coşqun Cəbrayılov Nizami rayonunda baş verənlərdən nə qədər xəbərdardır?.. - HƏQİQƏTƏN DƏ...
Soz zamanlar Bakıda ağac soyqiırırmının əsas ocaqlarından biri Nizami rayonu olub. Nizami rayonu əvvələr də ağacların kəsilməsi ilə məbuatın gündəminə gəlirdi. Amma son aylar bu rayonda ağac soyqırımı çox geniş vüsət alıb. Demək olar ki, artıq hər həftə Nizami rayonunda hansıssa küçədə ağacların kəsilməsi ilə bağlı şikayətlər mətbuatda işıqlanır. Elə yola saldığıməz son həftədə iki ünvanda ağaların qırılması ilə bağlı xəbərlər mətbuatın gündəmi oldu. Bunlardan biri Elşən Süleymanov küçəsi 72 A ünvanında, digəri isə Çəkir Çobanzadə küçəsində baş verib. Ondan əvvəlki həftələrdə də Nizami rayonunun müxtəlif ünvanlarında ağacların kəsilməsi ilə bağlı xəbərlər mətbuatın gündəmində xüsusi yer alıb.

Belə görünür ki, Nizami rayonunda hər həftə bir, ya da iki ünvanda ağacların məhv edilməsi isə məsul şəxsləri, o cümlədən Nizaminin icra hakimiyyətini qətiyyən narahat etmir. Belə olmasaydı rayonda planlı və davamlı olaraq aparılan ağac soyqırımı ilə bağlı İcra hakimiyyəti heç olmasa bir dəfə mövqe bildirərdi. Amma yox, İcra Hakimiyyəti ağzına su alaraq oturub və görünən odur ki, onların qətiyyən nə danışmaq, nə də ağac soyqırımının qarşısını alamq üçün barmaqlarını belə tərpətməyəcəklər.

Azərbaycanda və Bakıda yaşıllıqların qorunmasında bir başa məsuliyyətli olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə hər dəfə kəsilən ağaclarla bağlı araşdırma apardığını söyləyir. Bu araşdırmaların sonu bəzən kimlərinsə bir neçə min manat cərimələnməsi ilə nəticələnir. Amma bu da ağacların kəsildiyi ərazilərdə sonradan tikinti işlərinin aparılmasına mane olunmur. Yəni ETSN məhv edilmiş yaşıllıqların yerində yeni ağacların əkilməsini təmin etməli olduğu halda nədənsə bunu etmir.

Bu da onu göstərir ki, əslində Bakıda yaşıllıqları məhv edən mütəşşəkil dəstələr dövlət qurumları ilə əlaqəli şəkildə çalışırlar. Yaşıllıqları məhv edən bu mütəşşəkil dəstələrin devizləri isə belədir: “Olduyla öldüyə çarə yoxdur”. Əslində bu olanlara çarə var və yuxarıda da qeyd etdiyimiz kimi, yaşıllığı məhv edilən ərazilərdə yenidən ağac əkmək heç də problem deyil və bu dünyanın ən asan işidir. Amma gördüyümüz kimi, bu asan iş olmur. Kimlərsə “olduya çarəni öldü” formuluna gətirir. Çünki oldu da, öldü də dövlət qurumları ilə yaşıllıqları məhv edənlər arasında əvvəlcədən razılaşdırılır.

Nizami rayonunda 28 kvadrat metrlik obyektin qapısının dəyişdirilməsini görən və buna görə obyekt sahibinin başına min oyun açan Nizami rayon İcra Hakimiyyətində isə yaşıllıqların, meşə zolaqlarının qəsdən məhv edilməsini görə bilmirlər. Görəsən niyə?

Bəlkə ona görə ki, il yarım əvvəl Azərbaycan prezidenti tərəfindən yüksək etimada layiq görülən Coşqun Cəbrayılov ona göstərilən etimadı doğrulda bilmir? Çünki Nizami rayonunda baş verən özbaşınalıqların ancaq iki izahı var. Ya cənab Cəbrayılov bu özbaşınalıqları özü birbaşa idarə edir, ya da rayonu idarə etmək kimi bir idarəçilik keyfiyyətinə sahib deyil.

Bizim bildiyimizə görə hazırda bu iki halın hər ikisi qismən Nizami rayonunda özünü doğruldur. Bir tərəfdən Coşqun Cəbrayılov rayonda baş verənlərdən tamamilə xəbərdardır. Digər tərəfdən isə Nizami rayonu hələ də Arif Qasımovun və Sədaqət Vəliyevanın adamlarının idarəetməsi altındadır. Yəni ötən il yarım ərzində Coşqun Cəbrayılov Nizami rayonuna hələ də tam nüfuz edə bilməyib. Bu barədə isə növbəti yazımızda...

Mənbə: Poliqon.info
Teref: Xocanın Blogu
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 

Bölmənin digər xəbərləri

05 Fevral 2025 Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
04 Fevral 2025 Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
04 Fevral 2025 Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
04 Fevral 2025 Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
04 Fevral 2025 MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
04 Fevral 2025 Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..
02 Fevral 2025 Ağgöl Milli parkında qanunsuz balıq ovu ilə kimlər məşğul olur? - Yegerin oğlu dəstə yaradıb
02 Fevral 2025 Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
02 Fevral 2025 Baba Rzayevin "özəl" kadrı Yusifov Üzeyir 2 qız övladına niyə sahib çıxmır.. İTTİHAM/FOTO
01 Fevral 2025 “Kristal Abşeron”da “Dövlət içində dövlət qurublar…”-Şikayət

Dünyapress TV

Xəbər lenti