Məcnun Məmmədov məcburdurmu bu kadrlarla işləsin?
Sadiq oxucularımız xatırlayarlar, bir müddət əvvəl Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Ramil Salmanov və Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsinin (HSBXİ) rəisi Alim Rüstəmovun qanunsuz əməlləri, təcrübəli mütəxəssisləri şantaj etməklə ləkələyib işdən uzaqlaşdırmaları, məqsədlərinə uyğun adamları cəlb etməklə mühiti özlərinkiləşdirmələri barədə saytımızda “KTN-nin Neftçaladakı iki məmuru təzə nazirə şikayət olundu” sərlövhəli tənqidi yazı dərc olunmuşdu.

Məqalədə etibarlı mənbələrə istinadən bildirilirdi ki, Ramil Salmanov idarədaxili yığım söhbətlərini Alim Rüstəmovla həyata keçirir. Həmin məqalədən bəzi sitatların altını cızırıq: “Süni mayalanma mütəxəssislərindən hər birindən 500 manat yığırdılar (2020, dekabr). 2020-ci il subsidiyalarının inteqrasiyası zamanı idarədə bazar açmışdılar. Ramil Salmanov yüksək maaş alması bir yana, 3 maşın idarə edir, qeyri-peşəkar olmaqla, Salyan rayonundan hər gün 140 km uzaq məsafə yol gəlib-gedir. Baytarlığın özəlləşdirilməsi dövrünə keçdiyi müddətə qədər Alim Rüstəmova həvalə edilmiş idarə maşınının sürücüsü Ağayev Ramil Əlpaşa oğlu heç vaxt işdə olmamışdır. O, süd alveri edən və şəxsi maşını olan birisidir. Hazırda işləmir, işlədiyi dövrdə Alim Rüstəmov şoferin əmək haqqı kartı ilə 15 min manata yaxın nəğdləşdirmə edib. İdarə maşınını yalnız şəxsi çöl işlərinə sərf edir, pambıq əkərək mal-material, gübrə toxum-çiyid daşıyır. İki dəfə sərxoş vəziyyətdə yol polisi əməkdaşları ilə mübahisə edib… Alim Rüstəmovun qanunsuz əməlləri KİV-də ictimailəşəndən sonra iki töhmət alıb və idarə əməkdaşlarının hamısı iki rüb əlavə mükafatlardan məhrum olub… İdarədə vaksinləri anbardar əvəzinə özü paylayır ki, bu da yolverilməzdir”.

Bu günlərdə redaksiyamıza daxil olan məlumata görə, Neftçala DAİM -in direktoru Ramil Salmanovun havadarlıq etdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313 — cü maddələri ilə ittiham olunan Neftçala HSBXİ — nin rəisi Alim Rüstəmovun 1(053)-48/2023 saylı cinayət işinə Neftçala rayon məhkəməsinin hakimi Ceyhun Qədimov tərəfindən 19.05.2023 –cü il tarixdən baxılır. Sonuncu məhkəmə prosesi 16.08.2023 –cü il tarixdə olacaq.

Xatırladaq ki, CM-nin 179-cu maddəsinə görə, mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama əməli təkrar törədildikdə (179.2.3), xeyli miqdarda ziyan vurmaqla törədildikdə (179.2.4.) — dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

CM-nin 313-cü maddəsinin (Vəzifə saxtakarlığı) tələbinə görə, vəzifəli şəxs, eləcə də vəzifəli şəxs olmayan dövlət qulluqçusu və ya yerli özünüidarə orqanı qulluqçusu tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə — min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Neftçalanın tərəqqipərvər kənd təsərrüfatı işçiləri bu qənaətdədirlər ki, əslində Alim Rüstəmov 19.05.2023 — cü il tarixdə iş məhkəməyə gələrkən vəzifədən cıxarılmalı idi. Belə ki, saxtakarlığı təsdiq olunan və vurduğu ziyanla əlaqəli ödəmələri xeyli əvvəl ödəyən şəxs vacib icra orqanlarında rəhbər vəzifədə qala bilməz.

Deryaz.az
 

Bölmənin digər xəbərləri

05 Fevral 2025 Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
04 Fevral 2025 Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
04 Fevral 2025 Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
04 Fevral 2025 Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
04 Fevral 2025 MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
04 Fevral 2025 Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..
02 Fevral 2025 Ağgöl Milli parkında qanunsuz balıq ovu ilə kimlər məşğul olur? - Yegerin oğlu dəstə yaradıb
02 Fevral 2025 Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
02 Fevral 2025 Baba Rzayevin "özəl" kadrı Yusifov Üzeyir 2 qız övladına niyə sahib çıxmır.. İTTİHAM/FOTO
01 Fevral 2025 “Kristal Abşeron”da “Dövlət içində dövlət qurublar…”-Şikayət

Dünyapress TV

Xəbər lenti