Seymur Talıbov hazırda “Gəmiqaya” holdinqin ofisindəki otaqlardan birində oturur...
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun cinayət əməlləri barədə uzun-uzadı yazmağa ehtiyac yoxdur. Çünki neçə aydır ki, bütün ölkə mətbuatı bu barədə eninə-uzununa döşəyir.
Təkcə onu qeyd edə bilərik ki, son zamanlar Vasif Talıbova və oğlanları Seymurla Rzaya məxsus olan 88 şirkətin adı açıqlanıb. Bunlar hələ bəlli olanlardır ee...
Düzü, bu 88 şirkətin adını, ünvanını və s yazmağa ehtiyac görmürük. Ancaq həmin şirkətlərdən bir neçəsinin adını qeyd edə bilərik. “Nəqşicahan” Holdinq, “Nəqşicahan MED”, “Gəmiqaya Holdinq”, “CAHAN AVTO”, “ARCAHAN MOBİLYA”, “CAHAN İNŞAAT 2000” və s.
Təsəvvür edirsiniz bu şirkətlər Lənkərandan tutmuş Ağdaşa, oradan Naxçıvana qədər uzanır. Çoxları elə bilir ki, Vasif Talıbov və oğlanları təkcə Naxçıvanı zəbt edib ee....
Təsəvvür edirsiniz, bu şirkətlərə 200 milyon kredit ayrılıb. Bu şirkətlərin hər birinin ticarət, yanacaq, geyim, qida, hətta səhiyyə bölmələri olub. Yəni Naxçıvanda kimsə bir ədəd dərman sata bilməzdi. Bütün apteklər, xəstəxanalar Nəqşicahana tabe idi. Biz hələ “Gəmiqaya”nın, “CAHAN”ın inşaat, avtomobil satışı və digər sahələri monopoliyaya almasından danışmırıq. Sözün həqiqi mənasında Vasif Talıbov uzun illər Naxçıvanda özünü GESTAPO kimi aparıb. O neçə-neçə naziri, icra başçısını dəlil-sübutsuz tutdurub.
Təkcə bir faktı qeyd edək. Vasif Talıbov Naxçıvan şəhər Tikinti, Təmir və Abadlaşdırma İdarəsinin müdiri Xaləddin Rüstəmovu 1 saata heç bir istintaq olmadan həbs etdirmişdi. Sonradan Bakının təpkisi ilə o azadlığa buraxıldı. Yeri gəlmişkən, Naxçıvanın yeni rəhbərliyi onu işə bərpa edib.
Yeri gəlmişkən, həmin dövrdə Vasif Talıbov Emin Öcal adlı bir nəfəri də qanunsuz olaraq həbs etdirib. Emin Öcal isə “Gəmiqaya” holdinqin rəhbəri olub. Talıbovların tifağının dağılmasının ikinci mərhəlləsi, onun kiçik oğlu, Naxçıvan Dövlət Universitetinin (NDU) beynəlxalq əlaqələr üzrə prorektoru Seymur Talıbovun vəzifəsindən azad edilməsi oldu.
Redaksiyamıza özəl mənbədən daxil olan məlumata görə, Seymur Talıbov hazırda Gəmiqaya holdinqin ofisindəki otaqlardan birində oturur.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Seymur Talıbov Naxçıvan ətazisindəki bütün Yanacaq Doldurma Məntəqələrinə - YDM-ə ( zapravkalar ) nəzarət edirdi. Daha doğrusu, Seymur Talıbov 10-dan artıq Yanacaq Doldurma Məntəqələrinə nəzarəti yaxın dostu Abbasa tapşırmışdı. Abbas isə neçə ildir ki, hər gün həmin məntəqələrdən axşamlar pulları yığıb Seymura çatdırırdı. Yeri gəlmişkən, Seymurun dostu Abbas həm də “Nəqşicahan” holdinqin rəhbəri olub.
Ümumiyyətlə, Talıbovların Naxçıvandakı özlərinə məxsus apteklərdə nələr satdırması...ciddi araşdırma mövzusudur. Yaxşı olar ki, hüquq-mühafizə orqanları bu məsələni nəzarətə götürsünlər. Sözün qısası, Vasif Talıbovun özünə və ailəsinə məxsus holdinqlərin tərkibində olan bütün obyektlərin ciddi şəkildə yoxlanacağı, vergidən yayınma məsələsi, 200 milyon kreditin hara xərclənməsi və s məsələlər Naxçıvan sakinləri tərəfindən səbrsizliklə gözlənilir.
Yəqin ki, Seymur Talıbovun həbsi qaçılmaz olacaq.
P.S. Növbəti sayımızda Seymur Talıbovun sağ əli Abbas adlı şəxsin haqqında geniş araşdırma yazımız olacaq.
gundelik baki.com
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az

Dünyapress TV

Xəbər lenti