Bu dərəcədə fəaliyyətsizlik olmaz axı. Ötən il yay aylarında bacım oğlu Hüseynov İsmayılı bu "başçımızın" qəbuluna apardım, uşaq ali təhsilli, müharibə içtirakçısı, 3 medal sahibidir. İş üçün müraciət etmişdik, tək qəbul etdi,məni qoymadılar qəbula, çox gözəl qarşılayıb, İsmayılın mütləq şəkildə işlə təmin olnmasının vacibliyini vurğulayıb və yaşadığı ərazi üzrə məşğulluq idarəsində qeydiyyata alınması üçün Goranboy rayonuna göndərib, mütləq işlə təmin etdirəcəyinə söz verib. Hüseynov İsmayılın Atası Hüseynov Nəsib birinci Qarabağ müharibəsi veteranı idi,ağır xəstə idi,uzun illərdir iynə-dərmanla yaşayırdı, 4 ay öncə rəhmətə getdi. Bir müddət əvvəl Kəlbəcər rayon icra hakimiyyətinin facebook səhifəsinə yazdım, edilən müraciətlərin şəxsən başçının özü tərəfindən nəzarətə alınmasını qeyd etdilər,amma heç bir xəbər yoxdur, sanki qurbağa gölünə daş atılıb. İcra Hakimiyyəti başçısı rayon sakinini, müharibə veteranını,ali təhsilli gənc oğlanı işlə təmin etməkdə acizdirsə istefa versin, dövlətimizin büdcəsindən məvacib alıb yeməsin, cənab prezidentin ona göstərdiyi etimada xəyanət etməsin, bacarmırsa o kresloda oturmasın, durub bacardığı işin arxasıyla getsin. Elman Nəbiyev Teref.az