BMT beynəlxalq orbit üçün vahid cəlbedici siyasi qərarların çıxarılmasında funksionallığını itirir. Çıxarılan qərarların icrası da kəsərli deyil. Üçüncü Dünya Müharibəsinin "müjdəçisi" olan Rusiya-Ukrayna savaşının nəticələri BMT-nin sonunu gətirib alternativ beynəlxalq format yaranmasını zərurətə çevirə bilər. Prezident İlham Əliyevin iki fikri: 1. Dünya Rusiya-Ukrayna müharibəsindən əvvəlki vəziyyətdə olmayacaq, 2. BMT-də islahatlar aparılmalıdır. Bu iki bənd İlham Əliyevin Çinin episentrində dayana biləcəyi perspektiv nizamı qabartması fonunda diqqət çəkir. Bundan əlavə: - Azərbaycan ərəb coğrafiyasına açılır, - Azərbaycan Afrika vizyonuna daxil olur. Ən çox düşündürən sual: Azərbaycan nəhəng şahmat lövhəsində hansı damada dayanıb (üzdə görünənlərdən savayı) və hara qədər irəli gedəcək?... Aqşin Kərimov DİA.AZ