[b]Vəzifəli şəxs içkili halda avtoqəza törədib ? - AÇIQLAMA
Vəzifəli şəxs içkili halda avtoqəza törədib.

"DogruXeber.az" xəbər verir ki, bu barədə bu gün sosial mediyalarda məlumat yayımlanıb.

Məlumatda bildirilir ki, yanvar ayının 25-də Mingəçevir şəhərində yol qəzası baş verib. Və həmin qəzanı Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfat Birliyinin sədri Şəhriyar Mustafayevin içkili halda idarə etdiyi 45-AA-085 dövlət nömrə nişanlı xidməti avtomobil ilə törətdiyi iddia olunur.
Qeyd edilən iddialarda Şəhriyar Mustafayevin sərxoş olduğu, qəza yerindən qaçdığı, həmçinin hadisənin cəmiyyətdən gizlədildiyi və ört-basdır edildiyi də əksini tapır.

[b]Vəzifəli şəxs içkili halda avtoqəza törədib ? - AÇIQLAMA

P.S: Yayılan məlumatla bağlı adı çəkilən şəxs Şəhriyar Mustafayevin də fikirlərini almaq məqsədilə telefon əlaqəsi saxladıq.

Şəhriyar Mustafayev, qəzanın baş verdiyini təsdiqlədi. Lakin, o həmin gün ümumiyyətlə o avtomobili idarə etmədiyini, hadisə baş verən zaman sükan arxasında idarənin sürücüsünün olduğunu qeyd etdi. Və bildirdi ki, qəzanın baş verməsində idarənin sürücüsü də günahsızdır. Qəzaya səbəb qarşıdan gələn avtomobil olub. Hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Şəhriyar Mustafayev haqqında yayılan məlumatları şər-böhtan adlandırıb və bununla bağlı artıq məhkəməyə müraciət etdiyini deyib.

DogruXeber.az
Ulduz Talıblı

Dünyapress TV

Xəbər lenti