ADAU müəllimlərinə ƏCAİB TƏLİMAT...
DİA.AZ: - "İnam Kərimov kənd təsərrüfatı naziri olsa da, aqrar sahədən tam xəbərsizdir. İnam Kərimov illərlə aqrar sferada formalaşan kadr korpusunu tamamilə məhv etdi. Özünün bütün qohumlarını hər yerdə ixtisası uyğun gəlsə də-gəlməsə də, vəzifələrə təyin edib". DİA.AZ bildirir ki, bu barədə redaksiyamıza göndərilən məqalədə deyilir.
Məqalədə dahas rona bildirilir: "Özünün saxta maliyyə məsələlərini və bir çox yeyinti layihələrinin üzərini ört-basdır etmək məqsədilə tez-tələsik öz yaxın qohumu olan Zəfər Qurbanova da Azərbaycan Dövlət Aqrar Üniversitetinin rektoru vəzifəsini həvalə etdi. Zəfər Qurbanov texnika elmləri namizədidir, neft sənayesi üzrə mütəxəssisdir. Zəfər Qurbanov aqrar sektora, onun istehsalat həyatına tanış sima deyil, aqrar sahədən heç bir məlmatı olmayan yad bir adamdır.
ADAU-ya rektor əvəzi təyin olunduğu gündən nəzərə çarpacaq bir fəaliyyəti olmamışdır. Buna baxmayaraq əvvəlki rektor İbrahim Cəfərovun idarəçiliyi və fəaliyyəti əvəzsiz olmuşdur. Zəfər Qurbanov keçirdiyi bütün iclaslarda tədrisdən yox, ancaq büdcədən danışır. Bütün iclaslarda deyir, çalışın imtahanlarda hər qrupda 15 nəfərdən 10-u kəsilsin, bunlar kredit pulu ödəsin, universitetin büdcəsinə pul yığılsın.
Bir sözlə, Zəfər Qurbanov saxta sözlər və saxta vədlərlə vaxt keçirir, bəzi ixtisaslara qəbul planını ləğv etdirib. Belə şəkildə isə ADAU-un inkişafı haqqında ölkə rəhbərinin qarşıya qoyduğu məsələləri həll etmək mümkün deyil. Yüksək ixtisaslı, aqrar sahəni dərindən bilən professor-müəllim heyətinə malik bir universiteti idarə etmək qeyri ixtisas sahibi üçün böyük çətinliklər törədir.
İndi də kənd təsərrüfatı naziri İnam Kərimov aşağıda Sizə göndərdiyimiz 4 dənə şəkili Zəfər Qurbanovun vatçapına göndərib və tələb edir ki, ADAU-nun bütün müəllimləri bunu vatsap statusunda paylaşsın, daha sonra bunu paylaşan şəxslər gəlib müvafiq fakültələrin dekanlıqlarında vatçapını göstərməklə qeydiyyatdan keçsin. Bu şəkildəkilər isə yeni bir şey deyil, 50 il bundan əvvəl məlumdur və tətbiq olunur. Bunlara çatmır ki, vatçap statusunda paylaşılan şəkillər yalnız bir sutka qalır və bunu həmin telefonun yaddaşında olan şəxslər görə bilər. Bu şəxslər isə heç tədrislə, aqrar sahə ilə bağlı olmayan adamlar da ola bilər. Bunları vatçap statusunda paylaşmayanlar isə yaltaq kafedra müdirləri və dekanlar tərəfindən təhdid olunur.
Universitetə tədris işləri üzrə prorektor təyin olunsa da rektor əvəzi Zəfər Qurbanov onun fəaliyyətini tam məhdudlaşdırıb. Tədris məsələləri təsərrüfat işləri üzrə prorektor Azad İbrahimova həvalə olunub. Professor Ziyad Abbasov 83 ildə elmə 83 qram xeyir verməyib. Amma Göyçəli olduğu üçün 83 yaşında imtahanlarda apelyasiya komissiyasının sədri təyin olunub, gəlib komissiyada çaydan içib mürgüləyir.
Cənab Prezident, Sizdən çox xahiş edirik ki, İnam Kərimovun sözlərinə fikir vermədən ADAU-nun öz kollektivindən, ixtisasını bilən, aqrar sahəyə bələd olan bir rektor təyin edəsiniz. Əks halda ADAU uçurumun bir addımlığındadır".

DİA.AZ olaraq müəllimlərə paylaşım üçün məsləhət görülən fotoları təqdim edirik:

ADAU müəllimlərinə ƏCAİB TƏLİMAT...
ADAU müəllimlərinə ƏCAİB TƏLİMAT...
ADAU müəllimlərinə ƏCAİB TƏLİMAT...
ADAU müəllimlərinə ƏCAİB TƏLİMAT...

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 

Dünyapress TV

Xəbər lenti