Dövlət Satınalma Portalında daha bir "naməlum" tender müqaviləsi.
"DogruXeber.az" bildirir ki, Azərbaycan Turizm və Menecment Universiteti bu gün (24.01.2023) "etender.gov.az" saytında "Ultra Technologies" MMC (VÖEN: 4600021491) ilə bağladığı 23364 (iyirmi üç min üç yüz altmış dörd) AZN -lik "Elektron tədris sisteminə 1 (bir) illik texniki dəstək xidmətinin satınalınması" müqaviləsi bağlandığı barəsində xəbər yerləşdirib.
Lakin, sözügedən müqavilə barəsində ətraflı məlumat verilməyib.
P.S: Bununla bağlı Azərbaycan Turizm və Menecment Universiteti ilə telefon əlaqəsi saxlamağa çalışdıq. Təəssüflər olsun ki, əlaqə saxlamaq cəhdlərimiz alınmadı.
Qeyd edək ki, məlumatla bağlı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.