“UZUN ÖMÜR İVANOVKA” MMC-NIN SÜD MƏHSULLARI TƏBII DEYILMüəllif: Dəryaz Oraqov 23 января 2023 / ŞİKAYƏTLƏR
Əslən Kürdəmirdən olan Dəyanət adlı şəxsin və onun Qəbələli şərikinin rəhbərlik etdikləri “Uzun Ömür İvanovka” MMC-nin süd məhsulları təbii deyil və onların İsmayıllı rayonunun məşhur İvanovka kəndi və kolxozu ilə heç bir əlaqəsi yoxdur. Burada istehsal olunan məhsulların heç biri təbii deyil, quru süddən hazırlanır. Yağlar da kərə deyil, “Azərsun” holdiunqinin istehsal etdiyi bitki mənşəlidir. Məhsulun markalanmasında “İvanovka” coğrafi adından istifadə etməklə istehlakçıların aldadılması və hüquqlarının pozulmasından başqa, məlumat yayılıb ki, MMC-nin satışa çıxarılan bəzi məhsullarının üzərindəki istehsal vaxtı məhsulun istehsal edildiyi günə uyğun olaraq yox, satışa çıxarıldığı günə uyğun olaraq yazılır. Bununla da saxta məhsulu alan alıcı çox ciddi problemlərlə qarşılaşır. Bir sözlə sağlamlığını təhlükə altına atır.

Redaksiyamıza daxil olan məlumata görə, MMC-yə məxsus Zabrat qəsəbəsində Maqsud adlı şəxsin işlətdiyi süd məhsulları istehsalı sexində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələbləri pozulur, sanitar-gigiyena normalarına tam əməl olunmur, mənşəyi məlum olmayan xammallardan istifadə edilir, emal prosesinə qəbul edilən xammal və yarımfabrikatların təhlükəsizlik və keyfiyyət göstəriciləri yoxlanılmır.

Həmçinin bildirilir ki, müəssisədə məhsulun saxlanma müddətinin artırılması məqsədilə insanın həyat və sağlamlığına təhlükə yarada konservantlardan gözəyarı şəkildə istifadə olunur, sexdə temperatur və rütubət rejiminin tənzimlənməsinə nəzarət düzgün həyata keçirilmir, soyuducu kameralarda mal qonşuluğu qaydalarına əməl olunmadan saxlanılır.

Bu yerdə Azərbaycan İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sualı yada düşür: “Ovuc boyda” İvanovka bütün Azərbaycanı süd məhsulları ilə təmin edir?”

Deryaz.az
 

Dünyapress TV

Xəbər lenti