Övladları üçün "şəhidlik statusu" tələb edən bir qrup vətəndaş Milli Məclisin qarşısında toplaşıb. Valideynlərin etirazından sonra onları deputat Adil Əliyev qarşılayıb. Deputat bildirib ki, problemlər müxtəlif olduğu üçün vətəndaşlar fərdi müraciətlər etməlidirlər.