İllər öncə "Qaçqınkom" sədri Əli Həsənovun Ayaz Orucovu işdən çıxarmasının SİRRləri açılır...
Əgər xatırlayırsınızsa, 2013-cü il də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini vəzifəsində işləyən Əli Həsənov və bu qurumun nəzdində fəaliyyət göstərən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Ayaz Orucov arasında qalmaqal yarandığından Ayaz Orucov işdən çıxarılmışdır. Düzdür,həmin vaxt "Qaçqınkom" sədri ilə Ayaz Orucovun arasında nələrin baş verməsi tam bəlli olmasa da, mətbuatda belə bir informasiyalar yer almışdır ki, Əli Həsənov keçirdiyi komitə iclasında, qaçqın və məcburi köçkünlər üçün tikilən bina və obyektlər məsələsini müzakirə edərkən, komitə sədri ilə Ayaz Orucov arasında fikir ayrılıqları yaranır və Ayaz Orucov Baş nazirin müavininə cavab qaytarıb. Bundan əsəbləşən komitə sədri elə iclasdaca Fond direktorunu işdən çıxarıb. Bu fikirlər o vaxt dövrü mətbuatda yer alan iddialar idi.
Sən demə, əsl həqiqət, əsl gerçəklik elə deyilmiş.
Teref.az yazır ki, bunu RealMedia.az saytının baş redaktoru Məhəmmədoğlu Ramin sosial şəbəkələrdə paylaşıb. Daha sonra Məhəmmədoğlu Ramin yazır:
Əli Həsənovla Ayaz Orucovun arasında xoşagəlməz mübahisə Əli Həsənovun bağ evində, onun həyat yoldaşının ad günündə baş veribmiş.
Həmin vaxt Ayaz Orucov Əli Həsənovun həyat yoldaşının "den-rojdeniya" sına dəvət alıbmış. Ayaz Orucov komitə sədri Əli Həsənovun xanımının ad günü məclisinə gedərkən, hətta ona 30 min manatlıq dəyərində birliyant qaşlı üzük də hədiyə alıb aparıb. Ziyafət elə də geniş və qonaq-qaralı olmayıb. Demək olar ki, Əli Həsənov yaxın bildiyi, ailəlikcə dostluq etdiyi az sayda şəxsləri xanımının ad gününə dəvət edib. Onlardan biri də elə Ayaz Orucov olub. Məclisdə ənənəyə uyğun olaraq səbəbkarın sağlığına badə süzülüb tostlar deyilirmiş. Məclisin bu yerində Əli Həsənovun həyat yoldaşını qəhər boğur və o göz yaşlarını saxlaya bilməyib ağlayır. Ki, mənim burda heç kimim yoxdur, bacım, qardaşım Ermənistanda, onlarda bilirlər ki, bu gün mənim ad günümdür və sair. Bu zaman Əli Həsənov həyat yoldaşının könlünü almaq üçün əlini onun boynuna salaraq deyir ki, narahat olma, hər şey düzələcək, bir birinizi görəcəksiniz və ilaxır. Bundan sonra "Qaçqınkom" sədri, həm də baş nazirin müavini Əli Həsənov qədəhlərə badə süzüb arvadının qardaşlarının, bacılarını (qayınlarının və baldızlarının) şərəfinə sağlıq deyib rumka-rumkaya vurarkən Ayaz Orucov əlində ki, rumkanı yerə qoyur. Yəni deyilən sağlığa, rus demişkən "atkaz" gedir. Bu zaman komitə sədri Ayaz Orucova bir neçə dəfə təkid edir ki, yerə qoyduğu qədəhi qaldırıb deyilən sağlıga "vursun". Lakin Ayaz Orucov Əli Həsənovun sözünü yerə salır. Bu zaman Əli Həsənov pərt olur. Və işini bilir. Beləliklə də "Qaçqınkom" sədri və həm də baş nazirin müavini Əli Həsənov Ayaz Orucovdan vorovskay jarqonla desək, "obijnik" qalır. Və ailə dostlarının təməli sarsılır.
Sabahsı gün isə Əli Həsənov Prezidentə məruzə edir ki, güya Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Ayaz Orucov köçkünlər üçün inşa olunması məqsədilə tikintisi nəzərdə tutulmuş evlərin inşasına pul buraxmır və sair. Fikirimizi bir qədər də konkrtləşdirsək, "Qaçqınkom" sədri Ayaz Orucovun "torbasını tikir". Ayaz Orucov da baş nazirlə yaxın olduğundan baş verən prosesləri ona nəql edir və işdən çıxması üçün ərizəsini Artur Rasizadəyə təqdim edir.
Baş nazir Artur Rasizadə Ayaz Orucova qalıb işləməsini təkidlə bildirsə də, lakin Ayaz Orucov artıq mübahisə olan yerdə işləyə bilməyəcəyini deyir və öz ərizəsi ilə işdən çıxır.
Bildirilir ki, əslində komitə sədri Əli Həsənov ehtiyat edirmiş ki, birdən Ayaz Orucov aralarında olan "den-rojdeniya" əhvalatını Prezidentə deyər. Və bələliklə də Prezident Əli Həsənovun "qələmini qırılmış" olar. Ona görə də "Qaçqınkom" sədri Əli Həsənov işini tədbirə alıb, "qara məni basınca, qoy qaranı mən basım" məntiqi ilə hərəkətə keçir və Ayaz Orucovun işdən çıxmasına səbəb olur.
Əziz dostlar, Ayaz Orucovun işdən çıxmasının əsl səbəbləri bax budur.
Baş verən proseslərə vicdanla yanaşsaq Ayaz Orucov Əli Həsənovun erməni qayınlarının və baldızlarının sağlığına qoşulmaması və əlindəki qədəh dolu badəni yerə qoymasın əsl kişi hərəkətidir. Şəxsən mən buna görə onu alqışlayıram. Əhsən. Qanında Azərbaycan qanı axan hər bir kişi erməni sağlığına tost deməz.
Məhəmmədoğlu Ramin
Teref.az
 
 

Dünyapress TV

Xəbər lenti