"Sabirabadda hansı problemi deyirsən de, min bir bahənə tapır rəsmi qurumlar..." DİA.AZ bildirir ki, bu barədə Cavid Əliyev adlı istifadəçi sosial şəbəkələrdə giley edir. Daha sonr narazı Sabirabad sakini yazır: "Bu gedişlə bu rayonun inkşafı necə olar görəsən? 2030 ci-illərdə inkişaf edəcəyik? İllərin problemini yazıram:
- Kənd yoları bərbad gündədir - Köhnə məktəblər... - Qaz xətləri yoxdur - 64 ərazidə olan kəndlər yadan çıxıb... - park yox - bankomat yox - ödəmə termnal yox - işszlik baş alıb gedir - Su problemi yaşanır...
Hansını sadalayım? Sabirabadda illərdir niyə problemlər öz həllini tapa bilmir?"
Məsələ ilə bağlı dia.az olaraq bütün əlaqədar qurumları dinləməyə hazırıq...