Quba rayonunun 2 - ci Nügədi kəndində 5 hektar sahəni əhatə edən “MACARA” istirahət mərkəzinin həmin ərazidə olan digər sahibkarlara ciddi problemlər yaratdığı, ətrafda olan “Bulaqdərə” su anbarına ciddi ziyan vurduğu haqda məlumatı yerində araşdırmaq üçün bir qrup jurnalist ərazidə olub.
"DogruXeber.az" "Azərbaycan Reallığı"na istinadən xəbər verir ki, “Macara” adlı istirahət kompleksinin Dövlət Neft Şirkətində çalışan Eldar Orucova məxsus olduğu bildirilir. Tikintisinə 2016-cı ildə başlanılan kompleks artıq tam gücü ilə fəaliyyət göstərir. İstirahət Mərkəzinin qanunsuz əməlləri bununla bitmir. Belə ki, dövlətə məxsus olan meşəlik ərazi istirahət mərkəzinin rəhbəri tərəfindən qanunsuz hasarlanıb və insanların üzünə qapadılıb.
Bu gün həmin meşəni ailəsi ilə gəzmək istəyən xarici turistlər və yerli sakinlər istirahət mərkəzinin qanunsuz əməllərinə görə istirahət edə bilmir və meşə ərazisində rahat gəzə bilmir. Həmçinin istirahət mərkəzinin işçiləri meşənin kənarında yerdə əyləşərək, evlərindən özləri ilə gətirdikləri azuqəni yemək istəyən ailələrə maneə olur və ərazidən kənarlaşdırılır.