“Azərlotereya”da QƏFİL YOXLAMA QƏRARI - NƏ BAŞ VERİR?
Adı dəfələrlə neqativlərdə hallandırılan və bu səbəbdən yerli KİV-in intensiv hədəfində olan “Azərlotereya” ASC-nin Bakı küçələrini qumarxanalara çevirməsi bir faktdır. Bir daha bildirək ki, bu fakt neçə müddətdir ictimaiyyət tərəfindən həyəcanla ifadə olunmaqdadır, amma maləsəf, rəsmi dairələr nədənsə bu RƏSMİ QUMARXANAYA müdaxilə zərurəti hiss etməyiblər.

DİA.AZ-a daxil olan son informasiyalardan isə aydın olur ki, vəziyyət kifayət qədər dəyişib və “Azərlotereya” ASC ilə bağlı rəsmi təftiş qərarı verilib.

Mənbənin dia.az-a söylədikləri: "Qurumda total yoxlamaların aparılması gözlənilir. Eyni zamanda “Azərlotereya” ASC-ya aid bütün satış nöqtələrində də araşdırmalar həyata keçiriləcək. Belə bir şəraitdə həbslərin olacağı istisna deyil".

Onu da qeyd edək ki, redaksiyamız tərəfindən “Azərlotereya” ətrafında hansı işlərin çevrildiyi barədə geniş material hazırlanır. Diqqətiniz bizdə olsun.

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Dünyapress TV

Xəbər lenti