"Tam səmimiyyətimlə deyirəm, Kəmaləddin Heydərovla COP29-a getmək sui-qəsd kimi bir şeydi. FHN-də nə texnika qalıb, nə də kadr... Hamısı yeyilib, dağılıb, talanıb.. Yarım sutka yağış yağıb, insanlar zülm çəkir, elementar köməkliklər belə göstərilmir, zənglərə cavab verilmir, saatlardan sonra 112-yə düşürsən, açıq deyirlər ki, bizdən əlinizi üzün”. Anaxeber.info yazır ki, jurnalist Səbuhi Abbasov bu fikirləri yazıb. Onun sözlərinə görə, millətin evi su altında qalanda, milyardlara sahib olan FHN yetkililəri, çox güman, bağlarında xəngəl qonaqlığı edirdilər: “Söhbət hansısa ucqar kənddən getmir, Bakının tam mərkəzindən gedir. Ona görə nə qədər gec deyil, 80 min adam Bakıya gəlməmişdən qabaq FHN-nə ciddi əl gəzdirmək lazımdır. Hələlik bu qədər...”