Sabunçuda 2 şəxsin öldüyü tuneli Cavid Qurbanov inşa etdirib…. -Zaman Novruzov açılışda-Video
Xəbər verdiyimiz kimi “Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə (“Sabunçu keçidi” adlanan yer) Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində iki nəfər meyiti çıxarılıb.

Məlumatlara əsasən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlu və 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun meyitləri aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır”, – Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun məlumatda deyilir.

XALQ.AZ məlumat verir ki, Sabunçu rayonu Asəf Əsədullayev küçəsində yerləşən avtomobil tunelinin “Azərbaycan Dəmir Yolları” QSC-i 2020-ci ildə inşa etdirib.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-10_1729666187_2.jpg
Açılışda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Zaman Novruzov və qurumun digər rəsmi şəxsləri iştirak ediblər. Tədbirdə bildirilib ki, tunelin uzunluğu 388 metr, hündürlüyü 5,5 metr, eni isə 13,5 metrdir. Qapalı hissənin uzunluğu 68 metrdir. Burda avtomobillərlə yanaşı, piyadaların hərəkəti üçün səki də salınıb. Bu isə tuneldən piyadaların da keçid kimi istifadə edə bilməsinə imkan verəcək.

Bundan əlavə, yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə nasosxana tikilib. Bunun üçün 3 nasos, bundan əlavə də 100 kilovatlıq transformator və generator quraşdırılıb. Qeyd edək ki, Sabunçu qəsəbəsində tikinti işlərinə 2019-cu ilin avqustun 23-dən başlanılıb.

Qeyd edək ki, 2015-2022-ci illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov olub.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-10_1729666187_3.jpg
Hal hazırda isə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsində çalışır.

Həmçinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumatında bilrilir ki, 2022-ci ildə Sabunçu qəsəbəsində Asif Əsədullayev küçəsi əsaslı təmir edilib. Göründüyü kimi, tunelin inşa etdirən “Azərbaycan Dəmir Yolları” QSC-də ciddi yoxlama aparılması artıq dövlət qurumlarının səlahiyyətindədir.
 

Dünyapress TV

Xəbər lenti