“Greenville Recidence” MTK-dan şikayət… -
Binəqədi rayonunda inşası davam edən “Greenville Recidence” Mənzil Tikinti Kooperativi sakinlərin narazılığına səbəb olub.

Tribunainfo.az xəbər verir ki, bu barədə şikayətçi Məcid Pənahlı yazıb. Sakin bildirib ki, sözügedən MTK-nın apardığı işin ucbatından öz evlərində rahat yaşaya bilmirlər. MTK gecədən səhərə qədər səsli və ağır işlər görür. Sakinlər bildirib ki, tikinti ərazisinə gecə ərzində fasiləsiz olaraq gələn ağır tonnajlı maşınların səsindən evdə oturmaq mümkün olmur:

“Gecə saat 03:45-dir, bunlar hələ də beton tökür. Demək olar ki, hər gün belədir”.

Şikayətçi bildirib ki, yük maşınlarının ancaq axşamlar şəhərə buraxıldığı üçün iş gecə başlayır. O bildirib ki, heç olmasa bu cür səs-küylü işləri gecə 1-ə qədər yekunlaşdırsınlar. Yaxınlıqdakı evlərdə xəstəsi, körpəsi olan ailələr var ki, mövcud problemdən əziyyət çəkirlər.

Sakinlər aidiyyəti qurumların “Greenville Recidence” MTK ilə bağlı təcili tədbir görməsini tələb edir.

Qarşı tərəfi dinləməyə hazırıq.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-08_1723227158_1.jpg
 

Dünyapress TV

Xəbər lenti