Şəki rayonun Aşağı Göynük və Baş Göynük kənd sakinlərindən ( "Ocaq Palıddar" adlanan ərazidə yaşayan Əsgərov Əsgər Mustafa oğlu və digərləri tərəfindən Ölkə rəhbərliyinə müraciət ünvanlayıb. Bir nüsxəsi də Dia-az.İnfo-ya daxil olan müraciətdə deyilir:
"Cənab Prezident, biz Şəki-Qax yolunun 15-ci km-nin aşağı hisəsində "Ocaq Palıddar" adlanan ərazidə yaşayan 90 ailənin adından 2018 və 2019-cu illərdə Sizə müraciət edərək "Kamaz yolu" adlanan 10 km-lik yolun asfaltlanmasını xahiş etmişdik. Gəlib ölçüb-biçib getdilər. və dedilər ki, 2020-2021-ci illər üçün bu yol plana salınacaq və yol çəkiləcək. Amma heç bir iş görülmədi. Bezib indi də şikayətlər etdik. Bu dəfə Şəki Yol İdarəsindən bildirdilər ki, 2023-cü ildə sizing yolunuz layihəyə uyğun olaraq çəkiləcədir.Digər tərəfdən də bizə bildirmişlər ki, sizin yolun asfaltın təmiri üçün hələ vaxt çatmayıb. Yəni, izah etdilər ki, yeni asfalt çəkilişindən ən azı 3 il vaxt keçməlidir ki, sonra təmirə başlaya bilək. Biz sakinlər də deyirik ki, siz axı asfalt yolu çəkməmisiniz ki, təmrə də başlayasınız. İndi bizə məlum olur ki, sənəd-kağız üzərində Şəki-Qax yolunun 15-ci km-dən Əriçay dəryaçasına qədər olan 10 km yol asfaltlanıbmış. Amma biz sakinlərin bundan xəbəri olmayıb. Bir sözlə, Azəravtoyol Şəki-Qax magistral 35 km-lik, 9 m eni olan yolun 3-cü qat asfalt hissəsini sənəddə yazıb, reallıqda isə pulunu necə mənimsəyiblərsə, bizim "Kamaz yolu" adlanan gözdən uzaq 10 km-lik yolu da kağız üzərində asfaltı 2021-ci ildə çəkiblər, reallıqda isə büdcədən bu təyinat üzrə ayrılan pulların hamısını mənimsəyiblər. Budur, artıq Şəki- Qax yolunda çoxlu çatlar, və çoküntülər əmələ gəlib yol dağılmaq üzrədir. "Kamaz yolu" isə lap pis günə düşüb. Yayda tozdan əziyyət çəkirik, qışda isə sulu çala-çuxurdan, xəndəklərdən bezmişik. Avtomobil texnikalarımız isə tez tez sınır. Sonuncu dəfə 2 il əvvəv 17 avqust 2022-ci ildə Sizə müraciət etmişdik. Sağ olsunlar Ombudsman Aparatı kollektivi işə vicdanla yanaşıb aidiyyatı quruma cavab verməyi xahiş etmişlər. Amma bu yolaverdi cavabı bizi qane etmir. Bezmişik.
Cənab Prezident çox xahiş edirk ki, asfalt yol çəkmək adı ilə bizə yalan vədlər verən, milyonlarla büdcə pullarını mənimsəyənlər barəsində tədbir görəsiniz. ki, işə bundan sonra vicdanlı yanaşsınlar. Xalq əziyyətdən qurtarsın..."