“MİDA” MMC Bakı və respublikanın digər şəhər və rayonlarında tikilmiş yaşayış kompleksində tikintinin video və foto arxivi üçün taymlaps çəkilişləri, video və animasiya çarxlarının hazırlanması və sərt disklərdə saxlanmalarının göstərilməsi üzrə tender elan edib. Tribunainfo.az xəbər verir ki, bu məqsədlə MİDA 112 min manat xərcləməyi qərara alıb. Və “MEDİCAL MEDİA” MMC ilə satınalma müqaviləsi imzalayıb. Qeyd edək ki, MİDA-nın adı indiyə qədər bir neçə qalmaqala qarışıb. Belə ki, hələ xeyli əvvəl bu MMC-nin bir qrup əməkdaşı qanunsuzluq və kiber yollarla saxtakarlıq etdiklərinə görə, həbs olunmuşdular. Buna səbəb isə MMC-nin bir neçə saniyə içində yüzlərlə mənzili satması barədə şübhələrin yaranması olmuşdu. İşin qəribə tərəfi odur ki, tenderi udan şirkət “Saf Farma” dərman şirkətinin nəzdində fəaliyyət göstərən MMC-dir. Yəni, tenderi udan şirkətin əsas missiyası dərman pereparatlarının topdan və pərakəndə satışıdır. “Medical media”nın rəhbəri Sərdar İbrahim oğlu Xudiyevdir. O, həmçinin “Saf Farma” şirkətinin təsisçilərindən biridir. Şirkətin digər təsisçiləri kimi isə Gunay Kazimova və Fəridə Mehdi göstərilir. Bu şirkətin tibb aləmində baş verən hadisələr və yeniliklərlə bağlı “MedicalMedia.az” adlı saytları da var. İndi sual yaranır ki, tibb və sağlamlıqla məşğul olan bir şirkət tikintiyə aid hansı əsas və məntiqlə videoçəkiliş aparacaq, reklam hazırlayacaq? Halbuki MİDA bunu ölkədə kifayət qədər peşəkar bir şirkətə həvalə edə bilərdi. Görünür, bu tenderdə hər iki tərəfin maraqlarını təmin edən səbəblər var. Əks təqdirdə, iki bir birinə tərf profilin sahibləri bu işə qol qoymazdılar.